Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2625/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9 qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(124)-315/2022 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin 28 iyun 2024-cü il tarixli, 1(124)-315/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli, 1(105)-581/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(124)-315/2022 nömrəli hökmü ilə (hakimlər H.S.Əliyev “sədrlik edən və məruzəçi ” F.Z.Hümbətov və A.T.Rzayeva) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay (bir il altı ay) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il 6 ay (bir il altı ay) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş il) müddətə azadlıqdan məhrum etmə cə zası təyin edilməsi, Azərbaycan Respulikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti olaraq 2 il 6 ay (iki il altı ay) müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum təyin edilən əlavə cəza dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması, təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, cəza çəkmə müddətinin başlanğıcı 12 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən xx.xx.2022ci il tarixdə hökm qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Məhkum olunmuş Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair 27 may 2024-cü il tarixli vəsatəti 03 iyun 2024-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(124)-315/2022 nömrəli qərarı ilə Məhku m Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(124)-315/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti əsassız olduğuna görə təmin edilməmişdir. Məhkum olunmuş Məhkum həmin qərardan apellyasiya şikayəti vеrərək tərəfindən verilmiş vəsatətinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarı ilə təmin edilməməsini vurğulayaraq apellyasiya şikayəti vermək hüququnu əldə etməyinə köməklik göstərilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət məhkəmə tərkibində) 08 avqust 2024-cü il tarixli, 1(105)-581/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(124)-315/2022 qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli, 1(105)-581/2024 nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlilləri qismində keçirdiyi stres, şəxsi problemləri, psixoloji durumunun vaxtında hökmün mübahisələndirilməsinə mane olmasını qeyd edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli, 1(105)-581/2024 nömrəli qərarını şikayətinə münasibətdə dəyişdirərək, buraxılmış prosessual müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Prosses iştirakçılarının çıxışları: Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X9 qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya mü vafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(124)-315/2022 nömrəli hökmü elan olunarkən Məhkum müdafiəçisi Müdafiəçi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(124)-315/2022 nömrəli hökmünün surəti xx.xx.2022-ci il tarixdə Məhkum imza etdirilməklə təqdim olunmuşdur. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yən i birinci instansiyası məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarında müəyyən etdiyi kimi, onun Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü hallardan baş verməmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 2 ilə yaxın vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum kassasiya şikayətinin dəlilləri qismində müddəti ötürməsi əlaqədar hər hansı hala istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessu al müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(124)-315/2022 nömrəli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüququndan istifadə etməmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya sı məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstəri lmişdir. Ona görə də, kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı dəlil göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imka nının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 1(124)-315/2022 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin 28 iyun 2024-cü il tarixli, 1(124)-315/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2024-cü il tarixli, 1(105)581/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-2625/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2625/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver