Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-263/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə 17 avqust 1986-cı ildə Ukrayna Respublikası, Dnepropetrovsk şəhərində anadan olmuş, AR vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə m əşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli, 1(103)-529/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: T.Q.Hüseynov (sədrlik edən), Ə.İ.Məmmədov və F.A.Qəribov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmək də təqsirli bilinərək 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum olunaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və Məhkum barəsində bəraət hökmünün çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarı ilə, (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 263.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2021 saylı, 23 dekabr 2021-ci il tarixli hökmü məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum nəqliyyat vasitəsini idarə etmə hüququ verən “BC” dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan və Zərərçəkmiş şəxs4nə məxsus etibarnamə əsasında idarə etdiyi “Ravon Nexia R3” markalı 90-PL976 dövlət nömrə nişanlı avtomobili 19 aprel 2021-ci il tarixdə saat 21 radələrində, Bakı şəhəri Sabunçu rayonu Heydər Əliyev p rospekti ilə “Koroğlu” metrosu istiqamətindən Heydər Əliyev Hava Limanı istiqamətinə saatda 100 km sürətlə idarə edərkən, Sabunçu körpüsünün yaxınlığında yolu sağdan-sola keçməyə piyadaların hərəkət hissəsinə daxil olması ilə hərəkət üçün təhlükə yaransa “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə kimi azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməmiş və yol-hərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə piyadalar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və sonuncunun oğlu Zərərçəkmiş şəxs1 vurulmasına, nəticədə isə Zərərçəkmiş şəxs2 baş beyin əzilməsi, ənsə sümüyünün kəllə əsasına keçən yerini dəyişməyən sınığı və iki tərəfli hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması), hər iki ağciyərin zədələnməsi, sol Vİ, Vİİ, İX və X qabırğaların yerini dəyişmiş sınıqları, dalağın zədələnməsi, daxili qanaxma ilə müşayiət edilən döş qəfəsi və qarının küt travması, sol kürək və çanaq sümüklərinin yerini dəyişmiş sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlərini almasına, Zərərçəkmiş şəxs3 ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid baş-beyin maddəsinin əzilməsi və baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol bazu sümüyün və sağ mil-bilə k oynağının yerini dəyişən qapalı sınıqları, sol diz oynağı və sağ baldır sümüklərinin yerini dəyişən açıq qəlpəli sınıqları, ənsə, sol diz oynağı və sağ baldır nahiyyələrinin əzilmiş-cırılmış yaraları, sifətin və bədənin çoxsaylı sıyrıq və qançırları ilə müşayiət edilən həyat üçün təhlükəli xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs1 ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid onurğa beyninin boyun şöbəsinin əzilməsi, İ-İİ-İİİ boyun fəqərələrinin fəqərə qövslərinin və cisminin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, sağ Vİİ-Vİİİ-İX, sol Vİİİ-İX qabırğaların yerini dəyişməyən qapalı sınıqları, hər iki baldır nahiyəsinin əzilmiş-cırılmış yaraları, sifətin və bədənin müx təlif nahiyyələrinin qançır və sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən 3 saylı şəhər Klinik xəstəxanada ölməsinə və “Ravon Nexia R3” markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi ilə mülkiyyətçisi Zərərçəkmiş şəxs4 MMC-yə 6425 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışı zamanı iş üzrə əsas sübut olmaqla yolnəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən tərəflərindən məhkəməyə təqdim edilmiş videogörüntü qiymətləndirilmədən kənarda qalmış, məhkəmələr tərəfindən yalnız obyektiv sübutlara söykənməyən istintaq materiallarına istinadən qə rarlar qəbul edilmişdir. Məhkəmələr qərarlarında xx.xx.2021-ci il tarixli üzləşdirmə protokoluna istinad etsələr də, həmin istintaq hərəkəti zamanı hadisə yerinin episentrində olan, hadisədən əvvəl avtomaşınların necə hərəkət etmələrini, o cümlədən Məhkum avtomaşınının necə piyadaların vurulduğu nöqtəyə çatmasını görən sağ qalmış zərərçəkən X6 verdiyi ifadələrdən müəyyən edilir ki, o, Məhkum avtomaşınını hərəkət hissəsinə daxil olarkən yox, yolu keçən zaman görmüşdür. Bu zaman artıq ittiham tərəfi və məhkəmənin vəzifəsi olmuşdur ki, X6 Məhkum avtomaşınını hansı nöqtədən, hansı hərəkət zolağının hansı hissəsinə olarkən görmək imkanı olması və görməsini müəyyən etsin. Bu hal isə videogörüntülərlə müəyyən edilə bilər ki, bu sübut da məhkəmənin diqqətindən kənarda qalmışdır. Halbuki məhkəmələr in gəldiyi qənaətdən fərqli olaraq videogörüntüdən açıq aşkar görünür ki, piyadalar yol yarısından çox hissəsini keçdikdən sonra Məhkum görünüş dairəsinə düşür və onun hərəkəti üçün təhlükə anı onun piyadaları faktiki görmək imkanı olduğu andan yaranır. Bu səbəbdən piyadaların təhlükə anının davam etdiyi müddət ərzində qət etdikləri məsafə istintaq orqanının müəyyən etdiyi kimi 16,9 metr yox, bundan qat-qat azdır. İstintaq orqanının müəyyən etdiyi qalan parametrlərlə, yəni piyadaların və avtomobilin hərəkət sürəti göstəriciləri ilə müdafiə tərəfi olaraq razılaşırıq. Videogörüntüdən açıq-aşkar görünür ki, piyadalar təqsirləndirilən Məhkum görünür dairəsinə düşdükləri andan vurulduqları ana qədər iti qaçışla maksimum 5-6 metr, yəni iki hərəkət zolağının enindən az məsafə qət edirlər. Videogö rüntüdən açıq-aşkar görünür ki, daha böyük məsafədən piyadaları görməyə Məhkum onun qarşısında bir qədər sağda hərəkət edən ağ rəngli naməlum avtomaşın maneə olur və onun görünüş dairəsini azaldır. Müdafiə tərəfi olaraq hesab edirlər ki, yol-nəqliyyat hadisəsinin başvermə mexanizmi reallıqda aşağıdakı kimi olmuşdur: “Məhkum nəqliyyat vasitəsini idarə etmək hüququ verən BC dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, Zərərçəkmiş şəxs4 MMC-yə məxsus, etibarnamə əsasında idarə etdiyi “Ravon-Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili 19 aprel 2021-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən, H.Əliyev Hava Limanı istiqamətinə 100 km/saat sürətlə idarə edərkən, Sabunçu körpüsü yaxındığında eyni istiqamətdə nəqliyyat vasitələrinin sıx hərəkətdə olduğu şəraitdə yolu sağdan sola keçmək üçün hərəkət hissəsinə daxil olmuş piyadaları, onların hərəkət hissəsinə daxil olduqları anda görmək imkanı olmadığından sürətini azaltmadan yoluna davam etmiş və piyadalar X6, Zərərçəkmiş şəxs3 və sonuncunun oğlu Zərərçəkmiş şəxs1 onun qarşısında və bir qədər sağında eyni sürətlə hərəkətdə olan naməlum avtomobilin qarşısından çıxaraq iti və sürətli qaçışla onun hərəkət zolağına doğru qaçdıqlarını görmək imkanı yarandığı və gördüyü anda hadisənin qarşısını almaq məqsədilə sərt tormozlama aparsa da, hadisənin qarşısını ala bilməyərək, idarə etdiyi avtomobilin qabaq hissəsi ilə, piyadaları vurmuş, nəticədə Zərərçəkmiş şəxs3 aldığı xəsarətlərdən hadisə yerində, onun oğlu Zərərç əkmiş şəxs1 isə 3 saylı Bakı şəhər Klinik Xəstəxanasında ölmüş, X7 isə sağlamlığa ağır dərəcəli zərər vurmaya aid edilən xəsarətlər almışdır. Məhkum hərəkəti üçün təhlükə piyadaların onun sağında eyni istiqamətdə hərəkətdə olan ağ rəngli naməlum avtomaşının qarşı hissəsindən iti sürətlə qaçaraq sağdan sola keçmələri zamanı onun görünüş dairəsinə düşdükləri andan anda yaranmışdır. Piyadalar Məhkum görünür dairəsinə düşdükləri andan sonuncunun avtomaşını ilə vurulduqları ana qədər iti sürətli qaçışla 5-6 metr məsafə qət edə bilmişlər. Avtomobilin hərəkət sürəti və piyadaların iti qaçış sürətləri ilə bağlı məlumatlar cinayət işinin materiallarında, o cümlədən iş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyində vardır. İstintaq orqanı məhz hadisənin baş verməsini özün də əks etdirən bu mexanizm üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edib keçirməli və nəticədən asılı olaraq prosessual qərar qəbul etməli olmuşdur. Beləliklə müdafiə tərəfi olaraq hesab edirlər ki, istintaq orqanı tərəfindən hadisə mexanizmi təhrif edilmiş, hadisə mexanizmi qəsdən saxtalaşdırılmış, qeyri-real parametrlərlə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilib keçirilməklə qərəzli rəy alınmış və bu səbəbdən də hörmətli məhkəmə tərəfindən iş üzrə yuxarıda şərh olunan mexanizm üzrə kompleks məhkəmə video-texniki və yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib keçirilərək rəy alınmalıdır. Video-texniki ekspertiza müəyyən bəhanələrlə piyadaların təqsirləndirilən şəxsin görünüş dairəsinə hansı andan düşmələrinin ekspertiza yolu ilə müəyyən edilməsinin mümkünsüzlüyün bi ldirmişdir. Lakin buna baxmayaraq videogörüntüdən görünən danılmaz hallar mövcuddur və bu halları hörmətli məhkəmə də inkar edə bilməz. Bu hallar aşağıdakılardır: Hadisə zamanı avtomaşınların yüksək sürətlə və sıx axınla hərəkətdə olmaları, piyadaların çoxsaylı avtomaşınların arasından keçərək hərəkət etmələri və son anda, təqsirləndirilən şəxsin avtomaşınının sağında eyni istiqamətdə hərəkətdə olan və təqsirləndirilən şəxsin piyadaları görməsinə maneə olan avtomaşının qarşısında yüyürərək çıxıb təqsirləndirilən şəxsin avtomaşını istiqamətində təxminən 5-6 metr qaçdıqdan sonra avtomaşınla vurulmaları halları. Bu halları hörmətli proses iştirakçıları videogörüntüdən artıq görüblər. Müdafiəçi həmçinin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə vəsatətinin tam təmin edildiyi halda, vəsatətində qeyd etdiyi “hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində “RavonNexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu?” sualının ekspert qarşısında qoyulmadığını bildirmişdir. Müdafiə tərəfi yekun olaraq hesab etmişdir ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsələsinin həll edilməsinə öz təsirini göstərmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416-ci maddəsində nəzərdə tutulm uş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işini yeni apellyasiya baxışına təyin etdilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üz rə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqindən faktiki olaraq ape llyasiya instansiyası məhkəməsi tərəfindən imtina edildiyini, nəticədə Məhkum cinayət törətmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi və təqsirliliyi ilə bağlı məhkəmə hökmünün əsasını işin faktiki və obyektiv halları ilə uzlaşmayan sübutlar təşkil etdiyi, həmçinin məhkəmənin sübutları Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyi halda əsassız olaraq sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, işin yenidən apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu no rmada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair’ Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər ha nsı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəza nı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab etmişdir ki, toplanmış sübut və faktiki əsaslar məhkum zərərçəkmiş şəxsi qəsdən öldürməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Öz növbəsində, apellyasiya instansiyası məhkəməsi məhkum təqsirliliyini n müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmin mövqeyi əsaslı hesab etmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri istintaq orqanı tərəfindən Məhkum verilmiş ittihamla razılaşsalar da, sübutların araşdırılmasına, mötəbərliyinə, kifayət etməsinə və sübut etməyə dair cinayət-prosessual qanunvericiliyin, ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsinə və təqsirsizlik prezumpsiyasına dair Azərbaycan Respublikası Konstitusiyasının müddəalarından, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsi yələrindən və izahlarından irəli gələn tələblərdən görünür ki, məhkəmələr tərəfindən qəbul edilmiş yekun qərarlarda məhkəmə baxışları zamanı əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bu səbəbdən həmin qərarlarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanının gəldiyi, habelə birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiya məhkəməsinin qərarında sübuta yetirilmiş hesab etdikləri Məhkum təqsirli bildiyi ittiham aşağıdakı şərti olaraq sıralanmış xüsusatlarla xarakterizə olunur:
1. Məhkum nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Ravon Nexia R3” markalı 90-PL976 dövlət nömrə nişanlı avtomobili 19 aprel 2021-ci il tarixdə saat 21 radələrində, Bakı şəhəri Sa bunçu rayonu Heydər Əliyev prospekti ilə “Koroğlu” metrosu istiqamətindən Heydər Əliyev Hava Limanı istiqamətinə 100 km/saat sürətlə idarə etmişdir;
2. Sabunçu körpüsünün yaxınlığında yolu sağdan-sola keçməyə piyadaların hərəkət hissəsinə daxil olması ilə hərəkət üçün təhlükə yaranmış və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə kimi azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməmişdir və bununla da yol-hərəkət qaydalarını pozmuşdur;
3. Məhz “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd edilən tə ləblərinin pozulması Məhkum ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə piyadalar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və sonuncunun oğlu Zərərçəkmiş şəxs1 vurulmasına, nəticədə isə Zərərçəkmiş şəxs2 həyatı üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlərini almasına, Zərərçəkmiş şəxs3 həyat üçün təhlükəli xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən 3 saylı şəhər Klinik xəstəxanada ölməsinə və “Ravon Nexia R3” markalı **PL-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi ilə mülkiyyətçisi Zərərçəkmiş şəxs4 MMC-yə 6425 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən birinci xüsusatla bağlı ilk növbədə qeyd edir ki, Məhkum sürücülük hüququnun olması və müvafiq avtomobili idarə etməsi cinayət işinin materiallarında olan müvafiq sənədlərlə təsdiq edilir. Bununla yanaşı hadisə zamanı Məhkum avtomobili 100 km/saat sürətlə idarə etmiş olmasını ibtidai istintaq və məhkəmə baxışları zamanı ittiham və müdafiə tərəfləri obyektiv həqiqət olaraq qəbul etmişdir. İş materiallarında bu halın mövcudluğuna və ya ona verilmiş qiymətin hər hansı formada qanunla ziddiyyət təşkil etməsi üçün şübhə yaradan əsaslar mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, Məhkum hadisə vaxtı avtomobili idarə etdiyi sürətlə (100 km/saat) müvafiq hərəkət zolağında müəyyən edilmiş sürət həddini – maksimal 110 km/saat sürət həddini aşmadığından sonuncunun hərəkətlərində bununla bağlı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Q anunun tələblərinin pozulması halları olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, ittihamın 3-cü hissəsini təşkil edən hadisə nəticəsində piyadaların aldıqları xəsarətlər, onların ağırlıq dərəcələri və nəticələri barədə də iş materiallarında hər hansı ziddiyyətli məqam olmamaqla, bu xüsusatlar müvafiq mötəbər sübutlarla mübahisəsiz şəkildə təsdiq olunur. Müdafiəçinin həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində əsas mübahisələndirdiyi hissə məhz yuxarıda qeyd edilən ittihamda şərti olaraq 2-ci xüsusat olaraq göstərilən Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması halının mövcudluğu ilə bağlı hallar və bu xüsusatla bağlı toplanmış sübutların qiymətləndirilməsi zamanı yol verilmiş pro sessual qanunvericiliyin tələblərinin pozulması olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı ilk növbədə iş materialları ilə Məhkum nə ibtidai istintaq, nə də hər iki məhkəmə instansiyasında aparılan məhkəmə istintaqı zamanı özünü verilən ittiham üzrə təqsirli bilməməsinin müəyyən edildiyini qeyd etməklə yanaşı, məhkəmə baxışının predmetini təşkil edən müvafiq cinayət qanununun norması və bu qəbildən olan cinayət işləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında öz əksini tapmış bəzi halları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, nə zərə alınmalıdır ki, CMnin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərb aycan Respublikasının Qanununun 50-ci maddəsinin 1ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi qeyd edilən qanunun normasında qanunverici sürücünün üzərinə ilk olaraq hərəkət etdiyi zaman yolda olan bir sıra şəraitləri (hərəkətin intensivliyi, hərəkət istiqamətində görmə şəraiti və s.) qiymətləndirmə öhdəliyi qoymaqla, öz hərəkət sürətini seçmək vəzifəsini şərtləndirmişdir. Yuxarıda da qeyd edildiyi kimi Məhkum hadisə zamanı seçdiyi hərəkət sürəti ilə bağlı davranışlarında sonuncunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmadığı müəyyən edilmişdir. Daha sonra qeyd edilən maddədən (YHQ haqqında Qanunun 50-ci maddəsinin 1-ci hissəsi) göründüyü kimi qanunverici sürücünün üzərinə daha bir aktiv hərəkətli vəzifə (nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmək) qoymuş və bu hərəkəti etməli olmasını hər hansı təsadüfi bir amillə deyil, ilk növbədə hərəkət üçün təhlükə yaranması ilə əlaqələndirmiş, aktiv hərəkətin edilməyə başlanması anı olaraq isə sürücünün həmin təhlükənin yaranmasını görməsi və ya qanunla üzərinə düşən vəzifələri yerinə yetirdiyi halda görməli olması anı olaraq müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə əmələ hüquqi qiymət verilməsi və şəxsin təqsirinin olub-olmamasınının təyin edilməsi üçün mötəbər sübutlar əsasında şübhəsiz olaraq müəyyən edilməli olan məqamlardan birincisi məhz konkret halda Məhkum hərəkəti üçün təhlükənin yaranması və Məhkum bunu görməsi anıdır. Hökmdə və apellyasiya məhkəməsinin qərarında gətirilən əsaslandırmalarla müəyyən edilir ki, məhkəmələr Məhkum özünün müdafiəsi ilə bağlı gətirdiyi dəlillərə qarşılıq olaraq əsas etibarı ilə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli rəyi, Zərərçəkmiş şəxs2 ifadəsi və Məhkumlə sonuncu arasında keçirilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə istintaq hərəkətinin protokolu, eyni zamanda ilkin araşdırma zam anı tərtib edilmiş istintaq hərəkətlərinin protokollarına istinad etmişlər. Müdafiəçi də öz kassasiya şikayətində həm zərərçəkmiş şəxsin ifadələri və üzləşdirmə istintaqı zamanı söylədiklərinin, həm də müvafiq ekspertiza rəyinin ziddiyyətli olmaqla iş üzrə mötəbər sübut hesab edilməməli olduğunu qeyd etdiyindən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərinin şərti olaraq ifadələr arasında yekun nəticəyə gəlinməsinə təsir edən ziddiyyət mövcudluğunun və həmin ziddiyyətlərin məhkəmə araşdırmaları nəticəsində aradan qaldırılıb-qaldırılmaması və müvafiq məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının digər sübutlarla təsdiqini tapıb-tapmaması kimi iki istiqamətdə qiymətləndirilməsi məqsədəmüvafiqdir. Burada məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə iş materiallarının təhlili və qiymətləndirilməsindən öncə “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında qeyd edilən bəzi hüquqi mövqelərin də sadalanmasını zəruri hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arası nda səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmçinin məhkəmələrə izah edilmişdir ki, piyadanın (sərnişinin) hərəkət təhlükəsizliyi qaydalarını pozması da əgər bu pozuntu onun özünə münasibətdə CM-nin 263 və 351-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuşsa, hadisənin qarşısını almaq imkanında olmayan nəqliyyat vasitəsini idarə edən şəxsin barəsində cinayət təqibini istisna edən hal kimi nəzərdən keçirilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsində dindirildiyi xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, X6 ifadəsində hadisə günü saat 21 radələrində X8 və oğlu Zərərçəkmiş şəxs1 ilə birlikdə Sabunçu rayonu, H.Əliyev prospektində yerləşən Sabunçu körpüsü yaxınlığına gəlib, orada Koroğlu metrostansiyası istiqamətindən, Heydər Əliyev Hava Limanı istiqamətinə doğru hərəkət edən avtomobillərin keçməsini gözlədiklərini, yol boşaldıqdan sonra yolu sərbəst hərəkət keçə bilmələri üçün bunu etdiklərini, avtomobillər keçdikdən sonra avtomobil axımının az olduğunu görüb yolu adi yerişlə keçməyə başladıqlarını, həmin vaxt Koroğlu metrostansiyası istiqamətindən hərəkətdə olan bir neçə avtomobilin onların yolu keçdiyini görüb sürətlərini azaldaraq onlara yol verdiklərini, onların yolu keçməyə davam etdiklərini, yolu keçən zaman birinci hərəkət zolağı ilə Koroğlu metrostansiyası istiqamətindən bir avtomobilin gəldiyini gördüklərini, həmin avtomobilin sürücüsünün də onların yolu keçm ələrini görüb avtomobili saxlayıb onlara yol verəcəyini düşündüklərini, lakin həmin avtomobilin yolu keçmələrinə az qalmış onları vurduğunu bildirmişdir. X6 sədrlik edənin sualına cavab olaraq – “onların maşının gəlib-gəlmədiyinə baxdıqlarını və sonuncu sırada maşın görmədiklərini, həmin vaxt onları vuran maşının başqa maşının arxasından çıxıb onları vurduğunu” bildirmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs özü təkcə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Məhkum idarə etdiyi avtomobili birinci sırada hərəkət edərkən gördüklərini, sonuncunun ona yol verəcəyini düşündüklərini bildirdiyi halda, verilmiş suala cavab olaraq isə hadisəni tamamilə başqa şəkildə təsvir edərək yolun soldan birinci zolağında avtomobil görmədiklərini, Məhkum idarə etdiyi avtomobilin digər maşının arxasından çıxar aq (bu şərait müdafiə tərəfinin hadisələrin baş vermə şəraiti təsviri ilə uzlaşır) birinci zolaqda onları vurduğunu göstərmişdir. Hər iki instansiya məhkəməsinin yekun qərarlarında gəldikləri qənaəti sübut edən hal kimi istinad etdikləri iş üzrə ibtidai istintaq zamanı keçirilmiş zərərçəkmiş şəxs X6 və təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokoluna münasibətdə görünür ki, məhkəmələr yuxarıda qeyd edilən zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən şəraitlə uzlaşan şəkildə ifadə vermişdir. Lakin həmin protokolun məzmununa tam şəkildə diqqət etdikdə müəyyən edilir ki, qeyd edilən istintaq hərəkəti zamanı müdafiəçinin “Məhkum idarə etdiyi avtomobilin sağ tərəfi ilə hərəkətdə olan cip markalı avtomobil Sizi görüb to rmoz verib dayanan kimi siz onun qabağından keçmişiniz və ya o, Sizin yolu keçməyə başlayanda dayanıq vəziyyətdə yolu keçməyinizi gözləyirdi?” məzmunda sualına zərərçəkmiş şəxs X6 - “bildirirəm ki, həmin vaxt biz yolu keçən zaman bütün avotmobillər kimi, həmin cip markalı avtomobil də bizim yol keçdiyimizi görüb avtomobili saxladı, biz də yolu keçməyə davam etdik, həmin vaxt birinci hərəkət zolağı ilə Koroğlu metrostansiyası istiqamətindən gələn avtomobilin gəldiyini görüb biz elə bildik ki, həmin avtomobil də bizi görüb saxlayacaq, lakin həmin avtomobil saxlamadı bizi vurdu” məzmunda cavab vermişdir. Göründüyü kimi elə hökmdə və qərarda istinad edilmiş həm zərərçəkmiş şəxsin ifadəsi, həm də üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs X6 özü hadisəni birbirindən fərqli və özlüyü ndə əmələ hüquqi qiymət verilməsinə birmənalı olaraq təsir edən iki müxtəlif formada təsvir etmiş və birinci forma verilmiş ittihamla uzlaşsa da, ikinci forma müdafiə tərəfinin gətirdiyi dəlillərlə uzlaşmışdır. Belə ki, həmin şəraitdə piyada olaraq yolu keçən şəxslərin durmadan yola baxdıqları halda Məhkum idarə etdiyi avtomobili yalnız yolu keçmələri üzrə sonuncu zolağa keçdikdə hadisədən bilavasitə əvvəl görə bildikləri təsvir edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, nə birinci instansiya məhkəməsi, nə apellyasiya məhkəməsi yuxarıda təsvir edilmiş şəraitlər arasında ziddiyyətin aradan qaldırılması üçün heç bir addım atmadan X6 ifadələrinin nə üçün bir hissəsini mötəbər sübut olaraq hesab edib, digər hissəsini isə mötəbər hesab etməmələrini qərarlarında əsaslandırmamışlar. Burada xüsusilə vurğulanmalı olan hal iş üzrə hadisənin həqiqi şəraitinin müəyyən edilməsi və ifadələrdə qeyd edilən subyektiv amillərin aradan qaldırılması üçün zəruri olan hərəkət obyektiv sübutlara istin ad edilməsidir ki, müdafiə tərəfinin təqdim etdiyi maddi sübut olaraq apellyasiya instansiyası məhkəməsində tanınmış videogörüntülərlə bağlı məhkəmə kollegiyası aşağıda geniş şərh verəcəkdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən Plenum qərarında vurğulanmasına baxmayaraq, konkret halda piyadanın (sərnişinin) hərəkət təhlükəsizliyi qaydalarını pozması hallarının olub-olmaması məsələsinin təhlili və tədqiqi hər iki instansiya məhkəməsində diqqətindən kənarda qalmış və ümumiyyətlə tədqiq edilməmişdir. Lakin məhkəmə kollegiyası hazırki halda hadisənin baş verdiyi yolun yüksək sürət həddinin hadisənin baş verdiyi zolaqda hətta 110 km/saat, yolun ümumi eninin 39.80 metr olmaqla kifayət qədər geniş və piyadaların keçməsi üçün əlverişli olmayan bir yol olduğunun mü əyyən edildiyini qeyd edərək, bu hallar nəzərə alınmaqla konkret halda hazıki yolnəqliyyat hadisəsi kontekstində piyadaların hərəkət təhlükəsizliyi qaydalarını pozubpozmamalarına qiymət verilməsinin zəruri olması qənaətinə gəlir. Yuxarıda şərti olaraq fərqləndirilmiş digər dəlillərlə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin (o cümlədən apellyasiya məhkəməsinin də) razılaşdığı ittihamın sübut əsasını ibtidai istintaq zamanı keçirilmiş xx.xx.2021-ci il tarixli 8/869 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasını rəyi təşkil etmişdir ki, burada diqqət yetirilməli olan məqam həmin ekspertiza tədqiqatı zamanı qiymətləndirilmiş konkret hadisə zamanı şəraitin hansı sübutlar əsasında müəyyən edilmiş olmasıdır. Belə ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqinin “məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, müstəntiq tərəfindən ekspertiza təyin edilərkən aparılmış araşdırma zamanı Ravon Nexia R3 markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü (Məhkum) üçün təhlükənin piyadaların yol hərəkət hissəsinin sağ kənarından, sola doğru keçməyə başladığı andan yarandığı və həmin andan vurulmaya kimi piyadaların iti qaçışla 16.90 metr məsafə qət etdiklərinin müəyyən edildiyi vurğulanmışdır. (cild 01, iş vər. 37) Yuxarıda qeyd edilən qərar əsasında keçirilmiş xx.xx.2021-ci il tarixli 8/869 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyinə də nəzər saldıqda müəyyən edilir ki, ekspert tədqiqatını məhz həmin qərarda şərh edilmiş şə rait üzərindən aparmaqla, yekun nəticəyə gələrkən qeyd etmişdir ki, “istintaq tərəfindən verilən məlumatlara əsasən piyadalar vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadaların vurduğu yerdən olduğu məsafəsi (Sa) onun mövcud şəraitə uyğun tam dayanma yolundan (Sd) böyükdür (Sa>Sd). Ona görə də nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə əsasən sürücü üçün hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. (cild 01, iş vər. 68-70) Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 92.9.9-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi ilə əlaqədar məsələlərin aydınlaşdırılması üçün sübutların toplanması üzrə tədbirlər həyata keçirmək, bu məqsədlə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda fiziki və hüquqi şəxslərin razılığı ilə onları sorğu-suala tutmaq, habelə müqavilə əsasında ekspertin rəyini almaq və mütəxəssisin fikrini öyrənmək müdafiəçinin hüquqlarından biridir. İş materiallarından görünür ki, müdafiəçi qeyd edilən hüququndan istifadə etməklə xx.xx.2021-ci il tarixli yazılı formada mütəxəssis rəyi (fikri) almaqla birinci instansiya məhkəməsinə təqdim etmiş, həmin rəydə iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasında ekspertin gəldiyi nəticələrə münasibətdə fər qli mövqelər sərgilənmiş və müxtəlif yerli və xarici metodiki vəsaitlərə istinad edilməklə mütəxəssis (33 ilə yaxın iş təcrübəsi olan) tərəfindən hadisələrin baş vermə mexanizmi və sürücünün davranışları barədə fikirlər bildirilmişdir. (cild 01, iş vər. 113-123) Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclas protokolundan müəyyən edilir ki, müdafiəçinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyi iş materiallarına əlavə edilsə də, məhkəmə öz hökmündə həmin rəydə mütəxəssis tərəfindən bildirilən fikirlər olduğu kimi hökmə köçürülsə də, həmin rəyin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsində sadalanan sübut növləri arasında mütəxəssis rəyinin qeyd edilmədiyi və sadalanan ekspert rəyinin heç bir şübhə doğurmadığı əsası ilə rəyin sübut kimi qəbul edilm əsindən imtina olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda sadalanan Plenum qərarında birmənalı olaraq vurğulanmışdır ki, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Buna baxmayaraq iş materialları ilə müəyyən edilir ki, iş üzrə ibtidai istintaq müddətində müstəntiq tərəfindən nə hadisə yerinə baxış keçirilərkən nə də sonrasında hadisənin baş verdiyi ərazinin videomüşahidə vasitələrini nəzarəti altında olması yoxlanmamış, iş materiallarına hadisənin obyektiv görüntüsünü özündə əks etdirən hər hansı bir videomaterial əlavə edilməmişdir (bunun üçün hər hansı bir addım atılmamışdır). Lakin cinayət işini n apellyasiya baxışı zamanı müdafiə tərəfi məhkəməyə bir ədəd CDR disk elektron daşıyıcıda hadisənin baş verməsini əks etdirdiyi qeyd edilən videogörüntünü təqdim edərək həmin görüntülərin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, müdafiəçinin təqdim etdiyi bir ədəd elektron daşıyıcıda olan videogörüntülərə məhkəmə iclası zamanı tərəflərin iştirakı ilə nümayiş etdirilməklə baxış keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, müdafiəçinin vəsatəti məhkəmə tərəfindən müzakirə edilməklə, qəbul edilmiş qərarla hadisənin videogörüntüsü olan disk maddi sübut kimi tanınmış və cinayət işinin mate riallarına əlavə edilmişdir. (cild 02, iş vər. 269) Qeyd edilən videogörüntüyə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə baxış keçirildiyini apellyasiya məhkəməsi özünün xx.xx.2022-ci il tarixli qərarında da qeyd etsə də, sözügedən baxışın nəticəsində hansı halların müəyyən edildiyi (hadisələrin cərəyan etmə şəraiti və s.) qeyd edilməmiş, habelə iş üzrə ittihamın həlli üzrə qiymət verilən ifadələrdə mövcud olan ziddiyyətlərin sözügedən videogörüntülərlə təsdiq və ya inkar edilməsi ilə bağlı hər hansı mövqe bildirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.1.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cin ayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən məhkəmədə olan maddi sübutlara, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdiyi və məhkəmənin maddi sübut kimi qəbul etdiyi əşyalara növbə ilə ittiham, müdafiə tərəfləri və məhkəmə tərəfindən baxış keçirilir. Maddi sübut kimi qəbul edilmiş əşyanı cinayət prosesinin tərəflərindən biri təqdim etdikdə, həmin tərəf onu birinci baxışdan keçirir. Baxış keçirilən zaman maddi sübutlar məhkəmə iclasında sədrlik edən tərəfindən şahidə, ekspertə və mütəxəssisə təqdim edilə bilər. Elan edilmiş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün həmin şəxslər məhkəmənin diqqətini maddi sübuta baxış keçirilərkən aşkar edilmiş, əhəmiyyətli olan bütün hallara yönəltməlidir. İş materiallarında olan sözügedən videogörüntünün olduğu diskin iş materiallarına maddi sübut olaraq əlavə edilməsi və vidieogörüntüyə baxış keçirilməsi barədə müdafiəçinin vəsatətindən də göründüyü kimi, müdafiə tərəfi qeyd edilən videogörüntüləri məhkəm əyə təqdim edərkən müdafiə tərəfi hadisələrin baş vermə mexanizminin istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş mexanizmindən fərqli olaraq cərəyan etdiyini, bu halın məhz həmin videogörüntü ilə təsdiqini tapdığını qeyd edib (faktiki olaraq məhkəmənin diqqətini iş üzrə əhəmiyyət kəsb edən bu hala yönəltmiş) həmin videogörüntüyə baxış keçirilməsini xahiş etmişdir. Qeyd edilənlərin təhlilindən isə müəyyən edildiyi kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən videogörüntüyə baxış keçirildiyi bir neçə dəfə qeyd edilsə də, həmin videogörüntüdə əks olunan və baxış nəticəsində müəyyən edilən hallar ümumiyyətlə şərh edilməmiş, müdafiə tərəfinin təqdim etdiyi sübuta hüquqi qiymət verilməmişdir ki, apellyasiya instansiya məhkəməsinin bu hərəkətsizliyi və sübuta bi ganə yanaşılması ilə xarakterizə olunan davranışı özünü bir daha həmin məhkəmənin xx.xx.2022-ci il tarixli kompleks komisyon məhkəmə video-texniki və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi barədə qəbul etdiyi qərarında da biruzə vermişdir. Belə ki, həmin qərarın məzmunundan göründüyü kimi müdafiəçinin müvafiq vəsatəti məhkəmə tərəfindən təmin edilməklə ekspertizanın keçirilməsi qərara alınsa da, ekspert qarşısında qoyulmuş suallardan biri təhrif edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, müdafiəçi sözügedən sualı aşağıdakı kimi göstərmişdir: “Hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə baş verməsi şəraitində “Ravon-Nexia R3” markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu?” Məhkə mə kollegiyası isə müvafiq qərarında sözügedən sual aşağıdakı kimi göstərilmişdir: ““Hadisənin videogörüntüdə göstərilən şəraitdə baş verməsi vaxtı“RavonNexiaR3” markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmuş və ya olmamışdır?”. Burada diqqət edilməli olan məqam müdafiə tərəfinin öz vəsatətində videogörüntüdən baş vermiş hadisənin şəraiti təsvir etməsidir ki, müdafiəçi elə məhz videogörüntüdən müşahidə etdiyi hallar olaraq vəsatətində “piyadaların yolun yarısından çox hissəsini keçdikdən sonra Məhkum görünüş dairəsinə düşdüyü, onun hərəkəti üçün təhlükə anının onun piyadaları faktiki görmək imkanı olduğu andan yarandığı, bu səbəbdən piyadaları təhlükə anının davam etdiyi müddət ərzində qət etdikləri məsafənin istintaq orqa nının müəyyən etdiyi kimi 16,9 metr yox, bundan qat-qat az olduğunu, piyadaların Məhkum görünüş dairəsinə düşdükləri andan vurulduqları ana qədər iti qaçışla maksimum 5-6 metr, yəni iki hərəkət zolağının enindən az məsafə qət etdiklərini, Məhkum onun qarşısında bir qədər sağda hərəkət edən ağ rəngli naməlum avtomaşının mane olduğu və onun görünüş dairəsini azaltdığını” bildirmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən videogörüntüyə artıq baxış keçirildiyi qeyd edilməsinə baxmayaraq, ekspertiza rəyi barədə qərarda belə müdafiə tərəfinin vəsatətində hadisənin baş vermə şəraitinin xüsusatlarına dair qeyd edilmiş hallara qiymət verilməmiş, yalnız müdafiəçinin vəsatətində qeyd edilən sualın məzmunu dəyişdirilməklə, iş üzrə “obyektiv” araşdırma aparılma görünt üsü yaradılmış, lakin sübutların tam və hərtərəfli yoxlanılmalı olmasına dair cinayət prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli kompleks komisyon məhkəmə video-texniki və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyinin nəticəsində hər hansı iş üzrə əhəmiyyət kəsb edən yeni bir halın müəyyən edilmədiyini və həmin rəydə qeyd edilən bir sıra məqamlara da diqqət yetirilməsinin zəruri olduğunu qeyd edir. Belə ki, sözügedən rəydən göründüyü kimi ekspert tərəfindən videogörüntülərdə olanların müşahidə edilməsi nəticəsində müəyyən edilə bilən hər hansı hal qeyd edilməmiş, yalnız həmin videomaterialın texniki məlumatlar (buradan videogörüntünün 1 dəqiqə 23 saniyə davam etdiyi müəyyən edilir) sadalanmış, habelə mübahisəli videofonoqramın qeydə alındığı faylın ilkin fayl olmaması, vidoeyazıdakı görüntülərdə əskin səhnə keçidləri ilə müşayiət olunan kadr keçidlərinin müşahidə edildiyi, videofonoqramın audioaxının videoaxına sonradan mikşerlənməsi yolu ilə əldə olunduğu, videofonoqramdakı görüntülərə sonradan qrafik elementlərin əlavə olunduğu, videofonoqramdakı görüntülərdə kadrarası montaj əlamətlərinin müəyyən olunduğu, videofonoqramın qeydə alındığı faylın ilkin olmayıb internet resurslarından əldə olunduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyində qeyd edilən halların müdafiə tərəfinin səyləri nəticəsində əldə edilmiş (müstəntiqin müvafiq hərəkətsizliyi yuxarıda qeyd edilmişdir) internet informasiya resurslarında yayılmış bir videogörüntüyə təbii olaraq xas olan (kadrlar arası keçidlərin olması, audifonoqramın və qrafik təsvirlərin əlavə edilmiş olması) xüsusiyyətləri səbəbindən 01 dəqiqə 23 saniyə davam edən bir vidoegörüntüdə, hətta müvafiq ekspert rəyində əlavə edilmiş fotoşəkillərdən belə yolun asfalt örtüyü üzərində insan bədənlərinin olduğu və eyni zamanda həmin görüntüləri qeydə alan videokameranın yer səthindən hündürlükdə statik olaraq yerləşmiş olması görünür ki, həmin videogörüntüyə prosessual qaydalara riayət edilməklə baxış keçirilməsi zamanı məhkəmənin ittihamın, o cümlədən müdafiə tərəfinin irəli sürdüyü dəlillərin təsdiq və ya inkar olunması baxımından əhəmiyyətli halları müəyyən edə biləcəyi kassasiya instansiya məhkəməsində heç bir şübhə doğurmur. Belə ki, ekspert də öz rəyində məhkəmənin qoyduğu bir sıra suallara (piyadaların sürücünün görüş dairəsinə düşmə anı və s.) videogörüntülər əsasında cavab verə bilmədiyini qeyd edir ki, qeyd edilən halda məhkəmənin bu suallara cavab əldə etməsi üçün istintaq eksperimentinin keçirilməsi imkanı hələ də itirilməmişdir. Bununla bağlı iş materiallarına nəzər saldıqda isə müəyyən edilir ki, müdafiəçi qeyd edilən xx.xx.2022-ci il tarixli ekspert rəyinin məhkəmədə elanından sonra yenidən əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmə kollegiyası isə vəsatətdə qeyd edilən hallara münasibətdə faktiki olaraq heç bir əsaslandırma aparmadan (birinci instansiya məhkəməsinin hökmündə sadalanan halları köçürməklə kifayətlənilmişdir) vəsatətin təmin edilməməsini qərara almış və məhkəmə istintaqını tamamlamaqla, həmin tarixdə yekun məhkəmə aktını qəbul etmişdir. Ha lbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Burada qeyd edilməlidir ki, yuxarıda sadalananlardan göründüyü kimi məhkəmə baxışı zamanı müdafiə tərəfinin verilmiş ittihamın əksinə və onun söykən diyi sübutları şübhə altına ala biləcək dəlillərə istinad etməklə faktiki olaraq apellyasiya məhkəməsinin qarşısında bütün mümkün fərziyyələrin yoxlanılması və yalnız bundan sonra ədalətli məhkəmə qərarının qəbul edilməsi zəruriliyi ilə əlaqədar ibtidai araşdırma və məhkəmə baxışı zamanı toplanmış sübutların kifayət etməsi baxımından (apellyasiya instansiyasında məhkəmə baxışının qismən məhkəmə istintaqı ilə aparıldığı da nəzərə alınmaqla) kəskin fərq yaransa da, apellyasiya məhkəməsi faktiki olaraq əsas etibarı ilə ibtidai istintaq zamanı toplanmış sübutlara (zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolu və istintaq zamanı keçirilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyi) əsaslanaraq yekun qərar qəbul etmişdir. Halbuki “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə.... ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi məhkəmələrə izah edilmişdir. İş materiallarını və yuxarıda sadalananları təhlil edərək məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə hadisənin bilavasitə iştirakçısı və şahidi o lmuş 2 nəfər şəxs olmaqla (təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs) həmin şəxslərin ifadələrinin məhkəmə istintaqı zamanı yerində yoxlanması təmin edilməsi, videogörüntülərə məhkəmə baxışı zamanı dolğun və ətraflı baxış keçirilməklə müvafiq hadisə şəraitinin müəyyən edilməsi, məhz bu müəyyən edilmiş, o cümlədən ittiham və müdafiə tərəfinin mübahisələndirmədən qəbul etdikləri digər hallar əsasında formalaşan şərait əsasında istintaq eksperimentinin keçirilməsi, yalnız həmin istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində kifayət edən sübutların toplanmasından sonra müvafiq məhkəmə-yol-nəqliyyat ekspertizasının keçirilməsi ilə iş üzrə tam, hərtərəfli və obyektiv sübutların əldə edilməsi və yoxlanaraq yekun məhkəmə qərarının qəbul edilməsi mümkündür. Məhkəmə kollegiyası qeyd edir k i, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakiml ərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Yenə də həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPMnin 21, 28, 33.1, 144, 145 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olm asına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Cinayət mühakimə icraatını həyata keçirən hakimlər cinayət işi üzrə toplanmış sübutların mənbəyinin mötəbərliyini yoxlamalı, onları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirməlidirlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Hazırda mübahisələndirilən məhkəmə qərarı təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaları n tələbləri ilə müqayisə edildikdə belə qənaətə gəlmək olur ki, apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən məsələlər üzrə gəldiyi nəticələri işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslanmadığından, müdafiəçinin verdiyi kassasiya şikayətində isə məhkəmənin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirildiyindən, apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlində cinayət tərkibinin olması barədə nəticəsi əsaslı hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Həmçinin İnsan Hü quqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Lakin apellyasiya instansiya məhkəmələri ittihamın sübut olunmasında yaranan, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verməyən şübhələr olmasına baxmayaraq bu şübhələrin aradan qaldırılması üçün qanunda nəzərdə tutulan tədbirləri görmədən, sübutlar arasında ziddiyyəti aradan qaldırmadan qərar çıxarmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Təsvir edilənlər kassasiya şikayətinin əsaslı olduğunu, məhkəmələrin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntulara yol verdiklərini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, həmçinin Müdafiəçi3, kassasiya şikayətinin təmin edilməməsi ilə bağlı dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışını dinləyib, şərh edilən əsaslara (cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün) görə hesab edir ki, kassasiya şikayəti təmin edilm əli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 avqust 2022ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əs asən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apelyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.