Məhkəmə qərarları › İş №1(102)-262/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-262/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-262/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimləri X5 (sədrlik edən), X7 və X1 ibarət tərkibdə) 03 iyun 2022-ci il tarixli hökmü ilə 18 avqust 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edi lmiş, cəzasının əvvəli 1 dekabr 2021-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınsınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə) 16 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-841 /2022 saylı, 03 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 4,749 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 6,266 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək həmin metamfetamini iki ədəd bükümlərə bölüb narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə üzərində saxlamaqla qanunsuz olaraq Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti, 515 saylı binada yerləşən “X15’’ mərkəzinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxil i işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 1 dekabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 21:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada həmin tarixdə saat 23:34-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümlərdə ayrılıqda çəkiləri 3,098 qram və 3,168 qram olmaqla ümumilikdə külli miqdarda - 6,266 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd kibrit qutusunda 4,749 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı k assasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qənaətinə əsasən isə, Məhkum ondan aşkar edilərək götürülmüş iki bükümdə 6,266 qram çəkidə psixotrop maddə metamfetamini və 4,749 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının qənaətinə əsasən, birinci instansiya məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CinayətProsessual M əcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən həmin qərar əsassız olmaqla, işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İttiham tərəfinin məhkəməyə əməlin satış məqsədi ilə törədilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməməsi ilə bağlı məhkəmə kollegiyasının dəlili aşağıda şərh olunan sübutların məcmuyu ilə uzlaşmır. Belə ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayət əməli üzrə sübut edilməli olan narkotik vasitələrin satışı faktı deyil, cinayət əməlinin subyektiv cəhəti, məqsədi dir. Bu baxımdan məhkəmənin gəldiyi nəticə reallığa və işin hallarına uyğun deyildir. Hazırki iş üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı və həmin məlumat üzrə keçirilmiş əməliyyat-axtarış fəaliyyətinin nəticəsini, yəni həqiqətən də Məhkum üzərində külli miqdarda psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan qudurulmuş marixuananın aşkar edilməsini, yaxud həmin tədbirin qanuna uyğun həyata keçirilməsini şübhə altında qoya biləcək hər-hansı hal mövcud deyil. Apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, CM-in 234.4.3-cü maddəsi yalnız narkotik vasitənin və ya psixotrop maddənin satışına görə deyil, satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddə əldə edilməsinə görə də cinayət məsuliyyəti müəyyən etmişdir və şəxs tərəfindən narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi ilə əldə edildiyi andan artıq həmin cinayət əməli başa çatmış hesab edilir. Bunun üçün hər hansı satış faktının real mövcud olması tələb edilə bilməz. Satış məqsədi isə ilkin məlumat olaraq əməliyyat-axtarış fəaliyyətinin nəticəsi kimi təsdiqini tapmaqla yanaşı həm də Məhkum üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamin və narkotik vasitə marixuananın çəkisi ilə də təsdiq edilmişdir. Məhkum külli miqdarda 6,266 qram, 2 xırda bükümə qablaşdırılmış, hər bükümdə olan psixotrop maddə kütləsinin də, külli miqdarından artıq olan (3,098 qram və 3,168 qram) metamfetamini və 4,749 qram marixuananı şəxsi istehlakla bağlı əldə etməsinə etməsinə inanmaq və yekun qərarın əsasında təsbit etmək mövcud reallıqdan və verilən real ictimai qiymətdən çox uzaqdır.. Apellyasiya məhkəməsinin qərarında əks etdirilən mövqe narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, bu sahədə layiqli cəzalandırma üzrə qanuni mübarizə imkanlarını məhdudlaşdırmaqla ümumilikdə ictimai dəyərlərin mühafizəsinə xidmət etmir. Hazırki cinayət işi üzrə, birincisi, Məhkum subay, işsiz olması, gəlirinin olmaması və cinayət işi üzrə onda aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin ümumi satış dəyəri, ikincisi, psixotrop maddə olan metamfetaminin Məhkum tərəfindən şəxsi istehlak edilmə miqdarı və ondan aşkar edilmiş psixotrop maddənin miqdarı, üçüncüsü isə onda aşkar edilmiş metamfetaminin miqdarının “külli miqdar”dan sadəcə deyil, dəfələrlə artıq olması kimi işin halları ilə cinayət işi üzrə psixotrop maddə və narkotik vasitənin əldə edilməsi və saxlanılmasının hansı məqsədlə törədilməsi tam sübuta yetirilmişdir. Psixotrop maddənin xırda bükümlərə bölünməsi həmçinin Ali Məhkəmənin Plenum qərarında göstərdiyi kimi satış məqsədinin digər göstəricisidir. Göründüyü kimi, Məhkum əməli tövsif edilərkən işin halları düzgün nəzərə alınmamış, mövcud dəlillərə qiymət verilməmiş, cinayət əməlinin tövsifində səhvə yol verilmiş, reallığa açıq-aydın uyğun olmayan nəticəyə gəlinmişdir. Məhkum edilmiş şəxsin ifadəsində, ondan aşkar edilmiş külli miqdarda, 2 bükümə qablaşdırılmış 6,266 qram psixotrop maddə olan metamfetamini və 4,749 qram narkotik vasitə olan marixuananı guya ki, istifadə etmək üçün əldə edib üzərində saxlayıb gəzdirməsi barədə göstərdikləri inandırıcı dəlil olmamaqla yanaşı sübutların məcmuyu ilə də tək zib olunur. Məhkum ifadələrindən göründüyü kimi o, psixotrop maddə metamfetamindən bəzi hallarda istifadə edirmiş, buna baxmayaraq onun bir dəfəlik isitfadə dozasından dəfələrlə artıq miqdarı təşkil edən 6 qram çəkidə psixotrop maddə metamfetaminin bütöv miqdarını, bununla yanaşı eyni vaxtda həm də narkotik vasitə qurudulmuş marixuananı üzərində gəzdirməsini əsaslandıra bilməmişdir. Məhkum üzərindən şəxsi istehlak miqdarından 42 dəfə artıq miqdarda psixotrop maddə metmafetamin, eyni zamanda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Qeyd olunan faktın özü, həmçinin Məhkum həm külli miqdarda metamfetamini, həm də qurudulmuş marixuananı hansı səbəbdən bir günlük özünə lazım olacaq dozada deyil, bütövlükdə götürüb üzərində saxlamaqla daşıması satış məqsədinin mövcud olmasını təsdi q edir. Məhkum özünü müdafiə xarakterli ifadələri əsas götürülsə də, onun həyat şəraiti haradan qazanc əldə etməsi halları da yoxlanmamışdır.Məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı mövqeyini əsaslandırmaq üçün Məhkum narkomaniya xəstəliyinin olması barədə ekspert rəyinə də istinad etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hallar nəzərə alınmamış, Məhkum üzərindən külli miqdarda psixotrop maddənin aşkar edilməsi kimi ciddi və əməlin tövsifinə təsir edən xüsusatları öz qərarında müzakirə edərək hüquqi qiymət verməməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının digər dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, Məhkum psixotrop maddəni və narkotik vasitəni satmaması, bununla bağlı onunla istehlakçı arasında razılıq əldə olunmaması onun əməlinin Cinayət Məcəlləsinin 234.1 -ci maddəsinə tövsif edilməsinə əsas vermir. Apellyasiya instansiyası məhkəməsi isə, şərh olunan sübutları nəzərə almadan, Məhkum ondan aşkar edilmiş həmin psixotrop maddə və narkotik vasitəni guya öz istifadəsi üçün üzərində saxlaması ilə bağlı işin obyektiv hallarına uyğun olmayan verdiyi məlumat əsasında onun əməlini əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1 -ci maddəsinə tövsif edən birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsınə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellya siya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq ya lnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apell yasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallar ına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin dü zgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum elan edilmiş ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 4,749 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda - 6,266 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək həmin metamfetamini iki ədəd bükümlərə bölüb narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə üzərində saxlamaqla qanunsuz olara q Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti, 515 saylı binada yerləşən “X15’’ mərkəzinin yaxınlığına daşımışdır. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 02 dekabr 2021-ci il tarixli protkoldan görünür ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusi ilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən tərtib edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması barədə protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 dekabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Məhkum həmin gün saat 21:50-də ü nvan 3 ünvanda yerləşən “X15” mərkəzinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 23:34-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrılıqda çəkiləri 3,098 qram və 3,168 qram olmaqla ümumilikdə külli miqdarda - 6,266 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd kibrit qutusunda 4,749 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 6/5322 nömrəli ekspert rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs: Məhkum üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,098 qr am, 3,168 qram, ümumi təmiz çəkiləri 6,266 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmə-bioloji ekspertizasının 02 dekabr 2021-ci il tarixli 7/1236 nömrəli ekspert rəyindən görünür ki, Məhkum götürülmüş bir ədəd kibrit qutusunda olan təmiz çəkisi 4,749 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qudurulmuş marixuanadır. Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2021-ci il tarixli 4843 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Məhkum kannabiodlərin və psxiotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq s indromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicətə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadələri ilə yanaşı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və Məhkum əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya intansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsi rkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum oğluna külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitəni və psixotrop maddəni satmağa yönəldiyi sübuta yetirilməli, həmin maddələri məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanmas ı üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotro p maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış mə qsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəs ində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Belə ki, Məhkum qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması şahid ifadələri, onun haqqında daxil olan əməliyyat məlumatı və ya əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmur. Məhkum edimiş şəxs Məhkum nə ibtidai istintaq zamanı, nə də birinci instansiya məhkəməsində, eləcə də apellyasiya icraatı zamanı narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmiş, eyni zamanda şahidlər də hər biri ayrı-ayrılıqda verdikləri ifadələrində Məhkum sorğu-sual zamanı onun narkotiki özünün istifadə e tməsi üçün aldığını bildirməsini göstərmişlər. Hətta ittiham aktında belə istinad edilən sübutların (ifadələrin) heç birində narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas verən məlumat yoxdur. Həmçinin məhkəməyədək icraat zamanı keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Məhkum narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə əlaqəsi və bükümlərdə aşkar olunub ondan götürülən psixotrop maddənin və narkotik vasitəsinin mənbəyi müəyyənləşdirilməmişdir Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Məhkum götürülən marixuana narkotik vasitəsinin kütləsinin 4,749 qram və metamfetamin psixotrop maddəsinin 6,266 qram olması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, onun həmin narkotik vasitələri satış məqsədilə əldə etm əsi kimi qiymətləndirilə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı Məhkum satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqısatqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, konkret olaraq kiməsə narkotik vasitə satması ümumiyyətlə təsdiq edilməmiş,onun ondan aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib üstündə saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar müəyyən olunmamışdır. Belə ki, narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 04 dekabr 2021-ci il tarixli 007-15725-1221 nömrəli əməliyyat tapşırığına 27 dekabr 2021-ci ci il tarixl i 007-16003- 1221 nömrəli cavab məktubundan görünür ki, Məhkum digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum narkotik vasitə və psixotrop maddəni satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər han sı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edilməsi, saxlanması və daşınması qənaətinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsa sında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hə r bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət ol ub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamə tlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyası nda nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qə rarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq həmin məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkumun əməlinin tövsifi ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-i n 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmişdir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar