Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2616/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, zərərçəkmiş şəxsin hüquqi varisi X11, Məhkum və onun müdafiəçisi X5 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 22 avqust tarixli, 1(103)-61/24 nömrəli qərarından məhkum tərəfind ən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-90/2023 saylı, 14 iyun 2023-cü il tarixli hökmü ilə (X2 (sədrlik edən), X9 və X6 ibarət tərkibdə) xx xxxxxx 1972-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 125, 178.2.4 və 182.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 5 (beş) il müddətinə, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 2 yanvar 2021-ci il tarixdən hesablanması, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X11 nümayəndəsi X8 təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum qarşı mülki iddiası qismən təmin edilmiş, təqsirləndirilən şəxs-mülki cavabdeh Məhkum vurulmuş maddi ziyana görə 576.000 (beş yüz yetmiş altı min) manat və ödənilmiş dövlət rüsumuna görə 936 (doqquz yüz otuz altı) manat, ümumilikdə 576.936 (beş yüz yetmiş altı min doqquz yüz otuz altı) manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X16 ödənilməsi, qalan hissədə mülki iddianın təmin edilməməsi, ibtidai istintaq zamanı Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Məhkum məxsus "Vaz-21099" markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi və həmin avtomobilin zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X11 xeyrinə təmin olunmuş mülki iddianın ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və Zərərçəkmiş şəxs hüquqi varisi X11 nümayəndəsi X12 tərəfindən apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın (X3 (sədrlik edən), X22 və X1 ibarət tərkibdə) 2024-cü il 22 avqust tarixli, 1(103)-61/24 nömrəli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti, şikayətə əlavə və zərərçəkmiş Zərərçəkmiş şəxs hüquqi varisi X11 nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və şikayətə əlavəyə, zərərçəkmiş Zərərçəkmiş şəxs hüquqi varisi X11 nümayəndəsi X12 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 27 may tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X11 nümayəndəsi X12 tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, təkrar zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xüsusilə külli miqdarda əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmiş və ondan sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsə hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, Məhkum tanışı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru mərhum Zərərçəkmiş şəxs etibarın dan sui-istifadə etməklə, sonuncunun Şahid10 ilə aralarında Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən iki ədəd mənzil mübahisəsi ilə bağlı müxtəlif instansiya məhkəmələrində mülki çəkişmə prinsipi üzrə uduzması ilə bağlı Şahid10 qisas almaq məqsədi ilə guya onun avtomobilinə narkotik vasitə qoydurub cinayət məsuliyyətinə cəlb etdirəcəyi ilə bağlı söhbətlər aparmış, Zərərçəkmiş şəxs bu təkliflə razılaşdıqdan bir neçə gün sonra Məhkum onun ofisinə gəlib, guya artıq Şahid10 avtomobilinə narkotik vasitə qoydurduğunu, bu məsələdən heç kimin xəbəri olmadığını deməklə aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin sonlarında ünvan 2 ünvanda yerləşən ofisində 15.000 manat, bundan bir neçə gün sonra isə Şahid10 tutulması ilə bağlı tədbirin keçirilməsi üçün əlavə pul lazım olduğunu bildirərək həmin ünvanda 4.000 manat pulu, ümumilikdə 19.000 manat məbləğində pulunu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, tanışı Zərərçəkmiş şəxs Şahid10 avtomobilinə narkotik vasitə qoydurub tutduracağı adı ilə 19.000 manat pulu ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs həmin məsələ ilə bağlı narahatçılıq keçirdiyini, etdiyi əməlin hüquq pozuntusu olduğunu dərk edib hamıdan gizli saxladığını, yayılacağı halda cəmiyyət arasında nüfuzunun ləkələnəcəyini, hüquq mühafizə orqanları tərəfindən ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsindən qorxduğunu hiss edərək, Zərərçəkmiş şəxs özünün və müxtəlif şəxslərin adından istifadə etməklə haqqında rüsvayedici məlumatlar yayacağı və tutduracağı barədə hədə-qorxu gəlməklə, sonuncud an xüsusilə külli miqdarda pul əldə etmək qərarına gəlmiş, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin sonlarında Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisinə gələrək, sonuncuya Şahid10 guya polislərin və vaxtilə onunla birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş tanışı, həmçinin Zərərçəkmiş şəxs də onun vasitəsi ilə tanıdığı Şahid12, sonuncunun əmisi oğlu kimi təqdim etdiyi Şahid15, şəxsiyyəti məlum olmayan «Gülnarə» adlı qadının vasitəsi ilə tutdurduğunu, Şahid10 «Gülnarə» adlı qadınla birlikdə onlara nəzarət edən polis əməkdaşlarını vuraraq hər ikisinin saxlanıldıqları otaqdan qaçdıqlarını, Şahid10 və «Gülnarə» adlı qadının anasının Şahid10 tutulmasının sifarişinin Zərərçəkmiş şəxs tərəfindən verildiyini bilərək, son uncu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etdiklərini, şəxsiyyəti məlum olmayan «Nurəddin» adlı tanış vəkilinin Azərbaycan Respublikası Baş Prokurorluğuna gedib 50.000 manat pul verərək həmin məsələni həll edə biləcəyini, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 50.000 manat pulunu, 2017-cı ilin dekabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs Şahid10 avtomobilinə narkotik vasitə qoydurub tutdurulmasının sifarişini verdiyini bildirərək, Zərərçəkmiş şəxs şikayət edib cinayət məsuliyyətinə cəlb olunaraq tutduracağı barədə hədə-qorxu gələrək 17.000 manat pulunu, 2018-ci ilin noyabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs Şahid10 avtomobilinə narkotik vasitə qoydurub tutdurulmasının sifariş ini verməsini, yəni sonuncunun hüquq pozuntusu törətməsi barədə guya tanışı Şahid12la birlikdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə şikayət edərək Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb etdirmək fikrində olduqlarını, fikirlərindən yayınmaq üçün onlara 30.000 manat pul verməli olduğu barədə hədə-qorxu gələrək həmin məbləğdə pulu, 2019-cu ilin yanvar ayının əvvəllərində həmin ofisdə Zərərçəkmiş şəxs guya Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində işləyən, özündən uydurduğu Elman Əhmədov adlı şəxsin onun və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmək istədiyini, Elman Əhmədov adlı şəxsin şikayətinin qarşısının alınması məqsədi ilə 50.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 50.000 manat pulunu, 2019-cu ilin mart ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində İşləyən, özündən uydurduğu Elman Əhmədov adlı şəxsin onun və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları barədə bu dəfə Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasına müraciət etmək istədiyini, Elman Əhmədov adlı şəxsin şikayətinin qarşısının alınması məqsədi İlə 50.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 50.000 manat pulunu, 2019-cu ilin iyul ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid10 polislər tərəfindən tutdurulmasında iştirak edən «Gülnarə» adlı qadının anasının qızının polislər tərəfindən Zərərçəkmiş şəxs sifarişi əsasında qanunsuz olaraq tutulması ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına şikayət etdiyini, həmin şikayətin qarşısının alınması məqsədi ilə 50.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 50.000 manat pulunu, 2019-cu ilin sentyabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid12 qardaşı Şahid14 özünü və Zərərçəkmiş şəxs onun vasitəsi ilə hədələməklə qardaşı Şahid12 və əmisi oğlu Şahid15 tutulmasında onların günahkar olmalarını, hər ikisinin barəsində polisə şikayət edib tutdurmaq fikrində olduğunu, Şahid14 onları tutdurmaq fikrindən yayındırmaq üçün 5.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 5.000 manat pulunu, 2019-cu ilin noyabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs bu dəfə guya Şahid12 əmisi oğlu Şahid15 özünü və Zərərçəkmiş şəxs onun vasitəsi ilə hədələməklə onların qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları barədə polisə şikayət etmək fikrində olduğunu, Şahid15 polisə şikayət etməməsi üçün 10.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 10.000 manat pulunu, 2020-ci ilin yanv ar ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid12 Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə özünün və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları ilə bağlı şikayət etdiyini, həmin şikayətin qarşısının alınması məqsədi İlə 20.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 20.000 manat pulunu, 2020-ci ilin may ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid12 bu dəfə Azərbaycan Respublikası Baş Prokurorluğuna özünün və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları ilə bağlı şikayət etdiyini, həmin şikayətin qarşısının alınması məqsədi ilə 40.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməy əcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədəqorxu gələrək 40.000 manat pulunu, 2020-ci ilin yay aylarında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid15 tutulduğunu, sonuncunun narkoman olduğunu, tutulduğu polis bölməsində özünü asaraq öldürdüyünü, ölümündən öncə yazmış olduğu kağızda ölümündə günahkar “Məhkum” və “Zərərçəkmiş şəxs” adlı şəxslərin yazmasını bildirməklə qorxudub, bununla bağlı onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmaqla sorğu-sual edildiyini, şəxsiyyəti məlum olmayan «Nurəddin» adlı vəkilin guya məsələnin 150.000 manata həll olunması ilə bağlı Daxili İşlər Nazirliyinin nazir müavini ilə danışıb razılıq aldığını, həmin məbləğdə pul verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyy ətinə cəlb olunaraq tutulacağı barədə hədəqorxu gələrək sonuncunun sürücüsü Şahid7 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən «Təfəkkür» Universitetinin qarşısına göndərdiyi 140.000 manat pulunu, 2020-ci ilin yay ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid15 anasının oğlunun ölümündə onun və Zərərçəkmiş şəxs günahkar olması barədə məhkəməyə şikayət etdiyini, həmin şikayətin məhkəmədə həll olunması üçün 15.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədəqorxu gələrək 15.000 manat pulunu, 2020-ci ilin sentyabr ayında həmin ofisdə Zərərçəkmiş şəxs guya «Gülnarə» adlı qadınla Şahid10 Zərərçəkmiş şəxs sifarişi əsasında qanunsuz olaraq tutulmasında iştirak etmiş polis əməkdaşının səhlənkarlığı nəticəsində «Gülnarə» adlı qadınla Şahid10 tutulduqdan sonra qaçdığı üçün daxili işlər orqanlarında xidmətdən xaric olunduğunu, xidmətdən xaric olunmuş sabiq polis əməkdaşının «Gülnarə» adlı qadınla birlikdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmək fikrində olduqlarını, onların şikayət etməməsi üçün 60.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədəqorxu gələrək 60.000 manat pulunu, 10 dekabr 2020-ci il tarixdə həmin ofisdə Zərərçəkmiş şəxs guya Şahid12 tanışı Şahid13 onun və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmaları ilə bağlı məsələdən məlumatlı olduğunu, Şahid13 ofisin qarşısına gələrək özünü yandıraraq Zərərçəkmiş şəxs ifşa etmək fikrində olduğunu, Şahid13 fikrindən yayındırmaq üçün 20.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək 20.000 manat pulunu, 02 yanvar 2021-ci il tarixdə həmin ofisdə Zərərçəkmiş şəxs guya əsl adı X7 olan «Aydın» adı ilə bilinən tanışlarının və Şahid10 atası Şahid8 onun və Zərərçəkmiş şəxs qanunsuz olaraq adam tutdurmaqla məşğul olmalarından məlumatlı olduğunu, onların bu barədə polisə şikayət etmək fikrində olduqlarını, onların şikayət etməməsi üçün 70.000 manat pul verilməli olduğunu, həmin məbləğdə pulu verməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs cinayət məsuliyyətinə cəlb olunaraq tutulacağı barədə hədə-qorxu gələrək həmin günün məzənnəsi ilə 48.195 manat təş kil edən 28.350 ABŞ dolları və 22.000 manat, yəni 70.195 manat pulunu ondan aldıqdan sonra Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi, 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində yaxalanaraq, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs onun barəsində rüsvayedici məlumatlar yayma nəticəsində tutulacağı hədəsi ilə 627.195 manat məbləğində xüsusilə külli miqdarda pulunu hədə-qorxu yolu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs 2017-ci ildə sonuncunun ona müraciəti əsasında polis əməkdaşları ilə onun tanışı olan digər şəxslər tərəfindən guya birgə keçirilmiş tədbir nəticəsində Şahid10 avtomaşınına narkotik vasitə qoydurularaq tutulmasını, daha sonra müəyyən şəxslərin Şahid10 tutulmasını Zərərçəkmi ş şəxs təşkil etdiyini bilib müxtəlif instansiyalara şikayət edərək, sonuncunun cinayət məsuliyyətinə cəlb olunacağına dair yalan və bəhanələr söyləməklə Zərərçəkmiş şəxs haqqında müxtəlif rüsvayedici məlumatlar yaymaqla həqiqətən cinayət məsuliyyətinə cəlb olunacağına inam yaratmış, 2017-ci ilin sonlarından 2021-ci ilin əvvəllərinədək olan uzun bir müddət ərzində mütəmadi olaraq Zərərçəkmiş şəxs aldatmaqla və hədə-qorxu gələrək özünün psixoloji təsiri altına salıb özündən tam asılı vəziyyətə gətirməklə, ümumilikdə 646.195 manat məbləğində pulunu ələ keçirib, sonuncuda stress, həyəcan, təşviş, gərginlik səviyyəsinin artaraq reaktiv depressvv hal keçirməsinə gətirib çıxarmış, 2 yanvar 2021-ci il tarixdə Məhkum hüquq mühafizə orqanları tərəfindən ifşa olunaraq onun haqqında olan rüsvayedici məlumatları digər şəxslərə bildirməsindən sonra onun cəmiyyət arasında olan nüfuzunun ləkələnməsini dərk etməsi qorxusu Zərərçəkmiş şəxs hisslərini daha da dərinləşdirərək özünü öldürmə istəyinin artmasına səbəb olmuş, nəticədə 06 yanvar 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı Bağlar massivində yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsindəki qonaq otağının qapısından pərdə ipi ilə özünü asaraq intihar edib ilgəyin boyun üzvlərini sıxması nəticəsində yaranmış mexaniki asfiksiyadan ölməsinə səbəb olmaqla, özündən sair cəhətdən asılı olmuş Zərərçəkmiş şəxs hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, ONUN MÜDAFİƏÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN HÜQUQİ VARİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİX İŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd edilən xüsusatlar birinci instansiya məhkəməsində araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Bundan başqa, iş üzrə toplanmış sübutlar məhkəmələr tərəfindən tam, hərətərfli və obyektiv şəkildə araşdırılmamışdır. Apellyasiya məhkəməsi heç bir istintaq hərəkəti keçirmədən, verilən ifadələri nəzərə almadan hökmdə göstərilənləri qərara köçürmüşdür. Daha sonra ona cəza təyin edilərkən cəzanın məqsədinə dair tələblərə riayət edilməmişdir. O həbs edilərkən müstəntiq zərərçəkmiş şəxsin hüquqi varisini çağırmış o isə şikayətçi olmadığını bildirmişdir. Məhkum bildirmişdir ki, ibtidai istintaq zamanı o təzyiqlərə, zorakılığa və işgəncələrə məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilə nlərə əsasən apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini, əməlinin CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilməsini və ittihamdan digər maddələrin xaric edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Çinarə Namazova kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi Abil Gadzhiev kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 22 avqust tarixli, 1(103)61/24 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edi lməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübu ta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək apellyasiya i nstansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.15 -ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ü mumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfind ən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkumun kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkumun kassasiya şikayətininin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona qarşı irəli sürülmüş CM-in 125, 178.2.4 və 182.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyas ı mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, Məhkum əməllərinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olmaması, cəzasını ağırlaşdıran hal kimi cinayətin ağır nəticələrə səbəb olması nəzərə alınmaqla, ona, CM-in 58-ci maddəsinin tələblərinə uyğun ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi mad dələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 14 iyun tarixli, 1(101)-90/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 178.2.4 və 182.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 22 avqust tarixli, 1(103)-61/24 nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2616/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2616/2025
28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver