Məhkəmə qərarları › İş №1(102)-263/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-263/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-263/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızının iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Mə hkəməsinin 13 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Z.S.Sadıqova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli hökmü ilə (hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1983-cü ildə Sabirabad rayonunun Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayə sində bir azyaşlı uşağı olan, əvəllər məhkum olunmamış, “Bolt” taksi şirkətində sürücü vəzifəsində işləmiş, Sabirabad rayonunun Zəngənə kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 10,766 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq 2 ədəd sellofan kəsiyi bükümündə saxlamış, 30 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Sabirabad rayo nunun Zəngənə kəndində saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sol yan cibindən 2 ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,164 qram, 5,602 qram olmaqla, ümumi təmiz çəkisi 10,766 qram olan külli miqdarda eyni tərkibli həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və məhkumun müdafiəçisi Z.S.Sadıqova tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov H abil Xanoğlan oğlundan ibarət tərkibdə) 26 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə olunmuş əlavə təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Z.S.Sadıqova kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək, Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, sonuncunun “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının) 3, 5, 6, 9, 10, 11, 13 və 18-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulmasının tanınması barədə qərar qəbul edilməsini və eyni zamanda iş üzrə tədqiqat və ibtidai araşdırma aparmış polis əməkdaşlarının barələrində xüsusi qərarın çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının, CM-in, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, işin müəyyən edilmiş faktiki hallarına, iş üzrə toplanmış və araşdırılmış sübutların bir hissəsinə və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi Z.S.Sadıqova həmin şikayətini belə əsaslandırmışdır ki, Məhkum 30 yanvar 20 23-cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evdə yaxın qohumlarının gözləri qarşısında tutularaq, ona qarşı zor tətbiq edilməklə polis şöbəsinə aparılmış, onun üzərinə şöbədə psixotrop maddə qoyularaq həmin maddənin ona məxsus olması barədə etirafedici ifadələr verməyə məcbur edilmiş, bu ifadələrə, habelə polis əməkdaşlarının həqiqətə uyğun olmayan ifadələrinə və qanun pozuntuları ilə aparılmış istintaq hərəkətlərinin nəticələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş, heç bir cinayət əməli törətmədiyi halda qanunsuz və əsassız olaraq məhkum edilmişdir. İbtidai araşdırmanın ilkin materiallarına əsasən, Məhkum saat 15-də saxlanılmış, saat 15:40-da şübhəli şəxs kimi tutulmuş, bir müddət sonra isə şəxsi axtarışa məruz qalmış, bu müddətdə guya 10,766 qram çəkidə metamfetamini üzərində saxlayaraq Sabirabad RPŞ-də gözləmişdir ki, vəkil gəlsin və bundan sonra üzərində şəxsi axtarış aparılsın. Toplanmış sübutlardan görünür ki, Məhkum saxlanıldıqdan 1-2 saat sonra şəxsi axtarışa məruz qalmış, bu müddətdə polisin nəzarətində olmuş, həmin vaxt qolları açıq vəziyyətdə olmuş və üzərindəki psixotrop maddəni gizlətmək, tullamaq, məhv etmək imkanında olsa da, bunu etməmişdir. Həqiqətdə isə, Məhkum üzərində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış heç bir əşya, o cümlədən psixotrop maddə olmamışdır. Buna baxmayaraq ittihamda göstərilən miqdarda psixotrop maddənin onun üzərindən aşkar edilərək götürülməsi barədə sənədləşmə aparılmış, sonradan isə bu haqda olan sənədlərə uyğun digər yolverilməz sübutlar toplanmış, bu sübutlar məhkəmə iclasında araşdırılarkən isə Məhkum qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi təsdiq edilmişdir. Həmçinin, ibtidai araşdırma zamanı Məhkum müdafiə hüququ da pozulmuş, onun hüquqlarının qohumları tərəfindən müqavilə bağlamaq istədikləri vəkil tərəfindən müdafiə olunmasına imkan yaradılmamış, bu fəaliyyəti həyata keçirən dövlət hesabına təyin edilmiş müdafiəçi isə öz vəzifələrini səmərəli şəkildə yerinə yetirməmiş, yol verilmiş qanun pozuntularına isə münasibətini bildirməmişdir. İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə sübutların bu kimi və digər qanun pozuntuları ilə toplanmasına heç bir əhəmiyyət verməmiş və yeganə olaraq Məhkum xeyrinə olan yalnız bir məsələni – onun üzərindən guya aşkar edilərək götürülmüş psixotrop maddəni satmaq niyyətində olmaması barədə nəticəyə gələrək məhkum olunmuş əməlinin CM -in 234.4.3-cü maddəsindən CM-in 234.11-ci maddəsinə tövsif edilməsini mümkün bilərək bununla kifayətlənmişlər. Halbuki, iş üzrə toplanmış sübutlarla Avropa Konvensiyasının 3-cü maddəsinin tələbləri pozularaq fiziki zorakılığa, işgəncələrə və qeyri-insani rəftara məruz qalmış Məhkum heç bir cinayət əməlini, o cümlədən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməməsi tam təsdiq edilmiş, lakin buna baxmayaraq o, məhkəmələr tərəfindən sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsi nəticəsində əsassız və qanunsuz olaraq məhkum edilmiş, onun barəsindəki yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçisi Z.S.Sadıqova kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi Z.S.Sadıqovanın kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutları qanuna müvafiq qaydada tədqiq etməmiş, Məhkum təqsiri sübuta yetirilmədiyi və onun konvensiyon hüquqları kobud şəkildə pozulduğu halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Z.S.Sadıqova tərəfindən verilmiş kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını həmin materiallarla əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründü yü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəy yən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsind ə işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq e dilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqla rının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq q aydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmalarını və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmi n olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1-ci m addəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-in 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icra atında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədl ər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yar anma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol v erilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icra atını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün möt əbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən, zərər çəkmiş şəxslərin və şahidlərin təkcə məhkəmə iclaslarında deyil, həmçinin onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin də sübut kimi qəbul edilməsini və onlara əsaslanmasını nəzərdə tutur o halda ki, həmin ifadələr qanuni yolla, yəni CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməklə əldə edilsin və məhkəmə iclaslarında həmin ifadələr tədqiq olunaraq onlara müqayisəli şəkildə qiymət verilsin. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərin dən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübute tməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdiri lməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hü quq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin tö rədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirlən dirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə ed ilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflər ə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qa ydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin qanuna uyğun qaydada yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfi ndən təqdim olunmuş sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum məhz CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nət icə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 138-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, hazırki iş üzrə dindirilmiş şahidlər Şahid3, Şahid4, X2 və X7 və digər şahidlərin, o cümlədən kassasiya şikayətində istinad olunan Şahid7 ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, şəxsi axtarış və götürmə aparılması haqqında 30 yanvar 2023-cü il tarixli və bir sıra dig ər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, Məhkum etirafedici ifadələri ona qarşı edilmiş zorakılıq, işgəncələr və qeyri-insani rəftar nəticəsində verməsi, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin polis əməkdaşları tərəfindən ona verilməsi müəyyən edilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum s atış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 10,766 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq 2 ədəd sellofan kəsiyi bükümündə saxlamış, 30 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Sabirabad rayonu Zəngənə kəndində saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sol yan cibindən 2 ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,164 qram, 5,602 qram olmaqla, ümumi təmiz çəkisi 10,766 qram olan külli miqdarda eyni tərkibli həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, işin bu faktiki hallarının arxasında duran, ibt idai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür və eyni zamanda vurğulamağı lazım bilir ki, məhkəmələr iş üzrə yekun nəticəyə gələrkən bu sübutlara həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət vermiş, bu qiymətləndirmə nəticəsində onun törətdiyi əmələ münasibətdə maddi hüquq normasını düzgün tətbiq etmişlər. Məhkum işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən özünü hökmlə təqsirli bilindiyi əməli törətməməsini, yəni ümumiyyətlə psixotrop maddəni əldə etməməsini, saxlamamasını və daşımamasını bildirsə də, işdə olan sübutların təhlili göstərir ki, onun bu haqda verdiyi ifadələrdən fərqli olaraq məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələri həm şahidlərin ifadələri ilə, həm də müxtəlif istintaq hərəkətlərinin nəticələri tam üst-üstə düşür. Buna görə məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum məhkəmə iclasında verdiyi ifadələrinin özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilməsində heç bir qanun pozuntusu görmür və bununla bağlı kassasiya şikayətinin də dəlillərini qəbul edilməz sayaraq onların Məhkum cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi dəyərləndirir. Belə qənaəti ilə əlaqədar məhkə mə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının əsasına qoyulmuş sübutların yol verilməz olmasını təsdiq edən sübutlar müdafiəçi Z.S.Sadıqova tərəfindən məhkəmələrə təqdim olunmamış və kassasiya şikayətində də belə mötəbər sübutlara istinad edilməmişdir. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Eyni zamanda məhkəmə kollegiyası Məhkum ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinin məhkəmələr tərəfindən onun təqsirliliyinə dəlalət edən əsas sübutlardan biri kimi qəbul edilməsində və həmin ifadələrin qəbul olunmuş yekun məhkəmə aktlarının əsasına qoyulmasında da heç bir qanu n pozuntusunu müəyyən etmir, çünki, yuxarıda qeyd olunduğu və CPM-in 126.6-cı maddəsinin tələb etdiyi kimi, məhkumun bu ifadələri, iş üzrə qanuni yolla toplanmış və araşdırılmış digər bütün sübutların məcmusu ilə təsdiq edilir. Kassasiya şikayətinin Məhkum ailə üzvlərinin yanında yaşadığı evdə tutulduğu halda polis əməkdaşları tərəfindən evinin yaxınlığında tutulmasını göstərdikləri dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan əməliyyataxtarış tədbirinin həyata keçirilməsi haqqında qərardan, şübhəli şəxsin tutulması haqqında polis əməkdaşlarının raportlarından və protokoldan görünür ki, Məhkum 30 yanvar 2023cü il tarixdə Sabirabad rayonunun Zəngənə kəndində saxlanılmış və həmin gün saat 15:40-da şübhəli şəxs qismində Sabirabad RPŞ-də tutulmuşdur. Mə hkum ailə üzvü olan arvadı X11 və xalası qızı X5 birinci instansiya məhkəməsində dindirilmiş və onlar ifadələrində Məhkum saat 16 radələrində yaşadığı evdən tutulub aparılmasını bildirmişlər. Lakin, işə baxan birinci instansiya məhkəməsi həmin şahidlərin ifadələrinə qiymət verərkən onların Məhkum yaxın qohumları olduqlarını və bu səbəbdən işin nəticəsində marağı olan şəxslər kimi təqsirləndirilən şəxsin müdafiəsi məqsədi ilə həmin məzmunda ifadə verdiklərini qeyd edib haqla olaraq bu ifadələrin nəzərə alınmasının mümkün olmaması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətinin Məhkum saxlanılarkən üzərində hər hansı narkotik vasitənin və ya psixotrop maddənin olmaması, həmin psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması və ona qarşı psixi və fiziki işgəncələrin verilməsi dəlilinə münasibət bildirərək qeyd edir ki, Məhkum iddia etdiyi halların tutulduqdan sonraki qısa müddət ərzində baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılmış, lakin bu araşdırma nəticəsində onun iddiaları təsdiq edilmədiyindən 26 may 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti Məhkum göndərilsə də, nə onun özü, nə də ki, onun müdafiəçiləri tərəfindən bu qərar qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, iş üzrə məhkəmələrin gəldikləri nəticələrin arxasında duran həm yuxarıda göstərilən, həm də digər sübutların toplanması və araşdırılması zamanı, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verilməmiş və cinayət işinin materialları ilə Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-in 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilmir və onun təqsirliliyi işdə olan sübutlarla tam təsdiq edilir. Bundan başqa, məhkəmələr işə b axılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, Məhkum qarşı irəli sürülmüş ittihamın arxasında duran bütün sübutlarla (həmin sübutlar birinci instansiyası məhkəməsinin hökmündə ətraflı təsvir edilərək onlara qanuna müvafiq qiymət verilmişdir) yanaşı məhkumun verdiyi ifadələrinin qanunsuz yolla əld ə edilməsi, yəni ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə sübutların əldə edilməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı, maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-in 416-cı maddəsində sadalanan pozuntulara yol vermədiklərini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətində göstərilən dəlillər heç bir sübutla təsdiq olunmadığından, həmin dəlillər Məhkum cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Kassasiya şikayətində irəli sü rülmüş tələblərə gəldikdə isə, məhkəmə kollegiyası əvvəla şərh edilənlərdən çıxış edərək Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməklə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün əsaslar görmür və eyni zamanda onun Avropa Konvensiyasının 3, 5, 6, 9,10, 11, 13 və 18-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının pozulmasının tanınması barədə də qərar qəbul edilməsini mümkün bilmir ona görə ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarla rdan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Prosessual qanunvericiliyin bu normasının tələblərindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin iş üzrə qəbul edə biləcəyi qərarların sırasında məhkum olunmuş şəxsin hər hansı hüququnun pozulması barədə qərar nəzərdə tutulmamışdır və məhkəmə kassasiya müraciətlərinə baxılması nəticəsində belə halları müəyyən etdikdə belə pozuntunun tanınması deyil, apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün və ya qəbul edilmiş digər yekun aktın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da həmin hökmün və ya qərarın dəyişdirilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. O, ki qaldı kassasiya şikayətində adları göstərilən polis əməkdaşlarının barələrində xüsusi qərarın çıxarılması və həmin şəxslərin barəsində müvafiq tədbirlərin görülməsi üçün qərarın aidiyyəti orqana göndərilməsi tələbinə, məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına əsaslanaraq qe yd edir ki, həmin şəxslər tərəfindən Məhkum hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına yol verilməsi toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmədiyindən onların barəsində xüsusi qərarın çıxarılması üçün heç bir əsas yoxdur və belə olan halda müdafiəçi Z.S.Sadıqovanın bu tələbi də qəbul edilməz hesab edilməlidir. Belə qənaəti ilə bağlı isə məhkəmə kollegiyası cinayət işinin materialları ilə yanaşı CPM-in 419.14-cü maddəsinin tələblərinə də əsaslanır və qeyd etməli vacib sayır ki, həmin maddəyə əsasən kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması nəticəsində məhkəməyədək, birinci və ya apellyasiya instansiyası məhkəməsində icraat zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə, kassasiya instansiyası məhkəməsi bu Məcəllənin 406-cı maddəsində göstərilənlərə uyğun olaraq xüsusi qərar çıxara bilər. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən CM-in 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə əməl edilərək onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən bütün hallar, o cümlədən cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olması CM-in 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində kifayət qədər nəzərə alınmış və onun barəsində qanuni və ədalətli yekun qərar qəbul edilmiş, bu qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməmişdir. Buna görə, bütün qeyd olunanlardan çıxış edib iş üzrə toplanmış və araşdırılmış sübutlara və qan unvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə nəticəyə gəlir, birinci və apellyasiya instansiyası məhkəmələrinin də bu haqda gəldikləri qənaəti qanuni və əsaslı hesab edir və bu baxımdan onun barəsindəki cinayət işinin icraatına hər hansı, o cümlədən CPM-in 42-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verilməsini, habelə şikayətdə irəli sürülmüş digər tələblərin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya ş ikayətinin təmin edilməsi haqda məhkumun müdafiəçisi Z.S.Sadıqovanın, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət iş i üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli qərarı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar