Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2615/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X8 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X8 və analitik təhlil şöbəsinin prokuroru X20 qızının, Bəraət almış şəxs X5 və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Babalı oğlunun iştirakı ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərba ycan Respublikası CM-in və ya CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2024-cü il tarixli, 1(105)-380/2024 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X12 16 iyul 1991-ci ildə Qobustan rayonu, Xilmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan və ödənilməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu, Xilmilli kəndində qeydiyyatda olan və orada yaşayır.
2. Bəraət almış şəxs X9 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,306 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla Qobustan şəhəri ərazisinə daşımış, 15 iyun 2023-cü il tarixdə saat 20 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanılaraq Qobustan rayon Polis Şöbəsinə gətirildikdən sonra orada həmin tarixdə saat 21:16-dan 21:25-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,306 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Qobustan Rayon Məhkəməsinin (sədrlik edən hakim: X13) 09 aprel 2024-cü il tarixli, 1(026)-2/2024 nömrəli hökmü ilə X9 CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, X9 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün l əğv edilərək X5 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X11 və X7 ibarət məhkəmə tərkibində) 03 iyul 2024-cü il tarixli, 1(105)-380/2024 nömrəli qərarı ilə X9 CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Qobustan Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 1(026)-2/2024 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin təmin edilməməsi qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokuro rluğunun X8 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edərək, apellyasiya protestinin dəlillərini təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Tərlan Murtuzayevə CM-in 234.1-ci maddəsi ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir.
8. Bununla da, kassasiya protestinin müəllifi məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını, yalnız təqsirləndirilən şəxsin ifadəsinin əsas götürülməklə barəsində bəraətverici hökm çıxarılmasını qeyd edərək, kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2024-cü il tarixli, 1(105)-380/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
9. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.
10. Qərardan bəraət almış şəxs tərəf indən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X20 qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs X12 və onun müdafiəçisi Müdafiəçi Babalı oğlu kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Ümumi şəkildə kassasiya instansiyası m əhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Dövlət ittihamç ısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X12 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü mad dələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2024-cü il tarixli, 1(105)-380/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
19. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü m addəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
20. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X1 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – 0,306 qram psixotrop maddə metmafetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, X5 CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və təqsirləndirilən şəxsə işgəncə və digər qəddar davranışların tətbiqi yolu ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan X9 CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi qanuni və əsaslı olmuşdur.
22. Qobustan Rayon Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakı əsaslarla çıxış etmişlər.
23. Belə ki, bəraət almış şəxs X12 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik istifadəçisi olmayıb və heç zaman narkotikdən istifadə etməyib. Sonradan Qobustan rayon polis şöbəsinin rəisinin müavini işlədiyini və adının Vasif Zeynallı olduğunu bildiyi polis mayorunun ona onunla işləməyi, yəni yaşadığı kənddə olan və eşitdiyi məlumatları onlara xəbər verməyi təklif etmiş, o isə Vasifin təklifi ilə razı olmamışdır. Vasif Zeynallı isə ona “əgər razı olmasan səni 8-10 il göndərəcəyəm içəri”- demişdir. Lakin o yenə də razı olmamışdır. 15 iyun 2023-cü il tarixdə saat 19:30 radələrində yaşadığı Qobustan rayonunun Hilmilli kəndində atasının mağazasında işdə olduğu zaman ağ rəngli bir avtomaşının mağazadan xeyli aralıda dayandığını görmüşdür. Həmin vaxtı mağazada kənd sakinlərindən bir neçə nəfərin ol duğu üçün həmin şəxslər ona yaxınlaşmamış, adamlar getdikdən sonra sonradan adlarının Vasif və Tural olduğunu bildiyi şəxslər mağazaya girərək ondan su almış və onu çölə çağırmışlar. Həmin zaman həmin şəxslərin polis işçiləri olduğunu bilməmiş, təxmin etmişdir ki, əkin-biçin və ya heyvandarlıqla əlaqədar onunla söhbət etmək istəyirlər. Avtomaşına əyləşdikdən sonra Şahlar adlı şəxs ona polis işçiləri olduğunu deyərək ona Qobustan rayon polis şöbəsinə getməli olduğunu bildirmişdir. O, isə mağazanı sahibsiz və açıq qoya bilməyəcəyini deyərək atasına zəng etmiş, yenidən həmin şəxslərlə mağazaya qayıtmışdır. Atası Nurbaba 10-15 dəqiqə sonra mağazaya gəlmişdir. Həmin müddət ərzində o bir neçə dəfə mağazanın arxa hissəsinə keçmiş və bu zaman orada olan soyuducu onun bədəninin aşağı hissəsini poli s əməkdaşlarından gizlətmişdir. O, polis əməkdaşları ilə polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsində yenidən Vasif Zeynallı ona onlarla işləməyi təklif etmiş, o isə qəti olaraq razı olmadığından Vasif ona analiz götürüldükdən sonra danışacağını bildirmişdir. Bu zaman Şahid1 da Vasif Zeynallının yanında olmuşdur. Onu Vasifin iş otağından çıxarıb əməliyyatçıların otağına gətirmiş və seyfdən götürdüyü narkotik vasitəni onun cibinə qoymuşdur. Daha sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq onun üzərində axtarış aparılmış və cibindən narkotik çıxdığı qeyd olunmuşdur. Hədələndiyi və qorxduğu üçün vəkilə və sonra rayon prokurorunun yanına aparılarkən cibindən çıxan narkotik maddənin ona aidiyyəti olmadığını deyə bilməmişdir. 16 iyun 2023-cü il tarixdə analiz verilməsi üçü n onu Vasif, Nicat və bir nəfər polis serjantı Qobustan rayon mərkəzi xəstəxanasına Rəsul həkimin yanına aparmışlar. Xəstəxanada ayaqyoluna gedərək bir stəkana sidik ifraz etmiş və həkimin yanına qayıtmışlar. Həkimin yanında Vasif cibindən 3 ədəd test çıxararaq stəkana salmış və həkimə “bax görmürsüzmü biri qızardı”- demişdir. Həkimin tərtib etdiyi aktla onu yenidən polis şöbəsinə Vasif Zeynallının iş otağına gətirmişlər. Vasif Zeynallı həkimin sənədinə baxdıqdan sonra həmin sənədi əlində yelləyərək “mənə elə bu lazım idi, ya narkotik istifadəçisi olduğunu boynuna götür, ya da üzünə adam durquzub səni narkotik vasitələrin satıcısı kimi 8-10 il içəri saldıraram”- demişdir. Bundan sonra Vasif onun atası Nurbaba Qədirovu da hədələyərək “oğluna de ki, dinc otursun yoxsa başına oyun açarıq”- de mişdir. İki gündən sonra buraxılmış və buraxıldıqdan sonra narkoloji mərkəzə gedərək analiz üçün lazım olan nümunələri vermiş və orada onun qanında və sidiyində heç bir narkotik maddə olmadığı müəyyən edilərək bu barədə akt tərtib edilmişdir. O. həbsdən yeni çıxdığı üçün polis əməkdaşlarının hədələrindən qorxmuş və ibtidai istintaqda verdiyi ifadəni verməyə məcbur olmuşdur. Əgər onun üstündə narkotik maddə olsaydı mağazada, yolda, təbii ehtiyaclarını ödəyən zaman ayaqyolunda tullamağa kifayət qədər imkanı olmuşdur. Çünki, narkotik maddə onda olmayıb. Narkotik maddə onun üzərinə polis şöbəsində psixoloji təzyiq altında qoyulub. Polis şöbəsində ona analizin cavabında sidiyindən narkotik maddə istifadə etdiyi bilindiyini desələr də, həmin rəy iş materiallarına tikilməmişdir. Onun heç bir gü nahı yoxdur, həmin narkotik maddəni Şahid1 seyfdən çıxarıb onun cibinə qoymuşdur.
24. X5 ibtida istintaq zamanı “etirafedici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri onun məhkəməyədək vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər.
25. Məhkəmələrin X5 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.
26. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
27. Göründüyü kimi, birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıx ış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X12 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduqları ifadələri cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmiş, apellyasiya instansiyası məhkəməsi isə sübutların bu cür təhlil və tədqiqi ilə razılaşmışdır.
28. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, ittihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermədi yindən, bu sübutların şübhəli və ziddiyyətli olması, ittiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən iş üzrə əsas sübut olan X5 üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərdə onun üzərindən aşkar edilmış psixotrop maddənin olması ilə bağlı təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların məhkəmədə yoxlanılaraq təsdiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
29. Məhkəm kollegiyası eyni zamanda dövlət ittihamçısının kassasiya protestində göstərdiyi “məhkəmələrin təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində verdiyi etiraf ifadələrini, şəxsi axtarış və götürmə protokolunu, video görüntünü hansı mötəbər əsaslarla sübut kimi qəbul etməmələri” kimi dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar istər birinci instansiya məhkəməsində məhkəmə istintaq zamanı, istərsə də apellyasiya instansiya məhkəməsində araşdırılaraq qanuni və əsaslı nəticəyə gəlinmişdir.
30. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, X2 rayonu, Qobustan şəhəri ərazisində saxlanıldığı ittihamın əsasını təşkil etsə də, əməliyyat tədbirində iştirak edən şəxslər onun Qobustan şəhəri ərazisində deyil, Qobustan rayonu, Xilmilli kəndi ərazisində saxlanıldığını bildirmişlər. Həmin əməliyyat tədbirində iştirak edən Şahid2 E.N.Qədirovun saxlanıldığı saatlarda ümumiyyətlə digər bir ərazidə olduğu müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, E.N.Qədirovun 15 iyun 2023-cü il tarixdə saat 20 radələrində Qobustan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-ax tarış tədbirləri nəticəsində Qobustan şəhəri ərazisində saxlanıldığı ittiham üzrə müəyyən edilsə də, onun artıq xx.xx.2023-cü il tarixdə saat 10:55-də narkotik vasitə istifadəçisi olub-olmaması məqsədə ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasında müayinə edildiyi müəyyən edilmişdir.
31. Həmçinin, məhkəmələr belə qənaətə gəlmişlər ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların müqayisəli təhlili ittihamın əsaslılığının şübhə altına alınmasını qaçılmaz edir. E.N.Qədirova verilmiş ittiham üzrə cinayətin törədilmə yeri, vaxtı tədqiq edilmiş sübutların müqayisəli təhlili ilə ittihamda göstərilən formada olması təkzib olunur. Əməliyyat tədbirində iştirak edən Şahid2 E.N.Qədirovun ünvan 1 ünvanda deyil, başqa bir ünvanda olduğu müəyyən edilmiş, bundan əlavə E.N.Qədirovun saxlanılmadan saatla r öncə, yəni xx.xx.2023-cü il tarixdə saat 10:55-də narkotik vasitə istifadəçisi olub-olmaması məqsədə ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasında müayinə edildiyinin müəyyən edilməsi, ittiham üzrə onun saxlanılma yerinin texniki səhv nəticəsində yalnış olaraq göstərilməsi qənaətini də təkzib etməklə ittihamın əsası kimi istinad edilən sübutların mötəbərliliyinin şübhə altına alınmasını qaçılmaz edir.
32. Məhkəmə X5 ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə məhkəmələr tərəfindən qeyd edilmişdir ki, o, həmin ifadəni polisin təsiri altında vermişdir.
33. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.
34. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar.
35. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması m ümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
36. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).
37. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhəl əri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
38. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
39. X12 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut ol unmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
40. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
41. Belə olan halda məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X3 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.1-ci maddəsi ilə bəraət ver ilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2024-cü il tarixli, 1(105)-380/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 iyul 2024-cü il tarixli, 1(105)-380/2024 nömrəli qərarı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanı