Məhkəmə qərarları › İş №1(102)-263/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-263/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-263/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum2, onun müdafiəçisi Müdafiəçi4, Məhkum1 və onun müdafiəçisi X4 iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi4 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim: Mustafayev Ceyhun Mustafa oğlu) 7 iyun 2023-cü il tarixli hökmü ilə, xx xxxxxxx 1991-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xdə yerləşən sürücülük məktəbinin inzibati binasında yaşamış, Məhkum1 Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)- 202/2022 saylı hökmü ilə təyin olunmuş 2 (iki) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 9 avqust 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiri lmədən saxlanılmışdır. xx xxxxxxxx 1973-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xdə yerləşən sürücülük məktəbinin inzibati binasında yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-202/2022 saylı hökmü ilə təyin olunmuş 1 (bir) il 8 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qis mən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 9 avqust 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 3 avqust 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Şəhər Məhkəməsinin 1(032)-50/2023 saylı, 7 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Məhkum2 qeyri-rəsmi olaraq mühafizəçi kimi fəaliyyət göstərdiyi Xdə yerləşən keçmiş sürücülük məktəbinin yataqxanasının yanındakı qarajlar saxlanılan ərazidən qaraj oğurlamaq qərarına gələrək, bu məqsədlə 2021-ci ilin dekabr ayının əvvəllərindən 2022-ci ilin ferval ayının sonlarına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus zərər çək miş şəxsin qiymətləndirdiyi 3000 manat dəyərində dəmir materialdan olan qarajı və həmin qarajın içərisində olan 1 ədəd Lifan 525 markalı avtomobilin 340 manat dəyərində radiatoru, 1 ədəd 350 manat dəyərində işıqlandırıcı faranı, 1 ədəd 200 manat dəyərində qaz peçini, ümumi dəyəri 500 manat miqdarında dəmir materialdan olan boruları, armatur və dəmir çəpərləri və 250 manat dəyərində məişət əşyaları olan qapı və pəncərəni gizli talayıb, Zərərçəkmiş şəxs1 4640 (dörd min altı yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Məhkum2 qeyri-rəsmi olaraq mühafizəçi kimi fəaliyyət göstərdiyi Xdə yerləşən keçmiş sürücülük məktəbinin yataqx anasının yanındakı qarajlar saxlanılan ərazidən qaraj oğurlamaq qərarına gələrək, bu məqsədlə 2021-ci ilin dekabr ayının əvvəllərindən 2022-ci ilin ferval ayının sonlarına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirdiyi 2000 manat dəyərində dəmir materialdan olan qarajı və və həmin qarajın içərisində olan 1 ədəd 500 manat dəyərində kondisioneri, ümumi dəyəri 400 manat dəyərində olan qabqacaqları gizli talayıb, Zərərçəkmiş şəxs2 2900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkum2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, qeyri-rəsmi olaraq mühafizəçi kimi fəaliyyət göstərdiyi Xdə yerləşən keçmiş sürücülük məktəbinin yataqxanasının yanındakı qarajlar saxlanılan ərazidən qaraj oğurlamaq qərarına gələrək, bu məqsədlə 2021-ci ilin dekabr ayının əvvəllərindən 2022-ci ilin ferval ayının sonlarına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus zərər çəkmiş şəxsin qiymətləndirdiyi 3000 manat dəyərində dəmir materialdan olan qarajı və həmin qarajın içərisində olan 1 ədəd Lifan 525 markalı avtomobilin 340 manat dəyərində radiatoru, 1 ədəd 350 manat dəyərində işıqlandırıcı faranı, 1 ədəd 200 manat dəyərində qaz peçini, ümumi dəyəri 500 manat miqdarında dəmir materialdan olan boruları, armatur və dəmir çəpərləri gizli talayıb, Zərərçəkmiş şəxs1 4440 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təş kil edərək, qeyri-rəsmi olaraq mühafizəçi kimi fəaliyyət göstərdiyi Xdə yerləşən keçmiş sürücülük məktəbinin yataqxanasının yanındakı qarajlar saxlanılan ərazidən qaraj oğurlamaq qərarına gələrək, bu məqsədlə 2021-ci ilin dekabr ayının əvvəllərindən 2022-ci ilin ferval ayının sonlarına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirdiyi 2000 manat dəyərində dəmir materialdan olan qarajı və həmin qarajın içərisində olan 1 ədəd 500 manat dəyərində kondisioneri, ümumi dəyəri 400 manat dəyərində olan qabqacaqları gizli talayıb, Zərərçəkmiş şəxs2 2900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum2 etmədiyi bir cinayətə görə Şirvan şəhər Polis Şöbəsini n əməkdaşları tərəfindən işgəncələrə məruz qalmış və 9 mart 2022-ci il tarixdən evdən aparılmaqla həbs etmişlər. Təzyiq və təsirlər altında saxlamaqla törətmədiyi cinayət əməlinə görə qanunsuz şəkildə azadlığı məhdudlaşdırılmışdır. Şirvan şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerində özünə qəsd etmiş, 2 dəfə aclıq elan etmişdir. Cinayət əməli törətmiş Cəlal adlı şəxs 5 qarajı oğurlayıb satdığı halda Elçini 2 qarajla günahlandırmışlar. Hadisə nəticəsində qeyd edilən qarajların oğlurlanmasında sonra geriyə qalan zərərçəkmiş şəxslərin əmlaklarını Məhkum2 anası tərəfindən bir yerə toplamaqla sahiblərini axtarmışdır. Cinayət işinin istintaqı zamanı Məhkum2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən Məhkum2 törədilmiş cinayət əməlində iştirakının olmaması q ənaətinə gələ bilərdi. Bunun üçün hüquqi əsaslar mövcuddur. Cinayət işinin materiaları üzrə bir çox ziddiyətli məqamlar vardır. Hüquqlarını müdafiə etdiyi şəxs əməlini etiraf etməmiş, özünümüdafiə üçün dəlillər gətirmiş, istintaqın normal gedişinə mane olmamış, barəsində seçilmiş qətimkan təbirinin tələblərini istintaq dövründə pozmamış, iş üzrə ağırlaşdırıcı hallar müəyyən olunmamış, yaşayış yeri üzrə müsbət xaraktrizə olunur. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Lakin məhkəmə bütün sadalanan halları nəzərə almamış və ağır cəza təyin etmiş, cəza təyin edərkən qanunvericiliyin normalarnın tələblərini və Azərbaycan Respublika sı Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almamış, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə, cəzanı yüngüllədirən və ağırlaşdıran hallara, bir sözlə Azərbaycan Respublikası CM-nin 2, 8, 41, 58-ci maddələrində və Ali Məhkəmənin Plenum qərarında göstərilən hallara uyğun olmayan 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və belə cəza təyin etməsininin səbəblərini hökmdə əsaslandırmamışdır. CM-nin 62 və ya 70-ci maddələrinin tətbiqini ümumiyyətlə müzakirə etməmişdir. Bir sözlə məhkəmə tərəfindən təyin edilmiş cəza CM-də nəzərdə tutulmuş islah olunması məqsədinə xidmət etməmişdir. İş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırl aşdıran hallar müəyyən etməmişdir. Hesab edir ki, iş üzrə sübutları düzgün araşdırmaqla, həmçinin, yüngülləşdirici halları nəzərə alaraq hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur. Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilərək Məhkum2 barəsində iş üzrə sübutları düzgün araşdırmaqla, həmçinin, CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə barəsində bəraətverici əsaslarla hökm çıxarılması üçün cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsi xahiş etmişdirr. Məhkum1 kassasiya şikayətində bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi formal olaraq cinayət qanunvericiliyini n normalarına istinad olunmaqla qərar çıxarmışdır. Apellyasiya şikayətində qeyd edilmiş xüsusiyyətlər birinci instansiya məhkəməsində ya düzgün araşdırılmamış, ya da ümumiyyətlə araşdırılmamışdır. Bundan başqa, məhkəmələr tərəfindən cəza təyin edilməsinə dair qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Cinayət işi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, apellyasiya instansiyası məhkəməsi isə qeyd edilənləri nəzərə almadan işin faktiki hallarına uyğun olmayan, ədalətsiz qərar qəbul etmişdir. Məhkəmələr səmimi peşimançılığı, şikayətçinin olmaması, dəymiş ziyanın ödənilməsi, yaşayış yerindən müsbət xasiyyətnaməsinin olması kimi yüngülləşdirici halları nəzərə almamışlar. Onun ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur. Kassasiya şikayətində Şirvan Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumlar və müdafiəçilərin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 9.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzr ə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə t ədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə Məhkum2 əsassız məhkum edilməsi, cəza təyin edilməsinə dair cinayət qanunvericiliyinin tələblərinin pozulması iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkum1 kassasiya şikayətində ona təyin edilən cəzanın yüngülləşdirilməsi tələbini irəli sürsə də, kassasiya şikayətinin məzmunundan göründüyü kimi, cinayət işi üzrə sübutların düzgün araşdırılmaması barədə dəlillər də qeyd edilmişdir. Məhkəmə kollegiyası kassasiya ş ikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinl ik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qəra rında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına g ətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli ol ub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM 28.5-ci maddəsi). Məhkum1 və Məhkum2 barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları C PM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumların ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxslərin CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya m əhkəməsi işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib hesab etmişdir ki, Məhkum2 ifadəsini məsuliyyətdən boyun qaçırmağa yönələn cəhdi kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alır və zərərçəkmiş şəxslərin və şahid ifadələrini, ekspert rəylərini mötəbər sübut növü kimi qəbul edərək Məhkum1 və Məhkum2 əməllərində CM-in 177.2.1 və 177.2.2-ci maddələrinin tərkibinin olması barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası Məhkum2 törətdiyi cinayət əməli üzrə bəraət verilməsi barədə kass asiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 və Məhkum2 oğurluq cinayəti üzrə nəzərdə tutulan əməli törətmələri barədə düzgün nəticəyə gəlmiş və məhkumların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şə xsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən e dilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı) Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyl i miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgə əmlakını gizli olaraq talamaları barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Müdafiəçinin kassasiya şikayətində məhkuma bəraət verilməsi ilə bağlı qeyd edilən hallar əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında məhkumun əməlinin CM-in 177.2.1 və 177.2.2- cü maddələrinə tövsif edərək onun həmin maddələr ilə təqsirli bilinməsi barədə gəldiyi nəticə ilə razılaşmaqla qeyd edir ki, kassasiya şikayətinin Məhkum2 bəraət verilməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmır. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadis əsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin bu barədə dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla hər hansı sübutla öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumların CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkum1 və Məhkum2 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ş əxsiyyətini, cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halın (Məhkum1 münasibətdə), habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və onlara Cinayət Məcəlləsinin təqsirli bilindikləri maddələrinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyininə dair mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla məhkumlara onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş madd i zərər tam ödənilməmişdir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbi q edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası CM-ninnin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, "Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli, "Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası CM-nin 59. 1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarları). "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, "cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət qanununun ədalət prinsi pindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyasının qənaətinə görə, məhkumlar Məhkum1 və Məhkum2 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməy i lazım bilir ki, cinayət törətmiş şəxs barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hallar cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxslərə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarların şəxsiyyətinə uyğun olmaqla ailələrinin həyat şəraitinə təsiri baxımından onların islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsl ərə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək onlara təyin olunmuş cəzanın həddinin azaldılması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və b una görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayətləri təmin olunmadan, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum2 müdafiəçisi Müdafiəçi4 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cina yət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar