Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2621/2024 17.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 1(124)-82/2024 nömrəli (hakimlər: Məmmədov Elçin Qüdrət oğlu (sədrlik edən), Hüseynli Nurəddin Nizami oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının çəkilməsi müddətinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılması, üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kə nara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması müəyyən edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 1(124)-82/2024 nömrəli (hakimlər: Məmmədov Elçin Qüdrət oğlu (sədrlik edən), Hüseynli Nurəddin Nizami oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə dövlət ittihamçısı Məmmədov Samir Nazim oğlu CPM-in 39.1.2, 41.3 və 84.6.9-cu maddələrinə əsasən təqsirləndirilən şəxs Məhkum qarşı CM-in 32.4,312.2 -ci maddəsi ilə irəli sürülmüş ittihamın müdafiəsindən imtina etdiyinə görə Məhkum barəsində CM-in 32.4,312.2-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Rəhimov Elman Gülbaba oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət məhkəmə tərkibində) 21 may 2024-cü il tarixli 1(105)238/2024 nömrəli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CM-in 178.2.1 və 17 8.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum olunmuşdur, ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmişdir. Belə ki, Məhkum tanışları X7 və X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs əmlakının ələ keçirilməsini öz aralarında razılaşdıraraq həmin məqsədlə Xaçmaz rayon prokurorluğunda CM-in 29,120.2.1 və 221.3-cü maddələri ilə istintaq olunaraq baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş cinayət işi üzrə təqsirləndirilən şəxs X2 cinayət məsuliyyətindən və həbsdən azad olunması üçün, yəni bilə-bilə qanunsuz hərəkətlərə görə vəzifəli şəxs hesab olunan, həmin cinayət işinin ibtidai istintaqını aparmış Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas Şahid5 və Azərbaycan Respublikası Baş Prokurorluğunda işləyən vəzifəli şəxsə rüşvət verməklə bu işin müsbət həll olunacağına dair Zərərçəkmiş şəxs yalan vədlər verib sonuncunu aldadaraq X 2021-ci ilin iyun ayının sonlarında günorta saatlarında Sumqayıt şə həri, x küçəsində yerləşən “x" adlanan restoranda Zərərçəkmiş şəxs məxsus 5000 manat pul vəsaitini alıb ələ keçirərək həmin pulun 4000 manatını 2021-ci ilin iyun ayının sonlarında saat 11 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “x" restoranında X-ə vermiş, 2021-ci ilin iyul ayının əvvəllərində saat 13 radələrində Sumqayıt şəhərində, 4-cü mikrorayon ərazisində yerləşən “x" restoranında 1000 manatı Məhkum təqdim etmiş, sonuncu isə 2021-ci ilin iyun ayının sonlarından başlayaraq həmin ilin iyul ayının sonlarınadək olan müddət ərzində müxtəlif vaxtlarda Xaçmaz rayonu, Bakı prospektində yerləşən dairənin yaxınlığında 500, 500 və 700 manat olmaqla ümumilikdə 3 dəfəyə 1700 manat, Xaçmaz şəhəri, Ziya Bünyadov küçəsində yerləşən “x” restoranının yaxınlığında isə 2000 manat pulu Zərərçəkmiş şəxs şəxsən alaraq, habelə sonuncu tərəfindən 7 iyul 2021-ci il tarixdə saat 20:58-də Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən “x” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə 700 manat, 16 iyul 2021-ci il tarixdə saat 20:16-da həmin terminal vasitəsilə 500 manat pulun “Kapital Bank" ASC-də öz adına qeydiyyata alınmış 4169-7385-4700-4568 nömrəli plastik bank kartına köçürülməsinə nail olub, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 9900 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmiş, yəni aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassas iya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Məhkum cəza təyini məsələsini müzakirə edərkən onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, cinayət əməlini törətdikdən sonrakı davranışlarını nəzərə almadan ona yüngül cəza növü təyin etmişdir. Belə ki, məhkəmənin təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayət əməlini törətdikdən sonrakı davranışını nəzərə almadan cəza təyin edərkən nümayiş etdirdiyi həddən artıq humanizm mövqeyi ilə razılaşmaq qeyri-mümkündür. Azərbaycan Respublikası CM-in 34.8-cü maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşk ilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Lakin məhkəmə qərarda hər hansı əsaslandırma və müzakirə aparmadan təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə almadan daha yüngül cəza təyin etmiş, nəticədə nümayiş etdirdiyi humanist mövqe ədalətsiz cəza təyininə gətirib çıxarmış, bununla da, CM-in 8 və 58.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkum asan yolla gəlir əldə etmək məqsədi ilə dəfələrlə dələduzluq cinayətini törətmiş, məhkəmə istintaqı zamanı özünü müdafiə xarakterli xüsusatlar təkzib edilərək ibtidai istintaq və məhkəmədə tam sübuta yetirilməsinə baxmayaraq Məhkum verilmiş ittihamı qismən inkar etmiş, bu ha llar isə onun islah olmaq yolunda olmadığına dəlalət edir. Bundan başqa təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmədən barışıq əldə etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum məsuliyyətini ağırlaşdıran hal olmadığı, yüngülləşdirici hallar olduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının son həddini verməklə məhkəmə Azərbaycan Respublikasının cəzanın ədalətli olmasına dair cinayət qanunvericilinin ədalət prinsipini kobud surətdə pozmuşdur. Apellyasiya instansiyası məhkəmə si qərarında yüngülləşdirici hal kimi Məhkum vurulmuş ziyanı qismən ödəməsini göstərir. Halbuki məhkəmə nəzərə almamışdır ki, Məhkum tərəfindən onun payına düşən ziyandan artıq, yəni 5400 manat pul ödənilmişdir. Vurulmuş ziyanın ümumi məbləği isə 9.900 manat təşkil edir. Cinayət 3 nəfər şəxs qabaqcadan əlbir olmaqla, yəni iştirakçılıqla törədilmişdir. Məhkəmənin qərarında hər bir iştirakçının rolu ayrılıqda müəyyən edilməmişdir. Halbuki Konstitusiya Məhkəməsi Plenumu iştirakçılıqla bağlı qəbul etdiyi bir sıra qərarlarında qabaqcadan əlbir olan şəxslər tərəfindən törədilən cinayətdə hər bir şəxsin rolunun dəqiq müəyyən edilməsi tələb olunur. Məhkəmə qərarında 3 nəfər şəxslərdən hər biri təqsirləndirilən şəxsin özgəsinin əmlakını ələ keçirməklə bağlı hər bir təqsirləndirilən şəxsin rollarını n nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmənin qərarından isə görünür ki, zərərçəkmişdən pulun 5000 manatını X almış, onun 1000 manatını X-ə vermiş, Məhkum isə 4900 manat almışdır. Lakin hər bir şəxsin yerinə yetirdiyi rol müəyyən olunmadığından vurulmuş ziyanın iştirakçılar arasında hansı məbləğdə bölünməsi də, hər bir şəxsin vurulmuş ziyana münasibətdə təqsirlilik dərəcəsi müəyyən olunmamışdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarının ləğv edilərək CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının ən aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini, kassasiya protestinin isə təmin edilməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsi ndə kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu, məhkum tərəfindən verilmiş kassasiya şikayətində isə ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcr übəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, hə min tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədil məsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müə yyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, İİ qrup əlil olması) olması, ağırlaşdıran hall arın isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Məhkum İİ dərəcəli əlildir. İşin materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Məhkum ona dəyən ziyandan qismən, yəni 5400 (beş min dörd yüz) manat ödəmişdir. Onunla barışmışdır. Həmçinin hər ay təqsirləndirilən şəxs Məhkum tərəfindən ona 200 (iki yüz) manat məbləğində ödəniş edilməsi barədə razılığa gəlmişlər. Ona görə də, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPMin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya məhkəmə kollegiyası məhkəmələrin məhkumun cəzasını yüngülləşdirən hallara istinadına, həmç inin yüngülləşdirici halların kifayət qədər nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxu d digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hal lar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2621/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2621/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver