Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-26/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Altay Soltanağa oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2 iştirakları ilə xx xxxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ll qrup əlil olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.2 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumu müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Altay Soltanağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 sentyabr 2020-ci il tarixli hökmünə əsasən (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynov) Məhkum - Azə rbaycan Respublikası CM-in 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, CM-in 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il 6 (altı) ay müddətə, CM-in 221.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 9 dekabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Zərərçəkmiş şəxs2, məhkumun müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 4 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi üzrə təyin edilmiş 17 (on yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi üzrə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 15 (on beş) il m üddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən bıçaqdan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən və ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni, digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 08 dekabr 2019-cu il tarixdə, saat 23:30 radələrində, alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Ş.Mirzəyev küçəsinin kəsişməsində yerləşən “Şərab evi” adlı mağazadan spirtli içki aldıqdan sonra orada satıcı işləyən, əvvəllər tanıdığı Zər ərçəkmiş şəxs1 adi danışıq tərzini özünə yaraşdırmayıb, onunla danışanda daha diqqətli olmasını tələb etməsi ilə əlaqədar sonuncunun ona sərxoş halda özünü idarə edə bilməməsi barədə iradını özünə qarşı hörmətsizlik kimi qəbul edərək öz şəxsiyyətini Zərərçəkmiş şəxs1 şəxsiyyətinin fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla bir dəfə zərbə vurub fiziki ağrı yetirmiş, lakin onunla birlikdə olan tanışı Zərərçəkmiş şəxs2 və səs-küyə həmin mağazaya gələn yaxınlıqdakı telefon dükanında satıcı işləyən Şahid1 müdaxilə edərək onu tutub saxlamaları səbəbindən mağazada qanunsuz hərəkətlərini davam etdirə bilməyib sakitləşməyərək üstünlüyünü sonadək nümayiş etdirmək məqsədilə Zərərçəkmiş şəxs1la birlikdə mağazadan çıxdıqdan sonra sonuncunun qolun dan tutub dartaraq təxminən altmış metr aralıda, ictimai yer hesab edilən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 31 ünvanında yerləşən yaşayış binasının qarşısına aparıb orada qərəzli hərəkətlərini davam etdirərək, bina sakinlərinə və kənardan toplaşan ətrafdakı insanlara məhəl qoymadan Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruq zərbəsi endirdiyi üçün ona irad bildirməsini cüzi səbəb kimi bəhanə etməklə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını kobud surətdə pozaraq və bunlara etinasızlıq göstərərək Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, həmin məqsədlə əynindəki gödəkcənin sağ yan cibində gəzdirdiyi, istintaqa məlum olmayan bir ədəd silah qismində istifadə edilən q atlanan cib bıçağını çıxarıb sağ əli ilə açmaqla hazır vəziyyətə gətirdikdən sonra istifadə edib qərəzli hərəkətlərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə əlindəki bıçaqla sonuncuya sağ əlin İİİ barmağının arxa səthinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirib xuliqanlıq etmiş, sonra isə həmin bıçaqla Zərərçəkmiş şəxs1 həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsinin sol nahiyəsinə zərbələr endirib ölümünə səbəb olan kəskin qanitirmə ilə müşayiət olunan daxilə nüfuz edərək ürək kisəsi və sol ağciyəri zədələyən döş qəfəsinin ön səthinin sol yarısında yerləşən dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bir ədəd, hər biri ayrı-ayrıl ıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının arxa qoltuqyanı xətt üzrə yerləşən bir ədəd və döş qəfəsinin sol yarısının bayır səthində yerləşən bir ədəd, cəmi üç ədəd kəsilmiş-deşilmiş xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və əməlinin CM-in 122.1-ci maddəsi ilə tövsif edilməklə ədalətli cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və məhkumun əməlinin CM-in 122.1-ci maddəsi ilə tövsif edilməklə ədalətli cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum əvvəllər avtoqəza hadisəsi törətmiş və onda psixi pozuntu yaranması ilə əlaqədar xəstəliyi vardır. İstintaq zamanı təyin edilmiş məhkəmə psixiatriya ekspertizaların rəylərində onun cinayət hadisəsini törədərkən anlaqlı olması göstərilsə də, rəydə həmçinin qeyd olunur ki, Məhkum aşkarlanan depressiv pozuntunun dərinləşməməsi, psixi xarakter qazanmaması, intihar fikirlərinin özünüöldürmə cəhdlərinə keçməməsi və digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanılması və zərurət yarandığı təqdirdə hək im psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Müdafiəçi hesab edir ki, bütün bu hallar Məhkum cinayət hadisəsini törədərkən zərərçəkmiş şəxsin ona qarşı etdiyi qanunsuz hərəkətlər, yəni onun ünvanına söyüşlər söyməklə təhqir etməsi səbəbindən güclü ruhi həyəcan vəziyyətində olmasına dəlalət edir. Lakin apelyasiya instansiya məhkəməsi müdafiə tərəfinin təkrar kompleks məhkəməpsixiatrik və psixoloji ekspertizasının təyin edilməsi barədə vəsatətini əsassız olaraq təmin etməmişdir. Müdafiəçi həmçinin hesab edir ki, Məhkum hərəkətlərində xuliqanlıq cinayətinin də tərkibi yoxdur.Belə ki, ittihamda hadisə yerində kənar adamların toplaşdığı qeyd olunsa da, həmin kənar şəxslərin hadisə yerinə toplaşmasını təsdiq edən sübutlar iş materiallarında yoxdur. Müdafiəçinin fikrincə, Məhkum əməl i CM-in 122.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona ədalətli cəza təyin edilməlidir. İş kassasiya instansiya məhkəməsində baxılan zaman Məhkum ərizə təqdim edərək özü tərəfindən verilmiş kassasiya şikayətini və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəni geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı Məhkum, müdafiəçi A.Mirzəyevin, Nümayəndə2 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum özü tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəni məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət və şikayətə əlavə baxılmadan geri qaytarılmalı dır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin geri götürülməsi barədə ərizəsi ni nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-26/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-26/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver