Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-26/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs X2, Məhkum müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X13 iştirakları ilə xx xxxxxx 1961-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şəki şəhəri, ünvan-da qeydiyyatda olmaqla, ünvan 1 ünva nda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli hökmündən məhkumun müdafiəçisi, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Səmədov Zaman Afrad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər: Ş.Məmmədova (sədrlik edən), M.Xankişiyev və F.Qəniyevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə aralarında olan 100.000 (yüz min) manatlıq alqı-satqı epizod üzrə ona Azərbaycan R espublikasi Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsi olmaması əsası ilə bəraət verilmiş, zərərçəkmiş şəxs X4 mülki-mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməsi, Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət əməlinə görə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum 2016-cı ilin 25 avqust tarixdən 16 sentyabr tarixə, 2017-ci ilin 25 may tarixdən 27 may tarixədək, habelə 2017-ci ilin 16 sentyabr tarixdən xx xxxxxx 2017-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində CM-nin 70-ci maddəsi tə tbiq edilərək ona 02 (iki) il sınaq müddəti müəyyən edilməklə hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Zərərçəkmiş şəxs2 nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: F.A.Qasımov (sədrlik edən), S.A.Mirzəyev və E.Y.Şamayev) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət əməli CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü mad dəsinə tövsif edilmiş, ona CM-nin 178.2.4cü maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmün Məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaları və hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ə.S.Seyfəliyev (sədrlik edən), H.Q.Nəsibov və İ.M.Nəsirov) xx xxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017- ci il tarixli hökmündən zərərçəkmiş Zərərçəkmiş şəxs2 nümayəndəsi Elman Mustafayev tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı X21 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: N.E.Məmmədov (sədrlik edən), Ə.N.Bayramov və Ə.İ.Qasımov) xx xxxx 2019-cu il tarixli hökmü ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxxx 2016-cı il tarixədək, xx xxx 2017-ci il tarixdən xx xxx 2017-ci il tarixədək və xx xxxxxxxx 2017-ci il tarixdən x x xxxxxx 2017-ci il tarixədək həbsdə saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 məhkum (mülki cavabdeh) Məhkum qarşı 100.000 (yüz min) manat real ziyanın, 120.000 (yüz iyirmi min) manat əldən çıxmış faydanın və 5000 (beş min) manat mənəvi ziyanın tutulması tələbinə dair mülki iddiası qismən təmin edilmiş, Məhkum 98.000 (doxsan səkkiz min) manat pul alınaraq Zərərçəkmiş şəxs2 verilməsi hökm edilmiş, mülki iddia qalan hissədə təmin edilməmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçək miş şəxs1 məhkum (mülki cavabdeh) Məhkum qarşı mülki iddiasından imtina etdiyi üçün həmin iddia üzrə icraata xitam verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmiş və bununla da Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 2011-ci ilin iyul ayında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən kafedə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə İran İslam Respublikasından mərmər və şüşə materialını Azərbaycan Respublikası ərazisinə gətirdikdən sonra birlikdə satıb qazanc əldə etmələrini ona yalan vəd verməklə aldadaraq 2011-ci ilin iyul ayında ünvan 2 ünvanda yerləşən “Bomond” kafesində 8.000 (səkkiz min) manat, 2014-cü ilin iyul-avqust aylarında ünvan 3 ünva nda yerləşən “Meşəbəyi” restoranında isə hissə-hissə olmaqla ümumilikdə 14.900 (on dörd min doqquz yüz) ABŞ dolları, yəni həmin dövrə Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsinə görə 11.686,07 (on bir min altı yüz səksən altı, 07) manat və həmin ünvanda qeyd edilən müddətdə hissə-hissə olmaqla, ümumilikdə, 5.500 (beş min beş yüz) manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə, 25.186,07 (iyirmi beş min yüz səksən altı, 07) manat pulu Zərərçəkmiş şəxs1 ələ keçirib vədinə əməl etməyərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-isifadə etməklə sonuncunun xx xxx 2004-cü il tarixli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə əsasında Sabirabad rayonu X5 adlanan ərazisində icarəyə götürdüyü 100 ha torpaq sahəsində saxladığı yetmiş baş iri buynuzlu, iki yüz iyirmi baş xırda buynuzlu, dörd rest atı fermada olan tikililərlə birlikdə 100.000 (bir yüz min) manat pulun müqabilində Zərərçəkmiş şəxs2 alacağını və həmin pulu ona iki ay ərzində verəcəyini yalan vəd verməklə aldadaraq 2009-cu ilin təxminən yanvar ayında Zərərçəkmiş şəxs2 məxsus hər biri 1.500 (bir min beş yüz) manat olan otuz iki baş inəyi, hər biri 2.000 (iki min) manat olan dörd baş cöngəni, hər biri 700 (yeddi yüz) manat olan otuz dörd baş dananı, hər biri 90 (doxsan) manat olan keçi, qoyun, quzu, qoçdan ibarət iki yüz iyirmi baş xırda buynuzlu heyvanı, hər biri 100 (bir yüz) manat olan dörd baş atı, yəni ümumilikdə 100.000 (bir yüz min) manat məbləğində əmlakı ələ keçirib, vəd inə əməl etməyərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, Məhkum ilkin izahat və ifadələrində göstərmişdir ki, zərərçəkmiş şəxs X7 ilə ferma, torpaq və heyvanları alqı-satqı yolu ilə 78 min manata nisyə almağa razılaşmışlar. Belə olan halda, tərəflər arasında yaranan münasibətlər mülki xarakterli olduğu üçün Mülki Məcəllənin normaları tətbiq olunmalıdır. Müdafiəçi həmçinin qeyd edir ki, Məhkum niyyəti öz gənin əmlakını ələ keçirmək olmamışdır. Əgər belə bir niyyət olsa idi, Ağsu rayonundan 200 baş qoyun-quzunu və 5-6 baş camışı həmin fermaya gətirməzdi. İş üzrə şahid qismində ifadə vermiş X15 da təsdiq etmişdir ki, Məhkum məqsədi iri torpaq sahəsi olan ferma almaq olmuşdur. Müdafiəçi hesab edir ki, məhkəmə Məhkum cəza təyin edərkən cinayət qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Ş.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynli və zərərçəkmiş şəxs xun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya in stansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmə lərindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası ilkin olaraq məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəm ə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən ha kimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqi qindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliy i üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumunn qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələri ilə yanaşı, şahidlər X15, X16, X3, İsrəfilov Hakim İmanqulu oğlu, X25, X12, X26, X27 və X8 ifadələri, “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”, “Torpaq icarəsi müqaviləsi”, xx xxxxxx 2016-cı il tarixli üzləşdirmə protokolu, xx xxxxxxx 2016-cı il tarixli üzləşdirmə protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. CM-in 3-cü ma ddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanu nsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayə ti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən sax talaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqə dar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında gö stərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən ci nayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilm əsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəs ində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəməsini və barışmalarını cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə hökmü qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-26/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-26/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver