Məhkəmə qərarları › İş №1(102)-264/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-264/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-264/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ümüd Nadir oğlu Şahvələdovun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən), Əhməd Quliyev və Azər Paşayev) 09 fevral 2022-ci il tarixli, 1(101)-193/2022 nömrəli hökmü ilə xx xxxx 1990-cı il tarixdə Bərdə rayonunun Yeni Əyricə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə rayonu, Yeni Əyricə kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rej imli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 mart 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 başqa şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirəndən sonra başqa şəxsdən 1000 manat pul alacağına dair sonuncu ilə razılaşdıqdan sonra, 04 mart 2021-ci il tarixdə saat 20:00 radələrində başqa şəxsin tapşırığına əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində gizlədilmiş yerdən küll i miqdarda, yəni 600,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda, yəni 14,768 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədilə əldə etmiş, həmin psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, narkotik vasitə olan tiryəki isə daşıyaraq kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 79/2 ünvanında yerləşən 186 saylı mənzildə saxlamış, 04 mart 2021-ci il tarixdə saat 22:40-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 79/2 ünvanın yaxınlığında saxlanılaraq baş idarənin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada o nun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkcənin sol iç cibindən şəffaf sellofan bükümdə qablaşdırılmış külli miqdarda, yəni 14,768 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra 05 mart 2021-ci il tarixdə saat 01:45-də kirayə onun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 79/2 ünvanında yerləşən 186 saylı mənzilə keçirilən baxış zamanı mənzilin qonaq otağındakı divanın sol alt hissəsindən saxlanılan sellofan torbada külli miqdarda, yəni 600,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən, Məhkum2 və başqa şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda k ustar üsulla hazırlanmış narkotik vasitə heroinin və külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirəndən sonra başqa şəxsdən 1000 manat pul alacağına, həmin pulun 300 manatını Məhkum2 verəcəyinə dair sonuncular ilə razılaşdıqdan sonra, 04 mart 2021-ci il tarixdə saat 22:00 radələrində başqa şəxsin tapşırığına əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində gizlədilmiş yerdən külli miqdarda, yəni 955,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda, yəni 200,0 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etmiş, aralarında olan razılaşmaya əsasən həmin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni Məhkum2 satış məqsədil ə üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 79/2 ünvanın yaxınlığına daşımış, 04 mart 2021-ci il tarixdə saat 22:40-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 və Məhkum2 Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 79/2 ünvanın yaxınlığında saxlanılaraq həmin baş idarənin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, baş idarədə Məhkum2 üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkcənin içərisində saxladığı qara rəngli sellofan torbadan şəffaf sellofan torbalarına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 495,0 və 460,0 qram olmaqla, ümumilikdə 955 qram çəkidə, yəni külli miqdarda kustar üsulla haz ırlanmış narkotik vasitə olan heroin və 200,0 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzov) 23 iyun 2022-ci il tarixli, 1(103)-818/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmış, məhkum və onun müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il qərarı dəyişdirərək ittiham olunduğu maddələrlə cəzasının daha aşağı həddə müəyyən edilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə cəzanı yüngülləşdirən hal kimi yalnız Məhkum2 ibtidai istintaq zamanı cinayətin açılmasında fəal iştirak etməsi nəzərə alınmış, cəza təyin edilərkən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olması, məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarında qeyd olunur ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən Məhkum2 şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən h allar nəzərə alınmışdır. Məhkum2 himayəsində azyaşlı uşaqların olması kimi şəxsiyyətini səciyyələndirən məlumatın birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında öz əksini tapmaması, bu qənaətə gəlmək üçün əsas verir ki, hakimlər cinayət işinin materialları ilə ətraflı tanış olmadan hökm, apellyasiya instansiyası məhkəməsinin hakimləri isə həm də ki, onun tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəni oxumadan qərar çıxarmışlar. Belə ki, 09 fevral 2022-ci il tarixli hökmün və 23 iyun 2022-ci il tarixli qərarın Məhkum2 aid anket məlumatlarında belə onun himayəsində azyaşlı uşaqların olması əks etdirilməmişdir. Məhkum2 təyin olunmuş cəza sərtliyinə görə məhkumun şəxsiyyətinə uyğun deyil, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayə sində iki azyaşlı uşağın olması, məsuliyyətini ağırlaşdıran halların mövcud olmaması, evə yeganə qazanc gətirən şəxs olduğu, həyat yoldaşının evdar olması, ailənin ağır maddi durumu və həyat şəraiti, törətdiyi əmələ görə səmimi peşmançılığı nəzərə alınmaqla Məhkum2 təyin olunmuş cəzanın yüngülləşdirilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiy yəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum2 əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum2 əməli Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin yuxarıda göst ərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin başlıca dəlili məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə və işin hallarına uyğun olmayan ağır cəza təyin edilməsi ilə əlaqədar vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2- ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza tə yin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsin in 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum2 cəza təyin edərkən cinayət qanunu ilə nəzərdə tutulan cəzalarını yüngülləşdirən hal müəyyən edilmədiyini hökmdə qeyd etmişdir. Yalnızca məhkumların ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında fəal iştirak etmələrini cəzalarını yüngülləşdirən hal kimi nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsinin hökmünü dəyişdirmədən saxlamaqla, hökmlə təyin edilmiş cəza ilə razılaşmışdır. İş üzrə təqsirləndirilən şəxs Məhkum2 müdafiə çisi Müdafiəçi1 birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək Məhkum2 himayəsində iki azyaşlı uşaqlarının olması, həyat yoldaşının 2-ci qrup əlil olması, anasının 57 yaşlı olması və atasının vəfat etməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Məhkəmələr isə bu halı araşdırmadan, məhkumun himayəsində iki azyaşlı uşağının olması barədə sənədlərin cinayət işinə əlavə edilməsinə baxmayaraq, bunu nəzərə almadan məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və bu cəzanı ədalətli hesab etmişlər. Məhkəmə kollegiyası yuxarıda g östərilənləri nəzərə alaraq nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 təyin edilmiş cəza məhkumun cəzanı yüngülləşdirən hal nəzərə alınmadan təyin edildiyindən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı, bu hal isə təyin olunmuş cəzanın aşağı endirilməsinə əsasdır. Ona görə də məhkəmə kollegiyası Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə daha aşağı həddə cəza təyin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyun 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) il 6 (altı) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar