Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2591/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Xudatlı Orxan Vəliyəddin oğlunun iştirakları ilə, Beyləqan Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli hökmü ilə Azər baycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Xudatlı Orxan Vəlyəddin oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli 1(020)-19/2023 nömrəli (hakim: Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi) hökmü ilə xx xxxx 1984-cü ildə Füzuli rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, xxx qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmə kdə təqsirli bilinərək, onun 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməsi müəyyən edilmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli 1(106)-18/2024 nömrəli (hakimlər: Bəhmənov Habil Xanoğlan oğlu (sədrliyi ilə), Xasməmmədov Elçin İsgəndər oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Xudatlı Orxan Vəlyəddin oğlu birlikdə kassasiya şikayəti vermişdirlər. İŞİN HALLARİ: Beyləqan Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 13 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında, AD № xxxx nömrəli qeydiyyat şəhadətnaməsi ilə özünün mülkiyyətində olan, texniki cəhətdən saz vəziyyətdə “Mercedes Benz E220” markalı, **- LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə HoradizBəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisindən keçən hissəsində Horadiz şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib göstərilən yol hərəkəti qaydalarını pozub hərəkət zamanı idarə etdiyi nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmayaraq hərəkətdə olduğu Horadiz-Bəhrəmtəpə avtomobil yolu Daşburun-Əhmədli-Dünyamalılar yolunun kəsişməsində sağ tərəfdən yo layrıcına daxil olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 21060” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə toqquşmuş, onun ehtiyatsızlığından Zərərçəkmiş şəxs2 sol bud sümüyünün açıq yerdəyişmiş, sol körpücük, sol kürək, sol bazu sümüklərinin, sağdan İİİ, İV, soldan İ, İİ qabırğaların qapalı sınıqları, ikitərəfli hemotoraks, ağciyərlərin əzilməsi və cırılması, sol qaş nahiyəsinin və sol saidin əzilmiş-cırılmış yaraları, sol budun cırılmış yarası, burun nahiyəsinin, sol bazunun, sağ dirsək oynağı nahiyəsinin, sol əlin, sağ budun, sol baldırın, sağ ayağın sıyrıqları, ənsə, sol kürək, sol çiyin qurşağı, sol körpücük, sol bazu, sağ dirsək oynağı, sağ said nahiyələrinin dərialtı hematomaları xarakterli həyat üçün təhlükəli olan sağlamlığa ağır, Zərərçəkmiş şəx s1 sağ mil sümüyünün aşağı üçdə-birində qapalı sınığı xarakterli sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər almasına və Zərərçəkmiş şəxs2 sol bud sümüyünün açıq yerdəyişmiş, sol körpücük, sol kürək, sol bazu sümüklərinin, sağdan İİİ, İV, soldan İ, İİ qabırğaların qapalı sınıqları, ağciyərlərin əzilməsi və cırılması nəticəsində baş vermiş posttravmatik-hemorragik şok xarakterli xəsarətlərdən 14 noyabr 2022-ci il tarixdə saat 14:30-da Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda onun ehtiyatsızlığından ölməsinə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum və müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ibtidai araşdırma zamanı hadisə şahidlərin hamısının ifadələrinin alınmaması fak tı Şirvan Apellyasiya Məhkəməsi tərəfindən araşdırılmamış və bu məsələyə heç bir münasibət bildirilməmişdir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməzdi və digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli idi. Hərəkətdə olan avtomobil ilə 1,0-1,1 saniyə vaxt ərzində cəld reaksiya verib yolun eni boyunca sola doğru müəyyən məsafə qədər yerdəyişmə edə bilmək fərdi bir bacarıq olub şəxsdən-şəxsə dəyişə bilər. Cinayət təqibi üçün mühüm əhəmiyyəti olan bu məsələnin dəqiqləşdirilməsi üçün istintaq eksperimentinin aparılması gərəkli idi ki, cinayət prosesi həyata keçirilən zaman müstəntiq tərəfindən həmin istintaq hərəkəti aparılmamışdır. “Mercedes Benz E220” markalı avtomobilin 70-80 km/saat sürətlə hərəkətdə olması heç bir e kspert və ya mütəxəssis rəyi ilə öz təsdiqini tapmamışdır. Avtomobilin sözügedən sürətlə getməsi yalnız Məhkum ifadəsində qeyd olunmuşdur ki, qeyd olunan ifadə də qəzadan sonra Məhkum həyəcan hissinin təsiri altında qaldığı vaxtda verilmişdir və heç bir halda həmin ifadənin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Ümumiyyətlə, sözügedən ifadənin həqiqiliyini yoxlanılması ilə bağlı ekspertiza təyin edilməli idi. “Mercedes Benz E220” markalı avtomobilin sürəti ilə bağlı hər hansısa ekpertiza və ya istintaq eksperimenti aparılmadan sözügedən ifadənin həqiqiliyi yalnız bir ehtimal olaraq qalmaqda davam edir. Eyni zamanda həmin ifadənin hazırkı işdə qabaqcadan qüvvəsi müəyyən edilmiş sübut kimi istifadə edilməsi isə cinayət işi üzrə ittihamın sübut yetirilməsində şübhələ rin yaranmasına səbəb olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarının ləğv edilərək, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində məhkum edilmiş şəxsin müdafiəçisi Xudatlı Orxan Vəliyəddin oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 30 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə q ərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfinin verdiyi kassasiya şikayətində Məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsa sını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham, yəni avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta y etirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktlar müəyyən edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onl arı mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə t oplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə k ollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların mə cmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiym ətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, zərərçəkmiş şəxsin, şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də digər şahidlərin və təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü təqsirli bilməsinə dair iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, həmçinin istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və tədqiq edilmiş digər sübutların məcmusu i lə öz təsdiqini tapmışdır. Müdafiə tərəfi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittiham üzrə bəraət verilməsi haqqında tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin isti smarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqq ında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Sübutlar qiymətləndirilərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirilməlidir. Belə ki, cinayət işinin materiallarında olan “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının” 31 yanvar 2023-cü il tarixli 8/3597 nömrəli rəyinə əsasən istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ-2106” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobi lin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Mercedes Benz E220” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkumm oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstər mişdir ki, “o, 13 noyabr 2022-ci il tarixdə, günorta saatlarında özünə məxsus “Mercedes Benz E220 minik” markalı avtomobillə Bakı şəhərindən Füzuli rayonuna doğru yola düşmüş, həmin gün saat 15 radələrində Beyləqan rayonu ərazisində daxil olmuşdur. Horadiz-Bəhrəmtəpə avtomobil yolunun Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisindən keçən dairəyə yaxınlaşan zaman “VAZ-2106” markalı avtomobilin onun yolu ilə kəsişən yoldan, sağ tərəfdən dairəyə daxil olduğunu görmüşdür. Bu zaman həmin avtomobillə onun avtomobili arasında təxminən 2-3 metr məsafə olmuş, o, hadisənin qarşısını almaq üçün sükanı sola tərəf çevirsə də hadisənin qarşısını ala bilməmiş, qarşısına çıxan “VAZ-2106” markalı avtomobilin ön hissəsini sol tərəfindən vurmuşdur....” “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu nun 50-ci maddəsinin 1ci hissəsinə görə Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Apellyasiya instansiyası məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş ekspert Şahid3 ifadəsində bildirmişdir ki, ibtidai istintaq orqanı tərəfindən təyin edilmiş yolnəqliyyat ekspertizası üzrə müvafiq rəy vermişdir. İbtidai istintaq orqanının qərarına və tədqiqat materiallarına əsasən, baş vermiş yol-nəqliyyat hadis əsi zamanı “VAZ-2106” markalı avtomobil 2-ci dərəcəli yoldan baş yola daxil olmuş və nəticədə nəqliyyat vasitələri arasında toqquşma baş vermişdir. Toqquşma yerində “Mercedes Benz E220 minik” markalı avtomobilin hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarından sola doğru 10.2 metr məsafə yerləşir, yəni “VAZ-2106” markalı avtomobil yol ayrıcına daxil olduğu andan toqquşma yerinə kimi ən azı 10.2 metr məsafə qət etmişdir. “Mercedes Benz E220 minik” markalı avtomobilinin sürəti 80 km saat, “VAZ-2106” markalı avtomobilin isə 10 km saat olmuşdur. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, “VAZ-2106” markalı avtomobil yol ayrıcına daxil olan anda “Mercedes Benz E220 minik” markalı avtomobil toqquşma yerindən 81.6 metr məsafədə olmuş və 80 km saat sürətlə hərəkət edən “Merce des Benz E220 minik” markalı avtomobili mövcud yol şəraitinə uyğun olan tam dayanıqlığı 64.5 metr olması müəyyən edilmişdir. Yol ayrıcına daxil olduqda “VAZ2106” markalı avtomobilin “Mercedes Benz E220 minik” markalı avtomobilə toqquşma yerinin olduğu məsafə avtomobilin tam dayanma yolundan böyük olduğundan, qeyd olunan vəziyyətdə “Mercedes Benz E220 minik” markalı avtomobilinin sürücüsünün vaxtında tədbir görməklə toqquşma yerinə çatanadək idarə etdiyi avtomobili dayandırmağa texniki imkanı olmuşdur. “Mercedes Benz E220 minik” markalı avtomobilin sürücüsü “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini, “VAZ-2106” markalı avtomobilinin sürücüsü isə 2-ci dərəcəli yoldan baş yola keçərkən baş yolda hərəkətdə olan nəqliyyat vasitəsinə yo l vermədiyindən həmin Qanunun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozulmuşdur. Bununla da “VAZ-2106” markalı avtomobilinin sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın 12 fevral 2024-cü il tarixli, 8/86 nömrəli rəyi üzrə aparılan tədqiqatın nəticəsinə görə məhkəmə tərəfindən müəyyən edildiyi kimi, təhlükə yaranan anda “Mercedes Benz E220” markalı 99LG193 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 23,2 metr məsafədə olması şəraitində sürücü Məhkum hadisənin qarşını almağa texniki cəhətdən imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İş üçün əhəmiyyətli hal olması nəzərə alınmaqla Azərbaycan Respublikasının CPM -in 97.6.4-cü maddəsinin tələbləri rəhbər tutularaq ekspert təşəbbüsü ilə əlavə olaraqgöstərmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə təhlükə yaranan anda “Mercedes Benz E220” markalı avtomobilin toqquşma yerindən 23,2 metr məsafədəolması real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan anda “Mercedes Benz E220” markalı avtomobil toqquşma yerindən 23,2 metrdən böyük məsafədə olmuşdur. Qeyd edilir ki, 70-80 km/saat sürətlə hərəkətdə olan avtomobilin 23,2 metr məsafəni qət etməsinə sərf olunan vaxt 1,0-1,1saniyədir. Toqquşmanın “Mercedes Benz E220” markalı avtomobilin qabaq sağ hissəsi ilə baş verməsi və sürücü Məhkum göstərdiyi kimi yaranmış təhlükə qarşısında avtomobili sola istiqamətləndirməsi faktları onu izah edir ki, toqquşmaya “Mercedes Benz E220” markalı avtomobil yolun eni boyunca sola doğru müəyyən məsafə qədər yerdəyişmə etmişdir. Lakin qeyd edilir ki, 1,0-1,1 saniyə vaxt ərzində sürücünün yaranmış təhlükəyə reaksiya verərək 70-80 km/saat sürətlə hərəkətdə olan avtomobili sola istiqamətləndirməsi və toqquşmaya kimi “Mercedes Benz E220” markalı avtomobilin yolun eni boyunca sola doğru yerdəyişmə etməsi mümkün deyildir. Bu isə onu izah edir ki, məhkəmə tərəfindən müəyyən edildiyi kimi təhlükə yaranan anda “Mercedes Benz E220” markalı avtomobilin toqquşma yerindən 23,2 metr məsafədə olması real hadisə mexanizminə uyğun deyildir və təhlükə yaranan anda Mercedes Benz E220 markalı avtomobil toqquşma yerindən 23,2 metrdən böyük məsafədə olmuşdur. Bu baxımdan ekspert öz təşəbbüsü ilə qeyd etmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatla ra əsasən “Mercedes Benz E220” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Odur ki, kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi üzrə təqsirliliyinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsinə dair ifadəsi, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6, şahid qismində dindirilmiş Şahid1 və Şah id2 ifadələri, məhkəmə tibb ekspertizasının 14 dekabr 2022-ci il tarixli 98/MEŞ nömrəli rəyi, məhkəmə-tibb ekspertizasının 15 yanvar 2023-cü il tarixli 18/23 nömrəli rəyi, “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının” 31 yanvar 2023-cü il tarixli 8/3597 nömrəli rəyi, “Əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın 12 fevral 2024-cü il tarixli 8/86 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir və həmçinin məhkəmələrin gəldiyi nəticələri kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edərək, kassasiya şikayətində göstərilmiş Məhkum hadisənin qarşısını almağa texniki imkanının olmaması barədə dəlillərini əsassız hesab edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı apellyasiya məhkəməsi əsaslı olaraq göstəri lən ifadələri, protokolları və xüsusilə qeyd edilən ekspert rəylərini iş üzrə toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edərək hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi qənaətinə gəlmişdir. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulmağı nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olunması ilə bağlı ittiham, məhkəmələr tərəfindən işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutlara istinad qərarlarda əsaslandırılmışdır. Məhkum əməlin ə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətini təmin edilməsi, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum və müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Xudatlı Orxan Vəlyəddin oğlu tərəfindən birgə v erilmiş kassasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 6 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2591/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2591/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver