Məhkəmə qərarları › İş №1(102)-26/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-26/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-26/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X17 qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2021-ci il tarixli, 1(106)-191/2021 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 31 may 1993-cü il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməmiş, əvvəllər məhkumluğu olmayan, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 25 avqust 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 144.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 28 sentyabr 2020-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum və qeyrisi cinayət təqibi orqanı tərəfindən irəli sürül müş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X13 və tanışı Məhkum Bəhruz Şükürovun xx xxxx 2002-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan qohumu Zərərçəkmiş şəxs ilə evlənməsinə nail olmaq üçün sonuncunu olduğu yerdən iradəsinə zidd olaraq başqa yerə aparıb saxlamaqla oğurlamaq barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra göstərilən məqsədlə və ümumi cinayətkar niyyətə uyğun olaraq, 16 oktyabr 2019-cu il tarixdə Bəhruz Şükürovun təmir edəcəyi adı ilə əldə etdiyi, cinayətkar niyyətlərindən məlumatı olmayan tanışı X6 məxsus “NİVA” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi Cəlilabad şəhəri, M.Hadi küçəsinə gedib gəlməsini gözləyərkən saat 18 radələrində qohumu X2 ilə birlikdə yaşadığı ev istiqamətində piyada getdiyini gördükdə Məhkum Bəhruz Şükürovun tapşırığı ilə avtomobili idarə edib Zərərçəkmiş şəxs qarşı tərəfində saxladıqdan sonra avtomobildən yerə düşmüşlər. Bəhruz Şükürov və Məhkum Zərərçəkmiş şəxs müvafiq olaraq qolları və ayaqlarından tutub müqavimətini qırmaqla iradəsinə zidd olaraq avtomobilin salonuna mindirərkən sağ bazu və sağ çənə nahiyələrinə qançırdan ibarət, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirib arxa oturacaqda əyləşdirmiş, saxlamaq üçün oradan Məhkum idarə etdiyi həmin avtomobillə cinayətkar niyyətlərindən məlumatı olmayan tanışları X7 Cəlilabad rayonu, Üçtəpə kəndin də yaşadığı evə aparmışlar. 17 oktyabr 2019-cu il tarixdə saat 14 radələrində X19 Eynullayevanın eyni niyyətlə, cinayətkar niyyətindən məlumatı olmayan tanışı X11 idarə etdiyi “VAZ 21015” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobildə Cəlilabad rayonu, Dələli kəndində yaşadığı evə aparılmasına nail olmuşdur. 18 oktyabr 2019-cu il tarixdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs və X15 Alışovun məlumatı əsasında həmin evdə aşkar etmişlər.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-385/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azad lığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 30 mart 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək ittihamın elan edilməsi üçün tutulduğu 3 (üç) gün müddətin ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablanıb həmin cəzadan çıxılması və üzərində 4 (dörd) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmiş, həmçinin hökmlə digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin X13 da təqsirli bilinərək məhkum edilmişdir.

7. Hökmdən dövlət ittihamçısı Əli-zadə Aqil İlqar oğlu apelyasiya protesti verərək X13 və Məhkum Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmünün onların barələrində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalarının hökmdən xaric etməklə, onlara Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsinin sanksiyası həddində cinayət qanununun normalarına uyğun cəza təyin edilməsini xahiş etmişdir.

8. Məhkum edilmiş şəxs X9 müdafiəçisi X12 apelyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmünün tamamilə ləğv edilməsini, təqsirləndirilən şəxs X9 (və Məhkum) barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin “Qeyd” hissəsini tətbiq etməklə barələrində olan cinayət işinin icraatına xitam verilməsinə dair məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir.

9. Zərərçəkmiş şəxs apelyasiya şikayəti verərək, X9 Azərbaycan Respublikası CMnin 144.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli hökmündən sonuncu barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların xaric edilməsini, ona Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin etməklə dəyişdirilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2021-ci il tarixli, 1(106)-191/2021 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Bəhruz Şükürovun müdafiəçisi X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti tam, dövlət ittihamçısı Əli-zadə Aqil İlqar oğlu tərəfindən verilmiş apelyasiya pro testi isə qismən təmin olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-385/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli hökmü Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti və dövlət ittihamçısı Əli-zadə Aqil İlqar oğlu tərəfindən verilmiş apelyasiya protestinə əsasən dəyişdirilmiş, X13 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona cəza təyin olunmasına dair müddəalar hökmdən xaric edilmiş, ona Azərbaycan Respublikası CMnin 144.3-cü maddəsi 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi nə əsasən Məhkum 30 mart 2020-ci il tarixdən 01 aprel 2020-ci il tarixədək ittihamın elan edilməsi üçün tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum məhkəmə iclas zalından dərhal həbsə alınması, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 25 may 2021-ci il tarixdən hesablanması qərara alınmışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

12. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum ilk andan əməlindən peşman olaraq zərərçəkmiş şəxsi geri qaytarmışdır. Belə olan halda apelyasiya instansiyası məhkəməsi Məhkum münasibətdə Azərbaycan Respublikası CMnin 144.3-cü maddəsinin qeyd hissəsini tətbiq etməklə, Məhkum barəsində olan cinayət işinin icraatına xitam verməli idi. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2021-ci il tarixli, 1(106)-191/2021 nömrəli qərarını Məhkum münasibətdə ləğv edib Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsinin qeyd hissəsini tətbiq etməklə, Məhkum barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 13.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Kassasiya instansiyası məhkəməsi nin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Azərbaycan Respublikası CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələ bindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Məhkum m üdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxs barəsində Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsinin qeyd hissəsini tətbiq etməklə, onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.11-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdilər.

19. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Azərbaycan Respublikası CM-nin 144.3.-cü maddəsinin qeyd hissəsinə görə, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur.

21. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

22. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəs inin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad olunmasına dair dəlilləri digər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət əməlinin ümumi hallarına münasibətdə yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, məhkum edilmiş şəxslərin öz ifadələri və şahid ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlər ində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi dispozisiyasından və Azərbaycan Respublikası CM-nin ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Azərbaycan Respublikası CM- nin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmalarını istisna edən halların, həmçinin cinayət işi üzrə bütün təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-in 144-cü maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmələri üçün əsasların olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, b irinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini, cəzalandırılmasını istisna edən halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunla rına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi öz nəticələrini əsaslandırmaqla həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutlar üzərində qurulmuş həmin nəticələrə dair yeni təsvir və şərh verilməsinə zərurət görmür.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol ve rilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi1 verdiyi kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2021-ci il tarixli, 1(106)-191/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2021-ci il tarixli, 1(106)-191/2021 nömrəli qərarı kassas

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar