Məhkəmə qərarları › İş №1(102)-2639/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2639/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2639/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikası CM-in 228.2.1, 228.2.2 və 228.4-cü maddələri ilə və Məh kum2 CM-in 228.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 22 may tarixli, 1(103)-53/2024 nömrəli hökmündən Məhkum1, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (Hakim M.Zeynalov) 2023-cü il 10 may tarixli, 1(008)-9/2023 nömrəli hökmü ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz massivi, ev 05, mənzil 04də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayo nu, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz massivi, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 08 iyun 2021-ci il tarixdən hesablanmışdır. xx xxx 1989-cu il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Göygölrayonu, Üç təpəkəndində qeydiyya Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2, 228.4-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2-ci maddələri ilə «3» (üç) i l «4» (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə «4» (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla onun üzərində qəti olaraq 3 (üç) il «6» (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 iyun 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqda n məhrumetmə cəzasına məhkum edilmişlər. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti, məhkum edilmiş şəxslər Məhkum2 müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs1, Məhkum1, Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimovdan ibarət tərkibdə) 2024-cü il 22 may tarixli, 1(103)-53/2024 nömrəli hökmü ilə apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayətləri təmin edilməmiş, hökm Məhkum2 aid hissədə ləğv edilmiş, Məhkum2 Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum2 08 iyun 2021-ci il tarixdən 08 iyun 2023-cü il tarixədək həb sdə olduğu 2 (iki) il müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum2 məhkəmə iclas zalından dərhal həbs edilmiş, hökm Məhkum1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissələrdə dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1,228.2.2-ci maddələri ilə təyin edilmiş 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, 4 (dörd) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmış və Məhkum1 üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanıl mış, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 10 iyun 2021-ci il tarixdən 10 iyul 2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) il 1 (bir) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxl anılmış, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbs edilmiş, hökm Məhkum1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən verilən ittihama görə Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.1 və 128-ci maddələri ilə təqsirli bilinərək 09 il, 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, 14 aprel 2021-ci ildə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən qanunsuz olaraq odlu silahı və onun komplekt hissələrini əldə etmə, daşıma, gəzdirmə, saxlama barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılaşmaya əsasən Məhkum2 2021-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs2 1 (bir) ədəd SSRİ dövlətində 1942-cı ildə Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz, atəşə yararlı, «LA-1312» nömrəli, 7.62 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən Tokarev (TT) konstruksiyalı tapançanı, 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz olan, 08 ədəd 7.62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı qanunsuz olaraq əldə edib üzərində qanunsuz daşımaqla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz massivi, ünvan 3 ünvanında qanunsuz saxlamış, Məhkum2 qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum2 08 iyun 2021-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz massivi, ünvan 4 ünvanın qarşısında saxlanılaraq sonuncunun razılığı və iştirakı ilə həmin gün saat 18:59 radələrindən etibarən yaşadığı evə baxış keçirilən zaman yaşadığı evin həyətyanı sahəsində giriş qapısından sol tərəfdə torpaqda basdırmaqla gizlədib saxladığı 01 ədəd yivli odlu döyüş silahı hesab edilən Tokarev (TT) konstruksiyalı tapança və 01 ədəd Tokarev (TT) konstruksiyalı tapançaların komplekt his səsi olan daraq aşkar edilərək götürülmüşdür. Məhkum1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 1 (bir) ədəd Rusiya Federasiyasında, «Kalaşnikov» konstruksiyaiı avtomatların bazasında İjevsk mexaniki zavodunda istehsal edilmiş «Cayqa MK isp 33» modelli, 17895339 №-li, 5.45 mm kalibrli karabin-yarım avtomatik (özü dolduran) yivli odlu ov silahı hesab edilən, saz vəziyyətdə, atəşə yararlı silah, 1 (bir) ədəd «Kalaşnikov» konstruksiyalı «AK-74» markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik olan, üzərlərində təyinatlarını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, təyinatları üzrə istifadəyə yararlı sandıqça, 26 (iyirmi altı) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 1908-ci il nümunəli, 7.62 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli «Mosin» sistemli tüfəngdə, 1931 -ci il nümunəli və «Draqunov» 1891/30-cu il nümunəli «Mosin»» sistemli tüfəngdə» Draqunov» («SVD») konstruksiyaiı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik «Cminov» tüfəngində, «Kalaşnikov» («Pk», «PKM», «PKT», «PKS») konstruksiyaiı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronların hissələri hesab edilən güllə, 249 (iki yüz qırx doqquz) ədəd zavod üsulu ilə istehsal edilmiş, 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik «Kalaşnikov» konstruksiyaiı «AK-74» («AK-74M», «AKS-74», «AKS-74U») markalı avtomat silahlarda, «RPK-74» («RPKS-74») markalı əl pulemy otlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş təyinatı üzrə istifadəyə yararlı patron, 40 (qırx) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» («pM»), «PA-63», «P64», «RK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, atəşə yararlı patron, 630 (altı yüz otuz) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları yandan alışan, 5.6 mm kalibrli olmaqla, həmin kalibrə malik «T03-8» («T03-8M»), «T03- 11», «T03-16», «T03-21-1», «T03-İ8», «T03-29», «T03-17» və s. modelli idman-ov tüfəng və karabinlərində, «Maprolin», «T03-35», «HC-1» ma rkalı idman tapançalarında, habelə digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, atəşə yararlı patron və 10 (on) ədəd zavod üsulu ilə istehsal edilmiş, 7.62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1908-ci il nümunəli, 7.62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli «Mosin» sistemli tüfəngdə, «Draqunov» (SVD) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik «Simonov» tüfəngində, «Kalaşnikov» («PK», «PKM», «PKT», «PKS» konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, atəşə yararlı patronları və 1 (bir) ədəd «Kalaşnikov» konstruksiyalı «AK-47», «AKM», «aK74» markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, soyuq silah hesab edilən süngü bıçağını əldə edib üzərində gəzdirməklə yaşadığı Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən evə daşımış və saxlamış, eyni zamanda o, təkrarən odlu silah və onun komplekt hissələrini əldə etmə, saxlama və daşıma barədə tanışı Təqsirləndirilən şəxs1 və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 1 (bir) ədəd Tula silah zavodunda istehsal edilmiş, 1930/33- cü illər nümunəli, «TT Tulskiy Tokarev» konstruksiyalı, 7.62 mm kalibrli, TB 1286 №-li, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, saz vəziyyətdə, atəşə yararlı, yivli odlu döyüş silahı hesab edilən tapança, 3 (üç) ədəd 1930/33-cü illər nümunəli, «TT TUlskiy Tokarev» konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 7.62 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı sandıqça, 3 (üç) ədəd partladıcıları ilə birlikdə, zavod üsulu ilə hazırlanmış, «M-75» markalı, qəlpəli, üzərlərində təyinatlarını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, döyüş sursatı hesab edilən, atəşpartlayışa yararlı əl qumbaralarını əldə edib 2021-ci ilin yanvar ayının ortalarında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində qrupun digər üzvü Məhkum1 saxlaması üçün vermiş, aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 qeyd edilən odlu silah, onun komplekt hissələri və döyüş sursatlarını yaşadığı Göygöl rayonu, Üçtəpə kəndi ərazisində yerləşən evə daşımış və orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 iyun 2021- ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Məhkum1 həmin tarixdə saat 10:00 radələrində Göygöl rayonu, Üçtəpə kəndinin girişində saxlanılmaqla Göygöl rayon polis şöbəsinə gətirilmiş, saat 12:00-dan etibarən özünün razılığı ilə yaşadığı evə baxış keçirilərkən fərdi yaşayış evinə bitişik birotaqlı tikilinin dam hissəsindəki çanta və aliminium qabın içərisindən 1 (bir) ədəd Tula silah zavodunda istehsal edilmiş, 1930/33-cü illər nümunəli, «TT Tulskiy Tokarev» konstruksiyalı, 7.62 mm kalibrli, TB 1286 №-li, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, saz vəziyyətdə, atəşə yararlı, yivli odlu döyüş silahı hesab edilən tapança, 3 (üç) ədəd 1930/33-cü illər nümunəli, «TT Tulskiy Tokarev» konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 7.62 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadəyə yararlı sandıqça, 1 (bir) ədəd Rusiya Federasiyasında, «Kalaşnikov» konstruksiyalı avtomatların bazasında İjevsk mexaniki zavodunda istehsal edilmiş «Sayqa MK isp 33» modelli, 17895339 №-li, 5.45 mm kalibrli karabin- arım avtomatik (özü dolduran) yivli odlu ov silahı hesab edilən, saz vəziyyətdə, atəşə yararlı silah, 3 (üç) ədəd partladıcılan ilə birlikdə, zavod üsulu ilə hazırlanmış, «M75» markalı, qəlpəli, üzərlərində t əyinatlarını dəyişdirən əiavə və ya dəyişiklik edilməmiş, döyüş sursatı hesab edilən, atəş-partlayışa yararlı əl qumbaraları, 1 (bir) «Kalaşnikov» konstruksiyalı «AK-74» markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 5.45x39 mm kalibrli patron tutumuna malik olan, üzərlərində təyinatlarını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, təyinatları üzrə istifadəyə yararlı sandıqça, 26 (iyirmi altı) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 1908-ci il nümunəli, 7.62 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli «Mosin» sistemli tüfəngdə, 1931-ci il nümunəli və «Draqunov» 1891/30-cu il nümunəli «Mosin» sistemli tüfəngdə, «Draqunov» («SVD»» konstruksiyalı snayper tüfəngləri ndə, 1936-cı il nümunəli avtomatik «Simonov» tüfəngində, «Kanaşnikov» («PK», «PKM», «»PKT», «PKS») konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronların hissələri hesab edilən güllə, 249 (iki yüz qırx doqquz) ədəd zavod üsulu ilə istehsal edilmiş, 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik «Kalaşnikov» konstruksiyalı «AK-74» («AK-74M», «AKS-74», «AKS-74U») markalı avtomat silahlarda, «RPK-74» («RPKS-74») markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş təyinatı üzrə istifadəyə yararlı patron, 40 (qırx) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» («PM»), «PA-63», «P64», «RK59», «P61» konstruksiya lı tapançalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, atəşə yararlı patron, 630 (altı yüz otuz) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları yandan alışan, 5.6 mm kalibrli olmaqla, həmin kalibrə malik «T03-8» («T03-8M»), «T03- 11», «T03-16», «T03-21-1», «T03-18», «T03-29», «T03-17» və s. modelli idman-ov tüfəng və karabinlərində, «Maprolin», «T03-35», «HC-1» markalı idman tapançalarında, habelə digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, atəşə yararlı patron və 10 (on) ədəd zavod üsulu ilə istehsal edilmiş, 7.62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1908-ci il nümunəli, 7.62x54 mm kalibrli olmaqla, həmin ka librə malik 1891/30-cu il nümunəli «Mosin»sistemli tüfəngdə, «Draqunov» (SVD) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik «Simonov» tüfəngində, «Kalaşnikov» («pK», «PKM», «PKT», «PKS») konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, atəşə yararlı patronlar və 1 (bir) ədəd «Kalaşnikov» konstruksiyalı «AK-47», «AKM», «AK74» markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, soyuq silah hesab edilən süngü bıçağı aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o törətdiyi əməldən səmimi peşimandır, ilk dəfə məhkum olunur, himayəsi ndə 2 övladı var, ailənin yeganə qazanc mənbəyi odur, hazırda islan yoluna qədəm qoymuşdur, cəza çəkdiyi dövrdə nizam-intizama riayət edir. Bunlara baxmayaraq məhkəmələr bunları nəzərə almamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işinin materiallarında olan Məhkum2 adından qeyd olunan xx.xx.2021-ci il tarixli izahatda göstərilmişdir ki, o, həmin gün saat 16 radələrində ünvan 5 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlarının özlərini BMCMİ-nin əməkdaşları kimi təqdim etmiş, həmin an qorxduğu və həbsdən yeni azad olunduğu üçün yenidən ora qayıtmaq istəməmiş, buna görə cibindən ülgüc çıxarıb həmin ülgücl ə sağ və sol qollarını bilək nahiyəsindən kəsərək xəsarət yetirmiş, polis əməkdaşlarının onun əlindən ülgücü almış, ona ilkin tibbi yardım göstərmiş, bundan sonra onu BMCMİ-nə aparmış, orada ona vəkil təqdim olunmuş, üzərində şəxsi axtarış və götürmə aparılmış, üzərindəki telefonu və yaşadığı evin açarını təqdim etmişdir. Şifahi sorğu zamanı yaşadığı evin həyətində silahı və onun darağını basdırdığını, həmin silahı və onun komplekt hissəsi olan darağı təqdim edə biləcəyini, həmin silahı və darağını 2-ci Sovxoz massivində yaşayan Həsən adlı şəxsdən aldığını bildirmişdir. Sonra isə yaşadığı ünvanda baxış keçirilməsinə etirazının olmadığına dair polis əməkdaşlarına ərizə vermiş, eyni zamanda polis əməkdaşları həyətə daxil olmamışdan əvvəl onu baxış keçirilməsinə dair qərarla tanış etmiş video çəkiliş aparılacağı bildirilmişdir. O, etiraz etməmiş və "TT" markalı tapançanı və onun darağını gizlətdiyi yeri göstərmiş və həmin silah və onun darağı onun göstərdiyi yerdən aşkar olunmuş və bununla əlaqədar protokol tərtib olunaraq götürülmüşdür. Məhkum2 adından qeyd olunan həmin izahatda ona tibbi yardımın göstərildiyini bildirdiyi halda, yarasından axan qanın kəsilməsi üçün həmin tibbi yardımın kim tərəfindən, nə vaxt, harada, hansı yolla göstərilməsi isə araşdırılmamışdır. Bundan əlavə, Məhkum2 adından kompüterlə yazılmış xx.xx.2021-ci il tarixli “Şübhəli şəxs qismində dindirmə protokolunda” qeyd olunmuşdur ki, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz Massivində onun Həsən adlı tanışı vardır. Tutulmamışdan təxminən 5-6 gün əvvəl Həsən ona onda bir ədəd odlu silah və onun darağı olduğunu, h əmin silahı saxlamaq üçün ona verəcəyini, bir neçə gündən sonra ondan götürəcəyini demiş, o da Həsənin ondan birinci dəfə xahiş etməsinə görə razılıq vermişdir. Həsən də bir neçə saatdan sonra qara rəngli sellofanda gətirdiyi silahı və darağını ona vermişdir. O, silahı sellofandan çıxaranda üzərində patron olmadığını görmüş,həmin silahı və darağını götürüb evinin həyətinə gəlmiş, silahı və darağını evinin həyətində qara sellofan torbada qazıb yerə basdırmış və bundan heç kimin məlumatı olmamışdır. Bundan əlavə, Məhkum2 şübhəli şəxs qismində ifadəsinin ardı cinayət işində olan xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında “ protokolda qeyd olunan məlumatlarla eynilik təşkil etmiş, eləcə də onun təqsirləndirilən şəxs qismində dindirmə protokolu da “şübhəli şəx s qismində dindirmə protokolu” ilə eyni məzmunda olmuşdur. İbtidai istintaq zamanı Məhkum2la Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkətinin aparılmasına dair xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan məlumatlarda göstərilmişdir ki, Məhkum2 Təqsirləndirilən şəxs2 Qarabağ müharibəsinə avtobus sürücüsü kimi gedərkən ona silah-sursat tapmasını xahiş etmədiyini, Təqsirləndirilən şəxs2 ona həmin silahı və onun darağını tutulmamışdan 5-6 gün əvvəl verdiyini, onun silahı həyətində olan torpağa basdırmasım, onun silahı harada gizlətməsindən Təqsirləndirilən şəxs2 məlumatsız olmasını bildirmişdir. Həmin üzləşmə zamanı Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində xx.xx.2021-ci il tarixdə verdiyi ifadəsini tam təsdiq edərək LA 1312 nömrəli tapançanı Məhkum2 saxlamaq üçü n deyil, hədiyyə olaraq verdiyini, Məhkum2 həmin tapançanı harada saxlamasından məlumatının olmadığını bildirmişdir. Diqqət çəkən məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 Məhkum2 həmin silahı harada saxlamasından xəbəri yoxdur. Halbuki, Məhkum2 həmin odlu silahın və onun komplekt hissəsinin Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etmə, daşıma, gəzdirmə və saxlama cinayət əməlinin törədilməsində ittiham olunur, həmin ittihama əsasən Təqsirləndirilən şəxs2 silahın saxlandığı yeri bilməmisdir. Göründüyü kimi, ittiham tərəfinin özünün topladığı məlumatlar Məhkum2 əməlində onun Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbirliyinin, yəni CM-nin 228.2.1-ci maddəsinin tərkibinin olmasını təkzib edən mötəbər sübutlardır. Bundan əlavə, Məhkum2 ona xx.xx.2021-ci il tarixdə yeni ittiham elan edilərkən göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə yaşadığı ərazidə arabir görüşmüş, onun tutulmasından 5-6 gün əvvəl Təqsirləndirilən şəxs2 onda bir ədəd tapança və darağının olmasını, saxlamağa qorxduğunu, həmin silahım ermənilərə məxsus olmasını, demiş, o da həmin silahı özünə götürmək qərarına gələrək həmin silahı Təqsirləndirilən şəxs2 bir ədəd qara sellofanda bükülü vəziyyətdə almış, Təqsirləndirilən şəxs2 silaha və onun „darağına görə ondan pul almamış, ona hədiyyə etmiş, o da həmin silahı qara rəngli sellofanda gətirib yaşadığı evin həyətində torpağa basdırmış silahı və onun darağını orada gizlətməsindən Təqsirləndirilən şəxs2 və hər hansı şəxsin xəbəri olmamışdır. Bundan əlavə, Məhkum2 müstəntqin “ilkin ifadələrinizdə və üzərinizdə şəxs i axtarış keçirilən zaman silahı Təqsirləndirilən şəxs2 saxlamaq məqsədi ilə əldə etdiyinizi bildirmisiniz, hazırda isə silahın ermənilərə məxsus olduğu üçün Təqsirləndirilən şəxs2 götürdüyünüzü qeyd edisiniz, ziddiyyət barədə nə deyə bilərsiniz ” sualına, “tutulan zaman silahın Həsənə məxsus olmasını və mənə saxlamaq məqsədi ilə verməsini qeyd etməyimə səbəb məsuliyyətdən azad edilmək idi. Belə ki, mən silahın Həsənə məxsus olmasını qeyd edəcəyim və Həsənin bunu təsdiqləyəcəyi təqdirdə həbs edilməyəcəyimi fikirləşmişdim. Lakin sonradan Həsənlə üzləşən zaman sonuncu silahı mənə birdəfəlik verdiyini etiraf etdiyindən mən məsuliyyətdən azad olunmayacağımı başa düşdüm ” cavabını, “ baxış və götürmə zamanı yaşadığınız evdən aşkar edilərək götürülmüş odlu silah və darağı daha sonra Təqsirlə ndirilən şəxs2 qaytaracaqsınızmı ” sualına “xeyir, mən silahı Həsənə qaytarmacaqdım, məqsədim silahı özümdə saxlamaq idi ” cavabını, “Təqsirləndirilən şəxs2 sizə verdiyi silahı haradan əldə etməsi barədə məlumatınız varmı” sualına “Həsən həmin silahın ermənilərə məxsus olduğunu və Qarağda olan zaman oradan götürdüyünü demişdi “ cavabını vermişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 22 may 2024-cü il tarixli, 1(103)-53/2024 saylı hökmünün Məhkum2 əməlində cinayət tərkibi olmadığından ona aid olan hissədə ləğv edilməsi və CM-in 228-ci maddəsinin qeyd hissəsinə əsasən ona bəraət verilməsi və ya Bakı Apellyasiya Məhkəməsinin 22 may 2024-cü il tarixli, 1(103)-53/2024 saylı hökmünün Məhkum2 aid hissədə ləğv edilməsini və cinayət işinin apellyasiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi3 tərəflərindən verilmiş kassasiya şikayətinin, eləcə də digər Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum1 Azərbaycan Respublikası CMin 228.2.1, 228.2.2 və 228.4-cü maddələri ilə və Məhkum2 CM-in 228.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 22 may tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, süb utların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum Fuad M’mm’dovun müdafiəşi Müdafiəçi3 kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qəra rının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkum1 ona təyin edilmiş cəzanın ağırlığını mübahisləndirərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyə n edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərt siz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətlərinin təmin ed ilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, Məhkum1 kassasiya şikayəti təmin edilməməli, Məhkum2 müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkum əməlinin tövsifini mübahisələndirməsə də onun cinayət əməli iş üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası Məhkum1 təyin edilmiş cəzanın növünə və həddinə münasibət bildirərək qeyd edir ki, məhkuma cəza təyin edilərkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, onun cəzasını yüngülləşdirən halın olması, cəzanı ağırlaşdıran halın olmaması nəzərə alınmaqla həm növ, həm hədd baxımından məhkuma qanuni və ədalətli cəza təyin edilmişdir. Həmin cəzanın yüngülləşdirilməsi üçün iş üzrə hüquqi və faktiki əsaslar mövcud deyil. Məhkəmə kollegiyası Məhkum2 əməlinin tövsifi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, istintaq orqanı tərəfindən Məhkum2 CM-in 228.2.1-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, digər məhkum Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Birinci instansiya məhkəməsinin hökmü ilə F. Məmmədovun əməli CM-in 228.1-ci maddəsinə töv sif edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Məhkum2la Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaları müəyyən edilməmişdir. Kassasiya protesti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi Məhkum2 əməlini yenidən CM-in 228.2.1-ci maddəsinə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum2 əməlini Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsindən həmin Məcəllənin 228.1-ci maddəsinə tövsif edərkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 Məhkum2 çay içmək məqsədilə Mehhdiabad qəsəbəsində çayxanaya görüşə çağırmış və söhbət zamanı ona özündə tapança olduğunu bildirmişdir. Məhkum2 öz təşəbbüsü ilə həmin silahın ona birdəfəlik verilməsini xahiş etmi şdir. Təqsirləndirilən şəxs2 da onun xətrinə dəyməyərək etiraz etməyib, silahı ona vermişdir. Məhkum2 həmin silahı evində gizlətmişdir. Həmin silah Məhkum2 evindən aşkar edilərək götürülmüşdür. Belə olan halda Məhkum2 əməlində cinayətin birgə törədilməsi barədə qabaqcadan əlbirlik əlamətləri yoxdur. Bu səbəbdən Məhkum2 əməli Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsindən Cinayət Məcəlləsinin 228.1ci maddəsinə tövsif edilməlidir. Halbuki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində birmənalı olaraq göstərmişdir ki, “Məhkum2 çoxdan tanıyır. Onunla bir kənddə qalır. Hələ bu hadisələr baş verməmişdən qabaq Fuad ona əgər tapa bilərsə ona silah verməyini demişdir”. Təqsirləndirilən şəxs2 həmin ifadəsində daha göstərmişdir ki, “Müharib ə olan ərazilərə getdiyi üçün Fuad ondan soruşduqda ona silah təşkil edə biləcəyini demiş, tarixini dəqiq xatırlamadığı vaxtda Rəşiddən həmin silahı götürmüş və Fuada vermişdir”. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində də Fuad Məmmədovun ondan silah istədiyini təsdiq etmişdir. Məhkum2 özü də ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ilkin ifadəsində göstərmişdir ki, heç yerdə işləmir. 2011-ci ildə qəsdən adam öldürmə cinayətinə görə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 həmkəndli kimi Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz Massivindən tanıyır. Həsənlə arabir Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz Massivində rastlaşanda bir-birilərini g örürlər. Tutulmamışdan 5-6 gün öncə Həsəni görmüş və Həsən onda bir ədəd odlu silah və odlu silahın darağı olduğunu, həmin silahı özündə saxlamağa qorxduğunu bildirmiş, eyni zamanda silah və darağı ona vermək istədiyini demişdir. Belə olan halda silahı götürməyə qərar vermiş və Həsənə silahı ona verməsini demiş, Həsən bir neçə saatdan sonra qara rəngli sellofanda silahı və darağı ona vermiş, Silahı sellofandan çıxartmış və yanında yoxlayaraq içərisində patron olmadığını demişdir. Bu barədə heç kimə məlumat vermədən həmin silahı qara sellofan torbada yaşadığı evin giriş qapısından sol tərəfdə torpaqda basdırmış, Həsəndən silahı götürməyi və həyətdə basdırmağı barədə heç kimin məlumatı olmamış, hətta silahı götürdükdən sonra nə edəcəyi barədə Həsənə də, məlumat verməmişdir. Toplanmış sübutla rın işin apellyasiya baxışı zamanı qiymətləndirilməsi nəticəsində işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı Məhkum2 ona silah lazım olması barədə əvvəlcədən etdiyi xahişini nəzərə alıb digər tanışı Təqsirləndirilən şəxs1 1 ədəd TT markalı tapança və onun darağını Məhkum2 vermək niyyəti ilə qanunsuz əldə edib özündə saxlamış və daha sonra bu məqsədlə özü üçün əlverişli vaxt və yer seçərək 2021-ci ilin iyun ayının əvvəllərində Məhkum2 çayxanaya çağırıb əsl həqiqətdə ona etdiyi xahişini xatırladıb artıq yerinə yetirdiyini, onda 1 ədəd TT markalı tapança və onun darağı olduğunu bildirmiş, Məhkum2 könüllü razılaşaraq həmin silahı və darağı ondan götürərək evinə aparıb bir müddət orada qanunsuz saxlamışdır. DİN-in BMCMİ-in əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində həmin silah və daraq ondan aşkar edilib götürülmüşdür. Göründüyü kimi, Məhkum2 qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə cinayəti ilə bağlı birgə fəaliyyətə dair tanışı Təqsirləndirilən şəxs2 ilə aralarında əvvəlcədən ümumi razılıq yaranmış, hər iki təqsirləndirilən şəxs həmin cinayətin obyektiv cəhətini təşkil edən əldə etmə, saxlama hərəkətlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmiş, onların hərəkətləri ümumi məqsədə xidmət etmişdir. Birinci instansiya məhkəməsinin Məhkum2 barəsində hansı sübutlara əsasən yuxarıda qeyd edilən nəticəyə gəldiyini söyləmək mümkün deyildir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutla rı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayaraq hesab edir ki, sübutların məcmusu Məhkum2 Allahverdi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirli olmasına kifayət qədər əsas verir. Cinayət işinin apellyasiya baxışı zamanı Məhkum2 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsindən həmin Məcəllənin 228.1-ci maddəsinə tövsif edilməsi üçün hallar müəyyən edilmədiyindən bu barədə birinci instansiya məhkəməsi əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ilkin ifadəsini məhkəmə istintaqı zam anı dəyişdirməsi işin faktiki hallarına təsir edən hər hansı hər hansı “ağalabatan” səbəblə əlaqəli olmamışdır.” Ali Məhkəmənin Cinayət Kollegiyası qeyd etməyi vacib hesab edir ki, cinayət törətmiş şəxsin (şəxslərin) əməlinin düzgün tövsif edilməsi üçün öncə baş vermiş cinayət hadisəsinin detalları düzgün müəyyən edilməli, hadisənin nə vaxt başlaması, nə vaxt bitməsi, məhkumlar bir necə şəxs olduqda onların hər birinin baş vermiş hadisədə hansı rola malik olmalarının düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti var. Hazırki işin hallarından və irəli sürülmüş ittihamdan görünür ki, TT konstruksiyalı tapança və həmin tapançaya məxsus bir ədəd daraq hazırki iş üzrə digər məhkum Təqsirləndirilən şəxs1 tərəfinədn məhkum Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 tərəfindən isə sonradan saxla nması üçün Məhkum2 verilmiş və polis əməkdaşları tərəfindən həmin tapança və daraq Məhkum2 aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi Məhkum2 Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməli törətməsi qənaətinə gələrkən hər iki məhkumun ifadələrinə istinad etmişdir. Məhkum Təqsirləndirilən şəxs2 məhkəmənin istinad etdiyi ifadəsindən görünür ki, “müharibə gedən ərazilərə getdiyi üçün Fuad ondan soruşduqda ona silah təşkil edə biləcəyini demiş, tarixini dəqiq xatırlamadığı vaxtda Rəşiddən həmin silahı götürmüş və Fuada vermişdir.” Məhkum2 məhkəmənin istinad etdiyi ifadəsindən görünür ki, “Tutulmamışdan 5-6 gün öncə Həsəni görmüş və Həsən onda bir ədəd odlu silah və odlu silahın darağı olduğunu, həmin silahı özündə saxlamağa qorxduğunu b ildirmiş, eyni zamanda silah və darağı ona vermək istədiyini demişdir. Belə olan halda silahı götürməyə qərar vermiş və Həsənə silahı ona verməsini demiş, Həsən bir neçə saatdan sonra qara rəngli sellofanda silahı və darağı ona vermişdir.” Göründüyü kimi, sadə bir hadisə ilə bağlı iki şəxsin ifadəsi bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, məhkum Təqsirləndirilən şəxs2 silahı Fuadın xahişi ilə əldə etdiyini, Məhkum2 isə Həsənin özündə olan silahı saxlamaqdan qorxduğu üçün ona verdiyini bildirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin ifadələrə istinad edərək şəxsin vəziyyyətini ağırlaşdırmasına baxmayaraq, bu ziddiyyətli məqamı görməzdən gəlmişdir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün süb utların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Lakin ittiham tərəfinin qabaqcadan əlbir olma ilə bağlı digər heç bir sübutu yoxdur. Məhkəmə kollegiyası bu yerdə şəxsin əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilməsi üçün zəruri olan əlamətlər barədə qeyd edir ki, CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33. 3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. CM-in 34.2-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarından çıxan məna ondan ibarətdir ki, törədilmiş cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkət iştirakçılar tərəfindən birlikdə, eyni vaxta törədilməlidir. Yəni cinayətin iştirakçıları eyni vaxtda cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri, hazırkı halda tapançanı və onun darağını birlikdə, ey ni vaxtda əldə etdikdə, başqasına verdikdə, satdıqda, saxladıqda, daşıdıqda və ya gəzdirdikdə onların hər ikisinin əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi tövsif oluna bilər. Lakin hazırkı iş üzrə verilmiş ittihamdan da görünür ki, tapança və daraq əvvəl məhkum Təqsirləndirilən şəxs2 tərəfindən əldə edilmiş, o müəyyən müddət həmin silahı özündə saxlamış, məhkum Təqsirləndirilən şəxs2 tapança və darağı əldə edərkən Məhkum2 onun yanında olmamış, tapança və daraq sonradan Məhkum2 verilmişdir. Belə olduğu təqdirdə qeyd edilən tapança və darağa münasibətdə məhkum Təqsirləndirilən şəxs2 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında CM-in 228.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmir. Bu səbəbdən məhkəmə kollegiy ası hesab edir ki, Məhkum2 əməli CM-in 228.2.1-ci maddəsindən həmin Məcəllənin 228.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə cəzalandırılmalıdır. CPM-in 419.1-ci maddəsinin ikinci cümləsinə əsasən kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan onun Məhkum2la qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində cinayət törətmələrinə dair müddəalar xaric edilməlidir. Müdafiəçi kassasiya şikayətində ibtidai istintaq zamanı Məhkum2 polis əməkdaşları tərəfindən işgəncə verilməsini bildirərək məhkum barəsində olan cinayət təqi binə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, cinayət işinin materiallarından və təqdim edilmiş sənədlərdən görünür ki, işgəncə faktı ilə bağlı prokurorluq orqanlarında araşdırma davam edir. Eyni zamanda, məhkumun öz ifadəsindən başqa cinayət işi üzrə qanuni əsaslarla toplanmış digər mötəbər sübutların məcmuyu ilə Məhkum2 tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapır. Eyni zamanda, cinayət işinin materiallarından görünür ki, Məhkum2 08 iyun 2021-ci il tarixdən 08 iyun 2023-cü il tarixə kimi həbsdə olmuşdur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 kassasiya şikayəti təmin edilməməli, Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 kassasiya şikayəti təmin edilməsin. Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilsin, Məhkum2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə tövsif edilsin və Məhkum2 Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 08 iyun 2021-ci il tarixdən 08 iyun 2023-cü il tarixə kimi həbsdə olduğu 2 (iki) il müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan onun Məhkum2 ilə qabaqcadan əlbir olmasına dair müddəalar xaric edilsin. Hökm Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə Məhkum2 aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar