Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-261/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İnqilab Maşallah oğlu Nəsirov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib - X16-zadə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X17 oğlunun, zərərçəkmiş x1 nümayəndəsi x2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respubl ikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və Təqsirləndirilən şəxs barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protestinə və zərərçəkmiş Zərərçəkmiş şəxs və nümayəndəsi X15 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakim: X8) Məhkum - xx xxxx 1995-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-texniki təhsilli, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının Atıcı tağımının atıcısı vəzifəsində qulluq etmiş, ədliyyə çavuşu xüsusi rütbəsində olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyya tda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, nömrəsiz fərdi yaşayış evində yaşayan, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və Məhkum üzərinə; yaşadığı Bakı şəhəri, Qaradağ ra yonu, Lökbatan qəsəbəsi, massiv 2, nömrəsiz fərdi yaşayış evini hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi və bu cəzanın icrası müddəti onun, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum cəzasının icra olunmasına nəzarət Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs - xx xxxxxx 1991-ci ildə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Dənizkənarı Bulvar İdarəsində mühafizəçi işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxsi qismində saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qə timkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 4 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyularaq cəzasını yaşayış yeri üzrə çəkməsi və bu cəzanın icrası müddəti onun, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması və Təqsirləndirilən şəxs cəzasının icra olunmasına nəzarətin Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının Atıcı tağımının atıcısı vəzifəsində qulluq etmiş, ədliyyə çavuşu xüsusi rütbəsində işləyərkən xx xxxxxx 2019-cu il tarixdə saat 18:40 radələrində ünvan 5 ünvanında ferləşən “Fərhadın kafesi” adlanan kafedə xalası oğlu Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında x1 istifadəsində olan mobil telefonundan onun xalası qızı X1 istifadəsində olan mobil telefonuna “Whatsap” vasitəsi ilə mesaj yazıb narahat etməsini bəhanə edərək əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsla mübahisə etmiş, yaranmış münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə vurub sonuncuya üst dodağın selikli qişasının qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan aydın olur ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 18:40 radələrində ünvan 5 ünvanında yerləşən “Fərhadın kafesi” adlanan kafedə xalası oğlu Məhkum ilə bir qrup şəxs halında x1 istifadəsində olan mobil telefonundan bacısı X1 istifadəsində olan mobil telefonuna “Whatsap” vasitəsi ilə mesaj yazıb narahat etməsini bəhanə edərək əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsla mübahisə etmiş, yaranmış münaqişə zamanı ictimai qaydanı kobud surətdə poza n, cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək Məhkum qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə vurub sonuncuya üst dodağın selikli qişasının qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, o isə münaqişə zamanı əlində olan silah qismində istifadə etdiyi dəmir boru ilə qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs baş nahiyəsinə, bir dəfə sol əlinə vurub sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin dərialtı hematomaları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol əlin İV barmağının sıyrığı ilə nəticələnən sağlamlığa zər ər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir. Hökmdən dövlət ittihamçısı Surac Salmanov tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), M.Zərərçəkmiş şəxs və E.E.Rəhimovdan ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş Zərərçəkmiş şəxs və nümayəndəsi X15 tərəfində n birgə apelyasiya şikayəti verilmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protesti verərək hökmün ləğv edilərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilməklə ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmənin hökmü qanunsuz və əsassızdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nın 221.2.1 və 221.3-cü maddələrindən hə min Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılması nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əməlində AR CM-nın 221.3-cü maddəsinin tərkibi yoxdur, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisə zamanı hər hansı bir alətdən və ya əşyadan istifadə etməsi öz təsdiqini tapmamış, əksinə ittiham və müdafiə tərəfinə aid olmayan şahidlərin təkzib olunmaz ifadələri ilə hadisə vaxtı onun əlində hər hansı bir alətin olmadığı müəyyən edilmişdir. Halbuki, istər ibtidai istintaq zamanı istərsə də, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində Təqsirləndirilən şəxs hadisə zamanı təxminən 60 sm uzunluğunda dəmir boru ilə Zərərçəkmiş şəxs baş nahiyəsind ən vurmasını təsdiq etmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş X4 istintaq zamanı verdiyi ifadədə Təqsirləndirilən şəxs hadisə zamanı dəmir boru ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmasını göstərsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əlində hər hansı bir dəmir parçasını görmədiyini bildirmişdir. Fərhad Rəhimovun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşılmamış, məhz hansı səbəblərdən məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin daha mötəbər sübut növü kimi qəbul edib, bir sübutun digərinə nisbətdə daha üstün qiymət verməsini məhkəmə əsaslandırmamışdır. Həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyindən məlum olur ki, x1 bədəni üzərində aşkar edilmiş, xəsarətlər bərk küt əşya t əsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixdə və şəxsin göstərdiyi kimi dəmirlə kənar şəxs tərəfindən yetirilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nın 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edərək barəsində ittiham hökmü çıxararmış və bununla da hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, o xuliqanlıq cinayətini törədən zamanı Zərərçəkmiş şəxs sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu nəticəyə gələrkən məhkəmə tibbi-ekspertizanın xx xxxxxx 2019-cu il tarixli rəyini mötəbər sübut növü kimi qəbul etmiş, lakin nəzərə almamışdır ki, rəyin təsviri əsaslandırıcı hissəsində həmin xəsarətlərin Zərərçəkmiş şəxs dəmirlə yetirilməsi göstərilmişdir. Həmçinin məhkəmə kollegiyas ı Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş və Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi barədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, həmçinin həmin Məcəllənin 416.0.21-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan Təqsirləndirilən şəxs və Məhkum açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməllərini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edildiyindən, başqa şəraitdə, yəni heç də hadisələrin təsadüfi axarı zəminində olmayaraq, əvvəlcədən hərəkətlərini planlaşdırmaqla cinayətin törədilməsində silah qismində istifadə etmiş olduğu əşya ilə kafeyə gəlib qabaqcadan və şüurlu şəkildə başqa şəxsə xəsarət yetirməsi yüngülləşdirici hal hesab edilə bilməz. Məhkəmə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs və Məhkum törətdikləri cinayət əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alarkən diqqətdən qaçırmışdır ki, hər iki təqsirləndirlən şəxs ibtidai istintaq zamanı verilmiş ittiham üzrə özlərini təqsirli bilməmişlər, məhkəmə baxışı zamanı isə Məhkum özünü təqs irli bilsə də, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilmişdir. Zərərçəkmiş şəxs və müdafiəçisi- vəkil X19 tərəfindən birgə verilmiş kassasiya şikayəti də kassasiya protesti ilə eyni məzmunlu dəlillərlə əsaslandırılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və nümayəndənin çıxışlarını dinləyib aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllə nin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tət biqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək hökmün ləğv edilərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilməklə ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməklə yeni hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs təqsirliliyi özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində və apelyasiya instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyi nin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum və Təqsirləndirilən şəxs, onlara ittiham olunmuş cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməllərini CM-nın 221.2.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, onun tərəflərlə heç bir qohumluq və ya düşmənçilik münasibəti yoxdur. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən “Fərhadın kafesi” adlanan kafenin sahibi kimi dörd ildir ki, fəaliyyət göstərir, kafenin həyətində 3 ədəd otaq, bundan əlavə ümumi zal da vardır. xx xxxxxx 2019-cu il tarixdə axşam təxminən saat 19 radələrində özü də kafedə old uğu zaman beş- altı nəfər şəxs olmaqla Əlvan və Vüsal, bundan bir az sonra isə üç-dörd nəfər şəxs olmaqla Tural və Kamran kafeyə daxil olaraq mübahisə etmişlər. Mübahisə zamanı onlar bir-birlərinin ünvanına nalayiq söyüşlər söymüş və bir-birlərinin yaxasından dartmışlar. Mübahisə zamanı Əlvanın qardaşı Şahinin əlində bıçaq olduğunu görmüşdür. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə vaxtı istər Kamranın, istərsə də Turalın əlində heç bir əşya, o cümlədən dəmir boru olmamışdır. Əgər belə bir şey olsaydı o mütləq görərdi. Əksinə Əlvanın əlində bıçaq olmaqla Kamran və Turalı hədələyirdi. Təxminən 3-4 dəqiqə sonra iki nəfər polis əməkdaşı kafenin həyətinə gəlib mübahisə edən şəxsləri polis bölməsinə aparmışdır. Polislər gələrkən Şahin əlində bıçaq olduğu üçün sakitcə aradan çıxıb bı çağı gizlətmişdir. Hadisə vaxtı Əlvan heç bir xəsarət almamış və hər hansı bir formada huşunu itirərək yıxılmamışdır. Bundan başqa kafenin otağında hər hansı bir əşya sınmamış və ona maddi ziyan dəyməmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş polis nəfəri, polis baş serjantı X10 öz ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 09 radələrində xidməti yoldaşı X5 ilə birlikdə xidmətə başlamış, həmin gün saat 19 radələrində xidmət yoldaşı Ceyhun Mirzəyevlə birlikdə Bünyadzadə küçəsində yerləşən “Fərhadın kafesi” adlanan kafenin yaxınlığından keçərkən kafenin həyətindən səs-küy gəldiyini, sanki davadalaş baş verdiyini eşidib kafenin həyətinə daxil olmuşlar. Kafenin həyətinə daxil olanda təxminən on nəfərə yaxın tanımadıqları şəxsin olduğunu görmüş, onlardan i ki nəfəri digər iki nəfər ilə sözlə mübahisə edib nəlayiq ifadələr işlətmişlər. Ətrafa yığışmış insanlardan nə baş verdiyini soruşanda onlara kafedə dava-dalaş baş verdiyini desələrdə onlar konkret kimin kimi vurasını göstərməmişlər. Bundan sonra o mübahisənin sakitləşmədiyini və dava-dalaş vaxtı bıçaqlaşma söhbətini eşitdiyi üçün iş yoldaşı Ceyhun Mirzəliyevlə birlikdə mübahisə edən şəxsləri, yəni Təqsirləndirilən şəxs, Məhkum, Zərərçəkmiş şəxs və X14 RPİ-nin 10-cu PB-nə dəvət edib 10-cu PB-nin növbətçi hissəsinə təhvil verərək polis bölməsindən çıxıb xidməti əraziyə getmişlər. Xidmət yoldaşı Ceyhun Mirzəliyevlə birlikdə Təqsirləndirilən şəxs, Məhkum, Zərərçəkmiş şəxs və X14 RPİ-nin 10-cu PB-nə dəvət edəndə onlar hər hansı bir müqavimət göstərməmişlər. O öz ifadəsində daha sonra göstərmiş dir ki, hadisə ilə əlaqədar kafenin həyətinə daxil olanda kiminsə əlində hər hansı bir metal borunun olmasını və yaxud dava-dalaş zamanı hər hansı bir borudan kiminsə istifadə eməsi barədə heç bir söz-söhbət olmamış və bu barədə heç nə eşitməmişlər. Əksinə orada yığışan insanların söhbətindən belə məlum olmuşdur ki, dava-dalaş vaxtı kiminsə əlində bıçaq olmuşdur. Eləcədə dava vaxtı Əlvan adlı şəxsin hər hansı bir xəsarət alması və dava vaxtı huşunu itirməsi barədə heç nə görməmiş və heç nə eşitməmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli 89 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəs arətlər - alnın, sol almacıq nahiyyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli 88 №-li rəyindən məlum olur ki, vətəndaş x1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin dərialtı hematomaları, üst dodağın selikli qişasının qançırı, sol əlin İV barmağının sıyrığı bərk küt (əşyalar) təsirindən törənm işlər, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019- il tarixdə və şəxsin göstərdiyi kimi dəmirlə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, qeyd edilən xəsarətlərdə baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə nahiyəsinin dərialtı hematomaları dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, üst dodağın selikli qişasının qançırı, sol əlin İV barmağının sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhkum əməli CM-nin 221.2.1- ci maddəsi ilə düzgün tövsif edilsə də, Təqsirləndirilən şəxs əməlində CM-nin 221.3-cü maddəsinin tərkibi yoxdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisə zamanı hər hansı bir alətdən və ya əşyadan istifadə etməsi öz təsdiqini tapmamış, əksinə ittiham və müdafiə tərəfinə aid olmayan şahidlərin təkzib olunmaz ifadələri ilə hadisə vaxtı onun əlində hər hansı bir alətin olmadığı müəyyən edilmişdir. Məhkəmə-tibb ekspertizasının rəyində göstərilən “şəxsin göstərdiyi kimi dəmirlə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdi” ifadəsi çoxsaylı ehtimallardan biridir və hadisənin dəmir alətdən istifadə etməklə törədilməsi barədə mötəbər nəticəyə gəlməyə əsas vermir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məh kəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə bağlı məhkəmə kollegiyası hadisə zamanı təqsirləndirilən şəxsin dəminr alətdən istifadə etməsi barədə dəlilləri əsassız hesab edirlir. Cinayət işinin materiallarından (məhkəmə qərarlar ından) görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi hökmdə göstərilmişdir. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs təqsirli bilindiyi hərəkətləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkibini yaratdığı üçün onların əməlləri düzgün olaraq həmin maddəyə tövsif edilmişdir Məhkum və Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamələrdən görünür ki, Məhkum və Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edə rkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın aşağı həddində cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələyə təsir edə bilən bütün hallar, o cümlədən şikayətdə göstərilən hallar nəzərə alınmış, Azərbaycan Respublikası CM-nin 8 və 58-ci maddələrinin tələblərinə tam riayət edilməklə məhk uma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmü cinayət işinin faktiki hallarına uyğun olduğundan, kassasiya protestinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri, kassasiya protestinin dəlilləri ilə eyni məzmunlu olduğundan, apellyasiya instansiya məhkəməsinin qərarında və həmin qərarla dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmündə kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinin əsassızlığına düzgün hüquqi qiymət verildiyindən, məhkə mə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayəti də təmin edilməməlidir. Beləliklə kassasiya şikayətinin təmin edilməsi üçün və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti və kassasiya şikayətli təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs Azərbay can Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-261/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-261/2020
04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver