Məhkəmə qərarları › İş №1(102)-261/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-261/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-261/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi X1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 15 avqust 2024-cü il tarixli 1(106)-762/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nahid Hüseynov (sədrlik edən və məruzəçi), Neymət Məmmədov və Esmira Məmmədova) 20 fevral 2024-cü il tarixli 1(99)204/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 08 may 2024-cü il tarixdə Məhkum ərizə ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 1(99)204/2024 nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş et mişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Nahid Hüseynov) 29 may 2024-cü il tarixli 1(99)-204/2024 nömrəli qərarı ilə Məhkum həmin Məhkəmənin 20 fevral 2024-cü il tarixli, 1(99)-204/2024 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Yaşar Həşimov və İsmayıl Əhmədov) 15 avqust 2024-cü il tarixli, 1(106)-762/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 may 2024-cü il tarixli 1(99)-204/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli, 1(106)-76 2/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həbsdə olduğu vaxt atasının vəfat etməsi səbəbindən, məhkəmə hökmündən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti üzrlü olaraq ötürmüşdür. O, atasının vəfatı ilə əlaqədar hüzn içərisində olmuş və bundan dərin sarsıntı keçirmişdir. Məhkum həmçinin məhkəmənin müddətin bərpası ilə bağlı verilən vəsatətin təmin edilməməsinə aydınlıq gətirilməsi üçün özünün məhkəməyə çağırılmadını qeyd etmişdir. O bildirmişdir ki, məhkəmə prosesinin yeri və vaxtı barədə ona hər hansı məlumat verilməmiş, sadəcə məhkumun müdafiəçisi məlumatlandırılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum onun barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 1(99)-204/2024 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 394.2-ci maddəsinin tələblərinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmdən apellyasiya şikayəti hökmün sürətinin ona verildiyi andan 20 gün müddətinə verilir. Cinayət işinə əlavə edilmiş qəbzdən görünür ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 1(99)-204/2024 nömrəli hökmünün sürətini 11 mart 2024-cü il tarixdə almışdır. Apellyasiya şikayəti isə məhkum tərəfindən 08 may 2024-cü il tarixdə verilmişdir. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin onun tərəfindən buraxılması onun atasının vəfat edilməsi ilə əlaqədar şok vəziyyətində olması ilə izah etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Məhkum atası onun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 1(99)-204/2024 nömrəli hökmü çıxarılmazdan əvvəl - yəni 05 dekabr 2023-cü il tarixdə vəfat etmişd ir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətdə göstərdiyi dəlilləri apellyasiya şikayətinin verilmə müddətini üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də Məhkum apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb düzgün nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassa torun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 1(106)-762/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi il ə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 1(99)-204/2024 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2024-cü il tarixli, 1(106)-762/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar