Məhkəmə qərarları › İş №1(102)-260/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-260/2021

27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-260/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, xx xxxx 1961-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bun dan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin (sədrlik edən hakim Samir Mayılov) xx xxxx 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən ape llyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elçin Xasməmmədov, hakimlər Teyyub Muxtarov və Çingiz Məmmədovdan ibarət tərkibdə)xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Goranboy Rayon Məhkəməsinin xx xxxx 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, verilmiş apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində etibarnamə əsasında idarə etdiyi XXXX**-BA*** qeydiyyat nişanlı minik avtomobilini Goranboy şəhəri Vüqar Bayramov küçəsində Heydər Əliyev prospekti istiqamətində hərəkət etdirərkən yolun yaşayış məntəqəsi daxilində yerləşməsini nəzərə almalı, yol hərəkəti üçü n təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara riayət etməyib, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla avtomobili yaşayış məntəqəsi daxilində icazə verilən saatda 60 km surətdən artıq surətlə hərəkət etdirərək, hərəkəti istiqamətində yolu sağdan sola keçən xx xxxxxx 2015-ci il təvəllüdlü piyada X4 yolun sağ kənarından mərkəzinə doğru 4,0 metr məsafədə hərəkət hissə üzərində avtomobilin qabaq sağ ön hissəsi ilə ehtiyatsızlıqdan vurub ona döş qəfəsinin və divar aralığının küt travması, İİ-Vİ qabırğalarının sınığı, sağ ağ ciyərin orta payının cırılması, döş qəfəsi boşluğunda qanitirmənin olması, daxili üzvlərin az qanlığı, döş qəfəsində geniş qançırlar, üz nahiyyəsinin çox saylı sıyrıqları, sol budun sınığı ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra dərhal zərərçəkmiş X5 rayon Mərkəzi Xəstəxanasına aparsa da sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Kassasiya protestinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilmişdir ki, birinci instansiya məhkəmə cəza təyin edərkən məhkuma açıq aydın yüngül cəza təyin edilmişdir. Belə ki, Məhkum əməli az ağır cinayət olmaqla, onun cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması halları olmamışdır. Məhkəmə yalnız təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxs X2 hüquqi varisi ilə barışmağa cəhd etməsini göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Həmçinin məhkəmə məhkum barəsində cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, bunların nə ilə sübut olunmasını əsaslandırmamışdır. Məhkəmələr nəzərə almamışlar ki, təqsirləndirilən şəxs yaşayış məntəqəsi daxilində sürət həddini aşaraq cəmi 4 yaşı olan azyaşlının ölümünə səbəb olmuş, ərindən boşanıb tək övladını atasının evində saxlayan zərərçəkmiş şəx sin hüquqi varisi ilə barışıq əldə etməmişdir. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, məhkəmə kollegiyası törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, Məhkum şəxsiyyəti nəzərə alınmaqla ona açıq-aydın təyin edilmiş ədalətsiz cəzanı qüvvədə saxlamış, bu zaman cəza təyin etmə barədə CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı tövsiyyələri nəzərə almamış, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq edilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in norm alarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkün lüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cəzanı ağırlaşdıran və yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməs inin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxxxx 2013-cü il tarixli 5 №-li qərarının 21-ci bəndində qeyd edilmi şdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması və törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, birinci instansiya məhkəməsində ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərdi ki, oğlu A1 avtomobil vurduğunu eşitmiş və həmin vaxt atası A2 həmin XXXX markalı avtomobilin arxa oturacağında əyləşərək oğlu A3 isə qucağına alaraq Goranboy rayon mərkəzi xəstəxanasına getdiklərini qeyd etmişdir. Lakin o, xəstəxanaya çatanda ona məlum olmuşdur ki, oğlu A3 yol-nəqliyyat hadisəsi nəticəsində ald ığı xəsarətlərdən ölmüşdür. O, yol-nəqliyyat hadisəsində günahın sürücü Məhkum olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs və onun qohumları bir neçə dəfə barışığa cəhd etmiş, lakin o maddi köməkdən imtina etmişdir. Övladı öldüyü üçün daxilən Məhkum bağışlaya bilmir və təqsirləndirilən şəxsə real cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun hadisənin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxs X2 hüquqi varisi ilə barışmağa cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi və hərəkətlərində cəzanı ağırlaşdıran hallar olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 263.2-cü maddəsinin sanksiyası həddində 2 ( iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, (əsas cəza 2 ildən 6 ilədək) 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin ehtiyatsızdan baş verməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsi xəstəxanaya aparmasını nəzərə alanda təyin olunmuş cəzanı yüngül cəza kimi qiymətləndirmək qeyri mümkündür. Həmçinin kollegiya qeyd edir ki, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə də ona maddənin sanksiyasının aşağı həddində (2 il) deyil, hətta aşağı həddinə yaxın da deyil (3-4 il), əksinə yuxarı həddinə yaxın olan (4 il 9 ay) cəzanı təyin etmişdir. Məhkəmə tərəfindən də təq sirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə müəyyən edilmiş daha ciddi cəza növünün dörddə üçündən az olmayan həddə ( 6 ilin dörddə üçü 4 il 9 aydır) cəza təyin edilmişdir. Göründüyü ki, kassasiya protestinin məhkuma maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsi barədəki dəlili əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-c1 maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassa siya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla raz ılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar