Məhkəmə qərarları › İş №1(102)-2604/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2604/2025

11.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2604/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi11, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi10, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi7 Qubad qızının və Zərərçəkmiş şəxs iştirakları ilə, Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məh kum2 və Məhkum3 barələrində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 iyun tarixli, 1(106)-122/25 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumlar Təqsirləndirilən şəxs2, Məhkum1, Məhkum2, Məhkum3 müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətilərinə əsasən cinayət işinə mahiyyəti üzrə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 2 sentyabr tarixli, 1(099)- 73/2024 nömrəli (X3 (sədrlik edən), X9 və X5 ibarət tərkibdə) ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan mə hrum etmə növündə cəza çəkən, Məhkum1 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.3, 182.2.4, 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CMin 182.2.1, 182.2.3, 182.2.4-ci maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun 2022-ci il 24 iyul tarixdən 2022-ci il 24 noyabr tarixədək şübhəli şəxs qismində saxlanıldığı, barəsində ev dustaqlığı qətimkan tədbirinin təsiri altında old uğu 4 ay müddətin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 2024-cü il 2 sentyabr tarixdən hesablanması, xx.xx.1993-cü il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Kürdəmir şəhəri, ŞO60-li ünvanda yerləşən yataqxanada qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.3, 182.2.4, 144.2.3, 144.2.5 və 144.2.6-cı maddəl əri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CMin 182.2.1, 182.2.3, 182.2.4-ci maddələri ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun 2022-ci il 24 iyul tarixdən 2022-ci il 24 noyabr tarixədək şübhəli şəxs qismində saxlanıldığı, barəsində ev dustaqlığı qətimkan tədbirinin təsiri altında olduğu 4 ay müddətin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 2024-cü il 2 sentyabr tarixdən hesablanması, xx.xx.1993-cü il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.3, 182.2.4, 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə, CM-in 182.2.1, 182.2.3, 182.2.4-ci maddələri ilə 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun 2022-ci il 24 iyul tarixdən 2022-ci il 26 iyul tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddətin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 günün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın m əhdudlaşdırılması cəzasının saxlanılması, onun üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, hökmün icrasına nəzarətin onun yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, xx.xx.1996-cı ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, or ta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Məhkum2 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.3, 182.2.4, 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 182.2.1, 182.2.3, 182.2.4-ci maddələri ilə 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, onun ü zərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, hökmün icrasına nəzarətin onun yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, xx.xx.1997-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ü nvan 5 ünvanda yaşayan, Məhkum3 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.3, 182.2.4, 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 182.2.1, 182.2.3, 182.2.4-ci maddələri ilə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin o lunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, onun üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, hökmün icrasına nəzarətin onun yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alı ndığı vaxtdan hesablanması hökm edilmişdir. Həmin hökmdən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri X6 və Dövlət ittihamçısı2 ayrı-ayrılıqda apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Məhkum2 müdafiəçisi Müdafiəçi9, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Məhkum1 müdafiəçisi Müdafiəçi7 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən), X10 və X1 ibarət tərkibdə) 2025-ci il 23 iyun tarixli, 1(106)-122/25 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum3 müdafiəçisi Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Məhkum2 müdafiəçisi Müdafiəçi9, təqsirləndi rilən şəxslər Təqsirləndirilən şəxs2 və Məhkum1 müdafiəçisi Müdafiəçi7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri X6 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 2 sentyabr tarixli, 1(099)- 73/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum1 əməli CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələrindən CM-in 145.2.4 və 145.2.6-cı maddələrinə tövsif edilmiş, Məhkum1 CM-in 145.2.4 və 145.2.6-cı maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri il ə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 5 (beş) ilə endirilmiş, CM-in 66.3cü maddəsinə əsasən Məhkum1 hökmlə CM-in 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası ona hazırkı qərar ilə CM-in 145.2.4 və 145.2.6-cı maddələri ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 4 ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 6 il (altı) 2 (iki) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm Məhkum1 münasibətdə q alan hissələrdə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs1 əməli CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələrindən CM-in 145.2.4 və 145.2.6-cı maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 CM-in 145.2.4 və 145.2.6-cı maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 CM-in 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 55 ilə endirilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hökmlə CM-in 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ona hazırkı qərar ilə CM-in 145.2.4 və 145.2.6-cı maddələri ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 4 ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 6 il (altı) 2 (iki) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm Təqsirləndirilən şəxs1 münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs2 əməli CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələrindən CM-in 145.2.4 və 145.2.6-cı maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs2 CM-in 145.2.4 və 145.2.6-cı maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə 5 (beş) il müddətinə azadl ıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər Kürdəmir Rayon Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli, 1(041)- 13/2024 nömrəli hökmünə əsasən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin olunmuş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası CMin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 145.2.4, 145.2.6, 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə cinayətlərin məcmusu üzrə t əyin edilmiş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla onun üzərində 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Kürdəmir Rayon Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli hökmü üzrə çəkdiyi 4 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 2 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, həmçinin hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 gün, cəmi 2 ay 12 gün ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 6 (altı) il 3 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 23 iyun 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbs olunmuş, hökmdən, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin edilməsi ilə bağlı müddəalar xaric edilmiş, Əliyev X17 Şəhər Polis Şöbəsi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap edilmiş, Məhkum2 CMin 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələrindən Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.6cı maddələrinə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, b arəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə, ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum2 CM-in 182.2.1, 182.2.3, 182.2.4-ci maddələri ilə barəsində CM-in 62-ci maddəsi ilə təyin edilmiş 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ona hazırkı qərar ilə CM-in 145.2.4 və 145.2.6- cı maddələri ilə təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökm Məhkum2 münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, Məhkum3 CM-in 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələrindən CM-in 145.2.4 və 145.2.6-cı maddələrinə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərin i törətməkdə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə, ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum3 CMin 182.2.1, 182.2.3, 182.2.4-ci maddələri ilə barəsində CM-in 62-ci maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ona hazırkı qərar ilə Cinayət Məcəlləsinin 145.2.4 və 145.2.6-cı maddələri ilə təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökm Məhkum3 münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ Məhkəmənin hökmünə əsasən Məhkum1 qardaşı Məhkum2 və tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs 2 və Məhkum3 ilə zərərçəkmiş şəxsin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək üçün silah qismində istifadə edilən əşyadan istifadə etməklə tamah məqsədilə adam oğurluğu cinayətini törətmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya uyğun olaraq Zərərçəkmiş şəxs çayxanada söhbət edəcəkləri bəhanəsi ilə aldadaraq 13 iyul 2022-ci il tarixdə saat 22 radələrində Kürdəmir şəhərində yerləşən “Kolxoz” bazarının qarşısına çağırıb orada Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia” markalı avtomobilə dəvət etmiş, Zərərçəkmiş şəxs avtomobilin arxa oturacağında əyləşdikdən sonra yolda başqa yerə aparılacağını anlayıb avtomobildən düşüb qaçmaq istəyərkən cinayətkar qrupun digə r üzvləri Məhkum1, Məhkum3, Təqsirləndirilən şəxs2 və Məhkum2 tərəfindən saxlanılmış, sonuncu əlində olan, istintaqla müəyyən edilməmiş silah qismində istifadə edilən deşici aləti onun bel nahiyəsinə dirəyib qaçmasına imkan verməyərək onu Məhkum3 idarə etdiyi “Vaz 21725 minik” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib öldürəcəkləri ilə hədələyərək enməsinə imkan verməyib onu iradəsinə zidd şəkildə faktiki olduğu yerdən Kürdəmir rayonu, Qocalı kəndində yerləşən Şahid4 yaşadığı evin həyətyanı sahəsinə apardıqdan sonra Məhkum1 mülkiyyətində olan “Hyundai Avante” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili 05 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunda idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş Şahid2 tərəfindən h adisə nəticəsində Məhkum1 dəymiş 15.000 manat məbləğində ziyanın ödənilməsi ilə bağlı sonradan həmin insidentə müdaxilə edərək ziyanın ödənilməsində maneçilik etməsini və bu səbəbdən də dəymiş ziyanın əldə olunmamasını əsassız bəhanə edərək, qrupun digər üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs sifət və bədəninin digər nahiyələrindən zərbələr vurub ona sağ gözün iç bucaq hissəsinin qançırı, sağ bilək nahiyyəsinin hiperemiyası və 3 ədəd kiçik ölçülü sıyrıqları kimi ağırlıq dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirib Şahid2 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Məhkum1 dəymiş ziyanın 10 avqust 2022-ci il tarixə qədər ödənilməsi ilə bağlı video çəkiliş apararaq 12.500 manat məbləğində pulu verməsini, əks təqdirdə üzərində zor tətbiq ediləcəyi və barəsində qeydə alınmış rüs vayedici məzmunda videogörüntüləri yayacaqları ilə hədələdikdən sonra Zərərçəkmiş şəxs sərbəst buraxıb sonuncuya qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə tamah məqsədi ilə adam oğurluğu və qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etməklə hədə-qorxu ilə tələb etmə cinayətlərini törətmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MƏHKUMLARİN, MÜDAFİƏÇİLƏRİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum3 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs Məhkum3 ibtidai araşdırma zamanı verdiyi ifadələr təhrif edilmiş, istintaq orqanı onun təcrübəsizliyindən (əvvəllər məhkum edilməmişdir), ilkin olaraq şahid qismində dindirilməsi zamanı hüquq və vəzi fələrini izah etməməklə və ifadəsi ona oxunmadan imza etdirilməklə, habelə bütün təqsirləndirilən şəxslərə münasibətdə gələcəkdə ittihamı rahatlıqla verə bilmək üçün əvvəl onu şahid kimi ehtiyatda saxlamış, istədikləri kimi ifadə vermədiyi üçün haqsız olaraq ona yuxarıda qeyd olunan ittiham irəli sürülmüşdür. Bununla da istintaq orqanı vəziyyətdən sui-istifadə etmişdir. Belə ki, şahid qismində dindirilmə zamanı müdafiəçinin iştirakı məcburi olmadığından müdafiəçisiz gələn Məhkum3 istədikləri kimi yönləndirmiş və 4 digər təqsirləndirilən şəxslərin əleyhinə yalan ifadə vermədiyi üçün cinayət işinin başlanmasından təxminən 1 il sonra ona Cinayət Məcəlləsinin müvafiq normaları ilə əsassız və qanunsuz ittiham irəli sürmüşlər. Məhkəmə iclasında verdiyi ifadə isə təhrif edilmədən göstərilsə də is tintaq orqanı artıq məqsədinə nail olmuş, heç bir təqsiri olmayan Məhkum3 münasibətdə məhkəmədə ittihamedici yöndə fikir formalaşdırmağı bacarmışdır. Əslində isə Məhkum3 tək təqsiri 10 manat pul müqabilində taksi fəaliyyəti ilə məşğul olmaq olmuşdur. Digər təqsirləndirilən şəxslər heç kəsi oğurlamamış və heç kəsdən hədə-qorxu ilə pul tələb etməmişdir. Onlar sadəcə olaraq avtomobilə vurulmuş ziyanı Şahid2 tələb etmişlər. Zərərçəkmiş şəxs vasitəçi kimi söhbətə qoşulduğundan onunla da danışıq aparılmış və Hüseynin pulu qaytarması üçün ona vaxt verilmişdir. Heç kəs Zaurdan pul tələb etməmişdir. Digər tərəfdən əgər ortada adam oğurluğu və hədə-qorxu ilə pul tələb etmə cinayətləri olsa belə, kim 10 manat pula görə adam oğurluğu və hədə-qorxu ilə pul tələb etmə cinayətinin iştirakçısı olar? Bunu insan ancaq öz doğmalarına münasibətdə edə bilər. Buna baxmayaraq hüquqlarını müdafiə etdiyi şəxsə kifayət qədər ağır maddələrlə ittiham irəli sürülmüşdür. Doğrudur, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəza maddələrin öz sanksiyasında göstəriləndən çox aşağı verilmişdir (tövsif edilməklə), amma təqsirsiz şəxsə verilmişdir. Ona görə də Məhkum3 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.3, 182.2.4, 145.2.4 və 145.2.6-ci maddələri ilə təqsirli bilinməsini əsaslı hesab etmək olmaz. Bundan başqa, çəkiliş zamanı Məhkum3 hadisə vaxtı orda olmadığını (həyətə daxil olmadan darvazanın yanında gözlədiyini) bildirsə də, ifadələri hər dəfəsində təhrif edilməklə məqsədli şəkildə barəsində cinayət işi başlanılsın deyə orada olması qeyd edilmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs təqsir ləndirlən şəxslərin beş cavan uşağın haqsız yerə cinayət məsuliyyətinə cəlb edildiklərini, onların barəsində hər hansı şikayəti olmadığını nəzərə alaraq onlar barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkum3 müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(106)-122/2025 nömrəli qərarının təqsirləndirilən şəxs Məhkum3 aid hissəsinin ləğv edilməsini və ittiham olunduğu CM-in 182.2.1, 182.2.3, 182.2.4, 145.2.4 və 145.2.6-сı maddələri ilə ona bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 2 sentyabr tarixli, 1(099)-73/2024 nömrəli hökmünü hüquqlarını müdafiə etdiyi Məhkum2 münasibətdə formal olaraq baxıldığı üçün CMP-in 404-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 2 sentyabr tarixli 1(099)73/2024 nömrəli hökmü ilə Məhkum2 CM-in 182.2.1,182.2.3,182.2.4-cü maddələri ilə 4(dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 62-cimaddəsi tətbiq edilməklə CM-in 144.2.3,144.2.5 və 144.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhdudlaşdırılması cəzası təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş ) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasın ın təyin edilməsi növündə cəzaya məhkum edilməsi əsassız və həddən artıq ədalətsiz olmuşdur. Müdafiə tərəfi olaraq onu da qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə CM-in 182.2.1,182.2.3,182.2.4,144.2.3,144.2.5 və 144.2.6-ci maddələri ilə verilmiş ittiham əsassızdır. Bu faktı təsdiq edən hər hansı sübut olmamışdır, ittiham tərəfin təqdim etdiyi sübutların isə əsassız olmasını isə zərərçəkmiş şəxsin məhkəmə istintaqı dövründə dəfələrlə verdiyi ifadələrin heç biri qərəzli olaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Şirvan Apellyasiya Məhkəməsində nədənsə göstərilən halların araşdırılmasına ehtiyac olmamışdır və iş üzrə birinci instansiya məhkəməsinin hökmündə göstərilən halları olduğu kimi öz qərarında saxlanılaraq, sadəcə CM-in 144.2.3,144.2.4 və 144.2.6-cı maddələrindən 145.2.4 və 145.2.6-cı maddələrinə tövsif vermişdir. Əgər apellyasiya məhkəməsi işin hallarını hər tərəfli dəqiq öyrənərək obyektiv araşdırsaydı hüquqlarını müdafiə etdiyi şəxsin barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-73/2024 nömrəli, 2024-cü il 2 sentyabr tarixli hökmünün ləğv edilərək ona həmin maddələr ilə bəraət verilərdi. Belə ki, Məhkum2 birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində və məhkəmə istintaqında bütün hallar təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən göstərilmişdir. Məhkum2 müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 iyun tarixli, 1(106)122/2025 nömrəli qərarının ləğv edilməsini və CM-in 182.2.1,182.2.3,182.2.4,145.2.4 və 145.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübut olunmadığı üçün Məhkum2 həmin maddələr ilə CPM-in 42-ci maddəsini rəhbər tutaraq bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya baxışı çərçivəsində nəzərə alınmayan hal ondan ibarətdir ki, Zərərçəkmiş şəxs polisə hadisədən bir neçə gün sonra müraciət etmişdir. Belə ki, döyülən və ya hər hansı bir təsirə məruz qalan şəxs dərhal hüquq mühafizə orqanlarına müraciət etməli idi. İşin faktiki hallarından məlum olur ki, Zərərçəkmiş şəxs Atoş adlı şəxsə məxsus oteldə oturarkən həmin vaxt orda Kürdəmir RPŞ-nin rəisinin sürücüsü Cahangir adlı şəxs orda olur. Cahangir Zaurdan maşın söhbətin soruşur, Zaur da ona Qulamın maşının Hüseyn tərəfindən pis günə qoyduğunu deyir. Cahangir Zaura gedib polisə şikayət etməsini tapşırır və Zaura "sən get şikayət et qalan iş mənlikdi " deyir. Onlar Zauru məcbur edib şikayət ərizəsi verməyə məcbur edirlər, Zaur şöbəyə gedir və bu zaman Cahangirin sözüylə Kürdəmir RPŞ-nin TB-ni keçmiş rəisi X20 yanma çağırır və onu məcbur edir ki, Qulam, Arif və digərlərindən ondan hədə-qorxu ilə pul tələb etmələrini, ona silah çıxartmalarını, ona xəsarət yetirdiklərini və onu oğurlayaraq ona zülm etdiklərini yazmağa məcbur edir. Əks halda onun özünü tutub içəri atacağını deyir. Zaur qorxduğu üçün ərizəni yazır. Səhəri günü İlkin Kərimov ona ekspertizadan keçməyi tapşırır. Zərərçəkmiş şəxs özünün məhkəmədə verdiyi ifadəsində də məlum olur ki, heç ekspert onu yoxlamır, gəldiyi kimi də geri qayıdır. Buna baxmayaraq cin ayət işinin materiallarında zərərçəkmiş şəxsin müəyyən xəsarətlər aldığı saxta rəy mövcuddur. Bir sözlə Qulam, Arif və digərlərinin sözügedən maddələrlə tutulmasında hansısa maraqlar güdən Cahangir, İlkin Kərimov kimilərin təkidi ilə işlər artıq öz məcrasından çıxır və təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri, sonra isə ev dustaqlığı və polisin nəzarəti altına vermə kimi qətimkan tədbirləri seçilmişdir. Bundan başqa, ilk öncə təqsirləndirilən şəxsin hədə-qorxu ilə tələb etmə maddəsi ilə təqsirləndiriməsinə dair məsələyə aydınlıq gətirmək lazımdır. Bu hadisədə zərərçəkmiş şəxsə xeyli miqdarda zərər vurma dedikdə istintaq orqanı və birinci instansiya məhkəməsinin nəyi nəzərdə tutması ümumiyyətlə başa düşülən deyil. Belə ki, CM-in 182ci maddəsinin əsas özəyi özgənin əmlakını h ədə-qorxu ilə tələb etmə yəni təqsirkar zərərçəkmiş şəxsin nəinki əmlakına və əmlaka olan hüququna qəsd edir, həm də onun və ya onun yaxın qohumlarının sağlamlığını, şərəf və ləyaqətini təhlükə altına alır. Bu hadisədə olan əmlak Zərərçəkmiş şəxs məxsus deyil, onun əmlakına ziyan vurulmayıb, əksinə Zərərçəkmiş şəxs Məhkum1 məxsus avtomobilə vurulan ziyanın Şahid2 tərəfindən ödənilməsinə mane olur, müxtəlif yollarla ona vurulan zərərin müqabilində ödənilməli olan pulu başqa şəxslərə ötürmək fikrinə düşür. Hadisələrin gedişində onun "avara Rauf " adlı şəxsə borcu olur. O, bu yolla öz borcunu bağlamaq planı qurur. Planı baş tutmadıqda Məhkum1 kömək etmək fikrinə düşür, özü Hüseynlə Qulam arasında axırıncıya vurulan ziyanın ödənilməsinə öz köməyini təklif edir. Pulun bir miqdarı yəni 2500 mana t pul Şahid2 tərəfindən Məhkum1 ödənilir. Bütün istintaq materiallarında keçən 2500 manat pul isə nədənsə maddi sübut kimi göstərilmir. Məhkum1 saxlanıldıqdan sonra onun yaşadığı evdən əməliyyatçılara həmin məbləğ Məhkum1 tərəfindən təhvil verilsə də, pulun taleyi indiyə qədər naməlum olaraq qalır, nə ibtidai istintaqda, nə də məhkəmə istintaqında 2500 manat pul vəsaiti maddi sübut kimi yoxdur. Daha sonra hadisənin silah qismində, tamah məqsədi ilə və ya sifarişlə törədilməsi ümumiyyətlə absurddur. Silah qismində olan əşya hansıdır, hardadır və onu görən olmuşdurmu? Tamah məqsədi dedikdə, nəyin nəzərdə tutulması ümumiyyətlə başa düşülən deyil. Burada zərər görən təqsirləndirilən şəxs Məhkum1dur, onun mülkiyyətində olan avtomobildir, dəyən zərərə görə ödəniş olunmalı olan şəxs Məhkum1dur. O na vurulan zərərin ödənilməsinə mane olan şəxs zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxsdur. Eyni zamanda Zərərçəkmiş şəxs bazar deyilən yerdə insanların gur olduğu yerdə maşına oturur, halbuki həmin ərazidə polis nəfərləri var və əgər istintaqın dediyi kimi adam oğurluğundan söhbət gedirsə həmin vaxt o kömək istəyə bilərdi. Daha sonra Zaur ailəvi restoran olan Əlinin çayxanası deyilən yerdə oturmağı özü təklif edir, hətta maşından düşüb ora baxmağa gedir, bağlı olduğunu görüb təzədən maşına qayıdıb oturur. Bu halda da Zərərçəkmiş şəxs qaçmaq üçün imkanı vardı. Amma hadisələrin axınından görmək olur ki, zərərçəkmiş şəxs sanki Məhkum1 qarşı etdiyi hərəkətini bir növ təmizləmək üçün ona vurulan zərərin ödənilməsinə kömək etmək yolları axtarır. Burda heç bir adam oğurluğunun nə obyekti v, nə də subyektiv cəhəti yoxdur. Motiv qisas, tamah, qısqanclıq, xuliqanlıq və s. onu da burada görmək qeyri-mümkündür. Müdafiəçi təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmadığını hesab edir, çünki şəxs heç kimsədən nə hədə-qorxu ilə pul tələb etməmiş, nə də heç kimim azadlığını məhdudlaşdırmamışdır. Məhkum1 müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(106)-122/2025 nömrəli hökmünün ləğv olunmasını və təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-Cl maddələrinin tələblərinə müvafiq olaraq tədqiq ed ilmədiyindən və bunun nəticəsi olaraq Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 əməllərinin tövsifində səhvə yol verildiyindən, habelə Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 CM-nin 128.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təyin edilmiş cəza məhkumların şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığından, həmçinin Məhkum2 və Məhkum3 barələrində CM-nin 62-ci maddəsinin tətbiqi əsassız olduğundan, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, apellyasiya instansiya məhkəməsi Məhkum1, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum 3 əməllərini CM-nin 144.2.3, 144.2.5 və 144.2.6-Cİ maddələrindən CM-nin 145.2.4 və 145.2.6-Cı maddələrinə tövsif edərkən yalnız təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özlərini müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, həmçinin zərərçəkmiş şəxsin məhkəmədəki təqsirləndirilən şəxsləri müdafiə xarakterli ifadəsinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə guya təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi oğurlamamaları, bununla da onların CM-nin 144.2.3, 144.2.5 və 144.2.6-cİ maddələri ilə təqsirlərinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da işin halları məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərin xeyrinə təhrif olunmuşdur. Apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 Zərərçəkmiş şəxs oğurlamamaları, ibtidai istintaqın və birinci instansiya məhkəməsinin onları CM-nin 144-cü maddəsi ilə təqsirli bilərkən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinə əsaslanmaları, lakin zərərçəkmiş şəxsin ifadəsində qeyd olunan xüsusatların cinayət işində olan başqa hər hansı sübutla təsdiq edilməməsi qənaətinə gəlməklə onların CM-nin 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri olan əməllərini CM-nin 145.2.4 və 1 45.2.6-cı maddələrinə tövsif edərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxslərin verdikləri özlərini müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 əməllərinin tövsifində səhvə yol vermişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında iltizamı imzalayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, baxış protokollarına, ifadənin yerində yoxlanması protokollarına, üzləşdirmə protokollarına, digər istintaq hərəkətlərinin protokollarına, ekspe rtiza rəylərinə və digər sübutlara səthi yanaşmış, sadalanan sübutları nəzərə almamış, onları təhlil, birbiri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən, yalnız yalan ifadə verməyə görə heç bir məsuliyyəti olmayan təqsirləndirilən şəxslər Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 verdikləri qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özlərini müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, həmçinin zərərçəkmiş şəxsin məhkəmədəki təqsirləndirilən şəxsləri müdafiə xarakterli ifadəsinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla və məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş süb utları sübut kimi qəbul etməməklə guya zərərçəkmiş şəxsin ifadəsində qeyd olunan xüsusatların cinayət işində olan başqa hər hansı sübutla təsdiq edilməməsi, buna görə də təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi oğurlamalarına dəlalət edən sübutun əldə olunmaması qənaətinə gəlmiş, bununla da bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını qərarda göstərməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqında tədqiq olunan sübutlar müqayisəli təhlil edilib onlara məcmu halında obyektiv qiymət verilməklə ittiham hökmü çıxarılmışdır. Verilmiş ittiham üzrə toplanılmış mötəbər sübutlarla Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, silah qismində istifadə edilən əşya dan istifadə etməklə tamah məqsədi ilə Zərərçəkmiş şəxs iradəsinə zidd şəkildə faktiki olduğu yerdən başqa yerə aparıb onu oğurlamalarına dair onlara istinad edilən əməlləri törətmələri tamamilə təsdiq olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyası məhkumların CM-nin 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə təqsirlərinin sübuta yetirilməməsinin əsaslarından biri kimi, onların zərərçəkmiş şəxsi avtomaşına mindirib zorla başqa yerə aparmadıqlarını, zərərçəkmiş şəxsin özünün könüllü surətdə onlarla getdiyini göstərmiş və bununla da Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 əsassız olaraq CMnin 144.2.3, 144.2.5 və 144.2.6-cı maddələri ilə ittiham verildiyi təəssüratnı yaratmağa çalışmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsin if adəsində qeyd olunan onun avtomaşına mindirilib zorla başqa yerə aparmarılması, yəni oğurlanması ilə bağlı xüsusatlar cinayət işində olan başqa hər hansı sübutla təsdiq edilməmişdir. Halbuki, məhkəmənin bu mövqeyi tamamilə absurd olmaqla, iş materiallarında olan heç bir sübutla, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq olunmur. Əksinə, işdə olan sübutlarla Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə tamah məqsədi ilə oğurlanması tamamilə təsdiq olunur. Məhkəmə bu halları ümumiyyətlə diqqətə almamış, həmin halları bir-biri ilə müqayisəli təhlil etməmiş və nəticədə də təqsirləndirilən şəxslərin təqsirliliyi tam sübut olunduğu halda Məhkum1, Təqsirləndirilən şəx s1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 CM-nin 144.2.3, 144.2.5 və 144.2.6-сı maddələri olan əməlini CM-nin 145.2.4 və 145.2.6-сı maddələrinə əsassız tövsif etmişdir. Göründüyü kimi, işdə olan və yuxarıda sadalanan bu cür mötəbər sübutlara düzgün qiymət verməyən və ya həmin sübutları təkzib edə bilməyən məhkəmə kollegiyası cinayətin tövsifi ilə bağlı əsassız nəticəyə gəlmiş və qanunsuz qərar qəbul etmişdir. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 törətdikləri cinayətə hüquqi qiymət vermişlər və bunu öz qərarlarında kifayət qədər əsaslandırmışlar. Eyni zamanda, Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 əməlini CM-nin 144.2.3, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə tövsif edən birinci instansiya məhkəməsi CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayətin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu qiymətləndirməni nəzərə almayaraq CPM-nin 28-ci maddəsi ilə nəzərdə tutulmuş «Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi» prinsipinə riayət etməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 CM-nin 144.2.3, 144.2.5 və 144.2.6-Cı maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri özündə işin obyektiv hallarını əks etdirən sübutların məcmusu ilə tam təsdiq olunur. Daha sonra məhkəmə Məhkum2 və Məhkum3 barələrində CM-nin 62-ci maddəsini tətbiq etməklə onlara cəza təyin edərkən qanunda nəzərdə tutulmamış yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmişdir. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum3 bu cür əməli, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakı olan xeyli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmə kimi cinayət əməlini törətmələrinə əhəmiyyət verilməyərək əsassız və qanunsuz nəticəyə gəlinmiş, öz qərarında ictimai təhlükəlilik dərəcəsi olduqcа yüksək olan, ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törədən Məhkum1 və Təqsirləndirilən şəxs1 sadəcə cəzasını yüngülləşdirən halların olmasını qeyd edilməklə onların barələrində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinin və yüngül cəza təyin etməsinin nə dərəcədə düzgün, ədalətli və işin obyektiv hallarına uyğun olması göstərilməmiş, yuxarıda qeyd olunan, cinayət qanununda nəzərdə tutulmamış hallar onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınarkən CM-nin 59.2-ci maddəsinin tələbi pozularaq qeyd olunanlar cəzasını yüngülləşdirən hal kimi sadəcə göstərilməklə kifayətlənilmiş, həmin xü susatların nə ilə sübut olunması, nəyə görə bu halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması və belə bir nəticəyə gəlinməsinin səbəbləri, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivləri məhkəmə qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göründüyü kimi, məhkəmə qərarda heç bir əsaslandırma aparmadan bir sıra halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi sadalamış və həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirmişdir. Məhkəmə nəinki həmin halların məcmusunun cəzanı yüngülləşdirən müstəsna hal olmasını əsaslandırmamış, heç həmin halların hansı səbəbdən cəzanı yüngülləşdirən hal olmasını belə əsaslandırmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsi rləndirilən şəxs2, Məhkum2 və Məhkum3 qeyd olunan qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə tamah məqsədi ilə adam oğurluğu cinayətini törətməmələri, onların yalnız qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə cinayətini törətmələri qənaətinə gəlsə də, yekun qərarında özünün gəldiyi nəticə üzrə cinayət əməlinin təsvirini göstərməmiş, bununla da məhkəmə hökmünün məzmununa dair CPM-nin 353-cü maddəsinin tələblərinə əməl etməyərək cinayət və cinayət-prosessual qanunlarının normalarını da düzgün tətbiq etməmişdir. Belə ki, CPM-nin 353.2.1-ci maddəsinə əsasən, cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələ ri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 əməllərinin tövsifində səhvə yol verilmiş, həmçinin Məhkum1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təyin edilmiş cəzalar törədilmiş cinayətin xarakterinə və ictimai təh lükəlilik dərəcəsinə, onların şəxsiyyətinə, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallara uyğun olmamış və onlara aşağı həddə cəza təyin edilmiş, həmçinin Məhkum2 və Məhkum3 barələrində CMnin 62-ci maddəsinin tətbiqi əsassız olmuş, cəzanı yüngülləşdirən hallar düzgün müəyyən edilməmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-nin 416.1.2, 416.1.3, 416.1.15, 416.1.21 və 419.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətini geri götürdüyünü bildirdi və kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin qərarı ilə məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisinin kassasiya şikayəti geri qaytarıldı. Məhkəmə kollegiyasının iclasında iştirak edən digər məhkumlar və müdafiəçiləri kassasiya protestinin təmin edilməməsini, tərəflərindən verilmiş kassasiya şikayətlərinin isə təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiya sının iclasında iştirak edən Zərərçəkmiş şəxs kassasiya protestinin təmin edilməməsini, kassasiya şikayətlərinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum2 və Məhkum3 barələrində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 iyun tarixli qərarının ləğv edilməsini və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini, məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin isə təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətin ə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edil məsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçisilər kassasiya şikayətlərində məhkumların təqsirsizliyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Dövlət itti hamçısı kassasiya protestində məhkumların əməlinin tövsifini və təyin edilmiş cəzalarının yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya müraciətlərinin həlli barədə cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya şikayətlərində məhkumların təqsirinin olmaması mübahisələndirilərək onlara bəraət verilməli olması, kassasiya protestində isə həm məhkumların əməllərinin tövsifi, həm də məhkumlara yüngül cəza təyin e idlməsi mübahiələndirilərək apellyasiya instansi məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, məhkumların CM-in 145.2.4, 145.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmə tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumların əməllərinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti, cəzalarını yüngülləşdirən hallar nəzərə alınmaqla, onlara CM-in 58-ci maddəsinin tələblərinə uyğun ədalətli cəza təyin edilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçilərin kassasiya şikayətləri və dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı, müdafiə tərəfinin kassasiya şikayətlə rinə və dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutaraq QƏRAR ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum1 müdafiəçisi Müdafiəçi10, Məhkum2 müdafiəçisi Müdafiəçi7 Qubad qızının və Məhkum3 müdafiəçisi Müdafiəçi4 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 iyun tarixli, 1(106)-122/25 nömrəli qərarı müdafiə tərəfinin kassasiya şikayətlərinə və dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar