Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-264/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum iştirakları ilə xx xxxxxxx 1997-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunda n sonra CM-in) 180.2.1, 180.2.2, 180.2.3 və 177.3.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), F.A.Qəribov və R.Ə.Sadıxov) Məhkum CM-in 180.2.1, 180.2.2, 180.2.3 və 177.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 180.2.1, 180.2.2, 180.2.3-cü maddələri ilə 4 il və CM-in 177.3.2-ci maddəsi ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, Məhkum üzərində qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx xxxxxx 2017-ci ildən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin iş üzrə həmçinin X9, X10 və X7 da məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum, X6 özü və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.N.Bayramov (sədrlik edən), N.E.Məmmədov və Ə.İ.Qasımov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən Məhkum barəsində belə n əticəyə gəlmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib soyğunçuluq, təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli və külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətlərini törətmişdir. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə pəncərəni vintaçanla açmaqla qanunsuz yaşayış sahəsinə daxil olub Zərərçəkmiş şəxs3 məxsus 1982 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1982 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxx 2017-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs10 yaşadığı ünvan 2 ünvanına gəlmiş, əvvəlcədən aralarında olan razılığa əsasən Məhkum törətdikləri cinayətin aşkar ediləcəyi halda, Xu sığortalamaq məqsədilə həyətdə pusquda dayanmış, X isə həmin mənzilə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq girib Zərərçəkmiş şəxs10 məxsus 1 ədəd 600 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 450 manat dəyərində fionit qaşlı qızıl üzüyü, 1 ədəd 700 manat dəyərində brilyant qaşlı qızıl üzüyü, 1 ədəd 300 manat dəyərində qızıl qolbağını götürüb mənzilin eyvanından aşağı düşərkən həmin vaxt evin qarşısında olan ev sahibinin qızı Şahid1 bunu görüb onların hüquqazidd hərəkətlərin dayand ırılmasını tələb etmiş, lakin X və Məhkum cinayət əməllərini davam etdirərək əldə etdikləri əmlakı saxlayıb hadisə yerindən qaçaraq Zərərçəkmiş şəxs10 məxsus 2050 manat dəyərində əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2017-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında yerləşən mənzilə pəncərəni dəmir parçası ilə açmaqla qanunsuz yaşayış sahəsinə daxil olub Zərərçəkmiş şəxs4 məxsus 2950 manat pulu, 1 ədəd 700 manat dəyərində qızıl boyunbağını və 1 cüt 200 manat dəyərində qızıl sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 3850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məq sədilə tanışları X7 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxxxx 2017-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 4 ünvanına gəlmiş, əvvəlcədən aralarında olan razılığa əsasən x3 törətdikləri cinayətin aşkar ediləcəyi halda X2 və Məhkum sığortalamaq məqsədilə həyətdə pusquda dayanmış, X2 isə Məhkumla birlikdə həmin mənzilə pəncərəni açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 məxsus 1000 manat və həmin dövrün məzənnəsi ilə 170,02 manat təşkil edən 100 ABŞ dolları, 1 ədəd «sünbül» şəkilli, 583 əyarlı rom şəkilli 900 manat dəyərində qızıl bilərziyi, 1 ədəd 585 əyarlı türkiyə istehsalı 2 qram çəkidə 100 manat dəyərində sadə qızıl bilərziyi, 1 cüt 583 əyarlı 4 qram çəkidə yarpaq şəkilli, üzərində göy qa şı olan 250 manat dəyərində sırğanı, 1 cüt 583 əyarlı 7 qram çəkidə 420 manat dəyərində sırğa kulon dəstini, 1 cüt 583 əyarlı 2 qram çəkidə 110 manat dəyərində sırğanı, 1 cüt 585 əyarlı 2 qram çəkidə 150 manat dəyərində sırğanı, 1 ədəd 750 əyarlı, 8 qram çəkidə 560 manat dəyərində qızıl üzüyü, 1 ədəd brilyant qaşlı, 750 əyarlı 500 manat dəyərində üzüyü, 1 ədəd brilyant və zümrüd qaşlı, 583 əyarlı 1000 manat dəyərində üzüyü, 1 ədəd üzərində baş qaşı olan 585 əyarlı 2,6 qram çəkidə 170 manat dəyərində qızıl üzüyü, 1 ədəd 585 əyarlı, 4 qram çəkidə 260 manat dəyərində qızıl üzüyü, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə qərənfil şəkilli 500 manat dəyərində üzük kulon dəstini, 2 ədəd 583 əyarlı hər biri 3 qram çəkidə hər biri 200 manat dəyərində nazik boyunbağını, 1 ədəd 583 əyarlı, 2 qram çəkidə 100 manat dəyərində kəpənək şəkilli kulonu, 1 ədəd 583 əyarlı 100 manat dəyərində gözmuncuğunu, 1 ədəd 583 əyarlı 200 manat dəyərində «Həzrət Əli» şəkilli medalyonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 6890,02 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X9 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxxx 2017-ci il tarixdə saat 18:30 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı ünvan 5 ünvanına gəlmiş, əvvəlcədən aralarında olan razılığa əsasən Məhkum törətdikləri cinayətin aşkar ediləcəyi halda Xu sığortalamaq məqsədilə həyətdə pusquda dayanmış, X isə həmin mənzilə pəncərəni açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq 1 ədəd 583 əyarlı 50 qram çək idə 3750 manat dəyərində tros boyunbağını, 1 ədəd 70 qram çəkidə 583 əyarlı 4450 manat dəyərində şam ağacı formalı boyunbağını, 1 ədəd 30 qram çəkidə 583 əyarlı 2100 manat dəyərində şam ağacı formalı qolbağı, 1 ədəd 585 əyarlı 20 qram çəkidə 1900 manat dəyərində lentvari versage markalı boyunbağını, 1 ədəd 25 qram Çəkidə 2050 manat dəyərində üzərində olimpiada kulonu olan boyunbağını, 1 ədəd 50 qram çəkidə 585 əyarlı 3850 manat dəyərində qadın qol saatını, 1 cüt 583 əyarlı yaşıl zümrüd və sapfir qaşlı 1950 manat dəyərində sırğanı, 1 cüt 12 qram çəkidə 583 əyarlı yaşıl zümrüd və sapfir qaşlı 1150 manat dəyərində sırğanı, 1 cüt 20 qram çəkidə 750 əyarlı gül-şəkili brilyant qaşlı 5700 manat dəyərində sırğanı, 1 ədəd 10 qram çəkidə 750 əyarlı gül şəkilli brilyant qaşlı 3150 manat dəyərində üzü yü, 1 dəst 30 qram çəkidə 583 əyarlı badamvari formada versage firmasına məxsus 3100 manat dəyərində sırğa üzük dəstini, 1 dəst 30 qram çəkidə 583 əyarlı göy rəngli və sapfir qaşlarla işlənmiş 3200 manat dəyərində komplekti, 1 ədəd 15 qram çəkidə 583 əyarlı brilyant qaşlı 3700 manat dəyərində nişan üzüyünü, 1 ədəd 20 qram çəkidə 583 əyarlı sapfir qaşlı 2900 manat dəyərində nişan üzüyünü, 1 ədəd 8 qram çəkidə 585 əyarlı 1200 manat dəyərində kişi nişan üzüyünü, 1 cüt 583 əyarlı 16 qram çəkidə kürəvari formada 1700 manat dəyərində sırğanı, 1 ədəd 8 qram çəkidə 583 əyarlı tarakan formalı 850 manat dəyərində üzüyü, 1 dəst ağ rəngli qaşlarla işlənmiş 85 manat dəyərində gümüş komplekti, 1 dəst yaşıl qaşlarla qızıl suyuna çəkilmiş 600 manat dəyərində bijuteriyanı, 1 dəst çəhrayı qaşlarla işlənmiş kvadrat formalı 400 manat dəyərində bijuteriyanı, 1 dəst 450 manat dəyərində boyunbağı, üzük, sırğanı, 1 dəst qara qaşlarla işlənmiş 50 manat dəyərində bijuteriyanı, 1 ədəd 550 manat dəyərində qadın qol saatını və 2200 manat nağd pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 51035 manat külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları X7 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxxx 2017-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, ünvan 6 ünvanına gəlmiş, əvvəlcədən aralarında olan razılığa əsasən x3 törətdikləri cinayətin aşkar ediləcəyi halda X2 və Məhkum sığortalamaq məqsədilə h əyətdə pusquda dayanmış, X2 isə Məhkumla birlikdə həmin mənzilə pəncərəni vintaçanla açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus həmin dövrün məzənnəsi ilə 2040,24 manat təşkil edən 1200 ABŞ dolları, 205 manat pul və hər birinin dəyəri 400 manat olan 2 ədəd «Alfajr» markalı qol saatı, 1 ədəd 25 manat dəyərində uşaq üçün qol saatı, 1 ədəd 50 manat dəyərində gümüş boyunbağı, 1 ədəd 200 manat dəyərində bijuteriyanı, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus 1 cüt 800 manat dəyərində qızıl sırğa, üzük komplekti, 1 ədəd 1500 manat dəyərində qızıl qolbağı, 1 ədəd 500 manat dəyərində qızıl üzük və qolbağı, 1 ədəd 3000 manat dəyərində qızıl üzüyü, 1 ədəd 100 manat dəyərində gümüş qolbağı, 1 ədəd 50 manat dəyərində gümüş boyunbağı, 1 ədəd 200 manat dəyərində bijuteriyanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3320,24 manat, Zərərçəkmiş şəxs2 isə 6150 manat olmaqla, ümumilikdə 9470,24 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli və qanuni qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, o, törətdiyi cinayət əməlini ilkin istintaq dövründə səmimi etiraf etmiş, qeyri əməllərə görə haqsız olaraq günahlandırıldığını bildirmişdir. Birinci instansiya məhkəməsi ədalətsiz olaraq ona ağır cəza təyin etmişdir. Məhkum həmçinin qeyd edir ki, zərərçəkmişlər Zərərçəkmiş şəxs10 yaşadığı mənzilə X9 ilə birlikdə daxil olub soyğunçuluq edilməsi, Zərərçəkmiş şəxs4 mənzilinə daxil olmaqla oğurluq edilməsinə dair ona əsassız ittihamlar verilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs8 dəymiş ziyan düzgün hesablanmayaraq dəfələrlə artırılmışdır. Bununla əlaqədar onun vəsatətləri təmin edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanu nun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şik ayətdə Məhkum təqsirləndirildiyi CM-in 180.2.1, 180.2.2, 180.2.3 və 177.3.2-ci maddələrində nəzərdə tutulan cinayətlərdən bir neçəsinə aidiyyətinin olmaması bildirilir və həmin epizodlara görə əsassız məhkum edilməsi, habelə təyin olunmuş cəzanın ağır olması mübahisələndirilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət ə məlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiy yəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınm asına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instan siya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin 1-ci cildinin 38-ci vərəqində olan protokoldan görünür ki, qızıl və brilyantın alqı satqısı kitabından Məhkum tərəfindən satılmış qızıl zinət əşyalarının qeyd edildiyi hissəsi istintaqa təqdim olunmuşdur. Həmin kitabın 41-ci səhifəsində xx.xx.1997-ci il təvəllüdlü Neftçala rayonu, Aşağı Surra kənd sakini Məhkum xx xxxxxxx 2017-ci il tarixdə X12 22,5 qram qızıl alaraq ona 900 manat pul verməsi qe yd olunmuşdur. Cinayət işinin 1-ci cildinin 43-44-cü vərəqlərində olan protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum tutulan zaman üzərindən bir ədəd qolbağı hissəsi qırılmış halda qara rəngli üzərində «svvss movt» yazısı olan saat, 1 ədəd sarı metaldan ibarət qolbaq, 1 ədəd gümüşü rəngdə qolbaq, 1 ədəd gümüşü rəngdə olan boyunbağı aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 47-ci vərəqində olan protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən təqdim edilmiş kişi qol saatı və gümüş bijuteriya üzrə tanınma keçirilərkən Zərərçəkmiş şəxs1 həmin qol saatını və gümüş bijuteriyanı tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cildinin 51-ci vərəqində olan protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən təqdim edilmiş gümüş bijuteriyalar üzrə tanınma keçirilərkən Zərərçəkmiş şəxs2 həmin 2 ədəd gümüş bijuteriyanı tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin 1-ci cildinin 80-86-cı vərəqlərində olan protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərdiyi xüsusatları ifadənin yerində yoxlanılması zamanı bir daha əyani şəkildə göstərmişdir. Cinayət işinin 1-ci cildinin 130-cu vərəqində olan protokoldan görünür ki, təqsirləndirilən şəxs X10 istintaqa bir ədəd sarı metal rəngində qara kəmərli kişi qol saatını təqdim edərək xx xxxxxxx 2017-ci il tarixdə Məhkumla etmiş olduğu oğurluq nəticəsində ona qalmış olan saat olduğunu bildirmişdir. Cinayət işinin 6-cı cildinin 176-178-ci vərəqlərində olan protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum X9 ilə birlikdə oğurluq etməsi ilə bağ lı ifadəsində göstərdiyi xüsusatları ifadənin yerində yoxlanılması zamanı bir daha əyani şəkildə göstərərək təsdiq etmişdir. Cinayət işinin 7-ci cildinin 310-311-ci vərəqində olan protokoldan görünür ki, ünvan 7 ünvanından götürülmüş videogörüntülərin əks olunduğu kompakt diskə təqsirləndirilən şəxs Məhkum iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, əyinlərində qara paltar olan iki nəfər keçir. Həmin şəxslərdən biri öndə əli cibində digəri isə onun arxası ilə hərəkət edirlər və görüntünün 10:07 dəqiqəsində həmin şəxslər görüntüdən itirlər. Baxışda iştirak edən Məhkum həmin öndə gedən şəxsin X9 olduğunu, onun arxasında olan şəxsin isə özü olduğunu bildirmişdir. Həmçinin, Məhkum xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs5 mənzilindən edilmiş oğurluqda iştirak etmədiyini bildirsə də, onun bu ifadəsi həmin oğurluqda onunla birlikdə iştirak etmiş digər təqsirləndirilən şəxslər X2 və x3un məhkəmədəki ifadələri ilə təkzib olunur. Məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs8 dəymiş ziyan düzgün hesablanmayaraq dəyərinin dəfələrlə artırılmasına dair kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs8 mənzilindən oğurlanmış əmlakın dəyəri obyektiv olaraq araşdırılmış və vurulmuş ziyanın 51.035 (əlli bir min otuz beş) manat olmasına dair obyektiv nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin işə baxılması zamanı aşağı instansiyua məhkəmələri tərəfindən «Oğurluq, soycunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Mə hkəsinin Plenimunun x xxxx 2005-ci il tarixli qərarının tövsiyələrinə riayət olunmuşdur. Məhkəmə kоllеgiyаsı məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, vurulmuş maddi zərəri qismən ödəməsini, əvvəllər məhkum olunmamasını, məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzan ın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni c inayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab e dir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, vurulmuş maddi zərəri qismən ödəməsi, əvvəllər məhkum olunmaması, məcburi köçkün olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutl ar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdir ilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-264/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-264/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver