Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2613/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Kərimov Çingiz İbinyamin oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət məhkəmə tərkibində) 20 noyabr 2023-cü il tarixli 1(101)-743/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1995-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla, ünvan 2 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutul muş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilmiş, onun barəsində seçilmiş “başqa yerə getəməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, ona qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olmasının izah olunması, narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materialların ay rılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,810 qram təşkil edən narkotik vasitə heroinin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılması müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) 8 may 2024-cü il tarixli 1(103)-475/2024 nömrəli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 20 23-cü il tarixli hökmü ləğv edilmiş və yeni hökm qəbul edilmişdir. Həmin hökmlə Məhkum CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən onun 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək tutma altında saxlanıldığı 2 (iki) gün müddətin azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanması və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, məhkəmə iclas zalından dərhal həbs edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 8 may 2024-cü il t arixdən hesablanması, CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 12 sentyabr 2022ci il tarixdə saat 10:00-da ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 2,860 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasya instansiyası məhkəməsinin ədalətsiz və qanunsuz hökmü ləğv edilməli və barəsində bəraət hökmü çıxarılmalıdır. Bələ ki, apellyasiya məhkəməsi öz hökmündə ibtidai araşdırma zamanı qanun pozuntularına yol verilməklə toplanmış sübutları sadalayaraq, heç bi r əsas olmadan yalnız həmin sübutlara əsaslanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni hökmünü ləğv etmişdir. Bakı Apellyasiya Məhkəməsi ittihamın əsasını təşkil edən ibtidai istintaq zamanı verdiyi ifadəsini, şəxsi axtarış keçirilməsi haqqında protokolu, polis əməkdaşlarının ifadələrini əsas gətirərək, birinci instansiyada məhkəmə zamanı tam və dəqiqliklə toplanmış sübutlara əhəmiyyət verməmiş, onları formal sözlərlə, yenə də ibtidai istintaq zamanı toplanmış sənədləri, protokolları sadalamaqla, elan etməklə təkzib etməyə çalışmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, qardaşı X12 da onunla birlikdə göstərilən ünvanda küçədə deyil, evdə yatmış vəziyyətdə saxlanılaraq polis bölməsinə aparılmış və hər birinə eyni məzmunlu ay-ayrı cinayət işi açılmışdır Belə ki, o və qardaşı X26 RPİ-nin 20-ci Polis Bölməsinin polis əməkdaşları tərəfindən eyni tarixdə, eyni saatda və eyni ünvandakı evdə saxlanılmış, polis bölməsinə aparılmış və barələrində müvafiq olaraq iki ayrı-ayrı cinayət işləri başlanılmış və istintaqı aparılmışdır. Lakin Məhkum barəsində olan cinayət işinin materiallarında X barəsində, X-in barəsində olan cinayət işinin materiallarında isə Məhkum barəsində məlumat olmamışdır. Qeyd olunan hallar Məhkum barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, bu tədbirlərin bütövlükdə qanunsuz və saxta olması nəticəsinə gəlinilir. Göründüyü kimi barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə sa xlanıldığı halda həmin apellyasiya məhkəməsinin qardaşı X barəsindəki qərarının qanuniliyi şübhə altına alınacaqdı və gələcəkdə həmin qərardan kassasiya şikayəti verildiyi halda həmin qərarın da ləğv olunmasına gətirib çıxaracaqdı. Belə olduğu halda apellyasiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni bəraət hökmünü ləğv edərək öz məhkəmələrinin qardaşı haqqında qərarını gələcəkdə ləğv olunmaq təhlükəsindən qorumaq və müdafiə etmək qərarına gəlmişdir. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 8 may 2024-cü il tarixli hökmünün ləğv edilərək ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Kərimov Çingiz İbinyamin oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətini n təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü y oxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində qanunsuz və ədalətsiz hökm qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual n ormaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslıl ığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətl əri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cina yət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən ci nayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd edilən normaların tələblərindən çıxış etməklə aşağıda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını göstərir. Kassasiya məhkəmə kollegiyası gəldiyi bu nəticəni əsaslandırmaq üçün birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqının nəticələrini apellyasiya məhkəməsinin gəldiyi nəticələr ilə müqayisəli şəkildə qiymətləndirməyi məqsədə müvafiq hesab edir. İş materiallarına əsasən müəyyən olunur ki, Məhkum verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham üzrə birinci instansiya məhkəməsində barəsində bəraət hökmü çıxarılmış, lakin sonradan apellyasiya protestinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum həmin əməl üzrə təqsirli bilinərək barəsində ittiham hökmü çı xarılmışdır. Müəyyən olunur ki, cinayət işi üzrə məhkəmə araşdırması zamanı müdafiə tərəfi şəxs barəsində irəli sürülmüş ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları tədqiq edib, cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb, təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqı zamanı kifayət qədər ətraflı araşdırma aparmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, verilmiş ittiham üzrə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dair kifayət qədər sübut toplanı lmamış, toplanılmış sübutlar isə mötəbərlik tələbinə uyğun olmamış, beləliklə də ona CM-in 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmamışdır. Halbuki CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Belə ki, təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə məhkəmə isti ntaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2022-ci il tarixdə səhər saat 07 radələrində nənəsi işə getdikdən sonra yaşadıqları ünvan 5 ünvanda yerləşən 5 nömrəli evin darvazasını bağlamışlar, bundan sonra yatarkən saat təxminən 09-10 radələrində bir şəxsin ayağının kürəyində olduğunu hiss etmiş, oyandıqda həmin şəxs ona səsini çıxartmamasını tapşırmış, başını qaldırdıqda evlərinə 7-8 nəfər polis əməkdaşlarının daxil olduğunu görmüş, həmin polis əməkdaşlarının hasardan aşaraq evlərinə daxil olduqlarını anlamış, evdə arvadının, azyaşlı uşağının olmasına baxmayaraq onu və qardaşı X-in əllərini qandallayaraq onu paltarsız vəziyyətdə, qardaşı Vüsala isə paltarını geyindirib avtomobilə əyləşdirmişlər, şalvarını polis əməkdaşlarına onun anası vermiş və şalvarı onun əyninə avtomobildə polis əməkdaşları geyindirmişlər, qardaşı X-i digər avtomobilə əyləşdirmişlər, 2 avtomobil dal-qabaq olaraq 20-ci Polis Bölməsinə getmişlər. Polis bölməsində polis əməkdaşları ona qarşı fiziki təsir göstərməmiş, ona ancaq hədə-qorxu gələrək onların (polis əməkdaşlarının) dediklərini təsdiq etsə qardaşını buraxacaqlarını bildirmişlər, bu səbəbdən təhqiqatçının tərtib etdiyi bütün sənədlərə imza etmiş, polis əməkdaşları tərəfindən ona verilmiş 1 bükümü çıxararaq videoçəkiliş zamanı polis əməkdaşlarına təqdim etmiş və etirafedici ifadə vermişdir, əslində onda narkotik vasitə olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10, X17 qızı və X12 da Qeyd olunan hallara uyğun ifadələr vermişlər. Onlar hər biri ayrı-ayrılıqda həmin ifadələrində p olis əməkdaşlarının 12 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində ünvan 5 ünvanında yerləşən 5 nömrəli evə icazə almadan daxil olaraq təqsirləndirilən şəxs Məhkum və onun qardaşı X-i polis bölməsinə aparmalarını, polis əməkdaşlarının Məhkum evdən yalnız alt paltarında çıxarıb polis avtomobilinə əyləşdirmələrini, Məhkum şalvarını anasının gətirib polis əməkdaşlarına verməsini və şalvarın avtomobildə Məhkum geyindirilməsini, Məhkum digər paltarlarının onun aparıldığı 20-ci Polis Bölməsinə sonradan anası tərəfindən gətirildiyini, Məhkum qardaşı X-in da eyni vaxtda, eyni evdən, eyni polis əməkdaşları tərəfindən polis bölməsinə aparıldığını göstərmişlər. Qeyd edilən halların daha ətraflı araşdırılması üçün X7 barəsində olan ********* №li cinayət işi üzrə ibtidai araşdırma materialları və b arəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü əldə edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olunur ki, birinci instansiya məhkəməsi qeyd edilən ifadələrin bir-biri ilə tamamilə uyğunluq təşkil edərək aralarında hər hansı bir ziddiyyət müəyyən edilməməsinə əsaslanıb, həmin sübutları cinayət işinin digər materialları ilə müqayisəli şəkildə yoxlayıb, təhlil edərək verilmiş ittiham üzrə sübutların təkzib olunması nəticəsinə gəlmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu şəxslərin verdikləri ifadələri, Məhkum müdafiə etmək məqsədi ilə verilən ifadə kimi dəyərləndirib mötəbər sübut kimi qəbul etməmiş, həmin şəxsləri işdə maraqlı olan şəxslər kimi dəyərləndirmiş, lakin ittihamın əsasını təşkil edə n polis əməkdaşlarının (Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2) vermiş olduqları ifadələrini hansı əsaslara dayanaraq mötəbər hesab etməsini, bu ifadələrin hansı digər mötəbər sübutlarla və işin faktiki halları ilə tam təsdiq olunduğunu əsaslandıra bilməmişdir. Qeyd edilən yanaşmaya qiymət verən kassasiya məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının verdikləri ifadələrin mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Belə ki, Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, İrlandiya Birləşmiş Krallığa qarşı 18 yanvar 1978-ci il məhkəmə qərarında, həmçinin bir sıra qərarlarda s übutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə polis əməkdaşı Məhkum barəsində istintaq hərəkətlərinnin aparılmasına dair şahid kimi ifadə vermişdir. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda həm özlərinin, həm də digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Məhkum verilmiş ittihamın əsasını, eyni zamanda həm özlərinin, hətta vəzifəcə yuxarı mövqe tutan polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Polis əməkdaşları istintaq aparan orqanda müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduğu üçün, istintaq hərəkətləri barəsində verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut kimi qəbul edilməsi üçün iş üzrə digər sübutlarla məcmu halında qiymətləndirilməlidir. Fikri davam etdirərək kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, o halda qeyd edilən şəxslərin ifadələrinə mötəbər sübutlar kimi istinad oluna bilərdi ki, həmin ifadələr digər sübutlarların məcmusuna uyğunluq təşkil etsin. Lakin baxılan iş üzrə həmin sübutlar nəinki təsdiqini tapmır hətta digər sübutlarla təkzib olunaraq, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuş işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, iş materiallarına ə sasən müəyyən olunmuş ki, təqsirləndirilən şəxs Məhkum və qardaşı X26 RPİ-nin 20-ci Polis Bölməsinin ayrı-ayrı polis əməkdaşları tərəfindən eyni tarixdə, eyni saatda və eyni ünvanda (12 sentyabr 2022-ci il tarixdə saat 10:00-da ünvan 3 ünvanın qarşısında) saxlanılmışlar, polis bölməsinə aparılmışlar və barələrində müvafiq olaraq iki ayrı-ayrı ********* və ********* №-li cinayət işləri başlanılmış və istintaqı aparılmışdır. Məhkəmənin sorğusu əsasında əldə edilmiş X7 CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmündən də görünür ki, həmin iş üzrə təqsirləndirilən şəxs X məhkəmədə dindirilərkən Bakı şəhəri, ünvan, dalan 6 ünvanını qarşısında deyil, 4-5 polis əməkdaşının onun yaşadığı evə daxil olmaqla evindən polis b ölməsinə aparılmasını göstərmiş və həmin vaxt qardaşı Məhkum də onunla birlikdə yaşadıqları evdə saxlanılaraq polis bölməsinə aparılmasını bildirmişdir. Lakin Məhkum barəsində olan cinayət işinin materiallarında X barəsində, X-in barəsində olan cinayət işinin materiallarında isə Məhkum barəsində məlumat olmamışdır. Odur ki, kassasiya məhkəmə kollegiyası qardaş olmaqla iki ayrı-ayrı şəxsin eyni vaxtda, saatda və eyni ünvanda (hətta üzərlərindən çıxması göstərilən narkotik vasitənin növü və miqdarı da eyni olmuşdur) saxlanıldıqları halda, saxlanılan həmin iki şəxsin və əməliyyat axtarış tədbirini həyata keçirmiş polis əməkdaşlarının bir-birilərini və onların istifadəsində olan avtomobillərini görməmələrinin mümkün olmaması barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razıl aşaraq hesab edir ki, belə olduğu halda hər iki qardaşın məhz evdən bir yerdə tutularaq aparılması barədə yuxarıda qeyd edilən şahid ifadələrində göstərilənlərin həqiqətə uyğun olmasını şübhə altına alınması əsassız nəticə kimi görünür. Bu baxımdan Məhkum barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmadan həyata keçirildiyinə, bu tədbirlərin qanunazidd olmamasına, işin materiallarında əks olunmuş halların isə işin faktiki hallarına uyğun olmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə də əsassız görünür. Bundan əlavə kassasiya məhkəmə kollegiyası iş üzrə “səmərəli müdafiə hüququna” dair məhkəmələrin fərqli yanaşmalarına qiymət verərkən müəyyən olunur ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götür ülməsi barədə” 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, müdafiəçisinin iştirakı olmadan keçirilən şəxsi axtarış zamanı Məhkum mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş açıq qəhvəyi rəngli, yumşaq formada, spesifik iyə malik olan maddəni təqdim edərək üzərində başqa heç bir qanunsuz əşyanın və narkotik vasitənin olmadığını bildirmiş, təqdim etdiyi maddənin narkotik vasitə «kokos» olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün bir qədər əvvəl «Papanin» kimi tanınan ərazidə tanımadığı şəxsdən 20 manata alaraq bir hissəsini istifadə etdiyini, qalanının isə öz istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. İşdə olan 12 sentyabr 2022-ci il tarixli dövlət hesabına müdafiəçi dəvət etmək haqqında qərardan görünür ki, Məhkum dövlət h esabına hüquqlarının müdafiə edilməsi üçün vəkil istəmiş və bu məqsədlə vəkilin dəvət edilməsi Bakı şəhəri 14 saylı Vəkil Bürosuna həvalə edilmişdir. İşdə olan 12 sentyabr 2022-ci il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X21 təqsirləndirilən şəxs Məhkum təqdim edilmişdir. Cinayət işinin materiallarında olan müdafiəçi X16 12 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, hüquqlarını müdafiə etdiyi Məhkum üzərinə şəxsi axtarış keçiriləcəyi barədə ona məlumat verilmiş, onun iştirakı olmadan Məhkum üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Həmçinin işdə olan Məhkum 12 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiril məsinə heç bir etiraz olmadığını bildirmişdir. Daha sonra isə məhkəmə araşdırması zamanı Məhkum ifadə verərək onun müdafiə hüququnun kobud şəkildə pozulduğunu, üzərində müdafiəçinin iştirakı olmadan şəxsi axtarış aparıldığını, həmin narkotik vasitənin ona aid olmadığını, çox qısa müddətdən sonra isə yenidən müdafiəçinin iştirakı ilə prosessual hərəkətlər davam etdirildiyini və hər ikisinin imzaladığı prosessual sənədlərin formal tərtib edildiyini bildirmişdir. Qeyd edilən halı birinci instansiya məhkəməsi iş üzrə məhkumun səmərəli müdafiə hüququnun təmin edilməməsi və faktiki müdafiə hüququnun pozuntusu kimi dəyərləndirərək bu səbəbdən, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin mühüm cinayət prosessual hərəkət kimi “baxış, götürmədə” iştirakdan imtina etmələrinə dair iradə ifadələrini n könüllü olmasını inandırıcı hesab etməmiş, apellyasiya məhkəmə kollegiyası isə həmin dəyərləndirmə ilə razılaşmamış və belə nəticəyə gəlmiş ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmini sahəsində prosessual qanunvericiliyin tələbləri pozulmamışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəmə kollegiyasının qeyd edilən yanaşmasını cinayət prosessual qanunvericiliyin müdafiə hüququnun təmininə dair normalarının formal tətbiqi kimi dəyərlədirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədi yi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir. Bir qayda olaraq, şübhəli şəxs polis məntəqəsində saxlandığı andan və ya məhkəməyəqədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır. Ümumiyyətlə, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda iştirak deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Hüquqi yardım almaq hüququ o qədər mühüm əhəmiyyət daşıyır ki, təqsirləndirilən və ya şübhəli şəxs bu hüquqdan yalnız məhdud hallarda imtina edə bilər. AİHM bu hüquqdan imtinanı ciddi surətdə məhdudlaşdırıb və imtina hallarında müvafiq təminatların olmasının vacibliyini vurğulayıb. AİHM bununla bağlı qeyd etdi ki, fərdlər ədalətli məhkəmə araşdırmasının təminatlarından könüllü istəkləri əsasında birbaşa və ya dolayısı ilə imtina edə bilərlər. Bu halda müvafiq təminatların səmərəliliyi üçün bu imtina: 1) bu hüququn mühümlüyünə mütənasib olan minimum təminatlar mövcud olmalı; 2) imtina könüllü olmalı; 3) bilərəkdən və düşünülmüş şəkildə edilməli; 4) əgər imtina barədə nəticə təqsirləndirilən şəxsin davranışı əsasında çıxarılırsa, sübut edilməlidir ki, o, bu davranışının nəticələrini məntiqlə öncədən görm ək iqtidarında olub; 5) şübhəli və ya təqsirləndirilən şəxs müvafiq hüququn məzmunu və həmin hüquqdan imtina etmənin mümkün nəticələri barədə şifahi və ya yazılı şəkildə, sadə və başa düşülən dildə dəqiq və yetərli məlumatla təmin edilməlidir. Cinayət prosessual qanunvericiliyə əsasən təqsirləndirilən şəxs başqa ədalətli məhkəmə araşdırması hüquqları kimi hüquqi yardım hüququndan da imtina edə bilər (istisnalar nəzərə alınmaqla). Lakin təqsirləndirilən şəxsin öz davranışı vasitəsilə müdafiə hüququ çərçivəsində bu əhəmiyyətli hüquqdan dolayı yolla imtina etdiyini deyə bilmək üçün onun öz davranışının nəticələrini ağlabatan çərçivədə əvvəlcədən müəyyən edə biləcəyi nümayiş olunmalıdır. Qeyd edilən tələblərdən çıxış edərək kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kolle giyası müdafiəçi X-in ilkin istintaq hərəkətlərində iştirak etməsinə baxmayaraq, sonradan onun şəxsi axtarış və götürmədə iştirak etməsindən hansı səbəblərdən imtina edildiyini, daha bundan sonra isə yenidən qoşulamasını məntiqi ağlabatan nəticə kimi özünü göstərmir. Bu səbəbdən də, kassasiya məhkəmə kollegiyası Məhkum 12 sentyabr 2022-ci il tarixli, müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığı barədə ərizəsini həqiqətən də özünün şəxsi iradə ifadəsi olmasını inandırıcı hesab etmir. Odur ki, Məhkum ilkin olaraq səmərəli müdafiə hüququnun təmin olunması üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etdiyi təqdirdə gələcəkdə veriləcək ağır ittihamın əsasını təşkil edəcək əsas sübutun məhz əldə edilməsi zamanı həmin müdafiəçinin i ştirakından imtina etməsi və eyni zamanda sonradan bu tədbir nəticəsində üzərindən çıxan narkotik vasitənin ona aid olmadığını, müdafiəçidən imtina etmədiyini, müdafiəçini video çəkilişdən sonra gördüyünü, qardaşının buraxılacağı təklifi ilə razılaşaraq verilən bütün sənədləri imzalamasını bildirməsi aparılan əməliyyat zamanı əldə olunan sübutun mötəbərliyini ciddi şübhə altına alır. İş materiallarında olan məlumatların kassasiya şikayətinin dəlilləri və yuxarıda qeyd olunan qanunvericilik normalarının AİHM-in təcrübəsinin və Plenum Qərarlarının izahları baxımında təhlili göstərir ki, apellyasiya məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçiril ərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Kassasiyası məhkəmə kollegiyası əvvəllər qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqeyinə sadiq qalaraq, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə aşağıda qeyd edilənləri təkrarən apellyasiya məhkəmə kollegiyalarının nəzərinə çatdırmağı məqsədəmüvafiq hesab edir: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrin i qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumun əməlinin tövsif edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlillərə qiymət verilmədən və bu barədə araşdırma aparılmadan, məhkumun kassasiya şikayətində göstərdiyi sübutların tədqiqi, iş üzrə müəyyən müəyyən edilmiş faktiki halları mübahisələndirdiyi barədə dəlillərinə qiymət verilməsi qeyri-mümkündür. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəlləni n 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməklə və məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməklə Məhkum barəsində hökm verməsini - CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya şikayətinin dəlillərini əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Şərh edilənlərə əsasən yuxarıda qeyd edilən halların sadalanan normaların tələblərinə uyğun yenidən araşd ırılaraq qiymət verilməsi üçün məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli hökmü ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə ko llegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 may 2024-cü il tarixli hökmü ləğv olunsun və cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2613/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2613/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver