Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2630/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Muxtarov Teyyub Asif oğlunun sədrliyi, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 mart tarixli 1(105)-214/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətini ilkin öyrənərək MÜƏYYƏN ETDİM: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 1 fevral tarixli, 1(124)-255/2024 saylı hökmü ilə (hakimlər N.Mirzəyev (sədrlik.edən), E.Məmmədov və N.Hüseynlidən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tut ulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə) 2024-cü il 27 mart tarixli, 1(105)-214/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 1 fevral tarixli, 1(124)-255/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 mart tarixli, 1(105)-214/2024 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə nəzər yetirərkən məlum olmuşdur ki, kassasiya şikayəti imzalanmamışdır. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti imzalanmadığından CPM-in 415.1.1ci maddəsinə əsasən cinayət işi apellyasiya instansiyası məhkəməsinə mümkünlüyün yoxlanılması üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 415.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti və ya kassasiya protesti vermiş şəxsin kassasiya şikayətini və ya kassasiya protestini aşağıdakı hallarda baxılmamış saxlamaq hüququna malikdir 415.1.1. həmin şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda; 415.1.2. həmin şəxs müvafiq olaraq kassasiya şikayətini və ya kassasiya protestini yazılı şəkildə təqdim etmədikdə; 415.1.3. kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa dair bu Məcəllənin 413-cü maddəsinin tələblərinə riayət edilmədikdə; 415.1.4. həmin şəxs kassasiya şikayəti və ya kassasiya protestinə onların surətlərini həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan, cinayət prosesinin bütün iştirakçılarına çatacaq sayda əlavə etmədikdə. 415.2. Bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi ilkin olaraq kassasiya şikayətinin və ya kassasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, kassasiya şikayəti və ya kassasiya prote sti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Bu halda şəxs bu Məcəllənin 410-cu maddəsində göstərilən müddətlərdə yenidən kassasiya şikayəti və ya kassasiya protesti verə bilər. Kassasiya şikayəti imzalanmadığından həmin şikayətin kassatorun iradə ifadəsi olub-olmamasını müəyyən etmək mümkün deyil və imzalanmama həmin sənədin mövcud rekvizitlərə malik sənəd kimi qəbul edilməsini də istisna edir. Belə olan halda kassasiya şikayəti baxışdan çıxarılmalı və CPM-in 413 və 415-ci maddələrinin tələblərinə əməl edilməsi üçün cinayət işinin materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 418.3-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 mart tarixli 1(105)-214/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası CPM-in 413 və 415-ci maddələrinin tələblərinə əməl edilməsi üçün cinayət işinin materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə gaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2630/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2630/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver