Məhkəmə qərarları › İş №1(102)-2618/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2618/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2618/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (məhkumluğu ödənilməmi ş), ünvan 1 ünvanında qeydiyyatda olan, halhazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2024-cü il tarixli, 1(103)-2538/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli 1(101)-2244/2024 nömrəli hökmü ilə (hakimlər: A.B.Sadıqov (sədrlik edən), F.A.Məmmədov və M.N.Kərimova) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə mü əssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.C.Qarayeva (sədrlik edən), E.Ə.Mehdiyev və F.İ.Əyyubov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2024cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda 3,003 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 22 may 2024-cü il tarixdə saat 17:05-də ünvan 2 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanında yerləşən 20-ci polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 3,003 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun ağır xəstə olması, dispanserdə müalicə alması nəzərə alınmamış, nəticədə ona həddindən artıq ağır cəza təyin edilmişdir. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2024-cü il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-in 234.1ci maddəsinə tövsif edilməsini və və yüngülləşdirici hallar nəzərə alınmaqla ona yüngül cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassa siya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində onun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunduğunu, nəticəd ə onun əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırman ın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkü nlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kollegiya qeyd edir ki, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma cinayətini törətməsi və həmin əməllərə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum külli miqdarda olan 3,003 qram narkotik vasitə heroini əldə edib üzərində saxlaması və daşıması (Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayəti törətməsi) barədə qənaət sübutlara və cinayət-hüquq normasının düzgün tətbiq edilməsinə əsaslanan nəticədir. Belə ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispo zisiyalarına görə həmin normalar (hazırki işin kontekstində) şəxsin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. “Şəxsi axtarış və götürmə” aparılması haqqında 22 may 2024-cü il tarixli protokolda şübhəli şəxs Məhkum qeyd olunan maddənin götürülməsi əksini tapmışdır. Götürmə zamanı şübhəli şəxsin müdafiəçisi iştirak etmiş, etirazlar, protokola dair qeydlər verilməmişdir. Məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2889 saylı rəyinə görə kütləsi 3,003 qram (yəni külli miqdarda) olan həmin maddə narkotik vasitə hesab edilən heroindir. 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas ver ən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”ya (İ siyahıya) əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 800 qram olduqda isə xüsusi ilə külli miqdarda narkotik vasitə hesab olunur. Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 3661 nömrəli rəyinə əsasən Məhkum bir neçə narkotik vasitə və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, o, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan şəxs kimi qiymətləndirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Məhkum saxlanılmasında və baxışın keçirilməsində iştirak etmiş polis əməkdaşları, birinci instansiya məhkəməsində dindirilərkən sonuncudan narkotik vasi tənin götürülməsini təsdiq etmişlər, həmçinin ibtidai istintaq zamanı Məhkum özü ondan aşkar edilmiş narkotik vasitənin əldə edilməsi və miqdarı ilə bağlı etiraf edici ifadə vermişdir. Göründüyü kimi Məhkum əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə iddiası sübutlara, onların əsasında müəyyən edilmiş faktiki hallara və cinayət qanunu normasına əsaslanmır, əksinə Məhkum təqsirliliyinin mötəbərliyi yəni onun külli miqdarda narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşıması heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, məhkum kassa siya şikayətindən fərqli olaraq birinci instansiya hökmündən verilmiş olduğu apellyasiya şikayətində əməlinin daha yüngül maddəyə tövsif edilməsini iddia etməmiş, sadəcə ona təyin olunmuş cəzadan narazı olduğu üçün təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkumun birinci instansiya məhkəməsinin ittiham hökmündən verilmiş şikayətində ona bəraət verilməsi və ya əməlinin başqa maddəyə tövsif edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlili irəli sürməməsi, ittiham hökmünü yalnız cəza təyini hissəsində mübahisələndirməsi, apellyasiya məhkəməsinin qərarın qəbul olunandan sonra isə kassasiya qaydasında şikayətini verərək onun ittiham olunan cinayətlə heç bir əlaqəsi olmamasını iddia etməsi məntiqli və ağlabatan görünmür. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası nə mə hkəmələr tərəfindən müəyyən edilmiş sayılan işin faktiki hallarını, nə də ki, onların həmin faktlardan hasil etdikləri hüquqi nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum ona təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində deyil, 234.1-ci maddəsində göstərilən cinayətin tərkibinin olması haqqında dəlillə əsaslandırdığından, bu dəlilin əsassız olduğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sürül ən Məhkum cəzasının yüngülləşdirilməsinə dair tələb də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi (və onunla razılaşan apellyasiya məhkəməsi) iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları – Məhkum 2-ci dərəcəli (qrup) əlil olmasını və səhhətini (”İİVinfeksiyası, İV klinik mərhələ. Generalizə olmuş limfadenopatiya. Oroezofagial kandidoz viruslu hepatit C. keçirilmiş ağ ciyər vərəmi), Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, baxılan işdə cəzanın CM-in 65.2-ci maddəsinin qaydaları əsasında (təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəz asının son həddinin – 8 ilin yarısından az olmamaq şərtilə) təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran halın – cinayətlərin residivinin olması, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, mə hkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı tədqiq edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2024-cü il tarixli, 1(103)-2538/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar