Məhkəmə qərarları › İş №1(102)-2609/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2609/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2609/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum1 və müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi4 və Müdafiəçi3, Məhkum2 və müdafiəçisi Müdafiəçi6 iştirakları ilə, Məhkum1 Azərbaycan Respu blikası CM-in 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası CM-in 312-1.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 aprel tarixli, 1(103)-917/2024 nömrəli qərarından Məhkum1 müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X15 (sədrlik edən və məruzəçi), Səbinə Məmmədzadə və Azad Məcidovdan ibarət tərkibdə) 2024-cü il 26 fevral tarixli, 1(101)229/2024 nömrəli hökmü ilə xx xxxxxx 1970-ci ildə Ermənistan Respublikası, Göyçə mahalı, Çəmbərək rayonu, Ağbulaq kəndində anadan olmuş, Azər baycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu ödənilmiş, "xxxx" MMC-in direktoru vəzifəsində işləmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Batabat küçəsi, ev 5-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum1 Azərbaycan Respublikası CM-in 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1 -ci maddələri ilə təqsirli bilinərək ona CM-in 46.2-ci maddəsinə əsasən CM-in 311.3.2, 311.3.3, 311.3.4-cü maddələri ilə 2 (iki) il müddətinə dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 312-1.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 66.3-cü ma ddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaqla və CM-in 66.4-cü maddəsinə əsasən əlavə cəzanı əsas cəzaya birləşdirməklə cinayətlərin məcmusu qaydasında qəti olaraq 2 (iki) il müddətinə dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 1986-cı ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmayan, "Youtube.com” internet video platformasında qeydiyyatdan keçmiş "Səda TV”-nin direktor müavini vəzifəsində işləmiş, Cəlilabad rayonu, Məlikqasımlı kəndində qeydiyyatda olan, həbs olunanadək B akı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X11 nömrəsiz evdə yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə, həmçinin, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilmələri, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub, Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan "Samsung A32” markalı mobil telefonun Məhkum2 yaxın qo humlarına qaytarılması, Məhkum1 yaşadığı ünvan 1 ünvanında axtarış aparılan zaman aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğun mühasibatlığının depozit seyfinə təhvil verilmiş 16.150 manat, 3.350 avro və 140 türk lirəsi məbləğlərində pul vəsaitlərinin xüsusi müsadirə edilməklə, əvəzsiz qaydada dövlət nəfinə alınması hökm edilmişdir. Hökmdən Məhkum1 müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Anar İbrahimov sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilmədən, hökm məhkum edilmiş şəxslərin müdafiəçilərinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALL ARİ: İttihamdan və məhkəmə hökmündən görünür ki, Məhkum1 vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə hədə-qorxu tətbiq etməklə özü üçün birbaşa yolla və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti rüşvət olaraq təkrarən istəməklə almış, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün birbaşa yolla, şəxsən və əlbir olduğu qrupun üzvü vasitəsilə maddi neməti istəməklə almışdır. Həmçinin, ittihamdan və məhkəmə hökmündən görünür ki, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz tə sir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün, birbaşa yolla, şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti istəməklə almışdır. Məhkum1 və Məhkum2 tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apelyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən ətraflı təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MƏHKUMLARİN, MÜDAFİƏÇİLƏRİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum1 müdafiəçiləri kassasiya şikayətlərini əsaslandıraraq qeyd etmişlər ki, Məhkum1 bütün ittihamlarda vəzifəli şəxs kimi göstərilir. Ancaq onun vəzifəli şəxs olması barədə ittihamın qeydləri və gəldiyi qənaət yanlışdlr. Belə ki, onu "xxxx" MMC təsis ed ib həmin Cəmiyyətin baş direktoru olmaqla vəzifəli şəxs hesab edirlər. Bu MMC-in fəaliyyət arealı isə elə ittihamda da qeyd edildiyi kimi, “kitab, kitabça, buklet və digər nəşrlərin, o cümlədən lüğət və ensiklopediyaların nəşri” ilə məşğul olmaqdır. "xxxx" MMC xx.xx.2022-ci ildə vergi orqanında qeydə alınıb.“02 aprel 2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi “https://www.youtube.com/c7 XuralTV’ internet kanalını, “https://www.xural.com/” xəbər saytını təsis edib”. Göründüyü kimi, nə 02 aprel 2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi “https://www.youtube.com/c/ XuralTV” internet kanalının, nə də xx.xx.2010-cu ildə yaranmış “https://www.xural.com/” xəbər saytının "Xural yayınları” MMC-yə heç bir aidiyyatı yoxdur və MMC-dən illər əvvəl dən qeydiyyatdan keçib. Həmçinin “Youtube.com” saytında kanal açmaq üçün hər hansı oranda qeydiyyatın olması tələbi yoxdur. Bu platformada istənilən şəxs kanal açaraq, müxtəlif istiqamətli videolar paylaşa bilər və bu, heç bir qanunvericilik aktı ilə tənzimlənmir. Beləliklə, Məhkum1 qarşı ittihamlar “https://www.youtube.com/c/ XuralTV” internet kanalının, nə də “https://www.xural.com/” xəbər saytında olan materiallarla bağlıdırsa, bu platformaların heç birinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aidiyyatı yoxdur və ona “vəzifəli şəxs kimi” ittihamların verilməsi absurd və qanunsuzdur. Məhkum1 CM 311-ci maddəsində qeyd olunan vəzifəli şəxs anlayışı ittihamda qəti şəkildə oturmuş məfhum hesab edilə bilməz. Şəxs rüşvət alarkən ya vəzifəli şəxs olmalı, və ya da rüşvət aldığı iddia edilən şə xslər barəsində hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab edilə bilər. Nəticə, "xxxx" olaraq Əvəz Zeynallının jurnalistika fəaliyyəti MMC ilə bağlı deyildir, vəzifəli şəxs hesab edilə bilməz. “De-fakto” rüşvət aldığı iddia edilən şəxslər barəsində hər hansı bir hüququn əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam verilməsi yönündə Əvəz Zeynallının hər hansı bir səlahiyyəti olmamışdır, olması da mümkün deyildir. AAYDA-ın vəzifəli şəxsindən guya 8 min manat alması ilə bağlı, həmçinin guya Şahid34 ailə üzvündən 20 min manat istəməsi barədə epizodlara nəzər salsaq görərik ki, Məhkum1 həmin quruma (AAYDA) və ya onun vəzifəli şəxsi Şahid1 həmçinin Şahid34 münasibətdə hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etmək səlahiyyətinə malik şəxs deyildir və bu halda vəzifəli şəxs hesab oluna bilməz. Azərbaycan X10 Agentliyi publik hüquqi şəxsinin Hüquqi Təminat və İnsan Resursları İdarəsinin rəisi Şahid1 hədə-qorxu ilə 8.000 manat məbləğində pulun istənilməklə alınması epizodu üzrə ittihama görə; Azərbaycan X10 Agentliyindən narazı qalan Şahid3 adlı şəxs 2021-ci ilin iyun ayının əvvəllərində Məhkum1 müraciət edərək qeyd edilən mülki mübahisənin ictimailəşdirilməklə xeyrinə həll olunmasına köməklik göstərməsini xahiş etmişdir. Məhkum1 da onu baş redaktoru və rəhbəri olduğu “Xural TV”-nin canlı yayıma dəvət etmiş və şikayəti ilə bağlı orada danışmasını bildirmiş və verilişlər hazırlamış və məsələni ictimailəşdi rmişdir. Bundan sonra guya o, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan X10 Agentliyi publik hüquqi şəxsinin inzibati binasına gələrək, Şahid1 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini rüşvət qismində almışdır. Ancaq elə iş materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, suallara verdikləri bu cavablar ittihamın əsassız olduğunu sübut edir. Belə ki, Şahid1 “Rüşvət alma” əməliyyatının 2 iyun 2021-ci ildə baş verdiyini iddia edir, ancaq hansı səbəbdən bu hadisədən 18 ay sonra - Məhkum1 həbs edildikdən sonra bu barədə prokurorluğa ərizə verməsinin səbəbini izah edə bilmir. Şahid1 məhkəmə çəkişməsində olduqları Şahid3 işi ilə bağlı məsələnin ictimailəşdirilməsindən niyə narahat olduğunu əgər Məhkum1 əməlində qanunsuzlu q olubsa, bu barədə hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etməməsinin səbəbini və şəxsən özünə aid olmayan, AAYDA-nın fəaliyyətinə aid olan məhkəmə məsələsinə görə şəxsi müalicəsi ilə əlaqədar yığdığı və həmin gün “təsadüfən” üzərində olan vəsaiti niyə Məhkum1 verməsinin məntiqli səbəbini izah edə bilmir. Məhkəmə istintaqı zaman dindirilən Qasımov qeyd edilən və digər xüsusatlarla bağlı suallara ziddiyyətli və həqiqətlə uyğunluq təşkil etməyən cavablar verib. İttihama görə, Məhkum1 Şahid1 bildirib ki, 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin ona verildiyi halda rəhbərlik etdiyi internet xəbər portalında xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 və Dövlət Agentliyinin digər vəzifəli şəxslərin xeyrinə edəcəyi hərəkətə görə yəni, Şahid3 şikayəti ilə əlaqəli hər hansı verlişlər hazırlamayacağını, habelə bu mövzuda Agentliyin vəzifəli şəxslərinin barəsində çıxışlar etməyəcəyini, eləcə də, Şahid1 özü barədə rəhbərlik etdiyi redaksiyaya daxil olmuş çoxsaylı şikayət xarakterli məlumatları xəbər portalında yaymayacağını bildirmişdir. Ancaq Şahid1 məhkəmədə ifadə verərkən suallara cavabında dəfələrlə təkrar etmişdir ki, Məhkum1 2 iyun 2021-ci ildən sonra da AYYDA-ın fəaliyyəti ilə bağlı tənqid materiallar yayımlamışdır. Ancaq Şahid1 və AAYDA bu müddət ərzində heç vaxt bununla bağlı nə Ə.Zeyalovun özünə, nə də hüquqmühafizə orqanına və məhkəməyə müraciət etməmişdir. Ancaq həmin vaxtdan Məhkum1 qarşı qərəzli mövqedə qalmışlar və bu qərəz 18 ay sonra özünü Şahid1 “ərizəsi” şəklində biruzə vermişdir. Əvəz Zeynallının anten məlumatının həmin ərazidə olması onun A YYADA-da olması, yaxud Şahid1la görüşməsi, ondan rüşvət almasını sübut edən mötəbər dəlil hesab edilə bilməz. Halbuki belə bir hadisə baş versəydi, ciddi bir qurum olan AAYDA-ın giriş postunda Məhkum1 inzibati əraziyə daxil olmasını təsdiq edən müvafiq qeydlər olmalı idi. Həmçinin “cinayət tərkibli əməl” kameralarla tam təchiz edilmiş AAYDA-ın arxivində saxlanmalı idi. Yaxud Məhkum1 AAYDA-da olduğunu təsdiq edən hər hansı şahid olmalı idi. Bütün bunların olmadığı halda, yalnız qərəzli olması mübahisə doğurmayan bir şəxsin Məhkum1 həbs edildikən sonra “məndən rüşvət alıb” iddiası ilə ərizəsi və anten məlumatları əsasında ittiham vermək tamamilə hüquqaziddir. Beləliklə, Məhkum1 25 iyun 2021-ci il tarixində AYYDA-da olmasını, onu Şahid1 otağında olmasını, ondan pul istəməsini və ya almasını s übut edən heç bir sübut yoxdur. Şahid33 barəsində olan cinayət işi hazırda da ayrı icraatda davam edir və o, hələ də təqsirləndirilən şəxs statusundadır. Bu səbəbdən da onun CPM-in yuxarıda qeyd etdiyimiz müddəalarında nəzərdə tutulmuş özünə qarşı ifadə verməmək hüququ və verdiyi ifadələrin onun əleyhinə hər hansı məsuliyyətə səbəb olmaması onun üçün keçərlidir. Nəzərə alsaq ki, Məhkum1 qarşı verilmiş ittihamda Şahid34 ailəsindən pul alınması ilə bağlı epizod Şahid33la birbaşa bağlıdır. Həmin pulun Şahid33 tərəfindən alınması həm Şahid33 özünün etirafı, həm də digər şahid ifadələri ilə təsdiqini tapıb və mübahisələndirilməyən haldır. Həmçinin bununla bağlı təşəbbüsün də ailəyə məhz Şahid33 tərəfindən gəldiyi də şahid ifadələrində dəfələrlə təsdiqlənib. Ancaq həmin vəsaitin Şahid33 tərəfi ndən Məhkum1 verilməsini isə yalnız Şahid33 deyir, Məhkum1 belə bir halın olmadığını bildirir və iş materiallarında ona pul verilməsini təsdiq edən hər hansı sübut yoxdur. İş üzrə ifadə verən digər şahidlər ifadələrində həmin xüsusatı yalnız Şahid33 eşitdiklərini deyirlər. Nəzərə alsaq ki, Şahid33 hələ həbs edilməzdən əvvəl dəfələrlə mətbuata verdiyi açıqlamalarda, həmçinin həbsindən sonra ilkin ifadəsində hər hansı pul almadığını, Məhkum1 hər hansı vəsait vermədiyini, bu ittihamların onun vəkil fəaliyyətinə, Əvəz Zeynallının isə jurnalist fəaliyyətinə görə təzyiqdən ibarət olduğunu qeyd etmişdir. Ancaq sonradan hansısa naməlum səbəbdən Şahid33 Şahid34 ailəsindən vəsait aldığını və guya Əvəz Zeynallıya verdiyi barədə təqsirləndirilən şəxs qismində ifadə verib. Beləliklə, o, qanunvericilikd ə özünün əleyhinə ifadə verməmək hüququndan istifadə edib bununla da cinayət işi üzrə rüşvət alma ittihamı üzrə iştirakçı kimi cəlb edildiyi halda yenə də hansısa naməlum səbəbdən ayrı icraatda olan müəmmalı cinayət işi üzrə təqsirləndirilən şəxs hesab edilib. Beləliklə, Şahid33 CPM-də nəzərdə tutulan özünün əleyhinə ifadə verməmək hüququndan istifadə etməklə ifadəsi digər şəxsi ittiham altına qoyur. Nəzərə alsaq ki, Şahid33 məhkəmədə şahid qismində ifadə verməkdən imtina etdikdən sonra onun istintaqa təqsirləndirilən şəxs qismində ifadəsi elan edilib, onun ifadəsi sübutlar siyahısından çıxarılmalıdır. İttihama görə, guya Məhkum1 X6 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir et mək məqsədilə özü və əlbir olduğu qrupun üzvləri üçün, birbaşa yolla, əlbir olduğu qrupun üzvü Teymur Rəhimov vasitəsilə maddi neməti olan 11.070 (on bir min yetmiş) manat məbləğində pul vəsaitlərini Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, 25 saylı mənzilin təyinatının dəyişdirilərək qeyri yaşayış sahəsinə keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 124 nömrəli sərəncamı və layihə sənədlərinin alınması üçün Şahid4 istəyib almaqla nüfuz alveri cinayət əməlini törətmişdir. Ancaq iş materiallarından və məhkəmə istintaqı zamanı dindirilən şahidlərin ifadələrindən də məlum olduğu kimi, Məhkum1 bu məsələyə heç bir aidiyyatı yoxdur. Məhkum1 bu epizod üzrə adı çəkilən şəxslərdən Məhkum2 başqa heç kimi tanımır, həmçinin şahidlərin də hər biri ifadələrində təsdiqləyiblər ki, onlar Məhkum1 tanım ırlar, onunla heç vaxt görüşməyiblər, hər hansı bir məsələnin həll edilməsi üçün ona hər hansı vəsait verməyiblər. İttihama görə, guya Məhkum1 Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün, birbaşa yolla, əlbir olduğu qrupun üzvü vasitəsilə maddi nemət olan 120.000 manat məbləğində pul vəsaitini istəyib 50.000 manat hissəsini Şahid18 almaqla təkrarən nüfuz alveri cinayət əməlini törətmişdir. Ancaq iş materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri birmənalı şəkildə təsdiq edir ki, bu epizodun da ümumiyyətlə Əvəz Zeynallıya aidiyyatı yoxdur. İttihama görə, guya Məhkum1 Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui- istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etmiş və xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə vəzifəli şəxsə Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 7.000 (yeddi min) manat pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir. Ancaq işin faktiki halları və məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri də təsdiq edir ki, bu epizod üzrə heç bir cinayət tərkibli əmələ yol verilməmişdir. İttiham tərəfi və eyni zamanda məhkəmələrin hər iki instansiyası Məhkum1 vəzifəli şəxs status vermək üçün onun təsis etdiyi "xxxx" MMC-ni təs is etməklə əlaqələndirməyə çalışmışlar. İlk öncə qeyd edilməlidir ki, həmin MMC xx.xx.2022-ci ildə təsis edilmişdir. Həmin MMC-in təsis edilməsi ittihamda qeyd edilən hadisələrin bir çoxundan sonrakı dövrə təsadüf edir. Digər tərəfdən həmin MMC-in Məhkum1 jurnalistik fəaliyyəti ilə və ya Xural TV youtube kanalı ilə, həmçinin jurnalist kimi kimliyi ilə heç bir əlaqəsi yoxdur. "xxxx" MMC-nin Nizamnaməsindən də göründüyü kimi onun təsis edilməsinin əsas məqsədi mətbəə yayımçılığı və ya nəşriyyat olmuşdur. Həmin Cəmiyyət heç bir zaman fəaliyyət göstərməmişdir və fəaliyyəti də dondurulmuş vəziyyətdədir. Onun tam fəaliyyətə başlaması üçün avadanlıqlar tələb edilirdi ki, məhz bu avadanlıqların alınması üçün vəsait olmadığı üçün fəaliyyətsiz vəziyyətdə olmuşdur. Onun fəaliyyəti gələcək üçün plan laşdırılmışdır. Nəticə olaraq Məhkum1 həmin Cəmiyyət ilə vəzifəli şəxs status qazandırmaq cəhdi uğursuzdur, qanunsuzdur və qərəzlilikdir. Dünyanın heç bir yerində jurnalistlik fəaliyyəti vəzifəli şəxs status ilə qiymətləndirilmir. Jurnalist kimi Məhkum1 dırnaqarası zərərçəkmiş şəxslər üçün hər hansı bir hüquqi münasibətləri yaratmaq, dəyişdirmək, xitam vermək səlahiyyətində olmadığı üçün o, vəzifəli şəxs hesab edilə bilməz. Digər tərəfdən yuxarıda da qeyd olunduğu kimi Əvəz Zeylanov kimdənsə pul tələb edib onun propoqandasını aparmamışdır. Nəzərə alsaq ki, dünyada təşəkkül tapmış qaydalardan göründüyü kimi jurnalistin əsas maliyyə mənbələrindən biri məhz PR və ya qara PR-ın aparılması üçün jurnalistin maraqlı şəxslərdən qonorar almasıdır. Məhz bu səbəblədir ki, dünya praktikasında jurnalis tlər qonorar almaqla kiminsə barəsində imic formalaşdırır və ya əks təbliğat aparır. Bu yolveriləndir və jurnalistlik etikası daxilindədir. Məhkumun müdafiəçiləri kassasiya şikayətlərində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-917/2024 saylı qərarının ləğv edilməsi və Məhkum1 bəraət verilməsi və işə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum2 Baş Prokurorluğun İstintaq İdarəsinin istintaq qrupu tərəfindən əsasız və qanunsuz olaraq cinayət təqibinə məruz qalmış, onun tutulması total şəkildə qanun pozuntuları ilə müşaiət olunmuşdur. Belə ki həmin idarənin istintaq qrupu 11 sentyabr 2022-ci il tarixdə barəsində həbs qət imkan tədbiri seçilmiş “Xural” Media Qrupunun rəhbəri Məhkum1 elan edilmiş əsassız ittihamların miqyasını genişləndirmək məqsədilə 12 sentyabr 2022-ci il tarixində gecə saatlarında heç bir qanuni əsas və səbəb olmadan Məhkum2 Nərimanov parkında saxlanmış, üzərində qanunsuz axtarış aparılmış, yəni heç bir protokol tərtib edilmədən ona məxsus mobil telefonu götürülmüş, heç bir əsaslı şübhə olmadan qolu bağlı şəkildə maşına basılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə gətirilmiş, bundan sonra isə Məhkum1 əleyhinə həqiqətə uyğun olmayan ifadələr almağa cəhd edilmişdir. Belə ki həmin gün, yəni 13 sentyabr 2022-ci il tarixə keçən gecə sanki fövqalədə hadisə baş vermiş kimi Məhkum2 qanunsuz olaraq tutularkən təzyiq altında saxlanılmış, müdafiəçinin iştirakı olmadan müstəntiq tərəfindən ona veri lən ilk sual “Məhkum1 sənə iadə etdiyi sənədlər”in harda saxlanılması soruşulmuş və həmin sənədləri dərhal istintaqa təhvil verməsi tələb edilmişdir. Lakin Məhkum2 Məhkum1 ona heç bir sənəd iadə etmədiyini bildirdikdə isə həmin gecə saat 01:45-dən 02:30 radələrinə qədər “AzərNəşriyyat”ın inzibati binasında yerləşən Məhkum2 direktor müavini olduğu “Səda TV”-ni ofisinə qanunsuz daxil olaraq axtarış aparılmış, Məhkum2 aidiyyatı olmayan, “Səda TV”-yə məxsus 2 ədəd nootbuk və 2 ədəd yaddaş bloku götürülmüş, Məhkum1 “iadə etdiyi” deyilən sənədlərin tapılmadığını görən müstəntiq, dərhal, əməliyyat qrupu ilə birlikdə həmin gecə sanki terrorçu gizlənirmiş kimi Məhkum2 yaşadığı Sabunçu rayonu Pirşağa qəsəbəsidə yerləşən fərdi yaşayış evində ailə üzvlərinin, yaşlı ata-anasının, arvad, uşaqlarının yat dığı otaqlara daxil olaraq, saat 03:45-dən 04:30 radələrinə qədər, qanunsuz axtarışlar aparılmış, iş üçün əhəmiyyət kəsb edəcəyi bəhanəsi ilə ailəyə məxsus sənədlər götürülmüş, lakin məlum olmuşdur ki, Məhkum2 ağır epilepsiya xəstəliyindən əziyyət çəkən xanımının, yaşlı ata-anasının və eləcə də heç nədən xəbərsiz yatmış məsum körpələrin gecə saat 3-4 radələrində şirin yuxularına haram qatıb evin altını üstünə çevirməyə lüzum olmamışdır. Çünki aparılmış axtarışların nəticəsi olaraq iş üçün əhəmiyyət kəsb edən heç bir dəlil və sübut aşkar edilməmişdir. Bütün bu qanunsuzluqların və özbaşınalıqların davamı olaraq həmin günü, yəni 13 sentyabr 2022-ci il tarixdə səhər tezdən saat 04:50-də Məhkum2 barəsində CM-nin 312-1.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14 sentyabr 2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilməklə səhər saat 05 radələrində Binəqədi Rayon Məhkəməsinə gətirilmiş, barəsində məhkəmənin qərarı ilə üç ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qərarında, qərarın icrası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasına həvalə edilməsinə baxmayaraq, Məhkum2 təsir və təzyiq altında saxlamaq, Məhkum1 əleyhinə həqiqətə uyğun olmayan ifadələr almaq məqsədilə Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında tək adamlıq kameraya salınmasına nail olunmuşlar. Həmin tarixdən başlayaraq Məhkum2 qara günləri başlamış, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında tək adamlıq kameralı otaqda saxlanılmaqla ailə üzvləri ilə əlaqə saxlamasına qadağalar qoyulmuş, Məhkum1 üzünə yalandan d uracağı halda isə həbsinin ev dustaqlığı ilə əvəz ediləcəyi bildirmiş, əks halda ailəsi ilə təhdid edilmişdir. Ona qarşı bu cür psixoloji və mənəvi təzyiqlər düz 140 gün davam etmiş, bu müddət ərzində Məhkum2 qardaşı həbs edilmiş, atası işindən çıxarılmışdır. Məhkum2 ittiham olunduğu 3 epizoddan birincisi ondan ibarətdir ki, guya o, X6 və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvləri üçün, birbaşa yolla, Teymur Rəhimov vasitəsilə maddi nemət olan 11.070 (on bir min yetmiş) manat məbləğində pul vəsaitlərini Şahid4 istəyib almaqla CM-in 312-1.1-ci maddəsində nəzərdə tutulmuş nüfuz alveri cinayət əməlini törətmişdir. Halbuki elan edilmi ş bu epizod üzrə məhkəmə istintaqı zamanı dindirilən şahid ifadələri, eləcə də məhkəmədə tədqiq edilmiş sübutların məcmusundan cinayətin əlamətlərini özündə əks etdirən hadisənin baş verməsi, eləcə də Məhkum2 əməlində cinayət qanunu ilə nəzərdə tutulmuş hər hansı bir cinayətin əlamətinin olması sübuta yetirilməmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş və eləcə də məhkəmədə tədqiq edilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsində toplanmış materiallarda görünür ki, Şahid4 Sumqayıt şəhər prokurorluğuna yazdığı xx.xx.2022-ci il tarixli şikayət ərizəsində yalnız Teymur Rəhimovdan şikayətçi olaraq göstərir ki, hələ “xx.xx.2021-ci ildə Teymur Rəhimov yaşadığı evin yanında iaşə obyektinin tikintisinə razılıq almaq adı altında onun göndərdiyi kart hesabına ilk dəfə ***0 manat pul köçü rtməklə, daha sonra 2022-ci ilin fevral ayında isə nağd şəkildə 4000 manat almaqla cəmi 11070 manat pulunu dələduzluq yolu ilə aldadaraq almışdır” ( bax. cild 5, i.v 104-114). Bu epizod üzrə istintaq qrupu tərəfindən Məhkum2 guya şikayətçi kimi ərizəsi alınmış şahidlərdən Şahid4 məhkəmədə ifadə verərək bildirdi ki, o, Baş Prokurorluğun İstinaq İdarəsinə bir neçə dəfə çağırılmış, ondan Məhkum2 və Məhkum1 qarşı həqiqətə uyğun olmayan ifadələr alınmasına cəhdlər edilmiş, şəxsi telefonuna onun iradəsi ziddinə baxış keçirilmiş, Məhkum2la “Whatsapp” yazışmaları götürülmüşdür. O, müstəntiqə dəfələrlə Məhkum2 deyil, Teymur Rəhimovdan şikayətçi olduğunu bildirməyinə baxmayaraq ondan Məhkum2 adını şikayət ərizəsində göstərməsi tələb olunmuşdur. O Məhkum2 adını şikayət ərizəsinə yazılmasına etiraz et dikdə, ona narahat olmamasını, Məhkum2 Teymur Rəhimovla birlikdə şikayət ərizəsində göstərilməsi sadəcə olaraq prosedur qayda olduğunu bildirməklə Şahid4 hüquq və vəzifəsini yanlış başa salmış, hüququn düzgün izah edilməməsindən istifadə etməklə Məhkum2 adın şikayətdə qeyd etdirmişlər. Lakin Şahid4 istər ibtidai istintaq, istərsə də məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdi ki, Məhkum2 ona evinin yanında iaşə obyektinin tikintisinə razılığın alınmasında təmənnasız köməklik göstərmiş, bununla bağlı ondan heç bir maddi neməti istəməmiş və ya almamışdır. Hər iki instansiya məhkəməsi nəzərə almamışdır ki, Şahid4 həmin ərizəsi CPM-in 125.2-ci maddəsində göstərildiyi kimi, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu cür hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmçinin bu epizod üzrə Məhkum2 Teymur Rəhimovla tanış edən Şahid7 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, “2022-ci ilin təxminən fevral-mart ayında Məhkum2 ona X9 Cəfərovanı aldadaraq pulunu mənimsədiyini deyərək Şahid4yla görüşməsini tələb etdikdə, o, dərhal Teymura zəng edərək bu barədə soruşmuş, Teymur isə ona işə düşdüyünü həqiqətən də Nəzakət adlı qadından sənədləşmə işləri il ə bağlı pul aldığını, pulu bir nəfər şəxsə verdiyini, həmin şəxsin qaçıb Amerikaya getdiyini, bu günlərdə arvadın pulunu düzəlib qaytaracağını bildirdi. O da öz növbəsində Teymura ”bacı ”deyə müraciət etdiyi şəxsi aldadıb pulunu alması ilə bağlı iradını bildirmişdir” (cild 5, i.v 115-121) Eyni zamanda Şahid4 oğlu Hacıbala Cəfərov məhkəmədə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının əvvəllərində yaşadığımız evin giriş qapısının qarşısında Teymurun tələb etdiyi 4.000 manat pulu şəxsən ona özü vermişdir. Lakin bir müddət sonra biz yenə də Teymur tərəfindən aldadıldığımızı bildikdə Teymura verdiyimiz ümumilikdə 11.070 manat pulumuzu geri verməsini tələb etdik. Teymur da hər dəfəsində pulu qaytaracağına dair bizə söz verdi. Bundan təxminən bir həftə sonra evdə müalicə qəbul edərkən, qapı döyüldü və əvvəllər tanımadığım iki nəfər şəxs özlərini Vüsal və Elnur kimi təqdim edib, mənə Teymur tərəfindən aldadılmagımızı deyib, Teymura verdiyimiz pulları geri almağımızı bildirdilər (clid, i/v.1-6). Göründüyü kimi, X13 Cəfərovadan 2021-ci ilin noyabr ayında ***0 manat pulu alarkən, hələ Məhkum2la tanış belə edilməmişdir. Məhkəmədə şahid qismində ifadə verən Şahid4, oğlu Şahid6 və Şahid7 ifadələrində bir daha təsdiq etdilər ki, Məhkum2 Nəzakət X3 vasitəsilə maddi nemət olan pul vəsaiti istəməmiş, almamış və ya pulun alınmasında iştirak etməmişdir, Əksinə Məhkum2 X9 Cəfərovadan pul aldığını bildikdə, təkidlə Şahid4 ilə görüşüb iaşə obyektinin tikintisinə dair İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamın onun şəxsi xahişi ilə verildiyini, bu işə görə h eç kimə pul verilmədiyini Teymur Rəhimov tərəfindən aldadıldığını və Teymura verdiyi pulu təkidlə geri tələb etməsini bildirmişdir. Digər tərəfdən cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Şahid4 telefonunun “Whatsapp” mobil tətbiqinə “baxış keçirilməsi haqqında” 14 sentyabr 2022-ci il tarixli protokolda qeyd edilən mesajlarda Məhkum2la Şahid4 arasında gedən söhbətlərdən də məlum olur ki, Məhkum2 Şahid4 ittiham edildiyi kimi Teymur Rəhimov vasitəsi ilə maddi nemət olan 11070 manat pul vəsaiti istəməsi, alması və ya həmin pulun alınmasında bu və ya digər formada iştirak etməsi öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, Məhkum2 elan edilmiş hər üç epizod üzrə ittihamın əsasını CPMin tələblərinin kobud pozulması ilə əldə edilmiş Məhkum2 məxsus telefonun “Whatsapp” mobil tətb iqindən aşkar edilmiş mesajlar təşkil etmişdir ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü hissəsində əsasən “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunsuz yolla əldə edildiyindən ittihamın əsasını təşkil edə bilməz. Belə ki, məhkəmədə sübutların tədqiqi zamanı müəyyən olundu ki, 13 sentyabr 2022-ciil tarixdə Məhkum2 tutularkən ondan götürülmüş mobil telefon onun tutulduğu gündən üç gün sonra, yəni 16 sentyabr 2022-ci il tarixli “götürmə aparılması haqqında” protokol əsasında Binəqədi RPİ-nin MSY-dən götürülmüşdır. Həmin protokolda göstərilir ki, 13 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon polis idarəsinin MSY-də Məhkum2 üzərində keçirilmiş axtarış zamanı ondan götürülmüş 01 ədəd “Samsung A32" markalı mobil telefonu MSY-nin rəisi X2 göt ürülür. Lakin həmin telefonun Məhkum2 üzərindən hansı şəraitdə götürülməsini təsdiq edən axtarış protokolu və ya digər sənədləşmə aparılmamış və cinayət işinə əlavə edilməmişdir (cild 3. i.v 119). Hər iki instansiya məhkəməsi nəzərə almamışdır ki, yuxarıda göstərdiyi kimi, ibtidai istintaq orqanının məhkəməyə təqdim etdiyi bütün ittihamedici “sübutlar”, ibtidai araşdırma zamanı yuxarıda göstərilən prosessual hüquq normalarının pozulması ilə əldə edildiyindən ittihamın əsasını təşkil edə bilməz və mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Müdafiə tərəfi olaraq hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş bu əsassız ittiham öz təsdiqin tapmamış, onun özünü müdafiə üçün gətirdiyi dəlilərin, zərərçəkmiş və ittiham tərəfin əsas şahidlərinin (bir başa sübut) onun lehinə ifadələrin, habelə müdafiə tərəfinin digər əsaslı, eyni zamanda, mötəbər hesab olunan dəlillərinə hüquqi müəyyənlik prinsipindən ədalətli hüquqi qiymət verilməsi məsələsi kassasiya instansiyasında müzakirə olunmalı və nəticədə yeni ədalətli qərarın çıxarılması təmin olunmalıdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum2 əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum1 və müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi3 və Məhkum2 və müdafiəçisi Müdafiəçi6 çıxış etdilər və kassasiya şikayətlərinin təmin ed ilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum1 CM-in 311.3.2, 311.3.3, 311.3.4 və 312-1.1-ci maddələri ilə və Məhkum2 CM-in 312-1.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Ka ssasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumların müdafiəçiləri kassasiya şikayətlərində məhkumlar tərəfindən cinayət əməllərinin törədilmədiyini və onlara bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.1, 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müra ciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühaki məsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş f aktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların və müdafiəçilərin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsi ni zəruri hesab edir. Belə ki, Məhkum1 CM-in 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə iki epizod üzrə ittiham irəli sürülmüşdür. Məhkum1 hər iki epizod üzrə özünü təqsirli bilməmişdir. Həmin maddələrlə irəli sürülmüş ittihamın birinci epizodu ondan ibarətdir ki, Məhkum1 Azərbaycan X10 Agentliyi (köhnə adı "xxxx" ASC) tərəfindən 2010-2015-ci illər ərzində həyata keçirilən “Kürdəmir-Ucar-Yevlax avtomobil yolunun tikintisi” layihəsi ilə əlaqədar Yevlax rayonunun Aşağı Qarxun kəndinin inzibati ərazisində yerləşən Şahid3 məxsus əmlakın yolun tikinti sahəsinə düşən hissəsinə görə hesablanmış 3.500 (üç min beş yüz) manat məbləğində kompensasiya ilə razı olmayan və kompensasiyanı almaqdan imtina etməklə yanacaq doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi və əldən çıxmış gəlirin hesablanmas ına dair iddia tələbi ilə əvvəlcə Şəki İnzibati Məhkəməsinə, daha sonra isə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından narazı olaraq Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmiş Şahid3 Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından narazı qalmaqla 2021-ci ilin iyun ayının əvvəllərində Məhkum1 müraciət edərək qeyd edilən mülki mübahisənin ictimailəşdirilməklə xeyrinə həll olunmasına köməklik göstərməsini xahiş etmişdir. Məhkum1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 Baş İdarəsində xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş fiziki şəxs qismində fotoqrafiya, kütləvi informasiya vasitələrinə reklam xidməti göstərməklə b ağlı, səs yazılarının, videoyazıların surətinin çıxarılması, məlumat agentliklərinin fəaliyyəti, şəbəkələrə texniki xidmətin göstərilməsi, Web səhifələrindən (internet portallarından) istifadə, qəzetlərin çap edilməsi kimi fəaliyyət göstərən, xx.xx.2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi “https: //www.youtube.com/c/XuralTV” internet kanalını, https://www.xural.com/ xəbər saytını təsis etməklə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 529 ünvanında həmin kütləvi informasiya vasitəsinə rəhbərlik edərək Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında” Qanununun (xx.xx.2021-ci il tarixli Media haqqında Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüşdür) 1-ci, 10-cu və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununun 1, 13-2 və 18-ci maddələrinə əsasən qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq, kütləvi informasiya vasitəsində çıxış etmək, bəyanat vermək, digər rəsmi məlumatlar dərc etdirmək, informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarını formalaşdırmaq, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunmasına, informasiyanın mühafizəsinə cavabdeh olmaq, informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etmək və buna görə məsuliyyət daşımaq, qanuna zidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verməmək və digər səlahiyyət və vəzifələrə malik vəzifəli şəxs kimi, Şahid3 özünün baş redaktoru və rəhbəri olduğu və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 529 ünvanında yerləşən “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” adlı kanalın redaksiyasında təşkil edəcəyi canlı yayıma dəvət etmiş və şikayəti ilə bağlı orada danışmasını bildirmiş və razılaşmanın nəticəsi olaraq o, “youtube.com” sosial şəbəkəsində olan “Xural TV” adlı kanalda xx.xx.2021-ci il tarixdə "Siyasət meydanı” #956 “Saleh Məmmədov iş adamının torpağını necə mənimsədi?” adlı xx.xx.2021-ci il tarixdə isə “Siyasət meydanı” #971 İş ADAMİ: “Məhkəmələr qanunları necə tapdalayır?!” adlı silsilə verilişlər hazırlamış və Şahid3 həmin verilişlərində qonaq qismində dəvət edərək mülki qaydada məhkəmədə baxılmış müraciətini ictimailəşdirmiş və Azərbaycan X10 Agentliyi Publik Hüquqi Şəxsin rəhb ər vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri ilə bağlı tənqidi fikirlər səsləndirməklə bunu geniş internet istifadəçiləri arasında yaymışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 3 ünvanında yerləşən Azərbaycan X10 Agentliyi publik hüquqi şəxsin inzibati binasına gəlməklə orada Şahid3 məhkəmə işi ilə əlaqədar Agentliyin rəhbər vəzifəli şəxsləri ilə görüşmək istədiyini bildirmişdir. Müraciətin nədən ibarət olmasını öyrənmək məqsədilə Azərbaycan Avtomobil Yolları X5 Təminat və İnsan Resursları İdarəsinin rəisi Şahid1 onu Agentliyin inzibati binasında olan xidməti otağında qəbul etmiş və sonuncuya özünü nüfuzlu jurnalist olmaqla, geniş oxucu kütləsinə malik şəxs, “youtube.com” sosial platformasında olan “Xural TV” kanalının baş redaktoru və rəhbəri kimi təqdim edib, Azərbaycan X10 Agentliyi publik hüquqi şəxsi barədə dəfələrlə verilişlər aparması, sonuncu verilişlərinin vətəndaş Şahid3 iştirakı ilə apardığını və geniş izləyici kütləsinin narazılığına səbəb olduğunu bildirərək Şahid1 gələcəkdə də, eyni məzmunlu verilişlər hazırlamaqla Dövlət Agentliyindən narazı olan bütün şəxsləri efirə çıxaracağını, Şahid1 və Dövlət Agentliyinin bütün vəzifəli şəxsləri, habelə hüquqi şəxs qismində Dövlət Agentliyinin özünün işgüzar nüfuzunu ləkələyəcəyini, barələrində rüsvayedici məlumatlar yaymaqla ictimaiyyətdə onların fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdıracağını, fikirlərini davam etdirərək Şahid1 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin ona verildiyi halda rəhbərlik etdiyi internet xəbər portalında xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 və Dövlət Agentliyinin digər vəzifəli şəxslərinin xeyrinə edəcəyi hərəkətə görə yəni, Şahid3 şikayəti ilə əlaqəli hər hansı verlişlər hazırlamayacağını, habelə bu mövzuda Agentliyin vəzifəli şəxslərinin barəsində çıxışlar etməyəcəyinin, eləcə də, Şahid1 özü barədə rəhbərlik etdiyi redaksiyaya daxil olmuş çoxsaylı şikayət xarakterli məlumatları xəbər portalında yaymayacağını bildirərək 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə rüşvət kimi istəmişdir. Hədə-qorxunu real qəbul edən Şahid1 onunla razılaşaraq 25 iyun 2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 3 ünvanında yerləşən Azərbaycan X10 Agentliyi publik hüquqi şəxsin inzibati binasında yerləşən xidməti otağında külli miqdar təşkil edən 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini hədə-qor xu təsiri altında rüşvət qismində Məhkum1 təqdim etmişdir. Bununla da Məhkum1 vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək özü üçün birbaşa yolla Şahid1 külli miqdar təşkil edən 8.000 (səkkiz min) manat məbləğində maddi neməti rüşvət olaraq istəməklə almışdır. Hazırki epizod üzrə ittiham tərəfinin yeganə sübutu şahid qismində tanınmış Şahid1 ifadəsidir. Həmin ifadə də hadisə baş verdikdən uzun müddət sonra verilmişdir və məhz bu faktın özü həmin ifadənin mötəbərliyini əsaslı şübhə altına alır. Bundan əlavə, məhkəmələr həmin epizod üzrə digər iki şahidin ifadəsini də sübut kimi qəbul etmişdir. Halbuki həmin şahidlər hadisə barədə Şahid1 məlumat aldıqlarını bildirmişlər. CPM-in 126.3-cü maddəsinə əsasən şa hidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Hazırki epizod üzrə məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, Məhkum1 Şahid1 8000 manat məbləğində pulu rüşvət qismində alması sübuta yetirilmir. Eyni zamanda, rüşvət alma ilə bağlı iki epizod olduğundan və bu epizodlardan bir üzrə Məhkum1 təqsirliliyi sübuta yetirilmədiyindən, CPM-in 41.1.4-cü maddəsinə əsasən həmin epizod və rüşvət almanın təkrar törədilməsi ilə bağlı elan olunmuş CM-in 311.3.2-ci maddəsi Məhkum1 qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Məhkum1 CM-in 311.3.3 və 311.3.4-cü maddələri ilə irəli sürülmüş ittihamın digər epizodu ondan ibarətdir ki, o, vəzifəli şəxs kimi “X18” şirkətinin müşahidə şurasının sabiq sədri vəzifəsində işləm iş Şahid34 və sonuncunun ailə üzvləri barəsində tənqidi, təhqiredici məlumatlar və məqalələr, videosujetlər hazırlayaraq xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli və digər çoxsaylı yayımlarında qeyri məhdud internet istifadəçilərinə ünvanlamaqla ictimailəşdirdikdən sonra 2022-ci ilin avqust ayının sonlarında Şahid34 arvadı Məmmədova (Nəcəfova) Mehriban İslam qızının xahişi əsasında Şahid34 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil və uzun müddət şəxsi tanışlıq münasibətləri olan Şahid33 öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi və həmin nömrə ilə, habelə istifadəsində olan +18-654-415-447 saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp messenger” mobil tətbiqi vasitəsilə o nun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış, ondan Şahid34 və sonuncunun ailə üzvləri barədə verilişlər hazırlamamasını və tənqidi, təhqiredici məlumatlar və məqalələr yayımlamamasını xahiş etmişdir. O isə Şahid34 Azərbaycan Respublikasında metallurgiya sənayesini bərbad vəziyyətə saldığını, bundan sonra da Şahid34 və sonuncunun ailə üzvləri barədə rüsvayedici məlumatları paylaşmağa davam edəcəyini bildirmiş, lakin Şahid30 (Nəcəfova) tərəfindən ona 20.000 (iyirmi min) manat pul vəsaitinin verilməsi qarşılığında rəhbərlik etdiyi internet xəbər portalında xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid34 və sonuncunun ailə üzvlərinin xeyrinə edəcəyi hərəkətə görə, yəni Şahid34 və ailə üzvləri barəsində bir daha təhqiredici məqalələr dərc etməyəcəyini, so nuncular barəsində “Youtube.com” sosial şəbəkəsində olan “Xural TV” xəbər portalında təhqiredici, nüfuzdan salan verilişlər hazırlamayacağını, əksinə Şahid34 barəsində müsbət imic formalaşdıracaq verilişlər hazırlayacağını bildirərək rüsvayedici məlumatların yayımlanmaması qarşılığında 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitlərinin rüşvət qismində verilməsini hədəqorxu gəlməklə tələb etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 13:00-14:00 radələrində o, Şahid34 müdafiəçisi Şahid33 ilə ünvan 4 ünvanında yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Aşıq Molla Cümə küçəsinə olan çıxışının qarşısında görüşərək Şahid33 xx.xx.2022-ci il tarixdə, saat 17:00-18:00 radələrində ünvan 6 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin yaxınlığında Məmmədov a (Nəcəfova) Mehriban İslam qızının sürücüsü Şahid35 götürdüyü Məmmədova (Nəcəfova) Mehriban İslam qızına məxsus 100 ədəd 200 manatlıq əsginaslardan ibarət 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini rüşvət qismində Şahid33 almışdır. Bununla da Məhkum1 vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gələrək özü üçün birbaşa yolla Məmmədova (Nəcəfova) Mehriban İslam qızından vasitəçidən istifadə etməklə külli miqdar təşkil edən 20.000 (iyirmi min) manat məbləğində maddi neməti rüşvət olaraq istəməklə almışdır. Bu epizod üzrə müdafiə tərəfinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum1 20000 manat pul vəsaitini rüşvət qismində almamışdır və Məhkum1 jurnalistdir, bu səbəbdən vəzifəli şəxs kimi cinayət məsuliyyəti nə cəlb edilə bilməz. Müdafiə tərəfinin dəlilləri ilə bağlı qeyd edilməsi zəruridir ki, cinayət işinin materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi, xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 9-10) görünür ki, Şahid31 Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək “youtube.com” sosial şəbəkəsində “Xural TV” kanalının baş redaktoru Məhkum1 tərəfindən həm kanalda, həm də digər media vasitələrində Şahid34 təhqiredici və tənqidedici, rüsvayedici məlumatların paylaşılması səbəbindən adını çəkmək istəmədiyi şəxs vasitəsilə 2022-ci ilin avqust ayının sonlarında Məhkum1 verilməsi üçün 20.000 manat məbləğində pul verdiklərini bildirmişdir. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 12) görünür ki, Şahid30 Azərbaycan Respublikası Baş Prokurorluğuna müraci ət edərək “youtube.com” sosial şəbəkəsində “Xural TV” kanalının baş redaktoru Məhkum1 tərəfindən həm kanalda, həm də digər media vasitələrində əri Şahid34 təhqiredici və tənqidedici, rüsvayedici məlumatların paylaşılması səbəbindən adını çəkmək istəmədiyi şəxs vasitəsilə 2022-ci ilin avqust ayının sonlarında Məhkum1 verilməsi üçün 20.000 manat məbləğində pul verdiklərini bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ayrıayrı onlayn media subyektlərinə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 13-19) görünür ki, “Qafqazinfo.az” saytında “Məhkum1 Şahid34 ailəsindən 20 min alıb? Yenilənib” başlıqlı məqalə yerləşdirilmişdir. Həmin məqalədə aşağıdakılar qeyd olunmuşdur: “Xural TV-nin rəhbəri, tanınmış jurnalist Məhkum1 həbsdə olan i ş adamı Şahid34 ailəsindən 20.000 manat pul alması barədə iddialar irəli sürülüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə haqqin.az saytında yazılıb. Məhkum1 Şahid34 yaxınlarından sonuncunu tənqid etməyi dayandıracağı müqabilində pul aldığı bildirilir. Lakin Məhkum1 üzərinə düşdüyü öhdəliyi pozduğu üçün Şahid34 ailəsinin pulu geri tələb etdiyi qeyd olunur. Bununla bağlı səs yazısı da saytda yayımlanıb”. Bundan başqa, müəyyən edildi ki, məqalənin altında aşağıdakı məzmunda yazı dərc edilmişdir: “Şahid34 vəkili Şahid33 isə Gununsesi.info-ya açıqlamasında bu haqda deyib: “Mən də bu xəbəri oxuyandan sonra Şahid34 ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi. “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Şahid34 gü nahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”. “Məhkum1 “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sabah bu barədə özü geniş açıqlama verəcək. “Şahid33 açıqlamasına haqqin.az saytının rəhbəri Şahid29 isə "Elə etmə ki, sənin də səsini yayım!" deyə reaksiya verib.” Məqalənin sonunda aşağıdakı məzmunda yazılar qeyd olunmuşdur: “Qeyd edək ki, "X18” şirkətinin sabiq rəhbəri Şahid34 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə metallurgiya sənayesinin inkişafına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunub. Sabiq şirkət rəhbərinin 13 milyon 200 min manat pulu mənimsəməsinə, 42 milyon manat dəyərində məhsu lu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirli bilinir”. Bundan başqa, müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə “qafqazinfo.az” saytında video məlumat yerləşdirilmişdir. Həmin videoya baxış keçirilərkən müəyyən edildi ki, videoda “Xural TV” youtube kanalının rəhbəri Məhkum1 yalnız şəkli görünür və mahiyyəti üzrə videogörüntülər mövcud deyil. Lakin videoya baxılarkən aşkar şəkildə müəyyən edildi ki, orada Məhkum1 1 dəqiqədən ibar ət səs yazısı vardır. Həmin səs yazısı olduğu kimi sözlə protokola aşağıdakı kimi qeyd edilir: “Salam ay qardaş niyə biabır olursanki”, "Xəbərdə oxumuşam da, bütün mediya xəbər verir, xəbər oxumuşam”, "Demişəm ki, kimi işarə edir, əksinə müdafiə eləmişəm, kimi işarə edir Şahid34, Şahid34 qorumaq lazımdır”, “Yox qardaş, onda belə olursa elə olmaz ki, mən onu müdafiə edəsi deyiləm ki”, “Xəbər verirəm, xəbəri oxuyuram”, “Biabır zad olunursa mənə elə şey demə, biabır olursa bir görüşək qaytarım, şey eliyim yəni problem yoxdu ki”, “Mən adama piyar eləyirəm e, mən o adama nabarod deyirəm ki, o adam danışır, o adamı qorumaq lazımdır”, “Bə mən nə deyirəm, müdafiə eliyim? Olan şeyi danışıram özü də mediada gedən şeyi oxuyuram, nədi adı xəbəri oxumuşam qardaş”, “Mən başqa eliyə bilmərəm, heç bir p roblem yoxdur, əgər elədirsə görüşək o məsələni mən iadə eliyim, qaytarım”. Bundan başqa, “qafqazinfo.az” saytında həmin məsələ ilə bağlı “Pulu Məhkum1 Şahid33 verib” başlıqlı məqalə yerləşdirildiyi müəyyən edilmişdir. Həmin məqalədə aşağıdakılar qeyd olunmuşdur: “Xəbər verdiyimiz kimi, Xural TV-nin rəhbəri, tanınmış jurnalist Məhkum1 həbsdə olan iş adamı Şahid34 ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürülüb. Qafqazinfo haqqin.az-a istinadən xəbər verir ki, həmin məbləğ artıq Şahid34 ailəsinə qaytarılıb. Bu barədə sözügedən saytın baş redaktoru Şahid29 açıqlama verib: “Şahid34 ailəsi mənə pul köçürməsinin baş tutduğunu bildirdi. Üstəlik pulu Məhkum1 adına Şahid33 özü köçürüb. Yeri gəlmişkən, sentyabrın 7-də saat 20:00 radələrində vəkilin özü məbləği qaytarıb. Hesab edirə m ki, vəkil əməlinin nəticələrindən qorxduğu üçün bu addımı atıb”. Daha sonra təsisçisi və faktiki rəhbəri Şahid29 olan “haqqın.az” saytına baxış keçirilmişdir. Müəyyən edildi ki, internet şəbəkəsində yayımlanan “haqqın.az” saytı rus dilində dərc edilir. Həmin saytda “Şahid29: Məhkum1ya pulu vəkil Şahid33 verib” başlıqlı məqalə dərc edilmişdir. Məqalədə qeyd olunmuş rus dilində olan yazılar tərcüməçi tərəfindən aşağıdakı məzmunda tərcümə olunmuşdur: “Aztirajlı “Günün səsi” qəzetinə müsahibə verən vəkil Şahid33 jurnalist Məhkum1nun iş adamı Şahid34 ailəsindən hədə-qorxu gələrək pul alması faktını təkzib etməyə çalışıb. Xatırladaq ki, bir neçə saat əvvəl haqqin.az “X18”nin həbsdə olan sabiq rəhbəri Şahid34 tənqid etməmək öhdəliyinə görə 20 min manat alan jurnalist Məhkum1 müraciətinin audio yazısını yayıb. Bir neçə saat sonra jurnalist Şahid34 ünvanına sərt tənqidlər səsləndirərək qanunsuz sövdələşməni pozdu. Məmmədovun ailəsi ödənilən məbləğin qaytarılmasını tələb edib. Lakin vəkil Şahid33 öz Facebook səhifəsində aşkar faktı təkzib etməyə çalışıb. Öz növbəsində haqqin.az saytının rəhbəri, Şahid34 yaxın dostu Şahid29 həqiqəti işıqlandırıb: "Özünü jurnalist adlandıran bir adamın adını belə biabırçılıqla ört-basdır etməsinə çox təəssüf edirəm. Rasimin ailəsi mənə pul köçürməsinin baş tutduğunu bildirdi. Üstəlik pulu Məhkum1 adına Şahid33 özü köçürüb. Yeri gəlmişkən, sentyabrın 7-də saat 20:00 radələrində vəkilin özü məbləği qaytarıb. Hesab edirəm ki, vəkil əməlinin nəticələrindən qorxduğu üçün bu addımı atıb. Allah şahiddir! Biz isə jurnalistika sıralarında təmizlik uğrunda müb arizə aparmalı, belə dələduzları sıralarımızdan qovmalıyıq. Ən əsası, Azərbaycan ictimaiyyəti cəmiyyətdəki hörmətli insanları şantaj və böhtan atmağa çalışan jurnalistciliyin əsl simasını gördü.” Baxış zamanı müəyyən edilmişdir ki, “haqqın.az” saytında Məhkum1 barədə dərc edilmiş məqalədə də “Qafqazinfo.az” saytında yerləşdirilmiş səs yazıları eyni qaydada paylaşılmışdır. Daha sonra müəyyən edildi ki, “Haqqın.az” saytında “Jurnalist Məhkum1 iş adamı Şahid34 ailəsini şantaj edir: 20 min manat” başlıqlı məqalə dərc olunmuşdur. Məqalədə qeyd olunmuş rus dilində olan yazılar tərcüməçi tərəfindən aşağıdakı məzmunda tərcümə olunmuşdur: “Şənbə günü, sentyabrın 3-də jurnalist Məhkum1 şantaj, hədə-qorxu və böhtan yolu ilə həbsdə olan iş adamı Şahid34 ailəsindən 20 min manat pul almağa çalışıb. Qeyd edək ki, Məhkum1 məmurların və hakim elita nümayəndələrinin ardıcıl tənqidçisi kimi çıxış edir. Və vaxtilə Məhkum1 dəfələrlə Şahid34 fəaliyyətini tənqid edib, şantaj və hədə-qorxu ilə iş adamından pul almağa çalışıb. Məhkum1 bu dəfə həbsdə olan iş adamının ailəsinə, övladlarına böhtan ataraq daha əxlaqsız, bitib-tükənməyən hərəkət edib. Məhkum1 Şahid34 onu tənqid etməsinə son qoyması müqabilində onun qohumlarından pul almağa nail olub. Lakin Məhkum1 üzərinə düşən öhdəliyi pozub. Pul mükafatı alan jurnalist, daha doğrusu, jurnalist peşəsini rüsvay edən reket Məmmədovu “Azərbaycan metallurgiya sənayesinin qatili” adlandıraraq təhqir və tənqid etməkdə davam edib. Buna cavab olaraq Şahid34 yaxın qohumları pullarını geri tələb ediblər. Haqqin.az Məhkum1 Şahid34 yaxın adamlarına ünvanlanan səsl i mesaj əldə edib. Jurnalist bəyan edir ki, Şahid34 deyilənlərin əksinə olaraq Şahid34 təbliğ edir, ondan “qurban” obrazını canlandırır. Və bu işi davam etdirəcək. Amma qarşı tərəf etiraz edərsə, razılaşdırılmış məbləği qaytara bilər”. xx.xx.2022-ci mobil telefona baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 58-70) görünür ki, Şahid29 iştirakı ilə sonuncuya məxsus “İphone 11 pro” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı Şahid29 bildirmişdir ki, Şahid30 “Whatsapp” mobil tətbiqi proqram təminatı vasitəsilə məhz +**********7 nömrəsindən xx.xx.2022-ci il tarixdə, saat 19:13-də onun istifadəsində olan telefonun “Whatsapp” mobil tətbiqi proqram təminatına Məhkum1 səs yazısını göndərmişdir. Lakin Şahid30 göndərdiyi həmin səs yazısını onunla olan “Whatsapp” əlaqəsi yerindən sonradan silmişdir. Həmin mesajın silindiyini Şahid29 xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində telefonuna baxarkən bilmişdir. Lakin Şahid29 həmin səs yazısını sonradan Şahid30 tərəfindən silinəcəyini ehtimal etdiyindən və öz telefonunun yaddaşında saxlamaq üçün xx.xx.2022-ci il tarixdə, saat 19:14-də “haqqın.az” saytının əməkdaşı Tamella Əliyevanın istifadəsində olan ***-***-**-** nömrəsinin “Whatsapp” proqramına göndərmişdir. Baxış zamanı həqiqətən müəyyən edildi ki, Şahid29 telefonunun “Whatsapp” proqramından Tamella Əliyevanın ***-***-**-** nömrəli telefonuna “Whatsapp” vasitəsilə səs yazısı göndərilmişdir. Həmin səs yazısına qulaq asılaraq müəyyən edilmişdir ki, səs yazısı 1 (bir) dəqiqədən ibarətdir. Səs yazısında Məhkum1 aşağı dakı sözləri demişdir: “Salam ay qardaş niyə biabır olursanki”, “Xəbərdə oxumuşam da, bütün mediya xəbər verir, xəbər oxumuşam”, “Demişəm ki, kimi işarə edir, əksinə müdafiə eləmişəm, kimi işarə edir Şahid34, Şahid34 qorumaq lazımdır”, “Yox qardaş, onda belə olursa elə olmaz ki, mən onu müdafiə edəsi deyiləm ki”, “Xəbər verirəm, xəbəri oxuyuram”, “Biabır zad olunursa mənə elə şey demə, biabr olursa bir görüşək qaytarım, şey eliyim yəni problem yoxdu ki”, “Mən adama piyar eləyirəm e, mən o adama nabarod deyirəm ki, o adam danışır, o adamı qorumaq lazımdır”, “Bə mən nə deyirəm, müdafiə eliyim? Olan şeyi danışıram özü də mediada gedən şeyi oxuyuram, nədi adı xəbəri oxumuşam qardaş”, “Mən başqa eliyə bilmərəm, heç bir problem yoxdur, əgər elədirsə görüşək o məsələni mən iadə edim, qaytarım”. Q eyd edilən epizod üzrə digər sübut ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid33 ifadəsidir. Həmin ifadədə Şahid33 müffəssəl və ardıcıl şəkildə 20000 manat pulu Məhkum1 nə vaxt, harada və neçə verdiyini ətraflı şəkildə təsfir etmişdir. Məhkəmələr tərəfindən həmin ifadə də mötəbər sübut kimi digər sübutlarla birlikdə Məhkum1 təqsirliliyi müəyyən edilərkən istifadə edilmişdir. Düzdür Şahid33 açıq məhkəmə iclasında dindirilməmişdir və bununla da məhkumun özünə qarşı ifadə vermiş şəxsi dindirmək hüququ pozulmuşdur. Lakin məhkəmə hökmündə bu məsələyə əsaslandırılmış şəkildə qiymət verilmişdir. Belə ki, Şahid33 da hazırkı iş üzrə təqsirləndirilən şəxsdir və açıq məhkəmə iclasında iştirak edərkən o, Məhkum1 qarşı ifadə verməklə yanaşı, özünə qarşı da ifadə vermiş olac aqdı. Eyni zamanda, eyni iş üzrə E,Sadıqov da təqsirləndirilən şəxs statusunda olduğundan onun hazırkı məhkəmə iclasında CPM-in ona verdiyi hüquqdan istifadə etməklə, ümumiyyətlə, ifadə verməmək hüququ vardır. Eyni zamanda, ifadə verəcəyi təqdirdə, sanki özünə qarşı ifadə vermiş şəxs kimi qəbul oluna bilərdi. Hazırki vəziyyətdə sanki Məhkum1 özünə qarşı ifadə vermiş şəxsi dindirmək hüququ ilə təqsirləndirilən şəxs Şahid33 özünə qarşı ifadə verməmək və ya susmaq hüququ arasında kolliziya yaranır. Məhkəmə kollegiyası hazırkı vəziyyətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, həmin məhkəmə ibtidai istintaq zamanı verilmiş işin halları ilə üst-üstə düşən ifadəni məhkəmə iclasında elan etməklə və həmin ifadəyə müdafiə tərəfinin münasibət bildirməsinə şərait yarat maqla həm Məhkum1, həm də təqsirləndirilən şəxs Şahid33 hüquqlarının bərabər şəkildə təmin edilməsinə nail olmuşdur. Məhkum1 cinayət əməli törədərkən xüsusi subyekt kimi vəzifəli şəxs olub-olmaması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, Məhkum1 qarşı irəli sürülmüş ittihama görə o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 Baş İdarəsində xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş fiziki şəxs qismində fotoqrafiya, kütləvi informasiya vasitələrinə reklam xidməti göstərməklə bağlı, səs yazılarının, videoyazıların surətinin çıxarılması, məlumat agentliklərinin fəaliyyəti, şəbəkələrə texniki xidmətin göstərilməsi, Web səhifələrindən (internet portallarından) istifadə, qəzetlərin çap edilməsi kimi fəaliyyət göstərən, xx.xx.2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi “https: //www.youtube.com/c/XuralTV” internet kanalını, https://www.xural.com/ xəbər saytını təsis etməklə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 529 ünvanında həmin kütləvi informasiya vasitəsinə rəhbərlik edərək Azərbaycan Respublikasının “Kütləvi informasiya vasitələri haqqında” Qanununun (xx.xx.2021-ci il tarixli Media haqqında Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüşdür) 1-ci, 10-cu və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununun 1, 13-2 və 18-ci maddələrinə əsasən qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq, kütləvi informasiya vasitəsində çı xış etmək, bəyanat vermək, digər rəsmi məlumatlar dərc etdirmək, informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarını formalaşdırmaq, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunmasına, informasiyanın mühafizəsinə cavabdeh olmaq, informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etmək və buna görə məsuliyyət daşımaq, qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verməmək və digər səlahiyyət və vəzifələrə malik vəzifəli şəxs olmuşdur. Bundan əlavə, xx.xx.2022-ci tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********464300 nömrəli məktubdan və məktuba əlavə edilmiş diskdən (ci ld 1, iş vərəqə 137-138) görünür ki, Məhkum1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 Baş İdarəsində xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçmiş fiziki şəxs qismində fotoqrafiya, kütləvi informasiya vasitələrinə reklam xidməti göstərməklə bağlı, səs yazılarının, videoyazıların surətinin çıxarılması, məlumat agentliklərinin fəaliyyəti, şəbəkələrə texniki xidmətin göstərilməsi, Web səhifələrindən (internet portallarından) istifadə, qəzetlərin çap edilməsi kimi fəaliyyət göstərmişdir. Habelə müəyyən edilmişdir ki, Məhkum1 xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 Baş İdarəsində ********** nömrəli VÖEN-lə, hüquqi ünvanı ünvan 9igər nəşrlərin, o cümlədən lüğət və ensiklopediyaların nəşri ilə məşğul olan "xxxx" MMC-ni təsis etmiş və həmin Cəmiyyətin baş direktoru vəzifəsində işləyir. Bundan başqa, Məhkum1 xx.xx.2015-ci il tarixdə “Youtube.com” platformasında qeydiyyatdan keçirdiyi https: //www.youtube.com/c/XuralTV internet kanalını və https: //www.xural.com/ xəbər saytını təsis etməklə ünvan 10 ünvanında həmin kütləvi informasiya vasitəsinə rəhbərlik etmişdir. Məlumatlardan da göründüyü kimi, Məhkum1 birinci dəfə xx.xx.2005-cui il tarixdə, ikinci dəfə isə xx.xx.2022-ci il tarixdə Dövlət orqanında qeydiyyatdan keçmiş, birinci dəfə fiziki şəxs kimi, ikinci dəfə isə təsisçisi olduğu MMC-ni qeydiyyatdan keçirməklə vəzifəli şəxs kimi fəaliyyətə başlamış, hazırkı cinayət əməlini isə hər iki tarixdən sonrakı tarixdə, yəni xx.xx.2022-ci il tarixdə törətmişdir. CM-in müddəlarında və Konstitusiya Məhkəməsinin 19 iyul 2013-cü il tarixli qərarında vəzifəli şəxsin geniş anlayışı verilmiş və məhkəmələr də həmin normalara və hazırkı işin hallarına əsasən belə qənaətə gəlmişlər ki, Məhkum1 vəzifəli şəxs olmuş və vəzifəli şəxs kimi hazırkı cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin istinad etdiyi sübutlar mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından düzgün qiymətləndirilmiş və Məhkum1 düzgün olaraq CM-in 331.3.3 və 311.3.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Bundan əlavə, Məhkum1 və Məhkum2 CM-in 312-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər. Müdafiə tərəfi hər iki məhkuma münasibətdə məhkəmə hökmünü və qərarını mübahisələndirərək məhkumların təqsirsiz olduqlarına və o nlara bəraət verilməli olduğunu iddia etmişlər. Hər iki məhkuma 2 epizod üzrə CM-in 312-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. CM-in 312-1-ci maddəsi vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) adlanır. CM-in 312.-1.1-ci maddəsində nəzərdə tutulmuş əməl mahiyyəti etibarı ilə nüfuzun satılmasından ibarətdir. CM-in 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək üçün həqiqi və ya güman edilən imkanı olan şəxsdir. Cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Məhkum1, Məhkum2 və digər şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzv ləri üçün birbaşa yolla, əlbir olduğu qrupun üzvü vasitəsilə maddi neməti olan 11.070 (on bir min yetmiş) manat məbləğində pul vəsaitini Şahid4 istəyib almaqla nüfuz alveri cinayət əməlini törətmişlər. Həmçinin, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və əlbir olduğu qrupun üzvü üçün birbaşa yolla, əlbir olduğu qrupun üzvü vasitəsilə maddi nemət olan 120.000 manat məbləğində pul vəsaitini istəyib 50.000 manat hissəsini Şahid18 almaqla təkrarən nüfuz alveri cinayət əməlini törətmişlər. Məhkumlar Məhkum1 və Məhkum2 CM-in 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri birinci və apellyasiya instansiyası məhkəmələrinin hökm və qərar ında ardıcıl şəkildə sadalanaraq, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrar sadalamayaraq, həmin sübutların mötəbərliyi ilə bağlı məhkəmələrin qiymətləndirməsi ilə razılaşır və hesab edir ki, hər iki epizod üzrə məhkumlara bəraət verilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzaların növü və həddinə də münasibət bildirərək qeyd edir ki, Məhkum1 münasibətdə ona qarşı irəli sürülmüş ittihamdan bir epizod xaric edildiyindən və ona təqsirli bilindiyi CM-in 311.3-cü maddəsinin sanksiyasının ən aşağı həddində cəza təyin edildiyindən, ona CM-in 66.3-cü maddəsi ilə təyin edilmiş qəti cəzanın müddəti azaldılmalıdır. Eyni zamand a, məhkəmə kollegiyası hesab edir ki, məhkum Elnur Zeynalova münasibətdə onun cəzanın yüngülləşdirən hallar və təyin edilmiş cəzanın fərdiləşdirilməsi prinsipinin tətbiqinin zəruriliyi nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası təqsirli bilindiyi maddənin sanksiyası həddində yüngülləşdirilməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, məhkumların təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onlar barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiçilərin kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə də yişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 aprel tarixli, 1(103)-917/2024 nömrəli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Məhkum1 qarşı irəli sürülmüş ittihamdan onun Şahid1 8.000 (səkkiz min) manat məbləğində rüşvət almasına dair epizod və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi xaric edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə təyin edilmiş qəti cəza 2 (iki) il müddətinə dövlət, yerli özünü idarəetmə orqanlarında və kommersiya hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 2 (iki) il müddətinə dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 10 (on) ay müddətinə azadlıdan məhrumetmə cəzasına endirilsin. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-1.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il müddətinə azadlıqdan məhrumermə cəzasına endirilsin. Qərar müdafiəçilərin kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar