Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-260/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli, 1(105)-30/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X26 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkə mə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 1(124)-36/2022 nömrəli hökmü ilə (hakimlər: R.Ş.Əliyev (sədrlik edən), H.S.Əliyev (məruzəçi) və F.H.Hümbətov) xx.xx.1971-ci ildə Şabran rayonu, Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri vəzifəsində işləmiş, məhkumluğu olmayan, X qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 309.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-nin 179.2.3-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerliözünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 309.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki günü təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına bir gün hesablanmaqla, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu i lə o, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 313-cü maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçiləri Salamov Nizami Məmməd oğlu və Quliyev Elnur Ağalar tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya şikayətləri təmin edilməmiş, lakin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-36/2022 nömrəli 16 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsindən həmin Məcəllənin 309.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş 01 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə CM-nin 179.2.3-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum ed ilməklə, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına bir gün hesablanmaqla, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qər arından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum xx.xx.2010-cu il tarixli 3694 saylı qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış Şabran rayonu Pirəbədil bələdiyyəsinin xx.xx.2010-cu il tarixdən sədri vəzifəsində işləyərkən həmin bələdiyyə üzvlərinin xx.xx.2010-cu il tarixli 09 nömrəli iclas qərarı ilə təsdiq edilmiş «Şabran rayonunun Pirəbədil bələdiyyəsinin Nizamnaməsi»nin 3-cü bəndinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktların icrasının təmin edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramlarını həyata keçirmək, digər işçilərin vəzifəyə təyin etmək, bələdiyyə icra aparatının fəaliyyətinə rəhbərlik etmək və q anunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət ol unan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «X6»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü maddəsinin tələblərinə uyğun olaraq, satılan torpağın hər 0,01 hektarının qiymətinin şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az olmayan məbləğdə satılmasının müəyyən olunmasına və keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışlarda bələdiyyə ərazisində yerləşən torpaq sahələrinin satış qiymətlərinin dəqiq müəyyən edilməsinə baxmayaraq, torpaq sahəsinin hər 0,01 hektarını qeyd edil ən qiymətdən aşağı qiymətə satılmasını təmin etmək məqsədilə 2014-2018-ci illər ərzində bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, torpaq sahələrinin satılmasına dair iclas protokolları və qəbul edilmiş qərarların cinayətdən xəbərsiz olan, 2010-cu il tarixdən həmin bələdiyyənin üzvü seçilmiş Şahid10 katibliyi ilə kompüterdə məzmununa guya həmin qərarların bələdiyyə iclasında bələdiyyə üzvlərinin iştirakı ilə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair Şabran rayonu, Pirəbədil kəndində yerləşən Şabran rayon Pirəbədil bələdiyyəsinin inzibati binasında özünü geniş səlahiyyətlərə malik nüfuzlu rəhbər kimi təqdim etmədə ifadə olunan şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib torpaq sahələrinin ayrı-ayrı şəxslərə sa tışını həyata keçirməklə, o cümlədən, Şahid15 0,10 ha torpaq sahəsi 4.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2016-cı il tarixli 08 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 390 manata satmaqla 4.110 manat, eyni niyyətlə, Şahid9 0,12 ha torpaq sahəsi 4.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2016-cı il tarixli 08 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 600 manata satmaqla 3.400 manat, eyni niyyətlə, X10 0,10 ha torpaq sahəsi 4.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2016-cı il tarixli 06 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 390 manata satmaqla 3.610 manat, eyni niyyətlə, X17 0,05 ha torpaq sahəsi 1.600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 01 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 263 manata satmaqla 1.337 manat, eyni niyyətlə, X27 0,12 ha torpaq sahəsi 3600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 01 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 630 manata satmaqla 2.970 manat, eyni niyyətlə, X12 0,05 ha torpaq sahəsi 2.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 02 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 250 manata satmaqla 1.750 manat, eyni niyyətlə, Şahid8 0,05 ha torpaq sahəsi 1.900 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 0 2 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 250 manata satmaqla 1.650 manat, eyni niyyətlə, X7 0,06 ha torpaq sahəsi 2.100 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 02 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 300 manata satmaqla 1.800 manat, eyni niyyətlə, X11 0,10 ha torpaq sahəsi 3.200 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 05 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 500 manata satmaqla 2.700 manat, eyni niyyətlə, X13 0,06 ha torpaq sahəsi 8.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 06 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 425 manata satmaqla 7.575 manat, eyni niyyətlə, X28 0,12 ha torpaq sahəsi 4.600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 06 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 3.750 manat, eyni niyyətlə, X14 0,12 ha torpaq sahəsi 3.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 07 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 2.150 manat, eyni niyyətlə, X8 0,06 ha torpaq sahəsi 2.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 8 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 425 manata satmaqla 1.575 manat, eyni niyyətlə, Şahid21 0,05 ha torpaq sahəsi 1.500 manatdan aşağı olmayan m əbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 9 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 355 manata satmaqla 1.145 manat, eyni niyyətlə, X20 0,12 ha torpaq sahəsi 15.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 14.650 manat, eyni niyyətlə, Şahid14 0,12 ha torpaq sahəsi 4.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 3.450 manat, eyni niyyətlə, X21 0,12 ha torpaq sahəsi 4.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı icla s protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 1.000 manata satmaqla 3.300 manat, eyni niyyətlə, X2 0,07 ha torpaq sahəsi 2.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 497 manata satmaqla 1.503 manat, eyni niyyətlə, X15 0,12 ha torpaq sahəsi 4.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 3.450 manat, eyni niyyətlə, Şahid18 0,12 ha torpaq sahəsi 4.200 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 3.350 ma nat, eyni niyyətlə, Şahid22 0,12 ha torpaq sahəsi 3.400 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 11 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 2.550 manat, eyni niyyətlə, X22 0,09 ha torpaq sahəsi 2.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 11 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 639 manata satmaqla 1.861 manat, eyni niyyətlə, X4 0,12 ha torpaq sahəsi 3.400 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 2.550 manat, eyni niyyətlə, X5 0,08 ha torpaq sahəsi 2.300 manatdan aşağı olmayan məbləğə s atılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 568 manata satmaqla 1.732 manat, eyni niyyətlə, Şahid17 0,05 ha torpaq sahəsi 1.145 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 355 manata satmaqla 1.145 manat, eyni niyyətlə, X19 0,06 ha torpaq sahəsi 1.700 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 540 manata satmaqla 1.160 manat, eyni niyyətlə, Şahid23 0,11 ha torpaq sahəsi 3.800 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 16 saylı iclas p rotokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 917 manata satmaqla 2.883 manat, eyni niyyətlə, X9 0,11 ha torpaq sahəsi 3.100 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 990 manata satmaqla 2.110 manat ümumilikdə Şabran rayonu Pirəbədil bələdiyyəsinə məxsus torpaq sahələrinin reyestr qiymətlərinə əsasən cəmi 102.300 manat dəyərində 2,57 hektar torpaq sahəsini 17.084 manata 28 şəxsə satıb bələdiyyəyə vahid niyyətlə 85.216 manat məbləğində, yəni Şabran rayonu Pirəbədil bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vahid niyyətlə vəzifə səlahiyyətlərini aşmış, rəsmi sənədlərin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlu matlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, maddi məsul vəzifəli şəxs qismində qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədilə təkrarən tamah niyyətilə rəsmi sənəd hesab edilən xx.xx.2017-ci il tarixli 37, 38, 39 N-li əmrlərin məzmununa bilə-bilə yalan məlumatlar, yəni Şabran rayon Pirəbədil Bələdiyyəsinin xəzinəsindən nəqliyyat, dəftərxana ehtiyaclarının ödənilməsi və fiziki şəxslərin mülkiyyətində olan fərdi yaşayış evlərinin sahələrinin ölçülməsi üçün ştatdan kənar müqavilə ilə götürülmüş işçilərə əmək haqqı ödənilməsini özündə əks etdirən xx.xx.2017-ci il tarixli müvafiq əmrləri həmin tarixdə Şabran rayonu Pirəbədil kəndində bələdiyyənin inzibati bi nasında olan xidməti iş otağında tərtib edib, öz imzası və "Şabran rayonu Pirəbədil bələdiyyəsi” yazıları olan bələdiyyənin dairəvi möhürü ilə təsdiq edib, xəzinədən 27 noyabr 2017-ci il tarixli 00070 nömrəli kassa məxaric orderi əsasında 506 manat, həmin tarixli 00072 nömrəli kassa məxaric orderi əsasında 1.500 manat və həmin tarixli 00073 nömrəli kassa məxaric orderi əsasında 754,66 manat olmaqla, ümumilikdə 2.760,66 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz həmin bələdiyyənin baş mühasib-xəzinədarı Şahid6 ödəniş edilməsindən ötrü şəxsən təhvil alaraq həmin pul vəsaitindən cəmi 6 manatına dəftərxana ləvazimatları alıb təhvil verməsinə baxmayaraq, qalan 2.754,66 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Şabran rayon Pir əbədil bələdiyyəsinə məxsus olmaqla ona etibar edilmiş 2.754,66 manat (iki min yeddi yüz əlli dörd manat altmış altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə mənimsəyərək talamış, vəzifəli şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai və məhkəmə istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi şəxsə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsindən 309.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı məhkəmələrin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin 1-ci və 5-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq Cinayət Məcəlləsinin 309-cu maddəsinə daxil edilməyən və analogiya üzrə tətbiqi qadağan olunan Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsini əsas götürərək qanunsuz və əsassız q ərar qəbul etmişdir. Belə ki, məhkəmə kollegiyası yekun qərarda (qərarın 12-ci vərəqinin 5-ci abzas) CM-nin 177-ci maddəsinin Qeyd hissəsinə səlahiyyəti olmadığı və qanunda göstərilmədiyi halda şərh verərək talama cinayətləri üzrə “adi miqdar”əlavə etmiş, “xüsusilə külli miqdar” anlayışını, yəni 500.000 manatdan yuxarı məbləği Cinayət Məcəlləsinin 309.2-ci maddəsində tövsif edici əlamət kimi göstərilmiş “ağır nəticə” anlayışı ilə eyniləşdirmişdir. “Adi miqdar”, xeyli miqdar və külli miqdar anlayışlarını isə CM-in 309.1-ci maddəsində tövsifedici əlamət kimi göstərilən “mühüm zərər” anlayışı ilə uyğunluq təşkil etməsi kimi əsassız iddialar irəli sürmüşdür. Qanuna şərh verməyə səlahiyyəti olmayan apellyasiya məhkəmə kollegiyası maddi ziyanda ifadə edilən «ağır nəticə» anlayışına uyğun anlayış kimi mülkiyyət əleyhinə cinayətlərdə «xüsusilə külli miqdarda ziyan» anlayışı ilə uyğunlaşdıraraq əsasız və qanunsuz nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkil də kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 309.2-ci maddəsindən 309.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM- in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanu nu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinə görə (CPM, maddə 33) hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəllənin 125, 144-146cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış süb utlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmə hökmü qanuni və əsaslı olmalıdır. Cinayət-prosessual qanunun 353.3.3-cü maddəsi bəraət hökmündə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərinin göstərilməsini tələb edir. Təsvir edilən cinayət-prosessual normaların tələblərinə əsaslanmaqla və cinayət işinin materialları ilə əlaqəli şəkildə kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda aşağıdakılar müəyyən olunur. İlk növbədə qeyd olunmalıdır ki, verilmiş kassasiya protestində dövlət ittihamçısı Məhkum 179.2.3 və 313-cü maddələri təqsirliliyini mübahisələndirilməmiş, yalnız sonuncunun əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 309.2-ci maddəsindən 309.1-ci maddəsinə dəyişdirilməsini münahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin kassasiya protestində mübahisələndirilən məsə lə ilə bağlı təfsirinə diqqət etdikdə müəyyən olunur ki, məhkəmə CM-nin 309.2-ci maddənin dispozisiyasında əks olunmuş “mühüm zərər” və ya “ağır nəticə” anlayışlarının hansı ölçüdə maddi, fiziki və ya mənəvi ziyan vurmaya səbəb ola bilməsinin qanunda birbaşa təsbit edilməməsindən, cinayət qanununda əks olunmuş oxşar müddəaların, o cümlədən vurulmuş maddi ziyanın ölçüsünə görə məsuliyyətin həlli üçün mülkiyyət əleyhinə cinayətlərə dair müddəalar əsas götürməklə maddi ziyanda ifadə edilən «ağır nəticə» anlayışına uyğun anlayış kimi mülkiyyət əleyhinə cinayətlərdə əksini tapmış (Qeyd hissəsində) «xüsusilə külli miqdarda ziyan» anlayışının uyğun gəldiyini, bununla da CM-in 309.2-ci maddəsində nəzərdə tutulan “ağır nəticə” anlayışının “xüsusilə külli miqdar" anlayışına yaxın olduğunu qeyd edə rək vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi nəticəsində 500.000 manatdan yuxarı ziyan vurma ilə nəticələndiyi halda, əməl CM-in 309.2-ci maddəsi ilə, həmin məbləğdən aşağı məbləğdə ziyanla nəticələndikdə isə əməl 309.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı nəticəni hasil etmişdir. Yuxarıda sadalanmış hallardan çıxış etməklə yanaşı, apellyasiya məhkəməsi yekun məhkəmə aktında CM-in 309.2-ci maddəsinin başqa cür təfsirinin "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 7-ci maddəsinə, "Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Məcəllənin 10.4-cü maddəsinə zidd olmasını, həmçinin ittiham olunan şəxsin ziyanına (məsələn, analogiya üzrə) cinayət hüquq normalarının genişləndirici şərh olunmasının qadağan olunmasını vurğulayaraq nəticədə Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 309.2-ci maddəsindən 309.1-ci maddəsinə dəyişməsi barədə qənaətə gəlmişdir. Yuxarıda sadalanmış normalarla müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktının Məhkum əməlinin hüquqi tövsifinin dəyişməsi hissəsində əsaslı olduğunu söyləmək mümkün deyil. Belə ki, CM-nin 309.2-ci maddəsinin tələbinə əsasən, həmin maddədə CM-nin 309.1ci maddəsinə istinadən müəyyən edilmişdir ki, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi ağır nəticələrə səbəb olduqda, belə əməllər həmin şəxsin qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Şərh edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Vəzifə səlahiyyətlərinin aşmanın obyekti dövlət orqanlarının normal fəaliyyəti, əlavə obyekt qismində vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Subyektiv cəhətdən bu cinayət birbaşa və dolayı qəsdlə səciyyələnir. Cinayət qanununun təhlil edilən normasının tələbindən çıxış edərək məhkəmə kollegi yası qeyd edir ki, şəxsin əməlinin vəzifə səlahiyyətlərini aşma cinayəti kimi qiymətləndirilməsi (obyektiv cəhət) üçün araşdırılmış sübutlarla aşağıdakı halların təsdiq edilməsi tələb olunur: 1) motivindən və məqsədindən asılı olmayaraq vəzifəli şəxsin səlahiyyətlərinə aid olmayan hərəkətlər etməsi; 2) fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada, yaxud ağır nəticələrin baş verməsində ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi; 3) əməllə nəticə arasında səbəbli əlaqənin olması. CM-nin 309-ci maddəsinin dispozisiyasına diqqət etdikdə, qeyd olunan maddənin tərkibin zəruri əlaməti kimi, “mühüm zərər” və ya “ağır nəticə” anlayışından istifadə edildiyi müəyyən olunsa da, “mühüm zərər” və ya “ağır nəticə” anlayışlarının hansı ölçüdə maddi, fiziki və ya mənəvi ziyan vurmaya səbəb ola bilməsi qeyd olunan maddi hüquq normasında birbaşa təsbit edilməmişdir. Belə ki, qeyd olunan maddədə əksini tapmış “mühüm zərər” və ya “ağır nəticə” anlayışları qiymətləndirici anlayışlar olmaqla özündə real maddi ziyanı, mənəvi və ya fiziki zərəri, yaxud başqa maddi və ya qeyri maddi formada ola biləcək nəticəni əks etdirir. Hüquq ədəbiyyatında vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsinin “ağır nəticə” səbəb olan hallarla nəticələnməsi dedikdə - böyük qəzalar, nəqliyyat və ya istehsalat proseslərinin uzun müddət dayanması, təşkilatın fəaliyyətin digər pozuntuları, xeyli maddi ziyan vurulması, ehtiyatsızlıqdan ölümə, intihara və ya özünü öldürməyə cəhd kimi nəticələr və digər hallar başa düşülür. Belə olan halda CM-nin 309-ci maddəsinin dispozisiyasında göstərilmiş “ağır nəticə” anlayışına məhkəmələr tərəfindən qiymət verilərkən konkret iş halları və qəsd edilmiş obyektin xüsusiyyətləri, o cümlədən zərərçəkən şəxslərin sayı, onlara vurulmuş maddi (əmlak), mənəvi və fiziki ziyanın ağırlığı, hüquqi şəxslərin normal fəaliyyətinə mənfi təsir dərəcəsi, idarə, müəssisə və təşkilata vurulan maddi (əmlak) ziyanının həcmi (ölçüsü), xarakteri, zərər çəkmiş şəxs üçün bu əmlakın əhəmiyyəti, zərərçəkmiş şəxsin maliyyə vəziyyəti və s. kimi amillər nəzərə almalıdır. Öyrənilmiş cinayət işi materiallarında ilə təkzibedilməz şəkildə müəyyən olunur ki, Məhkum hazırki iş üzrə ona ittiham olunan əməli törədərkən, Şabran ra yonu Pirəbədil bələdiyyəsinin sədri vəzifəsində işləməklə vəzifəli şəxs olmuş (subyek), ümumilikdə Şabran rayonu Pirəbədil bələdiyyəsinə məxsus cəmi 102.300 manat dəyərində 2,57 hektar torpaq sahəsini 17.084 manata 28 şəxsə satıb bələdiyyəyə vahid niyyətlə 85.216 manat məbləğində, yəni Şabran rayonu Pirəbədil bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vahid niyyətlə vəzifə səlahiyyətlərini aşmış, rəsmi sənədlərin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı etmişdir. Sumqayıt Apellyasiya məhkəməsi isə Məhkum tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi nəticəsində vurulmuş 85.216 manat məbləğində maddi ziyanı ağır nəticə lərə səbəb olan mühüm zərər kimi qimətləndirməyərək, vurulmuş ziyanın yalnız 500.000 manatdan yuxarı olduğu halda, sonuncunun əməlinin CM-in 309.2-ci maddəsi ilə tövsif olunması ilə bağlı qənaətə gəlmişdir ki, məhkəmə kollegiyası qeyd olunan qənaəti obyektiv meyarlara əsaslanmayan nəticə kimi qiymətləndirir. Belə ki, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsə dəymiş ziyanın əhəmiyyətini müəyyən etmək üçün Şabran rayonu Pirəbədil bələdiyyəsinin illik büdcəsini, o cümlədən bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini, Azərbaycanın dövlət büdcəsindən qeyd olunan bələdiyyə ayrılan dotasiya və subsidiyaları, maliyyə-təsərrüfat vəziyyətini, həmçinin 85.216 manat məbləğində vəsaitinin kiçik kənd bələdiyyəsinin fəaliyyətinə təsirini nəzərə almaq əvəzinə (qeyd olunmalıdır ki, göstərilən halların araşdırması heçdə cinayət hüquq normasının genişləndirici şərh verilməsi anlamına gəlmir ), maddi ziyanda ifadə edilən «ağır nəticə» anlayışına uyğun anlayış kimi mülkiyyət əleyhinə cinayətlərdə «xüsusilə külli miqdarda ziyan» anlayışı ilə uyğunlaşdıraraq əsasız və qanunsuz nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, Azərbaycan Respublikasının 2017-cü il dövlət büdcəsindən (hazırkı ittiham üzrə məhkumun əməlləri 2016-2017-ci ilin ayını əhatə etmişdir) yerli bələdiyyələr ümumilikdə verilən dotasiya 5 200 000 manat (subvensiya ümumiyyətlə nəzərdə tutulmamış) təşkil etmişdir ki, qeyd olunan məbləğ apellyasiya məhkəməsinin maddi ziyanda ifadə edilən «ağır nəticə» anlayışına münasibətdə müəyyən etdiyi 500.000 manat (ümumilikdə respublika üzrə yerli bələdiyyələr ayrılan dotasiyanın əhəmiyyətli hissəsini təşkil etdir) məbləğlə müqayisə etdikdə, məhkəmənin qimətləndirməsinin nə qədər ağlabatan olmadığını müəyyən etmək olar. Ümumiyyətlə, apellyasiya məhkəməsi tərəfindən tutarlı izah vermədiyindən məhkəmə kollegiyasına aydın deyil ki, məhkəmə nəyə əsasən vurulmuş maddi ziyanın ölçüsünə görə məsuliyyətin həlli üçün mülkiyyət əleyhinə cinayətlərə dair müddəalar əsas götürmüş və hansı əsaslarla «ağır nəticə» anlayışına uyğun anlayış kimi mülkiyyət əleyhinə cinayətlərdə əksini tapmış «xüsusilə külli miqdarda ziyan» anlayışının uyğun gəlməsi ilə bağlı qənaətə gəlmişdir. Belə vəziyyətdə apellyasiya məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 309.2-ci maddəsindən 309.1-ci maddəsinə dəyişməsi dair qər arı ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına, tədqiq edilməsi tələb olunan bütün sübutlara baxılmasına, baxılmış sübutların (CPM-in 144-146-cı maddələri tələb etdiyi kimi) müqayisəli şəkildə obyektiv qiymətləndirilməsinə əsaslanan, müvafiq olaraq da Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 349.4 və 349.5-ci maddələrində təsbit edilmiş məhkəmə qərarının qanuniliyi və əsaslılığı meyarlarına cavab verən məhkəmə aktı kimi qiymətləndirlə bilməz. Təsvir olunanlardan görünür ki, apellyasiya instansiyası məhkəməsi sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əməl etməməklə cinayət-prosessual qanunun 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsinin ə sası kimi nəzərdə tutulmuş pozuntuya yol vermişdir. Bu səbəbdən, kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetmə qaydalarının pozulmasına, həmin məhkəmə instansiyasında aparılmış araşdırmanın natamamlığına, belə araşdırma nəticəsində əldə edilmiş hüquqi nəticələrin mötəbər olmamasına dair dəlilləri məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilir. Qeyd olunanlar həmin kassasiya müraciətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsini və cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını tələb edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin kassasiya şikayətinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçıs ı tərəfindən verilmiş kassasiya protesti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 16 may 2023-cü il tarixli, 1(105)-30/2023 nömrəli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı X26 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 16 may 2023-cü il tarixli, 1(105)-30/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-260/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-260/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver