Məhkəmə qərarları › İş №1(102)-26/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-26/2019

08.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-26/2019 08.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 26/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 08 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Gülzar Lətif qızı Rzayeva (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və məh kumun müdafiəçisi Mirzəyev Ruslan Soltanağa oğlununiştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin 07 mart 2018-ci il tarixli hökmü ilə Məhkuml oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2018-ci il tarixli qərarından X10 Soltanağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin 07 mart 2018-ci il tarixli, 1(032)-22/2018 saylı hökmü ilə (hakim Qurbanov Elçin Firudin oğlunun sədrliyi) xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat De partamentində sürücü işləyən, ünvan 1 mənzilində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Məhkuml oğlundan mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul a lınaraq mülki iddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi X3 verilməsi, qalan hissədə mülki iddianın təmin edilməməsi, mülki iddiaçı X2 oğlu X4 xaricdə təhsili ilə bağlı dəymiş 20000 manat məbləğində zərərin ödənilməsi hissədə iddiadan imtina etməsi qəbul edilməsi və bu hissədə mülki iddia üzrə icraata xitam verilməsi, iş üzrə 70 manat məbləğində ekspertiza tədqiqatının dəyəri Məhkuml oğlundan alınaraq dövlət nəfinə keçirilməsi, iş üzrə maddi sübut olan “OTOKAR-NAVİGO 145S” markalı, **JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası Dövlət Neft 2 Şirkəti Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinə təhvil verilməsi nəzərə alınması müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkuml oğlu 25 oktyabr 2017-ci ildə saat 18 radələrində yol vərəqəsi əsasında idarə etdiyi ARDNŞ Azneft İB Qobustan Nəqliyyat İdarəsinə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Otokar-Navigo 145 S” markalı **JS-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Soliton” mağazasının qarşısında Heydər Əliyev prospekti ilə üzü “Salyan dairəsi” istiqamətində hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib piyada X7 avtobusun qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyyatsızlıqdan X2 insan həyatı üçün təhlük əli olan sağlamlığa ağır zərər vurmaya aid dalağın zədələnməsi, kəskin daxili qanitirmə, sol tərəfli V-Vİ-Vİİ-Vİİİ-İXX, sağ tərəfli V qabırğaların sınıqları, sol bazu sümüyünün orta 1/3-nin qapalı, yerdəyişən sınığı, başın alın, sol təpə nahiyyələrinin əzilmiş yaraları, sağ iç topuğun qançırı xəsarətləri yetirməklə Səxavət Məmmədlinin almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır dərəcəli travmatik-hemoragik şokundan ölümünə və “OTOKARNAVİGO 145S” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilə bir sıra detallarını zədələyərək ARDNŞ AZNEFT İB Qobustan Nəqliyyat İdarəsinə 435 manat əmlak ziyanı vurulmasına səbəb olmuşdur. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının (hakimlər Ə.Ə.İ.Novruzov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və İ.Q.Əsədovdan ibarət tərkibdə) 11 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 07 mart 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qədər artırılmış, Məhkum məntəqə tipli cəzçəkmə müəssisəsində cəza çəkdiyi 01 (bir) ay, 25 (iyirmi beş) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum et mə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay, 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı həbsə alındığı vaxtdan 11 iyul 2018-ci il tarixdən hesablanmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Mirzəyev Ruslan Soltanağa oğlu kassasiya şikayəti verərək məhkuma ittiham olunduğu maddənin ən aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdır. Kassasiya şikayətinin dəlilləri: X10 Soltanağa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkuma cəza təyi n edərkən onun ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti əməlini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alınmamışdır. Məhkuml oğlunun əməlində cəzasını ağırlaşdıran hallar mövcud olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, zərərçəkmiş şəxsin hüquqi varisinin və qanunvericilikdə edilmiş dəyişiklikləri nəzərə alaraq ədalətli cəza təyin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2018-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin dü zgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Kassasiya şikayətində Mirzəyev Ruslan Soltanağa oğlu məhkuma ittiham olunduğu maddənin ən aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə əd alətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə görə isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiq olunmuş ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmiş, Məhkuml oğlu ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkumun müdafiəçisi tərəfindən ve rilmiş kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. 01 dekabr 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.15.2-ci maddəsinə əsasən aşağıdakı redaksiyada 59.1.12-ci maddə əlavə edilmişdir: zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi. Həmin qanunun 1.16.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 60-cı maddəsinin mətni 60.1-ci maddə hesab edilsin və həmin maddədə “59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda” sözləri “59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda” sözləri ilə əvəz edilsin. Yəni, CM-nin 59.1.8, 59.1.10—59.1.13-cü mad dələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinə baxmış məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş Məhkuml oğlunun cəzasını ağırlaşdıran hər hansı hal müəyyən edilməmişdir. Məhkuml oğlunun təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsi maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası CM-nin 60.1-ci maddəsində göstərilən normaya əsaslanaraq qeyd edir ki, Məhkuml oğluna təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının son həddinin yəni altı ilin dörddə üçündən– dörd il altı aydan artıq olmayan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmə k hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkuml oğluna Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, CM-nin 60-cı maddəsi ilə müəyyən edilmiş həddə endirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkuml oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkuml oğluna Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) il 06 (altı) aya endirilsin. Məhkuml oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar