Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-261/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, Xüsusi ittihamçı X6 və onun nümayəndəsi Məmmədli Orxan Məmmədqulu oğlunun və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X və onun müdafiəçisi Mirzəbəyov Zaur Əzizağa oğlunun iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin hazırlıq iclasının 19 iyul 2023-cü il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X6 şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2023-cü il tarixli qərarı ilə isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək şikayətin yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməsinə dair xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallar üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Xun müdafiəçisi Z.Ə.Mirzəbəyov tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X10 05 iyul 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək Xnun, 30 avqust 1975-ci il tarixdə Lənkəran rayonunun Haftoni qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvllər məhkum olunmamış, heç yerdə işləməyən, Lənkəran rayonunun Haftoni qəsəbsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. X6 öz şikayətini onunla əsaslandırılmışdır ki, 30 avqust 1975-ci il tarixdə Lənkəran rayonunun Haftoni qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonunun Haftoni qəsəbəsində qeydiyyatda olmaqla orada faktiki yaşayan, 01 mart 2004-cü il t arixdən 31 mart 2021-ci il tarixədək Lənkəran rayonunun Haftoni qəsəbəsində yerləşən S.Əliyev adına tam orta məktəbdə təsərrüfat müdiri vəzifəsində işləmiş X sosial şəbəkələrdə, yuxarı instansiyalara və hüquq mühafizə orqanlarına müraciətlərində onu təhqir etməklə, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilməklə internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış, eləcə də ona böhtan atmaqla, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilməklə internet informasiya ehtiyatlarında yaymış, onu ağır cinayətlərdə ittiham edərək onu rəhbərlik və işçilər arasında, eləcə də cəmiyyətdə nüfuzdan salmağa çalışmışdır. Xin yazdıqlarının heç biri həqiqəti əks etdirməsə də, o yazdığı ərizə və izahatlarında, eləcə də sosial şəbəkələrdə etdiyi paylaşımlarda onu dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda ittiham etmişdir. Xin şikayətləri qanuna müvafıq olaraq araşdırılmış, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq X “Facebook” internet informasiya ehtiyatında 02 aprel 2023cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə “məktəbin həmkarı öz əxlaqını pula və yuxarının tapşırığına dəyişirsə, sabah öz evindəkiləri də pula satacaq” kimi fikirləri yaymış və qeyd etmişdir ki, “məktəblərdən yığılan rüşvətlə qızına və gəlininə alt paltarı alanlar, unutmayın aldıqlarınızda bütün kollektivin payı var.” Bundan başqa, o, “Facebook” internet informasiya ehtiyatında 06 may 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, “X6 Ağayevanın gözlərini pul o qədər tutub ki, 9 aylıq hamilə qadının adın 1 iş vahidi yazaraq onun maaşını mənimsəyib. Bunu da inkar edəcəksiz?” Həmçinin X “Facebook” internet informasiya ehtiyatında 12 may 2023-cü il tarixdə etdiyi paylaşımlarda yazmışdır ki, Haftoni məktəbin X6lə X15in pis günə qoyduğu 9-cu siniflərin imtahan nəticələri barədə məlumat verin görək. Utanvericidir pilot məktəb üçün.” Oxşar məzmunlu, yəni onun şərəf və ləayaqətini alçaldan, həqiqətən uyğun olmayaraq böhtan xarakteri daşıyan məlumatları X “Facebook” internet informasiya ehtiyatında 15 may, 11 iyun və 12 iyun 2023-cü il tarixlərdə də yayımışdır. Bundan başqa X, müxtəlif instansi yalara və vəzifəli şəxslərə ünvanladığı ərizələrində də məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının mövcudluğunu qeyd etmişdir. Bununla da o, qərəzli şəkildə onu biabır etmək, alçaltmaq və cəmiyyətdə hörmətdən salmaq məqsədini güdmüşdür. Buna görə, X6 barəsində şikayət etdiyi Xun əməlində CM-nin 147.1, 147.2 və 148-ci maddələrinin tərkibi olduğundan sonuncunun həmin maddələr ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (sədrlik edən hakim Pənahov Anar Elman oğlu) hazırlıq iclasının 19 iyul 2023-cü il tarixli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Xin CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X6nın xüsusi ittiham qaydasınd a şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərarından xüsusi ittihamçı X6nın nümayəndəsi O.M.Məmmədli apellyasiya şikayəti verərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunması barədə həmin qərarın ləğv edilməsini və işin birinci instansiya məhkəməsinin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 18 avqust 2023-cü il tarixli qərarı ilə X6nın nümayəndəsi O.M.Məmmədlinin apellyasiya şikayəti təmin edilmiş, Xi n CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətin icraaata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsində imtina edilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli hazırlıq iclasının qərarı ləğv edilərək toplanmış materiallar yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2023-cü il tarixli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Xin müdafiəçisi Z.Ə.Mirzəbəyov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bi r sıra maddələrinə və iş üzrə qəbul edilmiş məhkəmə aktlarına istinad edəərək apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edən müdafiəçi Z.Ə.Mirzəbəyov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xüsusi ittihamçı Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və bunun əsasında şikayətə baxılması məhkəmənin hazırlıq iclasına təyin olunaraqa həmin iclasda müdafiə tərəfi olaraq şikayətin CPM-nin 293.3.1, 293.3.2 və 293.3.3-cü maddələrinə uyğun tərtib edilmədiyini və ərizədən imtina edilməsini xahiş etmiş, Lənkəran Rayon Məhkəməsi də bunları nəzərə alaraq şikayəti icraata qəbul etməmişdir. Lakin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2023-cü il tarixli qərarına əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, xüsusi ittihamçının vəzifələrini məhkəmə yerinə yetirməlidir, yəni ittihamı məhkəmə subut etməlidir. CPM-nin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Maddənin dispozisiyasmdan da göründüyü kimi, adı çəkilən internet resursunun Xə məxsus olmasını subut edilməmiş, bu halı təsdiq edən sübutları isə xüsusi ittihamçı məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həm buna, həm apellyasiya şikayətinə verilmiş etiraza əhəmiyyət verməmiş, faktik olaraq sübutetmə vəzifəsini birinci instansiya məhkəməsinin üzərinə qoymuşdur. Xüsusi ittihamçı X6nın nümayəndəsi O.M.Məmmədli müdafiəçi Z.Ə.Mirzəbəyov tərəfindən verilmiş kassasiya şikayətinə etiraz ərizəsi verərək həmin şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Əvvəla məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, ci nayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq, onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qanunve riciliyin yuxarıda göstərilən tələblərinə əsaslanaraq və kassasiya şikayətinin dəlilərini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqların ın və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə cinayətkar qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edil məsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuli yyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdir ən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini ta pmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq norm asının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. C inayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlill ər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşya ların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut ki mi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmet inin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Qeyd olunanlarla əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti CM-nin 147.1-ci maddəsində, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmağa görə isə CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuşdur. CM-nin “Təhqir” adlanan 148-ci maddəsinin dispozisiyasına görə həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kü tləvi informasiya vasitəsində başqa şəxsin şərəf və layaqətini nalayiq formada alçaltmada, subyektiv cəhətdən isə birbaşa başqa şəxsin şərəf və ləyaqətinin alçaldılması qəsdində ifadə olunur. CM-nin 148-1-ci maddəsində isə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Xüsusi ittiham qaydasında ərizədə cinayət-prosessual qanunvericiliklə şikayətin məzmunu ilə bağlı müəyyən edilmiş tələblərə əsasən zəruri məlumatlar öz əksini tapmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 № li qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarak terli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqraml arı, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 11-ci bəndinin 2-ci abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bu izah və tövsiyələr CPM-nin 293.3, 299.3.3 və 302.1-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə görə xüsusi ittiham qaydasında məhkəməyə verilmiş ərizədə aşağıdakılar göstərilməlidir: - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); - törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz han sı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; - şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; - cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; - şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - şikayəti vermiş şəxsin imzası. CPM-nin 299.3-cü maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında digər məsələlərlə yanaşı həmç inin xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması məsələsinə də baxılır. CPM-nin 302.1-ci maddəsində isə təsbit edilmişdir ki, aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qayd ada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Müdafiəçi Z.Ə.Mirzəbəyovun kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclası mərhələsində iş materiallarında olan sübutları tədqiq edərək, “Facebook” sosial şəbəkəsində yaradılmış “X” profilinin məhz Xə məxsus olmasının öz təs diqini tapmadığı və buna dair hər hansı bir mötəbər sübutun təqdim edilmədiyi qənaətinə gələrək sonuncunun əməlində CM-nin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhətinə aid olan əlamətin – birbaşa qəsdin olmaması haqqında nəticəyə gələrək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Xüsusi ittiham qaydasında şikayət əsasında toplanmış materiallardan görünür ki, işə baxan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ““Facebook”” sosial şəbəkəsində yaradılan “X” adlı profilin Xna məxsus olub-olmaması yalnız məhkəmətexniki ekspertizası təyin edilməklə müəyyən edilə bilər ki, qeyd olun halın araşdırılması isə məhkəmənin hazırlıq iclasının deyil, məhkəmə baxış ının predmetidir. Lakin, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclası mərhələsində xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul edib məhkəmə baxışı təyin edərək “Facebook” sosial şəbəkəsində yaradılan “X” adlı profilin Xə məxsus olub-olmaması ilə əlaqədar sübutların araşdırılması məsələsini məhkəmə baxışı mərhələsində həll edilməli olmasına dair qanunun imperativ tələbini pozaraq bunu etməmiş və məhkəmənin hazırlıq iclasında yanlış olaraq sübutları öz mülahizəsinə əsasən tədqiq edib Xin əməlində cinayətin əlamətlərinin olmaması qənaətinə gələrək CPM-nin məhkəmənin hazırlıq iclası zamanı baxılan məsələlər, habelə məhkəmə baxışının predmeti və sübutların tədqiqi ilə bağlı müddəalarının tələblərini kobud surətdə pozmuşdur. Göstərilənl ərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, X6nın xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə təqdim etdiyi dəlil və sübutların faktiki olaraq şikayətdə irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün kifayət etməməsi əsası ilə və CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından həmin şikayəti icraata qəbul etməkdən imtina etmiş birinci instansiya məhkəməsinin hazırlıq iclasında qəbul etdiyi qərar cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, CPM-nin ümumi hissəsinin normalarını, eləcə də sübutların tədqiqinə dair 138-146-cı maddələrin tələblərini pozduğundan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Lənkəran Rayon Məhkəməsinin hazırlıq iclasının 19 iyul 2023-cü il tarixli qərarını ləğv edərək işin yenidən baxılması üçün birinci instans iya məhkəməsinə göndərilməsinə dair tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Xin CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6nın xüsusi ittiham qaydasında verdiyi şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə birinci instansiya məhkəməsinin hazırlıq iclasının qərarının ləğv edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, kassasiya şikayətinin dəlillərini isə - qəbuledilməz hesab edərək həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür və eyni zamanda vurğulayır ki, hazırki materiallara baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-nin 416- cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6nın və onun nümayəndəsi O.M.Məmmədlinin, kassasiya şikayətinin təmin edilməsi barədə isə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Xin və onun müdafiəçisi Z.Ə.Mirzəbəyovun çıxışlarını dinləyərək o nəticəyə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Z.Ə.Mirzəbəyovun kassasiya şikayəti təmin edilməməli və Xin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verilmiş şikayətə yenidən baxılması üçün həmin şikayət üzrə toplanmış materialların birinci instansiya məhkəməsinə qaytarılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti təmin edilməsin. Xin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X6 şikayətinə yenidən baxılması üçün həmin şikayət üzrə toplanmış materialların Lənkəran Rayon Məhkəməsinə qaytarılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2023-cü il tarixli qərarı müdafiəçi Z.Ə.Mirzəbəyovun kassasiya şikayətinə münasibətdə dəyi
Məhkəmə qərarları › İş №1(102)-261/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-261/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver