Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2592/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs X3, Zərərçəkmiş şəxs1 nümayəndəsi (vəkil) Nümayəndə, Məhkum X8 müdafiəçisi Bakı şəhəri “Presedent” Vəkil Bürosu nun vəkili Müdafiəçi5 Mirsələm oğlunun, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Səfərov Valid Müzəffər oğlunun iştirakları ilə, X8 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2024-cü il tarixli, 1(106)-276/2024 nömrəli qərarından məhkum X8 müdafiəçisi Müdafiəçi5 Mirsələm oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Səfərov Valid Müzəffər oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin h alları:
1. Məhkum X16 xx xxxxxx 1963-cü ildə Beyləqan rayonunun Aşağı Çəmənli kəndində anadan olmuş, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində pasport qeydiyyatında olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1967-ci ildə Beyləqan rayonu, Çəmənli kəndində anadan olmuş, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində pasport qeydiyyatında olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Beyləqan rayonu, Aşağı Çəmənli kəndində həmkəndliləri X14, Zərərçəkmiş şəxs1 və X6 ilə aralarında yaranmış mübahisə zamanı Beyləqan rayonu, Aşağı Çəmənli kənd sakini, qohumu Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında birləşib əsaslı səbəb olmadan ictimai yer hesab olunan Aşağı Çəmənli kəndindəki küçədə özlərini həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud su rətdə pozaraq səs-küy salıb uca səslə nalayiq sözlərlə X9, Zərərçəkmiş şəxs1 və X4 təhqir edərək qrupun üzvü Quluyev X12 Miriyevin üzərinə hücum edib, zor tətbiq etməklə yaşadığı evdən götürdüyü istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək X2 qoluna qəsdən bir neçə dəfə vuraraq ona sol said nahiyəsində iki ədəd kəsilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən X4 uca səslə nalayiq sözlərlə təhqir edərək üzərinə hücum edib istintaqa məlum olmayan beldən silah qismində istifadə edərək onun başına, sol bud və kürək nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sağ bud nahiyəsində qançır x arakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, o, uca səslə nalayiq sözlərlə təhqir edərək istintaqa məlum olmayan beldən silah qismində istifadə edərək X7 başına, kürək nahiyəsinə və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sağ kürəküstü və sol bazu nahiyələrində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra silah qismində istifadə etdiyi həmin bellə həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 başına, hər iki qoluna və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sol said nahiyəsində sıyrıq, sağ bazu və sağ dirsək oynağı nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və beləliklə o, Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçaq və beldən istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir.
4. Həmçinin, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı Beyləqan rayonu, Aşağı Çəmənli kəndində həmkəndliləri X14, Zərərçəkmiş şəxs1 və X6 ilə aralarında yaranmış mübahisə zamanı Beyləqan rayonu, Aşağı Çəmənli kənd sakini, qohumu Məhkum ilə bir qrup şəxs halında birləşib əsaslı səbəb olmadan ictimai yer hesab olunan Aşağı Çəmənli kəndindəki küçədə özlərini həmin vaxt orada olan şəxslərə qarşı qoyub, cəmiyyətə açıqca hörmətsizlik edib, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını, ictimai qaydanı kobud surətdə pozaraq səs-kiiy salıb uca səslə nalayiq sözlərlə X9, Zərərçəkmiş şəxs1 və X4 təhqir edərək Məhərrəm Miriyevin üzərinə hücum edib, zor tətbiq etməklə yaşadığı evdən götürdüyü istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək X2 qoluna qəsdən bir neçə dəfə vuraraq ona sol said nahiyəsində iki ədəd kəsilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən X4 uca səslə nalayiq sözlərlə təhqir edərək üzərinə hücum edib istintaqa məlum olmayan beldən silah qismində istifadə edərək onun başına, sol bud və kürək nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sağ bud nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, qrupun digər üzvü Məhkum uca səslə nalayiq sözlərlə təhqir edərək istintaqa məlum olmayan beldən silah qismində istifadə edərək X7 başına, kürək nahiyəsinə və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sağ kürəküstü və sol bazu nahiyələrində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra silah qismində istifadə etdiyi həmin bellə həmin va xt ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs1 başına, hər iki qoluna və bədəninin digər nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sol said nahiyəsində sıyrıq, sağ bazu və sağ dirsək oynağı nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və beləliklə o, Məhkum ilə bir qrup şəxs halında silah qismində istifadə olunan istintaqa məlum olmayan bıçaq və beldən istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir.
5. Beyləqan Rayon Məhkəməsinin (sədrlik edən hakim: X10) 19 dekabr 2023-cü il tarixli, 1(020)-48/2023 nömrəli hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs CM-in 221.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsinməl əri, Məhkum CM-in 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 19 dekabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməsi və Məhkum məhkəmə iclas zalından dərhal həbsə alınması, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 19 dekabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzərəti altına vermə qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilməsi və Təqsi rləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
6. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 Şahbaz oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X6 və onların nümayəndəsi, vəkil Nümayəndə tərəfindən xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X11 və X5 ibarət məhkəmə tərkibində) 02 may 2024-cü il tarixli, 1(106)276/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 Şahbaz oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X6 və onların nüm ayəndəsi, vəkil Nümayəndə tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətlərinin təmin edilməməsi, Təqsirləndirilən şəxs və Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin 1(020)-48/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli hökmünün təqsirləndirilən şəxslərin müdafiəçiləri, zərərçəkmiş şəxslər və onların müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Qərardan məhkum X8 müdafiəçisi Müdafiəçi5 Mirsələm oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Səfərov Valid Müzəffər oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:
9. Məhkum X8 müdafiəçisi Müdafiəçi5 Mirsələm oğlu tərəfind ən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara, təqsirləndirilən şəxsin ifadələrinə və bir sıra qanunvericilik normalarına istinadlar edilərək göstərilmişdir ki, məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz, əsassız və ədalətsiz yekun məhkəmə aktı qəbul edilmişdir. Cinayət işi materiallarında məhkumun lehinə olan kifayət qədər sübutlar mövcuddur. Bütün sübutlar bir-birini təsdiq etmədiyindən yaranmış fikir ayrılığı təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM) 416-cı maddəsində nəzərdə tutulmuş hallarla əsaslandıraraq həmin normalara əsasən məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 02 may 2024-cü il tarixli, 1(106)276/2024 nömrəli qərarının ləğv edilməsini və məhkum barəsində əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Həmçinin, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Səfərov Valid Müzəffər oğlu da eyni qaydada məhkumun ibtidai istintaq və məhkəmə icraatı dövründə verdiyi ifadələrinə, cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz, əsassız və ədalətsiz yekun məhkəmə aktı qəbul edilmişdir. Cinayət işi materiallarında məhkumun lehinə olan kifayət qədər sübutlar mövcuddur. Bütün sübutlar bir-birini təsdiq etmədiyindən yaranmış fikir ayrılığı təqsirləndirilən şəxsin xeyri nə həll edilməlidir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM) 416-cı maddəsində nəzərdə tutulmuş hallarla əsaslandıraraq, CPM-in 42.1.2-ci maddəsinə əsasən məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2024-cü il tarixli, 1(106)-276/2024 nömrəli qərarının ləğv edilməsini və məhkum barəsində əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
12. Qərardan kassasiya protesti, həmçinin zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum X 8 müdafiəçisi Müdafiəçi5 Mirsələm oğlu kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Səfərov Valid Müzəffər oğlu kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 və Zərərçəkmiş şəxs1 nümayəndəsi (vəkil) Nümayəndə hər biri ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərinə etiraz edib, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
18. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Ci nayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
19. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, ap ellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
21. Məhkum X8 müdafiəçisi Müdafiəçi5 Mirsələm oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Səfərov Valid Müzəffər oğlu kassasiya şikayətlərində hüquqlarını müdafiə etdikləri məhkumların əməllərinin hüquqi tövsifini mübahisələndirərək, tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş halla əlaqələndirsələr də, müvafiq maddənin konkret hər hansısa bəndində nəzərdə tutulmuş pozuntunun mövcudluğuna istinad etməmişlər.
22. Bununla belə, kollegiya müdafiəçilərin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi gö rür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2024-cü il tarixli, 1(106)-276/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
23. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
24. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissə sinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
25. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
26. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
27. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
28. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
29. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
30. Məhkum X8 müdafiəçisi Müdafiəçi5 Mirsələm oğlu və məhkum Təqsirləndirilən şəxs müdaf iəçisi Səfərov Valid Müzəffər oğlu tərəfindən verilmiş kassasiya şikayətlərindən görünür ki, X8 və Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz hərəkətə yol verməmələri, cinayət işi materiallarında onların əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduqlarını iddia etməklə, CMin 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə X8 və Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması haqqında mülahizələrini və həmin mülahizələrdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.
31. Bu isə onu göstərir ki, müdafiəçilər kassa siya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
32. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
33. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməs i qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
34. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, əməllərində cinayət tərkibi olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə məhkum olunmalarına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhk əmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkum X8 müdafiəçisi Müdafiəçi5 Mirsələm oğlunun və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Səfərov Valid Müzəffər oğlunun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddialarını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.
35. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətlərinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticəl ərin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxslərin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, X8 və Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 221.3- cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının o lmaması haqqında nəticəyə gəlmişdir.
36. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxslərin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş v ə X8 və Təqsirləndirilən şəxs təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən X8 və Təqsirləndirilən şəxs məhkəməyədək və birinci və apellyasiya instansiya məhkəməsinin icraatında verdiyi ifadələri, zərərçəkmiş şəxslərin ifadəsi, həmçinin şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və sair çoxsaylı materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
37. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.
38. Təsvir edilənlərdən görünür ki, X8 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edi lmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumların əməlində cinayət tərkbinin olmaması əsası ilə bəraət verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, X8 və Təqsirləndirilən şəxs barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2024-cü il tarixli, 1(106)-276/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X8 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2024-cü il tarixli, 1(106)-276/2024 nömrəli qərarı məhkum X8 müdafiəçisi Müdafiəçi5 Mirsələm oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Səfərov Valid Müzəffər oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum X8 müdafiəçisi Müdafiəçi5 Mirsələm oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Səfərov Valid Müzəffər oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin e