Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2594/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 2024-cü il 14 iyun tarixli, 1(106)-539/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Məhkəməsinin (Hakim: Müseyib Bayramov) 2024-cü il 23 aprel tarixli, 1(041)-55/2024 saylı hökmü ilə, xx xxxx 1986-cı ildə Kürdəmir rayonu Qarasaqqal kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "DOST” Mərkəzində fəhlə işləyən, Kürdəmir rayonu Qarasaqqal kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Aran qəsəbəsində yaşayan, Məhkum Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlığın məh dudlaşdırılması cəzası təyin edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 1(041)-55/2024 saylı hökmündən dövlət ittihamçısı apelyasiya protesti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Pərviz Hacıyevdən ibarət tərkibdə) kollegiyasının 2024-cü il 14 iyun tarixli, 1(106)-539/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum CM-in 296.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, arvadı Zərərçəkmiş şəxs döyməsi ilə bağlı sonuncunun xx.xx.2023cü il tarixdə rayon polis şöbəsinə şikayət etməsi və cinayət məsuliyyətindən azad olunması üçün onunla barışmaması səbəbindən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə və sonuncunun ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmək niyyəti ilə, 15 noyabr 2023-cü il tarixdə saat 12:02-də Kürdəmir şəhəri ərazisində olarkən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102” xidməti-zəng mərkəzinə zəng edərək 2010-cu il tarixdə arvadı Zərərçəkmiş şəxs 5 aylıq oğlunu yerə çırpması və nəticədə övladının ölməsi barədə biləbilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan baş verməyən ağır cinayətin edilməsi haqqında məlumat vermiş, sonra isə rayon polis şöbəsinə gedib Azərbaycan Respublikası CM-in 296-cı maddəsi ilə xəbərdarlıq e dilməsinə baxmayaraq eyni məzmunda şikayət ərizəsi yazaraq və izahat verərək Zərərçəkmiş şəxs baş verməyən ağır cinayət törətməkdə ittiham etməklə bilə-bilə yalan xəbərçilik etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarından müəyyən edildiyi kimi, hər iki instansiya məhkəmələri Məhkum yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəzanın təyin edilməsini əsaslandırmağa çalışarkən, onun himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən peşman olub, təqsirini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, uşaqlardan birinin epilepsiya xəstəsi olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və on un ailənin yeganə qazanc gətirən şəxs olmasını CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Lakin qeyd edilən yüngülləşdirici halların böyük hissəsi məhkəmə tərəfindən Cinayət Qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Belə ki, hər iki instansiya məhkəmələri tərəfindən Məhkum əməlindən peşman olub, təqsirini səmimi etiraf etməsini əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi nəzərə almışlar. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsdə belə hərəkətlər müəyyən edilməmiş, Məhkum yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi ilə artıq açılmış cinayət əməlini etiraf etməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilinməzdi. Beləliklə hər iki instansiya məhkəmələri Məhkum əməlin dən peşman olub, təqsirini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışlar. Bundan əlavə, məhkəmə əsassız olaraq Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Belə ki, məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsid ir. Həmçinin, müsbət xasiyyətlənmə şəxsin müsbət davranışının göstəricisi ola bildiyi halda, təqsirləndirilən şəxsin davranışı arvadı Zərərçəkmiş şəxs qisas almaq məqsədilə və sonuncunun aqır cinayət törətməkdə ittiham olunması ilə baqlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməkdən ibarət olmuşdur. Göründüyü kimi, məhkəmə Ziya Salahovun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Bundan başqa hər iki instansiya məhəkəmləri Məhkum zərər çəkmiş şəxslə barışmasını da yüngülləşdirən hal kimi əsassız nəzərə almışlar. Həmçinin hər iki instansiya məhkəmələri nəzərə almamışlar ki, Məhkum arvadı Zərərçəkmiş şəxs döyməsi ilə bağlı sonuncunun polis şöbəsinə şikayət etməsi və cinayət məsuliyyətindən azad olunması üç ün onunla barışmaması səbəbindən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə Zərərçəkmiş şəxs ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. İşin hallarından göründüyü kimi, Məhkum əvvəllər də cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə Zərərçəkmiş şəxs barışığa məcbur edirdi. Ona görə də hazırki iş üzrə cinayət məsuliyyətinə cəlb edilmişdir. Ümumiyyətlə məhkəmə Məhkum şəxsiyyətini hərtərəfli təhqiq etməmiş, onun mənfi xüsusiyyətlərini, yəni islah olunmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Belə olan halda məhkəmə tərəfindən Məhkum zərər çəkmiş şəxslə barışmasını yüngülləşdirən hal kimi nəzərə alınması əsassızdır. Bundan əlavə hər iki instansiya məhkəmələri Məhkum cəza təyin edərkən, onun ailəsinin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi qəbul etməkdə haqlı olmamışlar. Belə ki, faktiki olaraq həmin xüsusatla bağlı məhkəmə tərəfindən ümumiyyətlə araşdırma aparılmamış, ailəsinin yeganə qazanc gətirən şəxs olması barədə mövqeyini konkret dəlillərlə əsaslandırmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə və apellyasiya instansiya məhkəməsi həmin cəzanı dəyişdirmən saxlamaqla törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz yekun qərarları ilə qanunvericiliyin tələblərinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yara tmış olmuşlar. Məhkəmə bütün bunları nəzərə almayaraq Məhkum yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, hər iki instansiya məhkəmələri Məhkum cəza təyini zamanı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, onun nəticəsini, törədilmə halını, şəraitini, məqsədini və motivini, onun şəxsiyyətini, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamış, bu zaman cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyyələri nəzərə almamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq etməmiş, nəticədə də Məhkum yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin olunmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2024-cü il tarixli qərarının Məhkum cəza təyin edilməsi hissəsində ləğv edilməai və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum CM-in 296.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 iyun tarixli qərarının ləğv edilməsini və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərin ə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkuma təyin eidlmiş cəzanın yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarı nın qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət ver ilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, kassasiya protestindən görünür ki, dövlət ittihamçısı məhkumun cəzanı yüngülləşdirən halların hər birini ayrı-ayrılıqda mübahisləndirərək məhkumun yalnız azadlıqdan məhrumetmə yolu ilə islah olunmasının mümkünlüyünü iddia etmişdir. Lakin bu zaman kassator nəzərə almalıdır k i, ittiham tərəfinin məhz özü ittiham aktında məhkumun cəzasını ağırlaşdıran halın olmamasını, eyni zamanda, məhkumun himayəsində iki azyaşlı uşağının olmasının və zərərçəkmiş şəxslə barışıq əldə etməsinin məhkumun cəzanı yüngülləşdirən hal kimi nəzərə alındığını vurğulamışdır. Bundan əlavə, CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən dövlət ittihamçısı məhkəmə çıxışında məhkuma 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini təklif etsə də, lakin CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhkuma təqsirli bilindiyi CM-in maddəsinin sanksiyasında alternativ yüngül cəza nəzərdə tutulmasına baxmayaraq, hansı səbəblərdən məhkumun məhz azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə islah olunmasının mümkünlüyünü əsaslandırmamışdır. Dövlət ittihamçısının kassasiya protestində də, apellyasiya protestində irəli sürülmüş dəlillər eyni məzmunda təkrarlanmışdır və apellyasiya protestinin dəlillərinə münasibət bildirən apellyasiya instansiyası məhkəməsi mövqeyini qanunamüvafiq qaydada əsaslandırmış və protestin dəlillərinə münasibət bildirmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırmanı təkrarlamayaraq, həmin əsaslandırma ilə razılaşır və qeyd etmə yi vacib hesab edir ki, məhkuma cəza təyin edilərkən CM-in digər müddəları ilə yanaşı, CM-in 58.3-cü maddəsinin müddəları da mütləq nəzərə alınmalı olan hallardandır. CM-in 58.3-cü maddəsindən də görünür ki, cəza təyin edilərkən 7 müxtəlif halın nəzərə alınmalı olması imperativ qaydada müəyyən edilmişdir. Məhkumun cəzasını yüngülləşdirən hal bu 7 haldan yalnız biridir. Lakin məhkuma cəza təyin edilməsi prosesi çox mürəkkəb və çoxtərəfli bir proses olmaqla, burada yalnız cəzanı yüngülləşdirən haldan çıxış edərək qiymətləndirmə aparmaq mümkün deyil. CPM-in 44, 351, 353.4.2 və 353.4.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza təyin etmək, cəzanın növünü və həddini müəyyən etmək məhkəmənin müstəsna səlahiyyəti qismində qanunvericilikdə nəzərdə tutulmuşdur və cəza məs ələsi cinayət prosesi tərəflərinin öz səlahiyyətləri çərçivəsində yuxarı məhkəmələrdə mübahisləndirilə bilir. Eyni zamanda, hazırkı işin halları baxımından məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünü və həddini kassasiya protestinin dəlilləri baxımından təhlil edərək belə qənaətə gəlir ki, məhkuma təyin edilmiş cəza həm növü, həm də həddi baxımından qanuni, əsaslı və ədalətlidir və bununla bağlı kassasiya protestinin dəlilləri əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rə hbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2024-cü il 23 aprel tarixli, 1(041)-55/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barədə olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 iyun tarixli, 1(106)-539/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2594/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2594/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver