Məhkəmə qərarları › İş №1(102)-2602/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2602/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2602/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 37 saylı Vəkil Bürosunun vəkili Əliyev Kəramət Fətəli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəm əsinin 20 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Kəramət Fətəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 1(101)-101/2024 nömrəli (hakimlər: Məmmədzadə Səbinə Adil qızı (sədrliyi ilə), Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1995-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, xxxx qeydiyyatda ola n və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.2.1 maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin şübhəli şəxs qi smində tutulduğu 19 may 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 da təqsirli bilinərək məhkum edilmiş, məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Hökmdən təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs3, müdafiəçisi Yusifov Ceyhun Salman oğlu və təqsiləndirilən şəxs Məhkum müdafiəçisi Əliyev Kəramət Fətəli oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən i şə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2024-cü il tarixli 1(103)-1024/2024 nömrəli (hakimlər: Əyyubov Fərid İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlxan oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev Kəramət Fətəli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttihama görə, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, tanışı Azərbaycan Respublikası vətəndaşı X, sonuncunun tanışları Təqsirləndirilən şəxs3, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, həmçinin güclü təsir edən maddənin cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən İran İslam Respublikasında əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınaraq ölkə ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsi barədə qabaqca dan əlbir olan bir qrup şəxs halında telefon vasitəsilə əlaqə saxlayaraq cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü X-in göstərişi ilə 2021-ci ilin dekabr ayının ortalarında cinayətkar qrupun həmin vaxt İran İslam Respublikasında olan üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İranda qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvlərindən 1 ədəd kağız bağlamada və üzərində “Black Diamond” sözləri yazılmış 1 ədəd dəmir qutuda ayrı-ayrılıqda 95 qram və 320,058 qram olmaqla ümumilikdə külli miqdarda- 415,058 qram metamfetamin psixotrop maddəsi, 2 ədəd qara rəngli sellofan torbada ayrı-ayrılıqda 815 qram və 470 qram olmaqla ümumilikdə külli miqdarda- 1285 qram qurudulmuş marixuana narkotik vasitəsi, 6 ədə d sellofan bağlamada tərkibində MDMA psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı külli miqdarda104,969 qram təşkil edən 436 həb və 2 konvalyutda tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 4,05 qram təşkil edən 18 ədəd həbi tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, üzərində “Cat caterpıllar” sözləri yazılmış qara rəngli bel çantasında şəxsi əşyalarının arasında gizlədərək saxlamış, 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 24-cü sərhəd zastavasının (“X” sərhə d zastavası) xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikasının X kəndi ərazisinə qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasına daşımış, bundan sonra cinayətkar qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçmələrinə köməkçi qismində iştirak etmiş, lakin həmin cinayətkar qrupun niyyəti ilə əhatə olunan digər cinayətlərin törədilməsindən xəbəri olmayan Şahid7 X kəndində yerləşən evinə gedərək gecəni orada qalmış, 11 yanvar 2022-ci il tarixdə günorta saatlarında Şahid7 sözü gedən maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı cinayətlərinin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “Niva” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı Masallı rayonuna yola salmış, Məhkum isə öz növbəsində cinayətkar qrupun külli miqdarda narkotik vasitə, psixotrop maddə və həmçinin güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınması və qanunsuz dövriyyəsinin təşkil edilməsindən ibarət vahid və ümumi cinayətkar niyyətinin həyata keçirilməsi istiqamətində qanunsuz əməllərini davam etdirərək həmçinin, dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı maneəsiz şəkildə Bakı şəhərinə gətirəcəyinə yardım edəcəyi ilə bağlı qabaqcadan vermiş olduğu vədə uyğun olaraq Masallı rayonu ərazisinə gələrək Təqsi rləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı orada qarşılamış, sonuncuları cinayətin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “Khazar” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhərinə gətirmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 11 yanvar 2022-ci il tarixdə axşam saat 20 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısında Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1ı qarşılayaraq yaşadığı həmin ünvandakı 90 nömrəli mənzilə aparmış, orada cinayətkar qrupun üzvü X və digər qrup üzvləri ilə apardıqları telefon danışıqları ilə əvvəlcədən əldə edilmiş razılığa əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə keçirdikləri külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi, metamfetamin psixotrop maddəsi və MDMA psixotrop maddəsi tərkibli həbləri əvvəlcədən müəyyən olunmuş, lakin istintaqa məlum olmayan alıcılara satışını qanunsuz olaraq həyata keçirmək məqsədilə elektron tərəzidə çəkərək siyahı üzrə birlikdə çeşidləmiş, daha sonra həmin tarixdə saat 23:50 radələrində Məhkum qeyd edilən ünvanı tərk etmiş, bununla da o, qabaqcadan əldə olunmuş razılığa uyğun olaraq cinayətkar qrup halında öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 yanvar 2022ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, x küçəsində yerləşən “x” marketin qarşısında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılmış və sonuncular ın üzərində “Cat caterpıllar” sözləri yazılmış qara rəngli bel çantasında saxlayaraq daşıdıqları külli miqdarda-415 qram metamfetamin psixotrop maddəsi, külli miqdarda- 1285 qram qurudulmuş marixuana narkotik vasitəsi, tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı külli miqdarda, 104,3 qram təşkil edən 433 ədəd həb və tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici miqdarı 4,05 qram təşkil edən 18 ədəd həb aşkar edilərək götürülmüş, istintaq-əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində 21 yanvar 2022-ci il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 saxlanılmış, şəxsi axtarış zamanı üzərindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq əldə etdiyi tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqd arı 0,669 qram təşkil edən 3 ədəd həb, idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı isə sonunculardan satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 0,058 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüş, Məhkum isə 19 may 2022-ci il tarixdə tutularaq istintaq orqanına təhvil verilmişdir. Məhkəmələrin gəlmiş olduğu nəticəyə əsasən bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum verilən ittihamla bağlı məhkəmənin hökmündə “sübut növü” kimi istinad edilən “təqsirləndirilən şəxslərin ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadələri ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri, sms məlumatlar və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlar“, iş üzrə mötəbər, mümkün, əldə olunmasına və həqiqiliyinə şübhələr olduğundan, sübutlar əsasən ehtimallara əsaslandığından və təhrif olunduğundan ittihamı təsdiq edən sübut növü kimi qəbul edilə bilməzlər. İbtidai istintaq və məhkəmə baxışları zamanı tam sübut olunmuşdur ki, təqsirləndirilən Məhkum digər təqsirləndirilənlər Təqsirləndirilən şəxs1, X və Təqsirləndirilən şəxs3la xx.xx.2022-ci il tarixədək heç bir əlaqəsi, tanışlığı, telefon danışığı olmamış, Təqsirləndirilən şəxs1la ilk danışığı xx.xx.2022-ci il tarixdə saat 15:48-də, Təqsirləndirilən şəxs3la isə həmin gün saat 20 radələrində olmuşdur. Yəni həmin tarix və vaxtadək Təqsirləndirilən şəxs1, X artlıq narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə edib, saxlayıb, daşıyaraq Azərbaycan Respublikasına gəlmişlər. Təqsirləndirilən şəxs3 isə Bakı şəhərində yaşasa da onunla heç bir tanışlığı, əlaqəsi olmamış, ilk danışığı-əlaqəsi xx.xx.2022-ci il tarixdə saat 20 radələrində olmuş, bu danışıqda da məqsəd qonaqları ona təhvil vermək olmuşdur. Belə olduğu halda Məhkum narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddənin əldə edilməsində, daşınmasında, saxlanmasında necə iştirak edə bilər və bu hal hansı sübutlarla təsdiqini tapmışdır. İstər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı tam sübut olunmuşdur ki, təqsirləndirilən Məhkum, X, Təqsirləndirilən şəxs3, İİR-n ın vətəndaşı Təqsirləndirilən şəxs1, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə cinayət əlaqəsinə girməmiş, onlarla heç bir razılığa gəlməmiş və ümumi cinayətkar niyyətə uyğun hərəkət etməmişdir. Məhkum sifətdən tanımadığı, telefon vasitəsilə tanış olduğu X-in xahişinə əsasən gələn qonağı (qarşıladıqdan sonra onların iki nəfər olmalarını bilmişdir) Masallı rayonunda qarşılayaraq Bakı şəhərinə gətirmişdir. İbtidai istintaq orqanı hansı səbəbdənsə Məhkum İkinci Qarabağ müharibəsində mərdlik göstərməklə “Cəsur döyüşçü", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasını qəbul edə bilməyərək saxta sübutlar toplamaqla onun cinayət məsuliyyətinə cəlb olunması qərarına gəlmiş, buna nail olmaq məqsədilə ifadələ rdə, gah narkotik vasitələri çəkmək məqsədilə tərəzinin Məhkum tərəfindən gətirilməsini, gah Məhkum narkotik vasitə verildiyini aldatma yolu ilə ifadələrinə, o cümlədən digər təqsirləndirilən şəxsin ifadələrinə yazdırmış, ona köməklik ediləcəyini inandıraraq bu fikirləri müdafiəçinin yanında da bildirməsini təşkil etmiş və müəyyən mənada buna nail olsa da, topladığı digər sübutlarla özünü ifşa etmişdir. İstər ibtidai istintaq orqanı, istərsə də məhkəmə Məhkum törətmiş olduğu cinayət əməlinin onun xx.xx.2022-ci il tarixdə İİR-nın vətəndaşı Təqsirləndirilən şəxs1la apardığı telefon yazışmaları, göndərdiyi foto şəkillərlə sübuta yetirilməsi nəticəsinə gəlmişdir ki, əksinə həmin foto şəkil və yazışmalarda verilmiş ittihamın təsdiq edilməsi ilə bağlı heç bir foto şəkil olmamış, danışıq aparılma mışdır ki, bu da Məhkum göstərilən cinayətlə əlaqəsinin olmadığını təsdiq edir. Beləliklə, Məhkum tamamilə qanunsuz və əsassız olaraq CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunduğu üçün onun barəsində çıxarılmış hökm və həmin hökmün qüvvədə saxlanmasına dair qərar dəyişdirilməli, təqsirləndirilən şəxsin əməli CM-in 307.1-ci maddəsinə tövsif olunmalıdır. Çünki məhkəmə istintaqı zamanı tam sübut olunmuşdur ki, Məhkum digər təqsirləndirilənlərlə cinayət əlaqəsinə girməmiş, onlarla birlikdə cinayətin törədilməsində iştirak etməmiş, üzünü görmədiyi, narkotik vasitələrin dövriyyəsi ilə bağlı heç bir söhbət, yazışma aparmadığı, şəxsin xahişinə əsasən, gələn qonağı qarşılayaraq Bakı şəhərinə gətirmiş, taksi pulunu almaq məqsədilə binanın qarşısında gözləmiş, Bakı şəhərinə çatıb Təqsirləndirilən şəxs3 məxsus mənzilə yerləşdikdən sonra onlardan şübhələnmiş, lakin bu barədə aidiyyəti qurum və orqanlara məlumat verməmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarının dəyişdirilərək, Məhkum əməlinin CM-in 307.1-ci maddəsi ilə tövsif edilib həmin maddənin sanksiya həddində cəza təyin edilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Əliyev Kəramət Fətəli oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və anali tik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə tövsif edildiyi, o cümlədən barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzr ə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz ol araq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, o cümlədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, daşıma və saxlama ilə bağlı hissəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində əməlinin məhkəmələr tərəfindən düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrindən həmin Məcəllənin 307.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Müdafiəçinin kassasiya şikayətində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində qeyd olunan cinayətdə Məhkum təqsirliliyinin müəyyən edilməsi haqqında apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktiki hallara əsaslanmaq üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkumun kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə b axışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kas sasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələr in, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik v asitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, “..narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005- ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Qanunun Qanunun 1.0.9-cu maddəsində görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaş ın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətl əri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında v ə yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan ye rinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Qeyd olunanlara əsasən, müdafiəçi tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, o cümlədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun qabaqcadan əlbir olan bir qrup şəx s halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onlara aid olmayan güclü təsir edən maddələri əldə etməsinin, daşımasını və saxlamasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Birinci instansiya məhkəməsində məhkumun CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə verdiyi izahat və ifadələri, təqsirləndirilən şəxs qismində dindirilmiş digər şəxslərin ifadələri, şahid qismində dindirilmiş şəxslərin ifadələri, “Video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, “Video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, “Telefon danışıqlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol, Məhkum istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan sms-lərin məzmunu, baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol, maddi sübutlar və işdə olan digər istintaq hərəkətlərinə dair protokollar, Məhkum əməlinin CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Belə ki, cinayət işinin materiallarında olan “Video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:22də şəxsiyyəti istintaqla müəyyən edilmiş Təqsirləndirilən şəxs3 binanın qarşısına gələrək ağ rəngli, ön kapotunun üzərində qara rəngli dörd bucaq olan “Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsini qarşılayır. Havanın qaranlıq olması səbəbindən nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini d əqiq müəyyən etmək olmur. Nəqliyyat vasitəsindən arxadan şəxsiyyəti istintaqla müəyyən edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, ön hissədən isə Təqsirləndirilən şəxs3 ifadəsinə əsasən “X” adlı şəxs enir. Nəqliyyat vasitəsini idarə edən şəxs geriyə hərəkət etdirərək uzaqlaşır və kadrdan itir. Daha sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X10, “X” adlı şəxs binanın girişinə doğru gəlirlər. “X” adlı şəxsin çiynində 1 ədəd qara rəngli idman çantasının olduğu görünür. Onlar binaya daxil olur, oradan da mənzilə qalxmaq üçün liftə daxil olurlar. Saat 21:08-də “X” adlı şəxs binadan çıxır və bir neçə dəqiqə sonra geri qayıdır. Saat 21:33-də X və “X” birgə binadan çıxaraq gedirlər. Bir neçə dəqiqə sonra X binaya geri qayıdır. Saat 23:39-da isə “X” binaya geri qayıdır. Saat 23:48-də “X” yenidən binadan çıxır və mobil telefonla danışaraq gedir. Saat 23:56-da X əlində mobil telefon binadan çıxaraq gedir. Saat 00:35-də yəni, 40 dəqiqə sonra (yanvarın 11-dən 12-ə keçən gecə) X binaya geri qayıdır. Saat 00:49-da X, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 binadan çıxaraq gedirlər. Binaya daxil olarkən “X” adlı şəxsin çiynində olan çantanı Təqsirləndirilən şəxs2 çiyninə götürdüyü görünür. Həmin saatdan sonra şəxslər binaya geri qayıtmırlar. Video görüntülərdən görünür ki, X, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 X-ə məxsus mənzildə saat 20:22 radələrindən saat 00:40 radələrinə qədər yəni 4 saatdan artıq müddətdə qalmışdırlar. Bu bir neçə saat ərzində X da onlarla birgə mənzildə olmuş, arada bir çıxıb geri qayıtmışdır. X isə saat 20:22-də onlarla birgə binaya daxil olmuş, saat 21:08-də binadan çıxmış və bir neçə dəqiqə sonra geri qayıtmış, saat 21:33-də yenidən binadan çıxmış və 2 saatdan artıq bir müddətdən sonra yəni, 23:39-da geri qayıdaraq binaya daxil olmuş, 23:48-də isə yenidən binadan çıxaraq getmişdir. Yəni, X adlı şəxs ümumilikdə 40 dəqiqə binada olmuş, eləcə də sözü gedən mənzildə qalmışdır. Geri qalan müddətdə isə mənzildə X, X və Təqsirləndirilən şəxs2 mənzildə olmuşdur. Bundan başqa X saat 23:56-da əlində mobil telefon binadan çıxaraq getmiş, saat 00:35-də yəni, 40 dəqiqə sonra (yanvarın 11-dən 12-ə keçən gecə) binaya geri qayıtmış, saat 00:49-da isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 la binadan çıxaraq getmişdirlər. Cinayət işinin materiallarında olan “Video görüntülərə baxı ş keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyindən 001-11231-1222 №li məktubla daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-040 nömrəli video müşahidə kameralarının əks olunduğu 1 ədəd HD diskdə olan video görüntülərə baxış zamanı ilk öncə diskə əlavə olunmuş və iş üzrə Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW” markalı, **TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkət marşrutunu özündə əks etdirən hesabata baxış keçirilmişdir. Hesabatdan görünür ki, Təqsirləndirilən şəxs3 idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə saat 20:11-də Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti istiqamətindən Yasamal rayonu, Şərifzadə küçəsi, “Kaktus” restoranı istiqamətində hərəkət e dir. Daha sonra istintaq materiallarına və Təqsirləndirilən şəxs3 ifadəsinə eləcə də, video görüntülərə baxış keçirilməsi haqqında «27» yanvar 2022-ci il tarixli protokola əsasən, iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 u, həmçinin cinayətkar qrupun Məhkum Bakı şəhərinə, konkret olaraq, Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 2 ünvanına (“Kaktus” restoranının qarşısına) gətirən ağ rəngli, “Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsinin həmin saatlarda video görüntülərdə olub-olmamasını müəyyən etmək üçün baxış keçirilmişdir. Baxış zamanı ağ rəngli, “Khazar” (Xəzər) markalı ön kapotunun üzərində qara rəngli dördbucaq olan nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə saat 20:14-də Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində 3 saylı ASAN X idmət istiqamətindən “Kaktus” restoranı istiqamətində gəlməsi görünür. Havanın qaranlıq olması səbəbindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini görmək mümkün olmur. Video görüntülərə baxış keçirilməsi haqqında «27» yanvar 2022-ci il tarixli protokola əsasən həmin nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə saat 20:22-də Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 2 ünvanında binanın qarşısında dayandığı, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum nəqliyyat vasitəsindən endikdən sonra geriyə hərəkət edərək Şərifzadə küçəsinə doğru getdiyi müəyyən olunmuşdur. Növbəti kadrlarda qeyd olunan nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə saat 21:00-da Şərifzadə küçəsi “x” restoranı ilə üzbəüz yolun kənarında dayandığı müşahidə olunur. Saat 21:39-da Məhkum Şərifzadə küçəsin də “Kaktus” restoranı istiqamətindən, yəni X-in yaşadığı bina istiqamətindən piyada gəldiyi və mobil telefonla danışdığı müşahidə olunur. Video görüntülərə baxış keçirilməsi haqqında «27» yanvar 2022-ci il tarixli protokoldan da X və X-in saat 21:33-də binadan çıxdığı müəyyən olunmuşdur, dolayısı ilə həmin saatlarda X-in binadan çöldə olması öz təsdiqini tapır. Saat 21:43-də X-in Şərifzadə küçəsində üzü “x” restoranı və “Khazar” nəqliyyat vasitəsinin dayandığı istiqamətdə yəni, X-in yaşadığı bina istiqamətində piyada geri qayıtdığı və əlində bir sellofan paket olduğu görünür. Saat 23:05də X-in Şərifzadə küçəsində dayanan “Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsinin ön sərnişin oturacağından endiyi görünür. Saat 23:18-dən 23:25-ə dək X-in Şərifzadə küçəsində dayanan “Khazar” (Xəzər) marka lı nəqliyyat vasitəsindən biraz aralıda dayandığı və mobil telefonla danışdığı görünür. Saat 23:33-də “Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsinin qarşısında başqa bir avtomobilin dayandığı və qarşısında bir şəxsin durduğu görünür. Havanın qaranlıq olması səbəbindən həmin avtomobilin markası, nömrəsi və şəxsin üzü görünmür. Saat 23:35-də qeyd olunan avtomobil Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsinin yanından uzaqlaşır. Saat 23:36-da X ”Khazar” (Xəzər) markalı nəqliyyat vasitəsinin ön sərnişin oturacağından enir. Video görüntülərə baxış keçirilməsi haqqında «27» yanvar 2022-ci il tarixli protokoldan da X-in saat 23:39-da X-in yaşadığı mənzilə geri qayıtdığı, dolayısı ilə həmin müddətə qədər X-in Şərifzadə küçəsində avtomobilin yanında olduğu öz təsdiqini tapır. Saat 23:50-də qeyd olu nan ağ rəngli, “Khazar” (Xəzər) markalı, ön kapotunun üzərində qara rəngli dördbucaq olan nəqliyyat vasitəsi dayandığı yerdən 3 saylı ASAN Xidmət istiqamətində hərəkət edərək gedir. Video görüntülərə baxış keçirilməsi haqqında «27» yanvar 2022-ci il tarixli protokoldan da X-in saat 23:48-da X-in yaşadığı binadan çıxaraq getdiyi müəyyən olunmuşdur. Dolayısı ilə X-in binadan çıxdıqdan sonra həmin avtomobilə gəldiyi və avtomobillə birgə oradan uzaqlaşdığı öz təsdiqini tapır. O cümlədən, iş materiallarında olan “Telefon danışıqlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən BKC/LGL3219/22 nömrəli məktubla daxil olmuş, 1 ədəd CD diskdə pdf formatda 4 ədəd fayllarda Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 055- ***-**-** saylı mobil telefon nömrəsindən 1 noyabr 2021-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək olan müddət ərzində ötürücü stansiyaları göstərilməklə daxil və xaric olan zənglərin siyahısının, zənglərə dair dislokasiyanın, göndərilən və qəbul edilən SMS-lərin mətnlərinin, daxil və xaric olan zənglərin edildiyi, SMS-lərin qəbul edildiyi və ötürüldüyü "xxxx" MMC-yə aid nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatları yer almışdır. Zənglərin məxsusluq tarixçələrinə baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin onun adına qeydiyyatdan keçirildiyi görünür. Daha sonra daxil olan və çıxan zənglərə və SMS mətnlərinə müqayisəli təhlil aparılaraq baxış keçirilmişdir. İlk öncə hadisə baş verdiyi tarixdə yəni, Təqsirləndirilən şəxs3 iş üzrə Təqsirləndirilən şəxs 2, Təqsirləndirilən şəxs1 və Məhkum qarşıladığı xx.xx.2022-ci il tarixdə səhər saatlarından gecə saatlarına qədər daxil olmuş və çıxan zənglərə, eləcə də SMS mətnlərinə baxış keçirilir. Baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 20 radələri, yəni Təqsirləndirilən şəxs3 iş üzrə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum qarşılayaraq ünvan 4 ünvanında yerləşən mənzilinə apardığı və ondan sonrakı saatlarda orada olduqları vaxtlarda Təqsirləndirilən şəxs3 ********** saylı mobil telefon nömrəsi ilə 7 dəfə (20:34-23:41 saatlarında), ********** saylı mobil telefon nömrəsi ilə 2 dəfə, qalan digər nömrələrlə 1 dəfə danışıq apardığı, həmçinin xx.xx.2022-ci il tarixdə saat 22:37-də +**********56 saylı mobil telefon nömrəsindən X-in istifadəsində olmuş mobil telefon nömrəsinə “Qaqa sən n iyə belə hərəkət eliyirsən ki, biz.... (söyüş ifadə) zad deyiliy. Ayibdiye brat.mənim payımı ver qaqa 2-3 dənə, açarı da götür mən.... (söyüş ifadə) gedim” məzmununda, saat 23:41-də yenə həmin nömrədən “Qaqa çıx açarları verim sənə mənə yol pulu ver... (söyüş ifadə) gedim” məzmununda SMS mətnlər göndərdiyi müəyyən olunmuşdur. İşin müəyyən edilmiş hallarında da təsdiq olunmuşdur ki, +**********56 saylı mobil telefon nömrəsindən SMS-lərin göndərildiyi vaxt, yəni xx.xx.2022-ci il 22:37 və 23:41 saatları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanında yerləşən mənzilinə külli miqdarda narkotik vasitə, psixotrop maddə, eləcə də güclü təsir edən maddələri gətirdikləri saatdan bir neçə saat sonraya təsadüf edir və elə SMS-lərin göndərildiyi vax tlarda da Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum Təqsirləndirilən şəxs3 evində olmuşdurlar. +**********56 saylı mobil telefon nömrəsindən yuxarıda göstərilən SMS mətnlərini yazan nömrə ilə Təqsirləndirilən şəxs3 arasında xx.xx.2021-ci il tarixdən etibarən cəmi 14 dəfə danışıq aparılmışdır, 7 dəfə isə sırf yuxarıda qeyd olunan hadisənin baş verdiyi saatlarda danışıqlar aparılmışdır. Növbəti SMS mətnlərinə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 20:37-də İran İslam Respublikası mobil operatoruna məxsus +**********02 saylı mobil telefon nömrəsindən X-in istifadəsində olmuş mobil telefon nömrəsinə “Salam gardaw mali guturdun. 200 q nahwadi 100 q pati dir. Noldu qaqa. Ay gardaw mana bir xabar ver urayim partiyir. San bala gani gavab ver.” məzmununda SMS mətnlər göndərilmişd ir. Qeyd olunanlarla yanaşı Məhkum istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan sms-lərin məzmununda görünür ki, o, ***-***-**-** mobil nömrəsinin istifadəçisinə “Təcilidi Bakıya çıxmalıyam, 1 dənə 10 olanı, bir dənə də pres nətərsə çıxart, təcili çıxmalıyam, çox tecili bir saat gecdi; Çıx bıçağı tez məndən götür, denən ki, burda Xin bıçağı var onu götürürəm; “Abi burda gözləyirəm, qurban olum, vajnıdı nə qədər tez olur elə ayağının altında ölüm. Yerdə qalanı da sizin haqqı halal xoşunuz. Men təcili bunu götürüm çıxım başqa heç nə lazım deyil” məzmununda smslər yazmışdır ki, bu da özlüyündə Məhkum narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını sübut edir. Həmçinin təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 a məxsus **********2269 5 İMEİ nömrəli “Huawei Honor H60-L04” markalı sensorlu mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “WhatsApp” mobil əlavəsində siyahıda olan “x” adı ilə qeyd olunan və təqsirləndirilən Məhkum istifadəsində olmuş +**********47 saylı nömrə ilə aparılan yazışmalarda xx.xx.2022-ci il tarixdə saat 15:03-də həmin şəxs tərəfindən Xə 2 ədəd hansısa ərazinin fotoşəklinin göndərildiyi və fotoşəkillərin qarşısında “x” sözünün yazıldığı görünür. xx.xx.2022-ci il tarixdə 11:15-11:46 aralarında tərəflər arasında aparılan sms yazışmaları aşağıdakı qaydadır: “X” audio səs: “Baba, bax gör bu sənə oxşayır, baba?” “Bax gör oxşayırsa, bunun sənədini o gün dediyin sənə düzəldək” X audio səs: “Yox e mənə oxşamır, bunu harası mənə oxşayır?” “Necə idi o dünə n axşam atdığın yaxşı idi, ya yox?” “X” audio səs: “Baba belə da orta, day elə sən deyən elə də yaxşı deyildi”, “Sənə oxşayır e baba, realda. İndi şəxsiyyətinin şəklini atajam, baxarsan” Bundan başqa “Aqşin Bilesavar.vat” olan mobil telefon nömrəsi “+**********4” olan şəxslə xx.xx.2022-ci il tarixdən etibarən aparılan danışıqlardan görünür ki, tərəflər arasında fars dilində yazışmalar aparılmışdır. Tərcüməsi: Təqsirləndirilən şəxs1: -Qardaş internetim yoxdu 00.56 -Burda da xətti, sabah evin şifrəsini alsam rahat olaram 00.56 Burda.........(söyüş) telefonlarına bağlanıram, bunlar da hey gedib gəlirlər internetim olmur. 00:57 -Gedim o xarabaya çatım rahat danışarıq 00:57 “Aqşin Bilesavar.vat”: -Nə xəbər? Bakıdasan? 00:56 -Bir iş görə bildin? 00:57 Təqsirləndirilən şəxs1: -Hə Bakıdayam 00:58 -Yox gecikdik 00:58 “Aqşin Bilesavar.vat”: -Yaxşı, ancaq özünən muğayət ol 00:58 Qalan hər şey düzələr 00:59 -Şəhərdə çox fırlanma 00:59 -Nə vaxt rahat olsan mənə zəng elə 00:59 Təqsirləndirilən şəxs1: -Sabah baxım da, yükü verim pulu hazır eliyim gedim Ənvərdən yükümüzü alım. 01:00 -Yox evin içindəyəm 01:00 -Dayan zəng eliyim 01:00, “Aqşin Bilesavar.vat”: -Əgər istəsən o dostuma deyim gəlsin sənin dalınca 19:37 Təqsirləndirilən şəxs1: -Sənə xəbər verərəm qardaş 19:38 -O yanıma gəlsə deməyəcək niyə mənə mal gətirməmisən gəlib burda mal satırsan? Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum oğlunun Təqsirləndirilən şəxs3, X, İİR-nın vətəndaşı Təqsirləndirilən şəxs1, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər lə cinayət əlaqəsinə dair heç bir razılığa gəlməməsinə dair dəlillər öz əksini tapmışdır. Kassasiya məhkəmə kollegiyası həmin dəlillər ilə əlaqədar cinayət işinin materiallarına nəzər yetirərək qeyd edir ki, Məhkum əvvəllər tanımadığını bildirdiyi halda digər təqsirləndirilən şəxslərin yanına bir neçə dəfə gəlməsini, müəyyən müddət həmin şəxslərin yanında qalmasını ağlabatan səbəblərlə izah edə bilməmiş, bu hal isə haqlı olaraq aşağı instansiya məhkəmələrində törədilmiş cinayət əməlinə görə məsuliyyətin yüngülləşdirilməsi barədə məqsəd güddüyünə dair nəticəyə gəlinmişdir. Belə ki, yuxarıda qeyd edilən video görüntülərə baxış keçirilməsi barədə protokollardan da müəyyən olunduğu kimi Məhkum Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, X10 adlı şəxslərlə binanın girişinə doğru gəldiyi, “X ” adlı şəxsin çiynində 1 ədəd qara rəngli idman çantasının olduğu, onların binaya daxil olduğu, oradan da mənzilə qalxmaq üçün liftə daxil olduqlar, saat 21:08-də “X” adlı şəxsin binadan çıxdığı və bir neçə dəqiqə sonra geri qayıtdığı, saat 21:33-də X və “X-in” birgə binadan çıxaraq getdikləri, bir neçə dəqiqə sonra X binaya geri qayıtdığı, saat 23:39-da isə “X-in” binaya geri qayıtdığı, saat 23:48-də “X-in” yenidən binadan çıxdığı və mobil telefonla danışaraq getdiyi öz təsdiqini tapır. Bundan başqa, kollegiya Məhkum CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirliliyinin tam sübuta yetirildiyini nəzərə alıb əməlin Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə tövsif edilməsinə dair dəlillərini də qeyri-qanuni və əsassız hesab edir. Qeyd edilənləri nəzərə alan kassasiya məhkəmə kol legiyası belə hesab edir ki, Məhkum əməlində Cinayət Məcəlləsinin 307.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər mater iallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə də toxunaraq qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsi rkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin e dilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (yaşayış yeri üzrə müsbət xarakterizə olunması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum i slah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum aid hissədə əsaslı olduğundan həmin hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 19.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Əliyev Kəramət Fətəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar