Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2600/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayənədəsi (vəkili) Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: CM) 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli, 1(103)-1226/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 26 avqust 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, müddətli həqiqi hərbi xidmət, hərbi qulluqçu, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
2. İstintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən, Məhkum 29 may 2023-cü il tarixdə saat 11.40 radələrində ünvan 2 ünvanda fəal iyyət göstərən “Bazar” restoranında şəxsi münasibətlərin gərginləşməsi nəticəsində aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə iş yoldaşı Zərərçəkmiş şəxs qəsdən yumruqla bir neçə dəfə vuraraq Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş burun sümüklərinin sınığı, sağ maksilyar sinusun frontal çıxıntısı, sol maksilyar sinusun ön divarının yerdəyişən sınığı, üzün sol yarısının şişkinliyi, sol gözaltı nahiyənin qançırı kimi xəsarətlər yetirərək qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X6) 29 mart 2024-cü il tarixli, 1(005)-143/2024 nömrəli hökmü ilə Mə hkum əməli CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi, Məhkum CM-in 127.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və Məhkum aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, cəza çəkmənin əvvəlinin Məhkum aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanması, Məhkum barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə haqqında” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
4. Həmin hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi (vəkil) Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Məhkum CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsir li bilinərək həmin maddənin sanksiya hissəsində nəzərdə tutulmuş daha ağır cəzanın verilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: - X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət məhkəmə tərkibində) 27 may 2024-cü il tarixli, 1(103)1226/2024 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi (vəkil) Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 1(005)-143/2024 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2024-cü il tarixli, 1(103)1226/2024 nömrəli yekun q ərarından Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilərək, şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına və cinayət işi materiallarında öz əksini tapan işin faktiki hallarına istinadlar edilərək göstərilmişdir ki, məhkəmələr heç bir əsas olmadan, heç bir mötəbər sübuta əsaslanmadan Məhkum əməlini CM-in 127.2.3-cü maddəsindən CM-in 127.1-ci maddəsinə tövsif etməklə ona ədalətsiz və yüngül cəza təyin etmişdir. Məhkəmələr təqsirləndirilən şəxsin əməlini tövsif edərkən heç bir mötəbər sübuta əsaslanmamışdır. Eyni zamanda, hadisə baş verən zaman zal müştəri ilə dolu olmuş və bütün müştərilər bu hadisənin şahid i olmuşlar.
8. Bununla da, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli, 1(103)-1226/2024 nömrəli qərarının ləğv edilməsini, məhkumun CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, barəsində daha ağır cəza təyin edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan məhkum tər əfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Kassasiy a instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəy yən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməl in hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və məhkumun CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, barəsində daha ağır cəza təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
18. Bununla belə, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli, 1(103)-1226/2024 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
20. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin tör ədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2024-cü il tarixli, 1(103)-1226/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
24. Apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, Məhkum ibtidai istintaq orqanı tərəfindən verilmiş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya səbəb olma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş təqsirləndiri lən şəxsin ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələri, cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə təkzib edilərək, öz təsdiqini tapmamışdır. Bununla da, məhkumun əməlinin düzgün tövsif edilməsi məqsədi ilə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması birinci instansiya və apellyasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir. Apellyasiya məhkəməsi də düzgün olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşaraq, Məhkum CM-in 127.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ndə təqsirli bilmişdir.
25. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq məhkəmələr tərəfindən həmin maddə ilə tövsif edilmişdir.
26. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə tövsif edilməli olduğu iddia edilir.
27. Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə yəni, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya səbəb olma ilə bağlı nəticəyə gəlmək üçün birinci i nstansiya və apellyasiya instansiya məhkəməsində məhkəmə araşdırılması zamanı hər hansı bir sübut aşkar edilməmişdir. Cinayət işi materiallarında olan mövcud sübutlar isə qeyd edilən iddianı təkzib etməklə, məhkumun əməlində CM-in 127.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu təqsdiq etmişdir.
28. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, ittiham aktına əsasən, Məhkum 29 may 2023-cü il tarixdə saat 11.40 radələrində ünvan 2 ünvanda fəaliyyət göstərən “Bazar” restoranında şəxsi münasibətlərin gərginləşməsi nəticəsində aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə iş yoldaşı Zərərçəkmiş şəxs qəsdən yumruqla bir neçə dəfə vuraraq Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş burun sümüklərinin sınığı, sağ maksilyar sinusun frontal çıxıntısı, sol maksilyar sinusun ön divarının yerdəyişən sınığı, üzün sol yarısının şişkinliyi, sol gözaltı nahiyənin qançırı kimi xəsarətlər yetirərək qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir.
29. Şikayətdə qeyd olunur ki, hadisə baş verən zaman zal müştəri ilə dolu olmuş və bütün müştərilər hadisənin şahidi olmuşlar. Belə ki, şikayətin məzmununa görə Məhkum niyyəti Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən az ağır zərər vurmağa yönəlmişdir.
30. Kassasiya məhkəməsi qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən az ağır zərər vurması faktı cinayət işinin materialları ilə təsdiq olunmur. İşin bu faktiki halını, hadis ənin baş vermə mexanizmini təkzib edən heç bir sübut cinayət işinin materiallarında aşkar olunmur.
31. Qeyd edilənlərdən əlavə, kassasiya şikayətinin dəlilləri qismində birinci instansiya və apellyasiya instansiya məhkəməsinin məhkumun əməlinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticəni təkzib edəcək hər hansı bir fakta istinad edilməməklə yanaşı, yalnız cinayət işi materiallarında mövcud olan təqsirləndirilən şəxsin ifadələrinə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, iş üzrə ekspertiza rəyinə və digər sübutlara istinadlar edilərək, məhkəmənin gəldiyi nəticə mübahisələndirilmişdir.
32. Bu səbəbdən də, kassasiya məhkəməsi ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə qeyd olunan işin faktiki halı üzrə Məhkum əməlinin hüquqi qiyməti üzrə fikrini bildirməyi vacib sayır.
33. AR CM-in 127.2.3-cü maddəsinin dispozisiyası ağırlaşdırıcı tərkib əlaməti olmaqla onu həmin Məcəllənin 127.1-ci maddəsindən fərqləndirən cəhət həmin cinayətin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə icra edilməsidir.
34. Şəxsin niyyəti onun davranışını təhlükəli edirsə əməl xuliqanlıq niyyəti ilə törədilən cinayət kimi tövsif edilə bilər. Belə ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarına, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydan ı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.
36. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.
37. Hazırki cinayət işinə müansibətdə məhkəmələr tərəfindən məhkumun əməli qiymətləndirilərkən subyektiv baxımdan cinayət əməlinin törədilməsinə səbəb olan, yəni Məhkum ictimai təhlükəli əməli törətməyə sövq edən hallara (hərəkətverici amil rolunu hansı faktorların əsas rol oynadığını), onun şəxsiyyəti, əvvəlki davranışı, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibəti öyrənilərək, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də baş vermiş hadisənin təhlili (29 may 2023-cü il tarixdə səhər saatlarında Məhkum işə gecikməsi səbəbilə Zərərçəkmiş şəxs əsəbi olması və sonuncunun Məhkumla kobud və təhqiredici ifadələr işlətməklə danışması, aralarında mübahisə yaranması, eləcə də Zərərçəkmiş şəxs əli ilə Məhkum sol çiyin nahiyəsindən itələməsi, Tərlanın sözlü mübahisənin böyüməməsi üçün oradan uzaqlaşmasına baxmayaraq Orxanın onun arxasınca yenidən sərt və kobud şəkildə yüksək səslə danışması, onun arxasınca getməsi, nəticədə Tərlanın geri qayıtması ilə Orxanın onun yaxasından tutması, bundan sonra Tərlanın əsəbləşməsinə və özünü cilovlaya bilməyərək Orxana əli ilə yumruq zərbəsi endirərək sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə gətirib çıxartmışdır) aparılaraq düzgün qiymət verilmişdir.
38. Bununla yanaşı, cinayət işinin materiallarında olan hadisəni əks etdirən videogörüntü ilə də müəyyən edilmişdir ki, hadisə 2-3 dəqiqə içərisində baş vermişdir. Bu zaman ətrafda heç bir müştəri olmamışdır.
39. Göründüyü kimi, sadalanan hallar özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və haqlı olaraq məhkəmələr tərəfindən əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilmişdir.
40. Bununla da, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir. Məhkəmələrin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya şikayə tində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azə rbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
43. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarnın çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2024-cü il tarixli, 1(103)-1226/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2024-cü il tarixli, 1(103)-1226/2024 nömrəli qərarı Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.