Məhkəmə qərarları › İş №1(102)-26/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-26/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-26/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 1(074)-39/2023 saylı, 22 noyabr 2023-cü il tarixli (sədrlik edən hakim: X6) hökmü ilə xx xxx 1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən edilməsi, ona cinay ət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi, iş üzrə maddi sübut olan 2,324 qram narkotik vasitə olan tiryəkin və hadisəsinin törədilməsinə aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə) 1(105)97/2024 saylı, 30 aprel 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə təqsirsiz hesab edilməsi və ona həmin maddə ilə bəraət verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 1(074)-39/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlamaqla Şamaxı rayonu ərazisində daşımış, 12 yanvar 2023-cü il tarixdə, saat 1 9 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şamaxi şəhəri, Ə.Əlizadə küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 20:15-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın arxa cibindən bir ədəd şəffaf sellofanın içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 2,424 (iki tam mində dörd yüz iyirmi dörd) qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-97/2024 saylı, 30 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qar şı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Məhkəmələr Məhkum ibtidai araşdırmanın ilkin mərhələsində fiziki təsirə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlir və gəldikləri nəticəni də onunla izah edirlər ki, əvvəla Məhkum xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şamaxı şəhəri,Ə.Əlizadə küçəsi, döngə 1, 2 saylı evdə olarkən anası ilə mübahisə etdiyi üçün anası ondan şikayət etdiyi üçün polis əməkdaşları onun yaşadığı ünvana gələrək onu polis şöbəsinə gətirmişlər. Məhkum saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, qaçmağa çalışmamış, ona qarşı polis əməkdaşları tərəfindən güc tətbiqedilməsini əsaslandıracaq heç bir hal baş verməmiş, lakin polis şöbəsin ə gətirilməmişdən əvvəl evdə anası ilə mübahisə zamanı başını divara vurmuş və əli ilə şüşəni vurub sındırmışdır. Lakin təqsirləndirlən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olarkən onda qeyd edilən xəsarətlərdən əlavə sol bazunun, kürəyin qançırları xəsarətlərinin aşkar olması onun fiziki təsirə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlməyə əsas verir. Halbuki ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 yanvar 2023-cü il tarixdə yaşadığı ünvana gələn zaman yolun kənarında yerdə 01 ədəd sellofana bükülmüş büküm görmüşdür. Həmin büküm marağına səbəb olduğu üçün həmin sellofana bükülmüş bükümü y erdən götürmüş və içərisinə açıb baxdıqda, içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan tiryək olmasını görmüşdür. Həmin narkotik vasitə olan tiryəki sonra istifadə etmək üçün üzərində olan qara rəngli cins şalvarın arxa sol cibinə qoymuş və yaşadığı ünvana getmişdir. 12 yanvar 2023-cü il tarixdə saat 19 radələrində evdə olan zaman anası Güldəstə Mustafayeva ona spirtli içki qəbul etdiyini, daha qəbul etməməyini bildirmiş, qu səqəqdən də aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə zamanı əsəbləşdiyi üçün başını divara vurub, əli ilə evin şüşəsini vuraraq sındırmışdır. Üstündən bir müddət keçdikdən sonra yaşadıqları ünvana polis əməkdaşları gəlmiş, ona məlum olmuşdur ki, anası Güldəstə Azərbaycan Respublikası DİN-in "102" xidmətinə məlumat verib. Polis əmək daşları evə gələn zaman o, evlərinin yaxınlığında dayanmışdır. Polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmişlər. O, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə getmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən, əynində qara rəngli cins şalvarın arxa sol cibində şəffaf sellofan aşkar edilmiş, polis əməkdaşları sellofanı açdıqda, içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan tiryək aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan tiryək kağız zerfpe qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. (cild İ, i/v 55-57) Cinayət işi üzrə Məhkum ifadələrinin düzgünlüyünün ле dəqiqliyinin müəyyən edilməsi üçün onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Məhkum ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir. Bununla bağlı protokol tərtib edilmiş və istintaq hərəkətinin gedişatı foto çəkilişlə çəkilərək iş materiallarına əlavə edilmişdir. (cild İ, i/v 102-106) Eləcə də, həm ibtidai istintaq və həm də məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 yanvar 2023-cü il tarixdə ünvan 1-də yaşayan Məhkum Şamaxı rayonu ərazisində olması və qanunsuz olar aq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 12 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Şamaxı rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Şamaxı şəhəri, Ə.Əlizadə küçəsində Məhkum yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər. Məhkum onlara etiraz edərək, üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin vaxt onlar onu Şamaxı RPŞ-nə dəvət etdikdə, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Məhkum üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qara rəngli cins şa'varın arxa cibindən şəffaf sellofan aşkar olunmuşdu r. Həmin sellofan açılarkən, içərisindən narkotik vasitə olan tiryəkə oxşar kütlə aşkar edilmişdir. Məhkum üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə olan sellofan baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Məhkum, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. (cild İ, i/v 139-140) İş üzrə şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. (cild İ, i/v 88-89) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə NazirliyininRespublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli 1079 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aş kar olunur. Lakin hal-hazırda İl dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v 136-137) Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Məhkum üzərindən narkotik vasitə olan tiryəkin aşkar edilməsini əks etdirən videogörüntüdən də görünür ki, müdafiəçinin və əməliyyatçıların iştirakı ilə qeyd olunan narkotik vasitənin onun üzərindən aşkar edilməsi təsdiqini tapır və həmin vaxt Məhkum aşkar olunan narkotik vasitə olan tiryəkin ibtidai istintaq zamanı verdiyi ifadəsinde göstərdiyi kimi əldə etdiyi mexanizmi izah edir və bu zaman ona hər hansı bir psixoloji, fiziki təzyiq və təsir göstərilmədiyini təsdiq edir. Lakin məhkə mələr, ibtidai istintaq zamanı Məhkum narkotik vasitə olan tiryəki əldə etməsinə dair verdiyi ilkin etirafedici ifadəsini, şahid ifadələrini, eksperiza rəylərini, narkotik vasitənin götürülməsini əks etdirən videogörüntünü nəzərə almadan, təqsirləndirilən şəxs Məhkum məhkəmədə ziddiyyətli ifadələr verməsinin obyektiv səbəbini tam, obyektiv və hərtərəfli aydınlaşdırmamış, ibtidai istintaq zamanı toplanmış sübutlar təhlil olunmamış, məhkəmə istintaqında müəyyən edilmiş sübutlarla müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 apre l 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəll ənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edil mişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil e tdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə oby ektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qər arının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xar akteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzl aşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Məhkum bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: “Baxış və götürmə haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Mustafayev X7 üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın arxa cibindən bir ədəd şəffaf sellofanın içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan tiryəkə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt Məhkum üzərində aşkar olunmuş şəffaf selofanın içərisində olan kütlə tiryəkdir, ona məxsusdur. Baxış və götürmə zamanı video çəkilərək protokola əl avə edilmişdir. Baxış xx.xx.2023-cü il tarixdə saat 20:15-də başlamış saat 20:35-də qurtarmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2023-cü il tarixli 6/224 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “üzərində Məhkum üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,424 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin çəkisi 2,424 qram, tədqiqata sərf edildikdən sonra qalıq 2,324 qramdır. “Şahidin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şahid X2 ifadəsində 13 yanvar 2023-cü il tarixli ekspert rəyində texniki səhvə yol verildiyini, tədqiqata təqdim edilmiş “üzərində Məhkum üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,424 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir yazılmalı olduğu halda, tədqiqata təqdim edilmiş “üzərində Məhkum üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,424 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir sözü yazılmışdır. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum 12 yanvar 2023-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 1079 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum opi oidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək, düzgün olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi nəticəsinə gəlmişdir. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, Məhkum qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə müəyyən olunmuş sübutların məcmusu ilə təsdiq olunmur və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Apellyasiya Məhkəməsi qeyd edir ki, göründüyü kimi birinci instansiya m əhkəməsi təqsirləndirilən şəxs Məhkum polis əməkdaşları tərəfindən fiziki təsirə, işgəncəyə məruz qalması ilə bağlı məlumat verdiyindən, həmin xüsusatların araşdırılması üçün şəxsdə aşkar olunan xəsarətlərin döyülmə nəticəsində yaranmasının mümkünlüyü, o cümlədən sözügedən xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsinin mümkünlüyü ilə bağlı sorğular vermiş, məhkəmə tibbi ekspertizası təyin etmiş və müvafiq rəy əldə olunaraq iş materiallarına əlavə etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni də onunla izah etmişdir ki, əvvəla Məhkum xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, döngə 1, 2 saylı evdə olarkən anası ilə mübahisə etdiyi üçün anası ondan şikayət etdiyi üçün polis əməkdaşları onun yaşadığı ünvana gələrək onu polis şöbəsinə gətir mişlər. Məhkum saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, qaçmağa çalışmamış, ona qarşı polis əməkdaşları tərəfindən güc tətbiq edilməsini əsaslandıracaq heç bir hal baş verməmiş, lakin polis şöbəsinə gətirilməmişdən əvvəl evdə anası ilə mübahisə zamanı başını divara vurmuş və əli ilə şüşəni vurub sındırmışdır. Lakin təqsirləndirlən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olarkən onda qeyd edilən xəsarətlərdən əlavə sol bazunun, kürəyin qançırları xəsarətlərinin aşkar olması onun fiziki təsirə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlməyə əsas verir. Şəxsin həmin xəsarətləri özünə yetirməsi ehtimalı ona görə mümkün hesab olunmamışdır ki, Şamaxı Rayon Polis Şöbəsinin MSY-də video müşahidə kameraları quraşdırılmamış və bu halın baş verməsini əks etdirən hər hansı bir sənədləşdirmə aparılmamışdır. Qeyd olunanları və işin digər hallarını nəzərə alan məhkəmə təqsirləndirilən şəxsin vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi etirafedici ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşmış və hesab etmişdir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Şahidlərin ifadələri ilə bağlı isə qeyd etmişdir ki, həmin şahidlər ittiham tərəfinin şahidləridir və müvafiq əməliyyat tədbirinin keçirilməsində iştirak edən polis əməkdaşları olmaqla işin nəticəsində birbaşa maraqlı olan şəxslərdir. Məhkum saxlanılması ilə onun üzərinə şəxsi axtarışın keçirilməsi arasındakı təxminən 3 saatlıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı məhkəmədə haqlı şübhələr yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir g östərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan q aldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından birinci instansiya məhkəməsi tərəfindən Məhkum bəraət vermiş və apellyasiya məhkəməsi haqlı olaraq həmin hökmü qüvvəsində saxlamışdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiy aları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə topl anmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının q arşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsasl ıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolv erilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq ed ən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllən ini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X3 haqqında” Konvensiya nın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 130 aprel 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasə n cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Sumqayıtı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024- cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-97/2024 saylı, 30 aprel 2024 -cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar