Məhkəmə qərarları › İş №1(102)-260/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-260/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-260/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçisi Quliyev Elnur Ağalar oğlunun və mülki iddiaçının nümayəndəsi - Azərbaycan Respublikasının İqtisa diyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 213.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarından mülki iddiaçının nümayəndəsi - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin 1-ci müavini Samir Seyidəhmədli və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edə hakim Səfərov Hüseyn Akif oğlu) Məhkum, 04 av qust 1965-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, İ qrup əlil, əvvəllər Nərimanov Rayon Məhkəməsinin 12iyun 2018-ci il tarixli hökmü ilə CM-nin 213.2.2ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmiş, əməli CM-nin 213.2.2-ci maddəsindən CM-nin 213.1-ci maddəsinə tövsif edilmiş və həmin madd ə ilə təqsirli bilinərək 02 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmuş, Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza da 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin iş üzrə mülki iddianın təmin edilməsi, mülki iddia üzrə 216048,58 manat (iki yüz on altı min qırx səkkiz manat əlli səkkiz qəpik) məbləğində pulun Məhkum tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X8 "xxxx" (VOEN: **********) və "xxxx" (VOEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru olaraq həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən gəlirlər əldə edərək, cəmiyyətlərin pul vəsaitləri üzərində sərəncam verən və vergi öhdəliklərini yerinə yetirən şəxs olaraq, həmin cəmiyyətlərə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 71.1, 71.2, 71.4. 72. 77.3. 78.1. 78.3. 82. 103.1, 104.1, 130.1, 130.2. 150.1. 1, 150.2. 151, 152.1, 154.1, 155 1. 159.1, 174, 177.1, 177.2, 177.6, 178, 180.1, 218.1, 219.1, 220.1 və 221-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan cəmiyyətlərin adından vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə "xxxx" MMC-də 152090,29 manat və "xxxx" MMC-də 63958.29 manat olmaqla, vahid niyyətlə, ümumilikdə külli miqdar təşkil edən 216048.58 manat məbləğində vergiləri və məcburi dövlət sosial sığorta haqqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum, hüquqi ünvanı ünvan 3yicisı kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinə rəhbərlik edərək, müəssisənin 2017-ci ilin 1-ci rübü üzrə əldə etdiyi hasilatı 140691,94 manat, həmin hasilatd an 4 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergi 5627,68 manat olduğu halda, vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb olunan hasilatı 1500,00 manat, həmin hasilatdan 4 faiz dərəcə ilə Ödənilməli sadələşdirilmiş vergini 60,00 manat göstərərək 5567,68 manat, cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə ödəniş və azalmaları nəzərə alınmaqla isə 1178,35 manat məbləğində sadələşdirilmiş vergini; 2017-ci ilin iyul ayı üzrə cəmiyyətin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 2006699,11 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 361205,84 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində idxal zamanı ƏDV-yə cəlb olunan məbləği 2006695,74 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilmiş ƏDV-ni 361205,23 manat göstərərək, cəmiyyətin idxalda ödənilmiş ƏDV üzrə əvəzləşmə hüququ nəzərə alınaraq 2017-ci ilin iyul ayı üzrə 0,61 manat ƏDV-ni; 2017-ci ilin avqust ayı üzrə cəmiyyətin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 1750610,90 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 315109,96 manat olduğu halda, həmin dövr üzrə ƏDV bəyannaməsində idxal zamanı ƏDV-yə cəlb olunan məbləği 178690,90 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilmiş ƏDV-ni 314764,36 manat göstərərək, cəmiyyətin idxalda ödənilmiş ƏDV üzrə əvəzləşmə hüququ nəzərə alınaraq 2017-ci ilin avqust ayı üzrə 345,60 manat ƏDV-ni; 2017-ci ilin iyun ayı üzrə vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsində müəssisənin 1 nəfər işçisinə mart ayı ərzində ödənilmiş 175,0 manat əmək haqqından 2.80 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini hesablayıb bəyan etməli olduğu halda, həmin dövr üzrə təqdim olunmuş bəyannamə üzrə məlumatları boş göstərərək 2,80 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini; 2017-ci ilin iyul ayı üzrə vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsində müəssisənin 1 nəfər işçisinə mart ayı ərzində ödənilmiş 175,0 manat əmək haqqından 2,80 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini hesablayıb bəyan etməsinə baxmayaraq, 2,80 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, 2017-ci ilin avqust ayı üzrə vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsində müəssisənin 1 nəfər işçisinə mart ayı ərzində ödənilmiş 175,0 manat əmək haqqından 2,80 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini hesablayıb bəyan etməli olduğu halda, həmin dövr üzrə tə qdim olunmuş bəyyannamə üzrə məlumatları boş göstərərək 2.80 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini; 2017-ci il ərzində cəmiyyətin əldə etdiyi gəliri 4510184,56 manat gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 3758487,14 manat, vergiyə cəlb olunan mənfəəti 751697,42 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 150339,48 manat olduğu halda, 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməyərək, 150339,48 manat mənfəət vergisini; Eləcə də, cəmiyyət tərəfindən cari bəyannamələrlə hesablanmış 2017-i ilin 1-ci və 3-cü rübləri üzrə 217,85 manat məcburi dövlət sosial sığorta haqqlarını qanunla müəyyən olunmuş müddətdə dövlət büdcəsinə ödəməyərək, ümumilikdə isə külli miqdar təşkil edən 152090,29 manat məbləğində vergiləri və mə cbun dövlət sosial sığorta haqqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, X9, hüquqi ünvanı ünvan 4 Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinə rəhbərlik edərək, 2016-cı il ərzində cəmiyyətin əldə etdiyi gəliri 291518,70 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 242932,25 manat, vergiyə cəlb olunan mənfəəti 48586,45 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 9717.29 manat olduğu halda, 2016-cı il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində əldə etdiyi gəliri 892294.41 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 885294,41 manat, vergiyə cəlb olunan mənfəəti 7000,0 manat, büdcəyə ödənilməli mənfəət vergisini 1400,0 manat göstərərək, 8317,29 manat mənfəət vergisini; 2017-ci il ərzində cəmiyyətin əldə etdiyi gəliri 1520289.60 manat gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclən 1266908.0 manat, vergiyə cəlb olunan mənfəəti 253381.60 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 50676.32 manat olduğu halda, 2017-ci il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində əldə etdiyi gəliri 1268607,78 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 1266908.0 manat, vergiyə cəlb olunan mənfəəti 1700,0 manat, büdcəyə ödənilməli mənfəət vergisini 340,0 manat göstərərək və qanunla müəyyən olunmuş müddətdə həmin vergini ödəməyərək, 50676,32 manat mənfəət vergisini; 2017-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üzrə cəmiyyətin əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 1268607,78 manat, 18 faiz dərəcə ilə büdcəyə ödənilməli ƏDV 228349,40 manat, idxalda ödənilmiş əvəzləşdirilən ƏDV 223384,82 manat olmaqla, 4964,59 manat əlavə dəyər vergisini qanunla müəyyən olunmuş müddətdə dövlət büdcəsinə ödəməyərək, ümumilikdə isə xeyli miqdar təşkil edən 63958,29 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Beləliklə də, Məhkum direktoru olduğu "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərdə, külli miqdar təşkil edən 216048,58 manat məbləğində vergiləri və məcburi dövlət sosial sığorta haqqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hökmdən Məhkum müdafiəçisi E.A.Quliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Yasamal rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli CM-nin 213.2.2-ci maddəsindən CMnin 213.1-ci maddəsinə tövsif edilmiş və o, bu maddə ilə təqsirli bilinərək 02 (iki) il müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadl ıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü “Mülki iddia təmin edilsin. Mülki iddia üzrə 216048,58 manat (iki yüz on altı min qırx səkkiz manat 58 qəpik) məbləğində pul Məhkum tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün” hissəsində də dəyişdirilərək mülki iddianın qismən təmin olunması və 157.054,97 manat (bir yüz əlli yeddi min əlli dörd manat doxsan yeddi qəpik) (152.090,29 manat + 4.964,68 manat) məbləğində pulun Məhkum tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan mülki iddiaçının nümayəndəsi - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy i yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin 1-ci müavini Samir Seyidəhmədli və Məhkum kassasiya şikayətləri verərək, mülki iddiaçının nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərarının ləğv edilərək mülki iddianın tam təmin olunması barədə qərarın qəbul edilməsini, Məhkum isə həmin qərarın dəyişdirilərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəzanın təyin edilməsi və həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla məhkəmə zalından azadlığa buraxılmasını xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Mülki iddiaçının nümayəndəsi S.Seyidəhmədli kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsində araşdırma tam, hərtərəfli və oby ektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini nəzərə almamışdır.tam araşdırmamış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin (bundan sonra mətndə CPM-nin) 125, 127.3, 144 və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmiş, qərar qəbul edərkən isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli 9/1539 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Həmin ekspert rəyinə əsasən "xxxx" MMC üzrə 4.964,68 manat ƏDV üzrə yayınmanın olması təsdiq ed ilmiş, mənfəət vergisi üzrə isə iş materiallarında sənədlər (elektron qaimə fakturalar.VHF, ödəniş sənədləri, mədaxil-məxaric sənədləri və s.) tam olaraq öz əksini tapmadığından yayınmanın hansı məbləğdə olmasının müəyyən etməyin mümkün olmadığı bildirilmişdir.Şikayət müəllfi bildirmişdir ki, ekspert tərəfindən mənfəət vergisinin hesablanmasına münasibətdə ziddiyyətli rəy verilmişdir. Belə ki, ekspert tərəfindən birinci sual üzrə "xxxx" MMC-nə münasibətdə rəy verilərkən, qeyd edilən müəssisənin xərclərini təsdiq edən sənədlərin tam olmamasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik norması əsasında hesablamaların aparılmasını təsdiq etsə də, eyni hal üzrə ekspertin də təsdi q etdiyi kimi sənədlər iş materiallarında öz əksini tam tapmadığı halda NK-nin 55 saylı Qərarı əsasında aparılmış hesablamanı təsdiq etməmiş, iş materiallarında sənədlərin tam əksini tapmamasına görə yalnız yayındırılmış vergi məbləğinin hansı məbləğdə olmasının müəyyən etməyin mümkün olmadığını bildirərək dolayısı ilə rəy verməkdən imtina etmişdir. Halbuki, ekspert iş materiallarındakı sənədlərin tam olaraq öz əksini tapmamasına görə birinci sualda olduğu kimi mövcud materiallar əsasında müəssisənin əldə etdiyi gəlirləri və ya çəkilmiş xərcləri əsasında NK-nin 55 saylı Qərarı ilə şərti rentabellik norması əsasında yayındırılmış verginin məblğini müəyyən edə bilərdi. Çünki iş materiallarına əsasən müəssisənin 2017-ci il üzrə xərclərinin 1.266.908,00 manat (idxal məlumatlarına əsasən) olduğ u təsdiq edilmişdir. Gəlirləri təsdiq edən sənədlər isə tam təqdim edilmədiyindən, qismən iş materiallarında öz əksini tapmışdır. Belə olan halda isə Vergi Məcəlləsinin 83.9cu maddəsinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən yalnız şərti rentabellik norması əsasında hesablamaların aparılması mümkündür. Lakin ekspert onun qarşısında qoyulmuş ikinici - "Potttra-2015” MMC-nin fəaliyyəti üzrə təqdim olunmuş sənədlər əsasında dövlət büdcəsinə ödənilməldən yayındırılmış vergi və məcburi dövlət sosial sığorta haqlarının dövrləri, tədiyyələri və məbləğlərinin müəyyən edilməsi barədə sualı cavabsız qoymuşdur. Göründüyü kimi ekspert qanunla üzərinə düşən vəzifəni icra etməmiş, iş üzrə natamam, mötəbərliyi şübhə doğuran rəy vermişdir. Apellyasiya instansiyası məhkəməs i tərəfindən qeyd edilən xüsusatlar araşdırılmadan bu cür natamam rəyin mötəbər sübut kimi qəbul edilməsi ciddi prosessual pozuntudur. Bu cür pozuntularla verilmiş qərar isə qanuni və əsaslı sayıla bilməz. Həmçinin məhkəmə kollegiyası da öz qərarını əsaslandırmaq üçün qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sübut qismində mütəxəssis rəyini qəbul etmiş, verilmiş ekspert rəyi də bu rəy əsasında verilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbinə əsasən mütəxəssisin rəy vermək səlahiyyəti yoxdur və sübutlar qismində mütəxəssis rəyi göstərilməmişdir. Qeyd olunanlarla əlaqədar olaraq kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, CPM-nn 96-cı maddəsinə görə, mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin apa rılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Mütəxəssis cinayət prosesini həyata keçirən orqana zəruri kömək göstərilməsi üçün kifayət qədər biliyə və bacarığa malik olmalıdır. Göründüyü kimi, prosessual qanunvericilikdə mütəxəssis tərəfindən rəyin verilməsi nəzərdə tutulduğu halda, məhkəmə tərəfindən əsassız olaraq mütəxəssisin rəy vermək səlahiyyətinin olmadığı bildirilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası CPM-nin 96-cı maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir halbuki mütəxəssis tərəfindən müvafiq peşə (vergi) sahəsindəki xüsusi bilik və bacarığından istifadə edilərək, mövcud sənədlə r əsasında müəssisə barəsində yayındırılmış vergi məbləği müəyyən edilmiş, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza rəyində isə mütəxəssis tərəfindən müəyyən edilən yayındırılmış vergi məbləği öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası tərəfindən məhkəmə istintaqı dövründə "xxxx" MMC barədə verilmiş natamam rəy deyil, ibtidai istintaq dövründə iş üzrə mövcud sənədlər əsasında verilmiş ekspertiza rəyi mötəbər sübut kimi qiymətləndirilməli idi. Məhkəmə tərəfindən prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli və beynəlxalq hüquq normalarının tələblərinin də kobud şəkildə pozulması ilə müşayiət olunmuş, işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmışdır. Odur ki, qeyd olunanlara əsasən mülki iddiaçının nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilərək mülki iddianın tam təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Həmçinin Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasya instansiyası məhkəməsi tərəfindən ona cəza təyin edilərkən onun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri, itimai təhlükəlilik dərəcəsi, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamışdır. Bununla bağlı kassasiya şikayətinin müəllifi qey etmişdir ki, onun qızları X7 və X4 I qrup (görməyə görə), həyat yoldaşı II qrup əlildirlər, həmçinin kürəkəninin və nəvəsinin də görmə qabiliyyətləri zəifdir. Odur ki, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəzanın təyin edilməsi və həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla azadlığa buraxılmasını xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə ə sasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Mülki iddiaçının nümayəndəsi S.Seyidəhmədlinin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həmin şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq verilmiş mülki iddianın tam təmin edilməməsi barədə qərar qəbul etməklə prosessual hüquq normaların ın tələblərinə əməl etməməsini iddia edir və həmin məhkəmə tərəfindən qəbul olunmuş qərarının ləğv edilməli olması haqqında kassasiya tələbini 416.1.2-ci maddəsində, Məhkum isə ona apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəzanın cəzanı yüngülləşdirən hallara uyğun olmamasını iddia edərək həmin məhkəmə tərəfindən qəbul edilmiş dəyişdirilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində təsbit olunmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası mülki iddiaçının nümayəndəsinin və məhkumun şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışını n predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqı nda qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin C inayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblə rinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konst itusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqət in müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinin və ya təqsirsiz olmasının təsdiiq edilməsi məqsədilə bu və ya digər sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoy ur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol ver ilməz olduğunu ehtiva edir. Bununla yanaşı, bu konstitusiyon tələb həmçinin cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxlsərin də hüquqlarının təmin olunmasnı, onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün qanuna müvafiq tədbirlərin görülməsini, ümumiyyətlə hər bir insanın, cəmiyyətin və dövlətin cinayəkar qəsdlərdən qorunmasını, digər tərəfdən isə cinayət törətmiş şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələrini və belə şəxslərin təqsirlilikləri sübuta yetirildiyi halda barələrində qanunda nəzərdə tutulmuş ədalətli cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini və eyni zamanda ictimai təhlükəliliyi az olan cinayəti törətmiş şəxsin daha ağır cinayəti törətməsinə görə təqsirli bilinib məhkum olunmasının yolverilməzliyini də nəzərdə tutur. CM-nin ci nayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsində isə təsbit edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi müəyyən olunmuş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdı ğı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasib ət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutl arı tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, ci nayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad e dilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cina yət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışı nda ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir k i, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalə t və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Qanunvericiliyin yuxarıda şərh olunan təlblərindən və Azərbaycan respublikası Konstitusiya Məhkəməs Plenumunun hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası cinayət işinin materiallarına əsaslanıb ilk növbədə qeyd edir ki, Məhkum CMnin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri onun özünün şəxsi etirafı ilə yanaşı şahidlərin ifadələri, məhkəmə-mühasibatlıq ekspertizasının 06 iyun 2022ci il tarixli 9/1539 saylı rəyi ilə, işə əlavə olunmuş sübut əhəmiyyətli sənədlərlə təsdiq olunur və mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətində göstərilənlərin əksinə olaraq həmin sübutlar işə bax an apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılaraq onlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş və məhkəmə həmin sübubutar üzərində qurulmuş qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, kassator həmin şikayətində Bakı Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli 9/1539 nömrəli ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini, lakin həmin rəyin natamam və mötəbərliyi şübhə doğuran rəy olmasını, bu cür natamam rəyin mötəbər sübut kimi qəbul edilməsinin ciddi prosessual pozuntu oldu ğunu və bu cür pozuntularla verilmiş qərarın isə qanuni və əsaslı olmamasını iddia edir və buna görə də mülki iddianın tam həcmdə təmin olunması haqda qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. CPM-nin 179.1-ci maddəsinin tələblərinə görə, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CM-nin 213-cü madəsi nin dispozisiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibi o halda yaranır ki, təqsirkar şəxs xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınmış olsun. Cinayət qanununun maddi tərkibli bu normasının təhlili göstəir ki, qanunverici vergilərin (sığorta haqlarının) ödənilməsindən yayınma əməlinin cinayət tərkibli əməl hesab edilib-edilməməsini ödənilməyən vergilərin (sığorta haqlarının) miqdarı ilə şərtləndirmiş və 1 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş CM-nin 213.1-ci maddəsinin “Qeyd” hissəsinin yeni redaksiyasına görə, həmin maddədə nəzərdə tutulmuş “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. CM-nin 213.2 və 213.3-cü maddələrinə əsasən, həmin mad dələrdə də nəzərdə tutulmuş cinayət məsliyyəti CM-nin 213.1-ci maddəsində göstərilən əməllərin müvafiq olaraq külli miqdarda (iki yüz manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə) və xüsusilə külli miqdarda (be yüz min manatdan yuxarı məbləğdə) törədilməsi ilə əlaqələndirilir. Bu isə o deməkdir, həm CM-nin 213.1, həm də CM-nin 213.2 və 213.3cü maddələrində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində dövlətə müvafiq olaraq xeyli, külli və ya xüsusilə külli miqdarda zərər vurulur və bu zərərin ödənilməsinin təmin edilməsi üçün cinayət işi üzrə dövləti təmsil edən orqanın mülki iddia qaldırmaq hüququ yaranır. Digər tərəfdən, istər vergi və cinayət qanunvericiliklərində, istərsə də digər normativ-hüquqi aktlarda vergilərin ödənilməsindən yayınma ilə bağlı dövlət ə, hər hansı fiziki və ya hüquqi şəxsə başqa zərərin vurulması nəzərdə tutulmamış və bu da belə nəticəyə gəlmək üçün əsas verir ki, CM-nin 213-cü maddəsi ilə aparılan cinayət təqibi zamanı vergilərin (sığorta haqlarının) ödənilməsindən yayınma faktı müəyyən edildikdən sonra bunun hansı miqdarda edilməsi (cinayət tərkibinin obyektiv cəhətinə aid olan mütləq halın olub-olmaması) aydınlaşdırılmalı və bundan sonra müvafiq icra hakimiyyəti orqanının, o cümlədən vergi orqanının nümayəndəsinə cinayət mühakimə icraatı qaydasında yalnız cinayətin törədilməsi nəticəsində vurulmuş zərər miqdarında mülki iddia vermək hüququ izah edilməlidir. Belə nəticə eyni zamanda cinayət-prosessual qanunvericiliyinin aşağıdakı normalarından da hasil olur. Belə ki, CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsində təsbit edilmişdir mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Sadalanan prosessual hüquq normalarından görünür ki, cinayət mühakimə icraatı qaydasında cinayət qanunu ilə n əzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulmasına məruz qalmış şəxs mülki iddiaçı kimi tanına bilər və verilmiş mülki iddia isə cinayət mühakimə icraatı çərçivəsində həll edilir. İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən X8 "xxxx" (VOEN: **********) və "xxxx" (VOEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru olaraq həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən gəlirlər əldə edərək, cəmiyyətlərin pul vəsaitləri üzərində sərəncam verən və vergi öhdəliklərini yerinə yetirən şəxs olaraq, həmin cəmiyyətlərə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 71.1, 71.2, 71.4. 72. 77.3. 78.1. 78.3. 82. 103.1, 104.1, 130.1, 130.2. 150.1.1, 150.2. 151, 152.1, 154.1, 155.1, 159.1, 1 74, 177.1, 177.2, 177.6, 178, 180.1, 218.1, 219.1, 220.1 və 221-ci maddələrinin tələblərini pozaraq, qeyd olunan cəmiyyətlərin adından vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə "xxxx" MMC-də 152090,29 manat və "xxxx" MMC-də 63958.29 manat olmaqla, vahid niyyətlə, ümumilikdə külli miqdar təşkil edən 216048.58 manat məbləğində vergiləri və məcburi dövlət sosial sığorta haqqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bu nəticə ibtidai araşdrma zamanı verilmiş mütəxəssis rəyinə və həmin rəy əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının aşağıdakı rəylərinə əsaslanmış və buna görə də Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəhbəri tərəfindən iş üzrə mülki iddia verilərək 216048.58 manat məbləğində pu lun Məhkum tutularaq dövlət bütcəsinə ödənlməsi barədə qərar qəbul edilmməsi xahiş olunmuşdur. Qeyld olunduğu kimi, Məhkum elan olunmuş ittiham və mülki idda üzrə sonuncudan tutularaq dövlət büdcəsinə ödənilməli olan məbləğ ibtida araşdırma zamanı alınmış mütəxəssis rəyinə və keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə əsaslanmışdır. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyində "xxxx" MMC-də (VÖEN **********) dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğinin 63958,29 manat (78483.22- 64861,25+50336,32) məbləğində olması qeyd olunmaqla, həmin məbləğin 4964,68 manatının əlavə dəyər vergisindən, 50676,32 manatının 2017-ci ilin mənfəət vergisindən və 8317,29 manat ının 2016-cı ilin mənfəət vergisindən ibarət olması göstərilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 05 aprel 2021-ci il tarixli 9/324 nömrəli rəyi ilə "xxxx" MMC tərəfindən 152090.29 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 19 may 2021-ci il tarixli 9/2469 nömrəli rəyindən isə görünür ki, "xxxx" MMC tərəfindən 63958,29 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı təsdiq edilmişdir. Lakin, apellyasiya şikayətinə məhkəmə baxışı iclasında Məhkum müdafiəçisi E.A.Quliyev məhkəməyə bir çox sənədlər təqdim edərək həmin sənədlər əsasında iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırmış və məhkəmənin 03 fevral 2022-ci il tarixli qərarı ilə həmin vəsatət təmin olunmuşdur. Bu qərara əsasən iş üzrə keçirilmiş 06 iyun 2022-ci il tairixli 9/1539 saylı rəyindən görünür ki, Məhkum rəhbərlik etdiyi "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcu 152.090,29 manat, "xxxx" MMC tərəfindən isə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ƏDV üzrə borcun məbləği 4964,68 manat, bununla da məhkum olunmuş şəxsin dövlət büdcəsinə ödənilməli vergi borcunun ümumi məbləği 1576048,58 manat (yüz əlli yeddi min əlli dörd manat doxsan yeddi qəpik) təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, bu eksperizanın keçirlməsi zamanı hər hansı qanun pozuntusuna, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsi müəyyən edilmədiyind ən apellyasya instansiyası məhkəməsi haqlı olaraq həmin ekspertizanın rəyini sübut kimi qəbul etmiş və iş üzrə araşdırılmış digər sübutlarla birgə müqayisəli şəkildə təhlil edib qiymətləndirərək kassasyia müraciətlərində mübahisələndirilən yekun qərarı qəbul etmişdir. Öz rəyini məhkəmə iclasında da təsdiq edən, mütəxəssi rəyinin isə qəbul edilməz sayan ekspert X tərəfindən həmin rəy verildikdən sonra mülki iddiaçının nümayəndəsi həmin rəylə razılaşmasa da və kassasiya şikayətində bu rəyi mübahisələndirsə də, iş üzrə təkrar, əlavə və ya kompleks ekspertizaların təyin edilməsi barədə təşəbbüslə çıxış etməyib bu barədə vəsatət qaldırmamış və yalınz rəyə dair öz mülahizəsini məhkəməyə təqdim etmişdir. Göstərilən rəylə müəyyən olunmuş məbləğ isə CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsinə əsasən yalnız xeyli miqdar təşkil etdiyindən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum əməlini CM-nin 213.2-ci maddəsindən CM-nin 213.1-ci maddəsinə tövsif edərək məhz qeyd olunan rəylə müəyyən edilmiş məbləğ həcmində mülki iddianın təmin edilməsi barədə qərar qəbul etmiş, ittihamın həcminin azalması ilə isə dövlət ittihamçısı da razılaşaraq məhkəmənin 28 iyul 2022-ci il tarixli qərarından kassasiya protesti verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatında mülki iddianın verilməsi ilə bağlı prosessual qanunvericiliyinin yuxarıda təsvir edilmiş normalarına görə, maddi tərkibli cinayət törətmiş şəxsə qarşı irəli sürülmüş ittihamda, yaxud da məhkəmənin qəbul etdiyi yekun məhkəmə aktında bu və ya digər məbləğlərdə maddi ziyanın vruluması müəyyən edildiyi, lak in təqsirkar tərəfindən həmin ziyan ödənilmədiyi halda iş üzrə verilmiş mülki iddia da yalnız həmin məbləğdə təmin oluna bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq araşdırdığı sübutlarla Məhkum yalnız 157.054,97 manat (bir yüz əlli yeddi min əlli dörd manat doxsan yeddi qəpik) məbləğində vergiləri ödəməkdən yayınmasını müəyyən etdiyindən mülki iddianın da məhz həmin həcmdə təmin edilməsi barədə əsaslandırılmış qərar qəbul etmiş, mülki iddiannın tam həcmdə təmin edilməsini isə əsaslı olaraq mümkün bilməmişdir. Kassasiya şikayətində bu haqda tələb irləi sürülsə də, məhkəmə kollegiyası CPMnin 419-cu maddəsinin tələblərinə əsaslanaraq vurğulamağı lazım bilir ki, kasssiya instansiyası məhkəməsinin də həmin şikayətdə göstərilən, yəni məhkum olunmuş şəxsin vəxiyyətinin ağırlaşdırılması barədə qərar qəbul etmək səlahiyyəti yoxdur və kassasiya müraciətlərində bu haqda tələb irəli sürüldükdə məhkəmə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarı ləğv edə və işin yeni apellyasiya baxışına təiyn olunması barədə qərar qəbul edə bilər. Mülk iddiaçının nümayəndəsi tərəfindən isə belə tələb irəli sürülmədiyindən, digər tərəfdən isə apellyasiya instansiyası məhkəməsinin qərarı araşdırılmış sübutlarla kifayət qədər əsaslandırıldığndan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq 28 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması üçün əsaslar görmür Odur ki, məhkəmə kollegiyası mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətinin dəlilləri i lə razılaşmır və həmin dəlilləri qəbuledilməz sayraq həmin şikayətinin təmin edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədi lməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qi smində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli o lub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymət ləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət- hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təh lükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzan ın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nətic ələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşd irən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutlara əsasən Məhkum əməlinə maddi hüquq normalarını tətbiq edən apellyasiya instansiya məhkəməsi onun törətdiyi həmin əməli CM-nin 213.1-ci maddəsi ilə düzgün tövsif etmiş və həmin maddənin sanksiyası həddində ona cəza təyin edilmişdir (CM-nin 213.1-ci maddəsinin sanksiyasında cinayət nəticəsin də vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur). Məhkum barəsində seçilmiş cəza tədbirinin həddindən artıq ağır olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yuxarıda göstərildiyi kimi, işin digər halları ilə yanaşı cinayətin törədilməsində təqsirli bilinmiş şəxsin haqqında bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə əsas ola bilən hallar da, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız müvafiq sübutlara əsasən müəyyən edilməli, Məhkum törət diyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-nin 213.1-ci maddəsinin sanksiyasında cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, apellyasiya instansyası məhkəməsi Məhkum cəza təyin edərkən bununla bağlı birinci nstansiya məhkəməsi tərəfindən bu məsələnin həlli zamanı gəldiyi nəticə ilə razılaşıb onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyata şəraitinə təsirini, habələ əmə lini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəli olmasını, özünün İ qrup əlil olmasını, himayəsində İ qrup əlil uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Bu hallar nəzərə alınmaqla Məhkum təyin olunmuş cəzanı ədalətli və qanuni hesab edən məhkəmə kollegiyası məhkumun da kassasya şikayətinin dəllləri ilə razılaşmır və belə qənaətə gəlir ki, həmin cəzanın yüngülləşdirlməsi və ya başqa cəza ilə əvəz edilməsi, bununla da həmin şikayətin təmin edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin təmin edilməməsi və mülki iddiaçının kassasiya şikayətinin təmin edilməsi barədə mülki iddiaçının nümayəndəsi X3nın, məhkumun kassasiya şikayətinin təmin edilməsi və mülki iddiaç ının kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçi E.A.Quliyevin, hər iki kassasiya şikayətlərinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 285 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar