Məhkəmə qərarları › İş №1(102)-2635/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2635/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2635/2024 17.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Kəngərli Orxan Rüstəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 1(101)-509/2024 nömrəli (hakimlər: Kərimov Novruz Ağakərim oğlu (sədrliyi ilə), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsində baş kəşfiyyatçı vəzifəsində işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın çəkilməsinin başlanğıcının 19 iyul 2023-cü il tarixdən hesablanması müəyyən edilmiş, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 1(101)-509/2024 nömrəli (hakimlər: Kərimov Novruz Ağakərim oğlu (sədrliyi ilə), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət məhkəmə tərkibində) qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsin in 24 yanvar 2024-cü il tarixli 1(101)-509/2024 nömrəli hökmündə “hökm etdi” hissəsinin 3-cü abzasında təqsirləndirilən şəxs Məhkum təyin olunan cəzanın çəkilməsinin başlanğıcının “19 iyul 2022-ci il” kimi oxunması müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli 1(101)-509/2024 nömrəli (hakimlər: Kərimov Novruz Ağakərim oğlu (sədrliyi ilə), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət məhkəmə tərkibində) qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 1(101)-509/2024 nömrəli hökmünün nəticəvi hissəsinin üçüncü abzasında olan “2023-cü il” ifadəsinin “2022-ci il” kimi oxunması müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli 1(103)-657/2024 nömrəli (hakimlər: Mehdiyev Emin Əlixan oğlu (sədrliyi ilə), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti (ona verilmiş əlavə ilə birlikdə) təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Kəngərli Orxan Rüstəm oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsindən 21 oktyabr 2024 -cü il tarixli müşayiət məktubu ilə daxil olmuş ərizə ilə Məhkum məhkəməyə müraciət edərək, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının məhkəmə çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüqu quna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Cinayət-Prosessual QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Kəngərli Orxan Rüstəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar