Məhkəmə qərarları › İş №1(102)-262/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-262/2020

25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-262/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, zərərçəkmiş Zərərçəkmiş şəxs vəkili İbadov Zaur Fəzail oğlunun, Məhkum qızının, onun müdafiəçisi X2 iştirakı ilə, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum qızı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs vəkili İbadov Zaur Fəzail oğlu tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X4) Məhkum qızı - xx xxxxxx 1974-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri 61 saylı uşaq bağçasında musiqi rəhbəri işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azər baycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qızı ona görə ittiham edilmişdir ki, 2008-ci ilin may ayında yaşadığı Bakı şəhəri Buzovna qəsəbəsi R.Axundov küçəsi 81 saylı evdə tanışı Zərərçəkmiş şəxs gümüş məmulatları alaraq, 20 günə satıb pulunu qaytaracağı adı ilə alaraq, ondan 10000 (on min) manat alaraq ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və C.C.Ramazanovdan ibarət tərkibdə) xx xxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəy işdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs vəkili İbadov Zaur Fəzail oğlunun kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatət vermişdir. Vəsatətin dəlilləri: Zərərçəkmiş şəxs vəkili İbadov Zaur Fəzail oğlunun kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxs uzun müddət ölkə hüdudlarından kənarda olduğu üçün məhkəmə hökmünü xx xxxx 2019-cu il tarixdə əldə etmişdir. Ona görə də vəsatətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, müddətin bərpası barədə vəsatətin dəlillərini müzakirə edib, vəsatətin təmin edilməsi barədə zərərçəkmiş şəxsin vəkilinin, vəsatətin təmin edilməməsi barədə dövlət ittihamçısının, bəraət almış şəxsin və müdafiəçisinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nın predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatətə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Vəsatətdə zərərçəkmiş şəxs uzun müddət ölkə hüdudlarından kənarda olduğu üçün məhkəmə hökmünü xx xxxx 2019-cu il tarixdə əldə etdiyini, ona görə də vaxtında kassasiya şikayəti verə bilmədiyini göstərmişdir. Lakin vəsatətə hansı müddətdə, hansı əsasla, hansı xarici ölkədə olmasını təsdiq edən sübutu əlavə etməmiş dir. Cinayət işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasında cinayət işinə baxılarkən Zərərçəkmiş şəxs məhkəmə iclasında bilavasitə iştirak etmiş və qərarın surəti ona göndərilmişdir. Həmin qərardan zərərçəkmiş şəxs üçün kassasiya şikayəti vermənin qanunla müəyyən edilmiş müddəti xx xxxxxx 2018-ci il tarixldə bitmişdir. Müddətin bərpası barədə vəsatət xx.xx.2020-ci il tarixdə, yəni kassasiya şikayəti vermə müddəti keçdikdən 2 il sonra verilmişdir. Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şə xs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatətdə qanunda təsbit edilmiş əsasların mövcudluğuna dair dəlillər göstərilməmiş və sübutlar əlavə edilməmişdir. Ona görə də kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəmə sinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Zərərçəkmiş şəxs vəkili badov Zaur Fəzail oğlunun kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti təmin edilməsin. Məhkum qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2017-ci il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti vermə müddəti bərpa edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar