Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-263/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X17 oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: M.A.Xankişiyev (sədrlik edən və məruzəçi), F.Ə.Qəniyev və M.M.Ağalarovdan ibarət tərkibdə) Məhkum- xx xxxxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sumqayıt şəhəri 18-ci məhəllə, ev-29, mənzil10-da yaşamış Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli xx xxxx 2017-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki,o, Məhkum tamah məqsədi ilə özgə əmlakını ələ keçirmək üçün xx xxxxxx 2017-ci il tarixdə saat 03 radələrində ü1 küçəsində yerləşən, X7 işlətdiyi “Ən ucuz marketin” birinci mərtəbəsinin arxa divarındakı plastik pəncərəni vintaçanla açaraq marketə qanunsuz daxil olub, ilkin olaraq həmin marketin üçüncü mərtəbəsində dəhlizdə quraşdırılmış hər biri 120,0 manat olmaqla, ümumi məbləği 360,0 manat dəyərində olan 03 ədəd “Hikvision” markalı təhlükəsizlik kameralarının yaddaş blokunu, sonra isə mühasibat otağına daxil olub, otaqdakı saxlanc yeri hesab olunan dəmir seyfin qapısını dəmir kəsən mişar və mismar çıxaran alətlə sındırıb açmaqla, seyfin içərisində saxlanılan 12.500 manat, xxx xidməti otağındakı masanının siyirməsində saxlanılan 22.500 manat pulu, ümumilikdə isə 35.360 manat dəyərində əmlakı gizli yolla talayıb, xxx xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədilə xx xxxxxx 2017-cı il tarixdə saat 05 radələrində X4 məxsus ü2 evin həyətində olan gündəlik tələbat malları mağazasının dam örtüyünün mismarlarını kəlbətinlə çıxarıb, mağazanın tavanına vurulmuş lambirini təpiklə vurub sındıraraq qanunsuz içəri daxil olub, mağazadan ümumilikdə 2.800 (iki min səkkiz yüz) manat dəyərində “Viceroy”, “Kent”, “Vinston” və “More” markalı siqaretləri və mağazadakı saxlanc yeri hesab olunan kassadan 100 (bir yüz) manat dəyər ində xırda pulları, ümumilikdə isə 2.900 (iki min doqquz yüz) manat dəyərində əmlakı gizli yolla talayıb, Azər Allahverdiyevə ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2017-ci il tarixdə saat 03 radələrində əvvəl X8 rəhbərlik etdiyi ünvan 1 ünvanında yerləşən beş otaqdan ibarət “MCM” şirkəti ofisinin həyətə baxan pəncərəsinin dəmir barmaqlıqlarını dəmir linglə sındıraraq, plastik pəncərəni vintaçanla açıb qanunsuz içəri daxil olaraq, xxx xidməti otağındakı saxlanc yeri hesab olunan dəmir seyfin qapısını dəmir linglə sındıraraq seyfdə saxlanılan xxx məxsus həmin dövrə manatla məzənnəsi 7.403,2 (yeddi min dörd yüz üç manat iyirmi qəpik) manat təşkil edən 4.000 avronu və 850 (s əkkiz yüz əlli manat) manat pulu, ümumilikdə isə 8.253,2 (səkkiz min iki yüz əlli üç manat iyirmi qəpik) manat dəyərində əmlakı gizli yolla talamaqla, xxx xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə xx xxx 2017-ci il tarixdə saat 02:30 radələrində Abşeron rayonu Masazır kəndində yerləşən X9 məxsus ərzaq mağazasının dəmir barmaqlığından asılmış dəmir qıfılı dəmir parçası ilə sındıraraq qanunsuz içəri daxil olub, mağazadan 700 (yeddi yüz) manat dəyərində müxtəlif çeşiddə olan siqaretləri, 250 (iki yüz əlli) manat dəyərində olan danışıq kartlarını və 250 (iki yüz əlli) manat nağd pulu, ümumilikdə isə 1.200 (bir min iki yüz) manat dəyərində əmlakı gizli yolla talayıb, Vüsal Əlvəndova ziyan vurmaqla oğurluq etmişdir. Bundan əla və o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2017-ci il tarixdə saat 03 radələrində X1 rəhbərlik etdiyi ü3saylı binanın zirzəmisində yerləşən “xxxx” MMC-nin arxa pəncərəsinin dəmir barmaqlıqlarını dəmir linglə sındırmaqla, pəncərəni vintaçanla açıb qanunsuz içəri daxil olaraq, xxxn xidməti otağındakı saxlanc yeri hesab olunan dəmir seyfin qapısını dəmir linglə sındıraraq seyfdə saxlanılan xxx məxsus 3.000 (üç min) manatı, həmin dövrə manatla məzənnəsi 9.687,78 (doqquz min altı yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat təşkil edən 5.691 ABŞ dollarını, digər otaqdan 800,00 (səkkiz yüz) manat dəyərində “HP Elitebook” markalı notebooku, 250,00 (iki yüz əlli) manat dəyərində notebookun stasionar istifadəsi üçün nəzər də tutulmuş “Docking Station” markalı avadanlığı, 60,00 (altmış) manat dəyərində “NEXTEN” markalı 250 GB həcmli sərt diski, ümumilikdə isə 13.797,78 (on üç min yeddi yüz doxsan yeddi manat yetmiş səkkiz qəpik) manat dəyərində əmlakı gizli olaraq talamaqla, zərərçəkmiş şəxs xxx xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədilə tanışları X15 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xxx idarə etdiyi “Mercedes” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxx 2017-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi Sənaye bölgəsi 3 ünvanında yerləşən “Packinvest LTD MMC”-nin inzibati binasının yaxınlığına gələrək, əvvlcədən planlaşdırdıqları kimi xxx kənar şəxslərin gəlməsi barədə məlumat verməsi üçün avtomobildə gözləmiş, Məhkum xxx birlikdə MMC-nin inzibati binasının plastik pəncərəsini vintaçanla açıb qanunsuz içəri daxil olaraq, əvvəlcə mühasibat otağı ilə yanaşı olan otaqdan bir ədəd 150.0 manat dəyərində “HİKVİSİON” markalı DS 7208BHQHİ-1 modelli təhlükəsizlik kamerasının yaddaş blokunu, daha sonra mühasibat otağına daxil olub otaqdakı saxlanc yeri hesab olunan dəmir seyfin qapısını dəmir kəsən alət və dəmir linglə sındıraraq seyfin içərisində saxlanılan “Packinvest LTD MMC”-nə məxsus həmin dövrə manatla məzənnəsi 89.062,63 (səksən doqquz min altmış iki manat altmış üç qəpik) manat təşkil edən 52.319 (əlli iki min üç yüz on doqquz) ABŞ dollarını, manatla məzənnəsi 1.640,8 (bir min altı yüz qırx manat səkkiz qəpik) manat təşkil edən 930 (doqquz yüz otuz) avronu və 2. 652 (iki min altı yüz əlli iki) manat pulu, ümumilikdə isə 93.505,43 (doxsan üç min beş yüz beş manat qırx üç qəpik) manat dəyərində əmlakı gizli yolla talamaqla, “Packinvest LTD MMC”-yə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: V.C.Cəfərov (sədrlik edən və məruzəçi), N.M.Nəsibov və E.M.Əhmədovdan ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəza müddətinin yünggülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarında göstərilən epizodların çoxunda iştirakının olmadığını, onun himayəsində ikiazyaşl uşağın olmasını, cinayət əməlindən səmimi peşimançılığını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgün lüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, a şağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkum cinayət işinin materiallarında göstərilən epizodların çoxunda iştirakının olmamasını göstərsə də konkret hansı epizodda iştirakının olmadığını göstərməmişdir. Cinayət işinin materiallarından görünür ki, ona elan edilmiş bütün epizodlar üzrə cinayət əməlləri Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv tədqiq edilmiş sübutların məcmusu ilə tam təsdiq edilmişdir. Məhkum apellyasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş və apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Ona görə də kassasiya şikayətinin cinayət əməllərinin hüuqi tövsifi barədə dəlillərinin hüquqi əsası yoxdur. Kassasiya şikayətinin digər dəlilləri təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədədir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə Məhkum himayəsində iki azyaşlı uşağın olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi, eləcə də zərərçəkmiş şəxs X3 ondan şikayətinin vəö tələbinin olmamasını, cəzasını ağırlaşdıran halları olmamasını cəza təyin zamanı nəzərə almış və təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində ona azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Eyni əsalarla birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayəti də təmin edilməmiş və apellyasiya instansiya məhkəmə si apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv yoxlayaraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən halların nəzərə alınaraq cəzanın daha da yüngülləşdirilməsinə əsasların olmadığı barədə apellyasiya instansiya məhkəməsinin gəlidiyi nəticə qanuni və əsaslı olduğundan apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təyin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx xx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-263/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-263/2020
28.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver