Məhkəmə qərarları › İş №1(102)-260/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-260/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-260/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərəvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxx 1948-ci ildə İmişli rayonunun Hacalmuradlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İmişli rayonu x vəzifəsində işləmiş, təqaüdçü, əvvəllər məhkum edilmiş, məhkumluğu olmayan, X qeydiyyatda olmaqla orada yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddəl əri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 1(106)-750/2024 nömrəli qərarından Məhkum, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 1(099)-348/2024 nömrəli hökmü ilə (hakimlər: E.Q.Məmmədova (sədrlik edən), N.N.Hüseynov və N.H.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Məhkum həmin Məcəllənin 313-cü madd əsi ilə cəza təyin olunmamış, Məhkum Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 308.1-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə sonuncunun üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəz asının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmışdır. Hökmlə həmçinin zərərçəkmiş hüquqi şəxs İmişli rayonu Qulubəyli bələdiyyəsinin nümayəndəsi, eyni zamanda mülki iddiaçı Nümayəndə1 məhkum (mülki cavabdeh) Məhkum qarşı verdiyi mülki iddia tam təmin edilmiş və bununla əlaqədar cavabdeh Məhkum 8.328 (səkkiz min üç yüz iyirmi səkkiz) manat məbləğində pul alınıb həmin bələdiyyənin büdcəsinə ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), Y.X.Həşimov və İ.H.Əhmədov ) apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 1(099)-348/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarından Məhkum, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan təkrar olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlamaqla, becərməklə və başqa üsullarla tutmuş, torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmış, bundan başqa vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib İmişli rayonu Qulubəyli bələdiyyəsinin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə qəsdən biləbilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Belə ki, o, 2016-cı ilin sonlarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin mülkiyyətində olmaqla İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində XXXXXXXXXXX koordinatlarda yerləşən kənd təsərrüfatı təyinatlı 0,0725 hektar torpaq sahəsi daxilində özbaşına tikinti işləri aparmaqla birmərtəbəli, kürsülü 8,6x11,6 metr ölçülərdə iki yataq otağı, bir qonaq otağı, bir mətbəx və bir hamam otağından ibarət yaşayış evi tikərək həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüququnu pozmuşdur. Bundan başqa, o, 2019-cu ilin əvvəllərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin mülkiyyətində olmaqla İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində XXXXX koordinatlarda yerləşən kənd təsərrüfatı təyinatlı 0,0725 hektar torpaq sahəsini özbaşına mişar daşı və metal torla hasarlayaraq və özbaşına tikinti işləri aparmaqla 1,6x1,8 metr ölçüdə tualet, iki hissədən ibarət 4,1x6,2 metr ölçüdə toyuq hini, birmərtəbəli, 3,9x6,4 metr ölçüdə yardımçı tikili tikərək həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüququnu təkrarən pozmuşdur. Bundan başqa, o, 2022-ci ilin mart ayın da qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin mülkiyyətində olmaqla İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində XXXXXXXXXXXX koordinatlarda yerləşən kənd təsərrüfatı təyinatlı 0,8 hektar torpaq sahəsində yonca bitkisi əkib özbaşına becərərək həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüququnu təkrarən pozmuşdur. Bundan başqa, o, 2022-ci ilin oktyabr-noyabr aylarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan İmişli rayonu Yuxarı Qaralar bələdiyyəsinin mülkiyyətində olmaqla İmişli rayonu, Soltanmuradlı kəndi ərazisində XXXXXXXXXX koordinatlarda yerləşən kənd təsərrüfatı təyinatlı 0,6 hektar bataqlıq örüş torpaq sahəsini özbaşına şumlayaraq həmin torpaqlar üzərində mülkiyyət, is tifadə və icarə hüququnu təkrarən pozmuşdur. Bundan başqa, o, 2020-2022-ci illərdə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 698-İQ nömrəli Qanununa əsasən bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşki lati-sərəncamverici inzibati-təsərrüfat funksiyalarını həyata keçirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Konstitusiyasının 145.1, 145.2, 145.3-cü maddələrinə, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə uyğun olaraq bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olmasına, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olmasına və bələdiyyə sədri və katibi tərəfindən imzalanaraq bələdiyyə möhürü ilə təsdiqlənmiş bələdiyyə iclas protokolunda iclasının keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən sə svermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərlə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "X3”nin 4-cü bölməsinin 2-ci hissəsinə əsasən, növbəti büdcə ili üzrə yerli büdcənin layihəsinin və onun icrası haqqında hesabatların təsdiq edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli iqtisadi proqramların qəbul və icra edilməsi və yerli ekoloji proqramların qəbul və icra edilməsi ilə bağlı məsələlərə kollegial orqan olan bələdiyyənin ümumi yığıncağınının sə lahiyyətində olmasına baxmayaraq, özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, İmişli rayonu, Qulubəyli bələdiyyəsinin güya fəaliyyət göstərməsi görüntüsünü yaratmaq məqsədilə bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, bələdiyyə üzvlərinin məlumatı və iştirakı olmadan, habelə bələdiyyə iclasında bələdiyyə üzvü Şahid7 iştirak etmədiyi halda, bələdiyyə ərazisində olan yaşıllıqların qorunması üçün ağacların suvarılması barədə xx.xx.2020-ci il tarixli, 8 nömrəli, bələdiyyə ərazisində olan yaşıllıqların qorunması üçün ağacların suvarılması, bələdiyyə ərazisində örüş və əkin üçün hər hektara görə icarə haqlarının bazar məzənnəsinə uyğunlaşdırılması barədə xx.xx.2020-ci il tarixli, 9 nömrəli, dövlət tərəfindən ayrılmış dotasiyanın və daxil olan icarə haqlarının xərclənməsi barədə xx.xx.2020-ci il tarixli, 10 nömrəli, pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı kənd sakinləri arasında maarifləndirmə işləri barədə xx.xx.2020-ci il tarixli, 11 nömrəli, bələdiyyənin 2021-ci il yerli büdcə layihəsinin müzakirəsi barədə xx.xx.2020-ci il tarixli, 12 nömrəli, İmişli rayonu Qulubəyli bələdiyyəsinin üzvü Şahid11 üzvlükdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli, 5 nömrəli iclas protokollarında Şahid7 adını iclas katibi kimi daxil edərək "iclas katibi” qrafasında sonuncunun yerinə imzalar edib sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edərək, bələdiyyə üzvlərinin, habelə Qulubyəli bələdiyyəsinin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, o, 2020- 2022-ci illərdə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, arvadı Şahid8 və müavini Şahid7 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının xx.xx.1999cu il tarixli, 772- İQ nömrəli Qanununun 8-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılmalı və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməli olduğu halda, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, bələdiyyə üzvlərinin məlumatı və iştirakı olmadan, bələdiyy ə iclası qərarı tərtib etmədən, 07 sentyabr 2020-ci il tarixli, ******* nömrəli xəzinə məxaric ordeni əsasında bələdiyyə büdcəsində olan 1.233 (bir min iki yüz otuz üç) manat pulun 491,5 manatını özünə, 250 manatını xx.xx.2020-ci il tarixli, XXXX nömrəli əmək müqaviləsi əsasında Qulubəyli bələdiyyəsində xadimə işləyən arvadı Şahid8 və 491,5 manatını bələdiyyə sədrinin müavini Şahid7 əmək haqqı kimi verməklə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin qanunla qorunan hüquqlarına və mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, o, 2020-2022-ci illərdə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və arvadı Şahid8 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 772- İQ nömrəli Qanununun 8-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılmalı və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməli olduğu halda, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, bələdiyyə üzvlərinin məlumatı və iştirakı olmadan, bələdiyyə iclası qərarı tərtib etmədən, vahid niyyətlə əhatə olunan qəsdlə 05 oktyabr 2021-ci il tarixli, ******* nömrəli xəzinə məxaric ordeni əsasında 1.315 (bir min üç yüz on beş) manat pulun 600 manatını özünə və 715 manatını xx.xx.2020-ci il tarixli, 3WZBK9L00102 nömrəli əmək müqaviləsi əsasında Qulubəyli bələdiyyəsində xadimə işləyən arv adı Şahid8, 23 dekabr 2021-ci il tarixli, 15 nömrəli qanunsuz ödəniş tapşırığı əsasında 2.350 (iki min üç yüz əlli) manat pulun 1.350 manatını özünə, 1.000 manatını arvadı Şahid8 olmaqla, ümumilikdə 3.665 (üç min altı yüz altmış beş) manat pulu əmək haqqı kimi verməklə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin qanunla qorunan hüquqlarına və mənafelərinə mühüm zərər vurmuşdur. Bundan başqa, o, 2020-2022-ci illərdə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və arvadı Şahid8 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli, 772-İQ nömrəli Qanununu n 8-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılmalı və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməli olduğu halda, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, bələdiyyə üzvlərinin məlumatı və iştirakı olmadan, bələdiyyə iclası qərarı tərtib etmədən, vahid niyyətlə əhatə olunan qəsdlə 15 aprel 2022-ci il tarixli, 02 nömrəli qanunsuz ödəniş tapşırığı əsasında 1.800 (bir min səkkiz yüz) manat pulun 1.050 manatını özünə, 750 manatını xx.xx.2020-ci il tarixli, XXXXX nömrəli əmək müqaviləsi əsasında Qulubəyli bələdiyyəsində xadimə işləyən arvadı Şahid8, 20 may 2022-ci il tarixli, 11 nömrəli qanunsuz ödəniş tapşırığı əsasında 230 manat pulu özünə, 20 iyul 2022-ci il tarixli, 30 nömrəli qanunsuz ödəniş tapşırığı əsasında 1.400 (bir min dörd yüz) manat pulun 700 manatını özünə, 700 manatını arvadı Şahid8 olmaqla, ümumilikdə 3.430 (üç min dörd yüz otuz) manat pulu əmək haqqı kimi verməklə İmişli rayonu, Qulubəyli bələdiyyəsinin qanunla qorunan hüquqlarına və mənafelərinə mühüm zərər vurmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun əməllərinə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, o, heç bir sənədi saxtalaşdırmamış, bələdiyyənin iclas protokolu daxil olmaqla kiminsə yerinə rəsmi sənədlərə qol çəkməmiş, sənə dlərdə olan imzalar bilavasitə məsul şəxslərin özləri tərəfindən icra olunmuşdur. Eyni ilə ona verilmiş 0,9925 ha və 0,20 ha həyətyanı torpaq sahəsinə və üzərində tikdiyi evə DƏMK-nin Ərazi idarəsindən çıxarış verilmişdir ki, bu da qeyd olunan torpaq sahələrinin özbaşına zəbt etmədiyinə dəlalət edir. Həmçinin özünün, həyat yoldaşının, habelə sədr müavinin əmək haqqı almasında heç bir cinayət tərkibi olmamış, sadəcə əmək haqqının ödənilməsi ilə bağlı protokol tərtib edilməli olduğundan məlumatı olmayıb. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum tərəfindən törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bələdiyyəyə vurduğu ziyanın ödənilməməsini nəzərə almayaraq, sonuncuya yüngül cəza təyin etmiş, bu cəzanı dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi də eyni qanun pozuntularına yol vermişdir. Kassasiya şikayətində məhkəmələrin CM-in 59-cu maddəsində göstərilən yüngülləşdirici halların əsassız olaraq iş üzrə CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün müstəsna hallar kimi qiymətləndirilməsinə istinad olunur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan po zuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 məhkum Şahid1 kassasiya şikayətinə qarşı, Məhkum isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 kassasiya müraciətinə qarşı müvafiq yazılı etirazlarını göndərmişlər. Etiraz müəllifləri qarşı tərəfin kassasiya şikayətində göstərmiş olduğu dəliləri təkzib etmək yöndə məhkəməyə müraciət ünvanlamışlar. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-c u maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əs aslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələri ndə nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəzanın təyin olunduğunu və bu cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən də əsassız olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və məhkumun kassasiya şikayətlərini CPM-i n 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, Məhkum hazırki qərarın “Kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş iddialarına qiymət verilməsini zəruri hesab edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu norma nın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etm ə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkumun kassasiya şikayətindən görünür ki, onun təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə onun təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sü butları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya i nstansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, Məhkum təqsirliliyi sübuta yetirilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən mü əyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu no rmasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını (ona CM-in 313-cü maddəsi ilə cəza təyin edilməməsi nəzərə alınmaqla) istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin hökmündə məhkumun, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli XXXX nömrəli məktubu, Bələdiyyə gəlirləri və xərcləri barədə müfəssəl məlumatları, ödəniş tapşırıqları və hesabat vərəqələri, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti X8 Filialının xx.xx.2022-ci il tarixli, 210 nömrəli məktubu və ona əlavə edilmiş cədvəlləri, xx.xx.2020-ci il tarixli, 8 nömrəli, xx.xx.2020-ci il tarixli, 9 nömrəli, xx.xx.2020-ci il tarixli, 11 nömrəli xx.xx.2021-ci il tarixli, 5 nömrəli iclas protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1768 nömrəli ekspert rəyi, digər sənədlər ətraflı təsvir edilib, həm hökmdə, həm də apellyasiya məhkəməsinin yekun qərarında müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gət irilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum Cinayət Məcəlləsinin 188.4.1, 308.1 və 313-cü maddələri ilə təqsirli və cəzalandırılmalı olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları Məhkum kassasiya şikayətinin məzmunu ilə ehtiva olunan (məhkəmələrin cinayət-prosessual qanunun 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə) iddialarını təkzib etməklə onların əsassız olduğunu göstərir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş, apellyasiya məhkəmə si tərəfindən dəyişdirilmədən saxlanılan azadlığın məhdudlaşdırılması cəza növünün (CM-in 62-ci maddəsini tətbiq edilməklə) təyin olunmaqla, yüngül olmasına həsr olunmuş kassasiya şikayətinə istinad edilmiş dəlillərə gəldikdə, kollegiya bu müraciətlə də razılaşmaq üçün əsas tapmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət törətmiş şəxs barəsində cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız həmin instituta həsr olunmuş norması (Cinayət Məcəlləsinin 62-ci maddəsi) deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir: “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbay can Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərini bilavasitə tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində isə təsbit olunur ki, “cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə d ə iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə “cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Kassasiya şikayətindən aydın olur ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növünü, yəni azadl ığın məhdudlaşdlrılması cəzasına məhkum edilməsinin əsassızlığını - cəzanın təqsirkarın törətdiyi cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmamasında, eləcə də cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasında görür. Bununla əlaqədar kollegiya onu qeyd edir ki, cinayət qanunu cinayət törətmiş şəxslər barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiqini yalnız törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı etməmişdir. Digər tərəfdən Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsinin müəyyən etdiyi cəza beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmədən, Cinayət Məcəlləsinin 15-ci maddəsinə ə sasən az ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin müəyyən etdiyi cəza iki min manatdan dörd min manatadək cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15-ci maddəsinə əsasən təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Məhkum həmin Məcəllənin 313-cü maddəsi ilə cəza təyi n olunmamışdır. Kollegiyanın fikrincə cinayətin xarakterini və ictimai təhlükəliliyini xarakterizə edən halların cəzanın təyin edilməsində əhəmiyyət kəsb edən digər hallardan ayrılıqda nəzərdən keçirilməsi, həmin halların özü-özlüyündə təqsirkarlara məhz cinayət-hüquqi normaların sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini tələb edən əsaslar kimi qiymətləndirilməsi ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) zidd yanaşma olardı. Odur ki, kollegiya apellyasiya instansiyası məhkəməsinin qərarının mübahisələndirilməsi üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətində gətirilən Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə əlaqələndirilən dəlillərlə razılaşmır. Cəzanı yüngü lləşdirən halların düzgün olmayaraq nəzərə alınması və müstəsna hallar kimi qiymətləndirilməsi barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, kollegiya bu dəlillərlə də razılaşmaq üçün əsas görmür. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsi məhkəmənin mülahizəsinə görə cinayət qanununun 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən başqa halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr Şahid1 ilk növbədə 1948-ci il təvəllüdlü olmaqla hal-hazırda ahıl yaşda (76 yaş), şəkər xəstəsi kimi poliklinikada qeydiyyatda olmasını, həyat tərzini, yaşlı və xəstə olan arvadı da daxil olmaqla oğlanları, gəlinləri, nəvələrindən ibarət böyük bir ailəyə ağsaqqallıq etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışlar. Bundan başqa məhkəmələr cəza təyini zamanı Məhkum zəbt etdiyi torpaqlarda abadlaşdırma işlərinin aparmasını, həmin ərazinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararlı vəziyyətə gətirməsini müsbət dəyərləndirməklə yanaşı, sadalanmış halların Şahid1 əməlinin ictimai təhlükəliliyini azalmasına xidmət edən amillər kimi qiymətləndirmişlər. Qeyd olunan cəzanı yüngülləşdirən halların mövcudluğu barədə məhkəmələrin gəldikləri nəticələr məzmun etibarı ilə həmin nəticələrlə uzlaşan, yolverilənliyi nə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətində, nə də ki, birinci və apellyasiya instansiyası məhkəmələrində təkzib edilmə yən sübutlarla təsdiq olunduğundan, kollegiya kassasiya şikayətində irəli sürülmüş cəzanı yüngülləşdirən halların müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5, eləcə də 143-146-cı maddələrinin tələbinin pozuntularına yol verilməsi haqqında iddia ilə də razılaşa bilmir. Cəzanı ağırlaşdıran hər hansı bir hal müəyyən edilmədiyi vəziyyətdə apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunun müstəsna hallar kimi qiymətləndirilməsi xüsusilə də, müstəsna hallar qismində Məhkum 76 yaşda olmaqla ahıl yaşında olmasının nəzərə alınması onu göstərir ki, Məhkum barəsidə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi əsaslı və qanuni olaraq tətbiq edilmişdir. Çünki kassasiya şikayətində iddia olunanların əksinə olaraq, apellyasiya məhkəməsinin istinad etdiyi xüsusatlar onu göstərir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyü barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həqiqətən də CM-in 62.1-ci maddəsində həmin institutun tətbiq edilməsi əsasları sırasında göstərilən - cinayətin motivinə, cinayətin törədilməsindən sonra cinayət törətmiş şəxsin davranışına aid olan, cinayətin və təqsirkarın ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan (müstəsna xarakter daşıyan) həqiqi hallardan hasil edilmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və onu qanuni və əsaslı hesab edir, dövlət ittihamçısı tər əfindən verilmiş kassasiya şikayətinin həmin hissədə təmin edilməsinə isə əsaslar görmür. Təsvir olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, apellyasiya məhkəməsi isə cinayət işinə apellyasiya qaydasında baxarkən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, ümumiyyətlə məhkumun şəxsiyyətinin səciyyələndirilməsi üzrə məsələləri düzgün həll etməklə bərabər, cinayətin xarakterini və ictimai-təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü (azadlığın məhdudlaşdırılması cəzası) ilə islah oluna biləcəyi barədə nəticəyə gəldiklərindən, həmin m addə ilə Məhkuma təyin olunmuş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması, CM-in 308.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması, həmçinin cinayətlərin məcmusu (CM 66.3) üzrə ona qəti olaraq təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institututuna dair CM-i n 62ci maddəsinin müddəalarına, Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərinə cavab verməyən cəza kimi nəzərdən keçirilə bilməz. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni bu müraciətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövl ət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 22 avqust 2024-cü il tarixli, 1(106)750/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, habelə Məhkum kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 22 avqust 2024-cü il tarixli, 1(106)-750/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar