Məhkəmə qərarları › İş №1(102)-261/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-261/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-261/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Əliyev Namiq Qadir oğlunun iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli hökmü i lə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: M..A.Məmmədov) Məhkum - xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıq dan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 25 noyabr 2018-ci il tarixdən hesablanması, Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə X5 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkum və X5 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq edərək, zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşlar. Belə ki, Məhkum X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 noyabr 2018-ci il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 oğluna məxsus yaşayış evinin qapısının qıfılını X5un hadisə yerindən əldə etdiyi dəmir parçası ilə sındırmaqla evə qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 1000 (bir min) manat dəyərində «Samsung» markalı televizoru və onun 1 ədəd 20 manat dəyərində pultunu, 1 ədəd 55 manat dəyərində «ATV plus» kartını, 1 ədəd 200 manat dəyərində yük çantasını, 3 ədəd hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 15 manat olan mobil telefon adaptorlarını, 1 ədəd 100 manat dəyərində üzərində «Daxili Qoşunlar» sözü yazılan fənəri, 1 ədəd 250 manat dəyərində lazer işığını, 2 ədəd hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 30 manat olan kompyuterin yaddaş kartlarını, 1 ədəd 20 manat internet modemini, 1 ədəd 150 manat dəyərində rəqəmsal fotoapparatı və onun 1 ədəd 10 manat dəyərində adaptorunu, 1 ədəd 20 manat dəyərində zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan üzərində «Columbia» sözü yazılmış soyuq silah hesab edilməyən turist bıçağını, 1 ədəd 5 manat dəyərində, 1 ədəd 10 manat dəyərində kişi eynəklərini, 1 ədəd 10 manat dəyərində qadın saatını, 1 ədəd 50 manat dəyərində meyvə şirəsi hazırlayan aparatı, 1 ədəd 1700 manat dəyərində «LG» markalı televizoru və onun 1 ədəd 20 manat dəyərində pultunu, 1 ədəd 150 manat dəyərində rəqəmsal televizor tunerini və onun 1 ədəd 20 manat dəyərində pultunu, 1 ədəd 5 manat dəyərində, 1 ədəd 2 manat dəyərində uşaq eynəklərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3842 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Məhkum X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 22 noyabr 2018-ci il tarixdə saat 23:00 radələrində Ünvan 2 ünvanında yerləşən X2 məxsus fərdi yaşayış evinin pəncərəsini əli ilə itələyib açmaqla evə qanunsuz daxil olaraq yataq otağından 1 ədəd 1670 manat dəyərində «Hisense» markalı televizoru, 250 manat dəyərində 1 ədəd «Samsung» markalı planşeti, 1 ədəd 300 manat dəyərində «Hisense» markalı mobil telefonu, mətbəxdə soyuducunun üstündən 350 manat dəyərində 1 ədəd «Samsung A5» markalı mobil telefonu, 51 manat dəyərində 1 ədəd «ZTE» markalı mobil telefonu, 100 manat dəyərində 1 ədəd «Samsung» markalı tozsoranı, 50 manat dəyərində massaj aparatını, içərisindəki istifadə olunmuş kosmetik ləvazimatlar olan 20 manat dəyəri ndə əl çantasını, hər birinin dəyəri 65 manat olmaqla ümumi dəyəri 130 manat olan 2 ədəd saç qaynağı aparatını, 1 ədəd 50 manat dəyərində «Panasonic» markalı telefon aparatını, 1 ədəd 20 manat dəyərində «Narciso Rodriguez» markalı qadın ətirini, 1 ədəd 60 manat dəyərində «XO» markalı qadın ətirini, 1 ədəd 12 manat dəyərində kosmetika çantasını və qonaq otağında yerləşən divanın alt gözlüyündən 41000 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs B.X.Süleymanovaya ümumilkdə 44063 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və E.E.Rəhimovdan ibarət tərkibdə) 22 avqust 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək cəza müddətinin minimum həddə endirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya prot estinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın müddətinin minimum həddə endirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin hökm dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət törətməyə görə məhkum olunmuş və cinayətlərin residivini yaratmışdır. Məhkəmə onun törətdiyi əməldən səmimi peşimançılığını cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Cinayət işinin materiallarında cəzanı yüngülləşdirən başqa halların mövcudluğu və ya məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas verən başqa mötəbər hal müəyyən edilməmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikas ı CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar