Məhkəmə qərarları › İş №1(102)-261/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-261/2019

27.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-261/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, məhkum Təqsirləndirilən şəxs və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.V.Salmanov (sədrlik edən və məruzəçi), M.A.Bayramov və A.K.Orucovdan ibarət tərkibdə) 25 yanvar 2017-ci il tarixli hökmü ilə xx xxxx 1982-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xətai Rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-c i maddəsi ilə təqsirli bilinib,CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-in 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-n 66.5-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmü ilə təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla üzərində 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 22 noyabr 2015-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma, həmçinin cəza çəkmə müəsissəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı - məhkum X6 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə külli miqdarda narkotik vasitənin əldə edilməsi, daşınması, 11 saylı cəzaçəkmə müəssisəsinə qanunsuz yolla ötür ülməsi və cəzaçəkmə müəssisəsində məhkum X2 tərəfindən həmin narkotik vasitənin qanunsuz satışı məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, X2nin təşkilatçılığı və onun sifarişinə əsasən, narkotik vasitəni X2nin əvvəlcədən telefon əlaqələri zamanı bildirdiyi yerdə, yəni Bakı şəhəri, Xətai rayonunun Babək prospektində istintaqa məlum olmayan şəxslə görüşərək, ondan istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, külli miqdarda 7,315 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 11,30 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı götürüb, üzərində saxlayaraq daşımış və 22 noyabr 2015-ci il tarixdə, saat 13:40 radələrində ünvan 2 ünvanında yerləşən 11 saylı cəzaçəkmə müəssisəsinə məhkum qardaşı X6 ilə görüş üçün gəlib, narkotik vasitəni cəzaçəkmə müəssisəsinin ərazisinə yoxlamadan gizlin keçirilməsi məqsədi ilə istintaqa məlum olmayan şəxsin məsləhətlərinə uyğun olaraq üstündə - anal dəliyində gizlədərək X2yə cəzaçəkmə müəssisəsində satması üçün ötürmək istəmiş, lakin cəzaçəkmə müəssisəsinin görüş otağının xüsusi yoxlama otağında Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman onun anal dəliyindən bir ədəd sellofan bükümdə, tiryəkdən kustar üsulla hazırlanmış 7,315 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroin və sarı yapışqan lentə bükülmüş təmiz çəkisi 11,30 qram təşkil edən narkotik vasitə, olan qurudulmuş marixuana aşkar, edilərək götürüldüyündən öz iradəsində n asılı olmayan səbəbdən əməlini baş çatdıra bilməyərək cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaları yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər M.S.Hüseynov (sədrlik edən və məruzəçi), H.H.Əhmədov və V.Ə.Mirsaqulovdan ibarət tərkibdə) 26 aprel 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilsin və ona daha yüngül cəza təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarında onun şikayətinə münasibət bildirməmişdir. İbtidai istintaq zamanı həyata keçirilən əməliyyat və digər tədbirlər zamanı onun vəsatət və şifahi müraciətləri təmin edilməmiş, o cümlədən işə apelyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən işə düzgün hüquqi qiymət verilməmiş və ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar dəyişdirilmədən saxlanılmaldır. Hüquqi məsələlər: Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin başlıca dəlili ona təyin edilmiş cəzan ın ədalətsiz və ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidi rlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Nəzərə alınsa ki, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4-cü maddənin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 317-1.1-ci maddənin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və birinci instansiyası məhkəməsi də ona həmin maddələrin aşağı hədlərində cəza təyin etmişdir, belə cəzanı heç cür ağır hesab etmək mümkün deyildir. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə X4ə təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işin materiallarında Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün digər əsaslar müəyyən edilmir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tə rəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Məhkum Təqs irləndirilən şəxs kassasiya şikayətində ibtidai istintaq zamanı həyata keçirilən əməliyyat və digər tədbirlər zamanı onun vəsatət və şifahi müraciətlərin təmin edilmədiyini qeyd etsə də işin materialları ilə belə halların olması öz təsdiqini tapmır. Bundan əlavə, məhkum Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarında onun şikayətinə münasibət bildirilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, kassasiya şikayətində göstərilmiş dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məh kəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2017-ci il tarixli məhkum Təqsirləndirilən şəxsn barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2017-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar