Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-26/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum müdafiəçisi – XXX44nun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 201 9-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.H.Tağıyev) Məhkum (xx xxxxxx 1975-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, müddətsiz İ qrup əlil, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddə tinin 06 aprel 2018-ci il tarixdən hesablanması, Məhkum ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etm iş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahasına daxil edilmiş, iki ədəd bükümdə, ümumi təmiz çəkisi 2,320 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib 0,509 qramını üstündə, 1,811 qramını isə yaşadığı ünvan4 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağındakı kompyuter masasının üzərindəki klaviaturanın altında gizlədərək saxlamış, onun psixtrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən XXXX44nin əməkdaşlarının ünvan5 ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində 06 aprel 2018-c i il tarixdə saat 11:50-də yaşadığı ünvan4 ünvanının qarşısında saxlanılmış, üstünə keçirilmiş baxış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,509 qram, özünün razılığı və iştirakı ilə yaşadığı fərdi yaşayış evə keçirilmiş baxış zamanı isə qonaq otağında olan kompyuter masasının üzərindəki klaviaturanın altından bir ədəd bükümdə 1,811 qram, ümumi təmiz çəkisi 2,320 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının, cinayət mühakimə icraatının prinsiplərinin, cinayət-prosessual qanunun sübutlar və sübutetməyə, təqsirləndirilən şəxsin müdafiə hüququna dair normalarının tələbləri pozulmuş, nəticədə Məhkum cinayət törətmədiyi halda, məhkəməyədək icraatda cinayət təqibi orqanının ona işgəncə verməklə əldə etdiyi ifadəsi, digər saxta materiallar əsasında - əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.6, 416.0.11, 416.0.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2 019-cu il tarixli qrarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəm ə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı halda əsassız olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.6, 416.0.11 və 416.0.21-ci maddələrində məhkəmə qərarının ka ssasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməli törətməsi, yəni 2,320 qram miqdarda psixotrop maddəni - metamfetamini qanunsuz olaraq əldə edib bir hissəsini üzərində, digər hissəsini yaşadığı evdə saxlaması, həmin əmələ görə Cinayət Məcəll əsinin 234.1-ci maddəsi ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum edilmiş şəxsin apellyasiya şikayətində irəli sürdüyü - onun Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə iddiası apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə bu iddianın və onun əsaslandırılması üçün müdafiə tərəfinin gətirdiyi dəlillərin yalnız Məhkum ibtidai istintaqda verdiyi etirafedici ifadələri ilə deyil, məhkəmədə baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən Məhkum birin ci instansiya məhkəməsində də əməlini etiraf edib özünü ittihamda göstərilən cinayətkar hərəkətləri törətməkdə təqsirli bilməsi, şahidlər X4, X3, digərlərinin ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertizalarının rəyləri, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə ittihamda təsvir edilən cinayət hadisəsi və Məhkum hərəkətlərində həmin cinayətin tərkibi ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuşdur. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (mahiyyət etibarı ilə kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiyası mə hkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, maddi və prosessual hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin işin faktiki halları, Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda qeyd olunan və digər sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmələr öz nəticələrini həmin sübu tların bir-biri ilə, cinayət prosesi tərəflərinin irəli sürdükləri dəlillərlə obyektiv müqayisəsi üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azdlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları – Məhkum özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşaqlarının olmasını (CM, maddə 59.1.4), müddətsiz İ qrup əlil olmasını, müsbət xarakterizə olunmasını baxılan işdə cəzanın Cinayət Məcəlləsinin 65.2ci maddəsinin müəyyən etdiyi həddə (CM-in 234.1-ci maddəsində daha ağır cəza kimi nəzərdə tutulmuş 3 il müddətə azadlıqdan məhrum etmənin son həddinin yarısından az olmamaq şərti ilə) təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran halın –cinayətlərin residivinin olması, habelə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2 maddəsinin yol verdiyi ən aşağı həddə CM-in 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından görünür ki, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanuni və əsaslıdır, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.6, 416.0.11 və 416.0.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilməmişdir. Hazırki iş üzrə maddi və prosessual normaların tələblərinin pozuntularına yol verilməməsi kassasiya şikayəti müəllifinin məhkumun beynəlxalq aktlarda nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının pozulması haqqında iddiasının da əsassız olduğunu göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə d air övlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 12 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 12 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-26/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-26/2020
04.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver