Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2642/2024 17.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Məhkum - Məhkum, Müdafiəçi – Bakı şəhəri 27 saylı Vəkil Bürosunun və kili Sarıyev Əjdər Hakim oğlunun iştirakları ilə, Cəbrayıl Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 1(072)-13/2023 nömrəli (hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi) hökmü ilə xx xxxxxx 1979-cu ildə x rayonu, xxx kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, x rayonu x №-li tam orta məktəbdə “Gənclərin çağırışaqədərki hərbi hazırlığı” fənni üzrə müəllim vəzifəsində işləyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, x kəndində qeydiyyatda olan və xxx ünvanda yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, onun nəqliyyat vasitələrini idarə etmək hüququndan 1 il 6 ay müddətinə məhrum edilməklə qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilməsi müəyyən edilmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli 1(106)-231/2024 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ə nvər və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Cəbrayıl Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi nəqliyyat vasitəs ilə yol hərəkəti istismarı qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs 2 və Zərərçəkmiş şəxs3 sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Məhkum 14 dekabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 5 saylı qəsəbədən 11-1 saylı qəsəbələrarası asfalt yol ilə 1 saylı qəsəbə istiqamətində hərəkət edən zaman həmin yolun 4 saylı qəsəbənin ərazisindən keçən hissəsində 30 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin 1 saylı "ASAN” Xidmət Mərkəzindən verilmiş "B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi əsasında, 31 iyul 2018-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbə si tərəfindən verilmiş AD xxxx nömrəli "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” ilə ona məxsus "MİTSUBİSHİ PAJERO-gLS” markalı, **-CT-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və 1.1-1.3 üfüqi nişanlanma xətlərini kəsib keçmək qadağan olduğu və qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə məhd udiyyətlər qoyduğu halda bu tələblərə əməl etməyib öz hərəkətini davam etdirərək, həmin asfalt yol ilə maksimum sürəti 50 km/saat nəzərdə tutulmuş yolda 70 km/saat sürətlə 1.1 üfüqi nişanlama xəttini kəsib əks hərəkət zolağına keçərək ikinci dərəcəli yol, yəni Cəbrayıl rayon İcra Hakimiyyəti inzibati binası istiqamətində hərəkətini davam etdirərkən əks hərəkət zolağı ilə 3 saylı qəsəbədən 5 saylı qəsəbə istiqamətində hərəkət edən polis əməkdaşı, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi əsasında idarə etdiyi, müvafiq əmrlə ona təhkim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatı İdarəsinə məxsus "CHEVROLET NİVA 21 2300-55L” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadı ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl rayon polis şöbəsinin post patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Zərərçəkmiş şəxs2 alın nahiyəsində solda, sol gicgah nahiyəsində, sol gözün üst qapağında, alın nahiyəsində sağda, sol yanaq nahiyəsində yaralar, burun belində və alın nahiyəsində ortada sıyrıqlar, sağ mil sümüyünün distal epifizinin qəlpəli, yerdəyişmiş sınığı, qayıqvari sümüyünün yerdəyişmiş sınığı və mil-bilək oynağının tam çıxığı ilə nəticələnən, həmin avtomobilin sürücüsü, polis kiçik serjantı Zərərçəkmiş şəxs1 sağ diz qapağının aşağı qütbünün qəlpəli, yerdəyişmiş sınığı, soltərəfli paraorbital hematoma, baş beyin silkələnməsi ilə nəticələnən, həmçinin idarə etdiyi avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs3 sağ gicgah-almacıq qövsünün və çənənin sağ oynaq çıxıntısının yerdəyişən sınığı, sağ əl və gicgah nahiyələrində sıyrıqlar, sağ əlində qançır, sağ yanaq və çənəaltı nahiyədə yaralar ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlıqlarının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin hərtərəfli və obyektiv araşdırılması, baş vermiş yol-nəqliyyat hadisəsinin hansı sürücünün təqsiri üzündə n yarandığını müəyyən etmək üçün iş üzrə təkrar yol nəqliyyat hadisələri ekspertizası təyin olunması barədə məhkəmə qarşısında vəsatət qaldırılsa da, vəsatət təmin olunmamışdır. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclasında məhkəmə qarşısında vəsatət qaldıraraq iş üzrə təkrar kompleks nəqliyyat hadisələri ekspertizası təyin olunması xahiş edilmiş, lakin vəsatət əsassız olaraq təmin edilmədən, apellyasiya şikayətinin dəlilləri araşdırılmadan iş üzrə məhkəmə qərarı qəbul edilmişdir. İş üzrə qəbul edilmiş hər iki məhkəmə aktı tam və hərtərəfli araşdırılmamış sübuta əsaslandığından əsassız və qanunsuzdur. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilərək yol-nəqliyyat hadisəsinin “SXEMİ”nin tərtib olunması məqsədi ilə hadisənin baş verdiyi yerə saat 16:00-da baxış keçirilmiş v ə protokol tərtib edilmişdir. Hadisə yerinə baxış protokolu yol-nəqliyyat hadisəsinin iştirakçısı Məhkum iştirakı ilə tərtib edilsə də, nədənsə hadisə yerinin “SXEMİ” Məhkum iştirakı olmadan, hadisə yerinə baxış keçirən şəxslərin mülahizələri əsasında tərtib edilmişdir. Belə ki, tərtib olunaraq “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” keçirilməsi üçün ekspertizaya təqdim edilmiş, “yol-nəqliyyat hadisəsi”ni əks etdirən “SXEM”də yolnəqliyyat hadisəsinin guya “Chevrolet Niva” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində baş verməsi əks olunmuşdur. Hansı ki, hadisə yerinin fotoşəkillərindən göründüyü kimi, Məhkum idarə etdiyi “Mitsubishi Pajero” markalı **-CT*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz izləri onun hərəkət etdiyi zolaqda qalmışdır. Yo l-nəqliyyat hadisəsi yerinin sxemi tərtib olunarkən Məhkum toqquşma nöqtəsini göstərmiş, onun iştirakı ilə hadisə yerinin SXEMİ tərtib olunmuş, lakin iş materiallarına Məhkum tərəfindən imzalanmış hadisə yerinin SXEMİ deyil, fərqli, yəni təhrif olunmuş sxem əlavə olunmuşdur. Həmçinin Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası”nın 7 mart 2023-cü il tarixli 8/206 nömrəli ekspert rəyindən görünür ki, ekspert qarşısında qoyulan sualları ekspert tam cavablandırmamış, təqdim olunmuş materiallara əsaslanaraq rəy təqdim etsə də, “Chevrolet Niva” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Cəbrayıl rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman h adisənin qarşısını almaq imkanının olub-olmaması, onun tərəfindən yol hərəkəti haqqında qanunun tələblərinin pozulub-pozulmaması barədə rəy verməkdən yayınmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarının ləğv edilərək, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Sarıyev Əjdər Hakim oğlu və Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Azər baycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apel lyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfinin verdiyi kassasiya şikayətində Məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi id dia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Kassasiya şikayətinin də lillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham, yəni avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktlar müəyyən edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması il ə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessua l qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublika sı CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146 -cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəld iyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Mə hkum verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, həmçinin istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Müdafiə tərəfi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittiham üzrə bəraət verilməsi haqqında tələblərini işin faktiki hallarının tam, hərtərəfli və oby ektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilmə si, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dər əcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Sübutlar qiymətləndirilərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirilməlidir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 mart 2023-cü il tarixli 8/206 nömrəli ilkin “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın rəyindən görünür ki, 1.3. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mitsubishi Pajero” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğu nsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məhkum avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 2.4. “Chevrolet Niva” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur.
5. Hadisə yerində “Chevrolet Niva” markalı avtomobilə məxsus tormoz izi qalmadığınd an “Chevrolet Niva” markalı avtomobilin hərəkət sürətini yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir.
6. İstintaq tərəfindən vəsatətə cavab məktubunda yolun maili və ya üfüqi olması göstərilmədiyindən hadisə yerində qalmış “Mitsubishi Pajero” markalı avtomobilə məxsus olan tormoz izinə görə hesabat apararaq həmin avtomobilin hərəkət sürətini müəyyən etmək mümkün deyildir. O cümlədən, cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli 8/2081 nömrəli təkrar “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın rəyindən görünür ki,
1. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, hadisə yerinə 7 avqust 2023-cü il tarixdə keçirilmiş baxış zamanı “Mitsubishi Pajero” markalı, **-CT-*** döv lət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum göstərdiyi toqquşma yeri, toqquşma yerinin Biləsuavr rayonu, 1 saylı qəsəbə istiqamətində sağ hərəkət zolağında yerləşməsi real toqquşma yerinə uyğun deyildir, “Chevrolet Niva” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 göstərdiyi toqquşma yeri, toqquşma yerinin Biləsuvar rayonu, 11 saylı qəsəbə istiqamətində sağ hərəkət zolağında yerləşməsi real toqquşma yerinə uyğundur. Ona görə də, sürücü Məhkum göstərdiyi hadisə mexanizmi, yəni “Mitsubishi Pajero” markalı avtomobilin Biləsuvar rayonu, 1 saylı qəsəbə istiqamətində sağ zolaqla hərəkətdə olarkən qarşıdan əks istiqamətdə olan “Chevrolet Niva” markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxması və “Mitsubishi Pajero” markalı avtomobilin hərəkət zola ğında toqquşmanın baş verməsi real hadisə mexanizminə uyğun deyildir. İstintaq tərəfindən müəyyən edilən və sürücü Zərərçəkmiş şəxs1 göstərdiyi hadisə mexanizmi, yəni “Chevrolet Niva” markalı avtomobilin Biləsuvar rayonu, 11 saylı qəsəbə istiqamətində sağ zolaqla hərəkətdə olarkən qarşıdan əks istiqamətdə olan “Mitsubishi Pajero” markalı avtomobilin qarşı sol hərəkət zolağına çıxması və “Chevrolet Niva” markalı avtomobilin hərəkət zolağında avtomobillər arasında toqquşmanın baş verməsi real hadisə mexanizminə uyğundur. 2.3. “Mitsubishi Pajero” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin 69-cu maddəsinin 7-ci hissəsin in 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məhkum avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 4.5. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “Chevrolet Niva” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yox dur. Belə ki, qeyd olunan hadisə mexanizmindən məlum olduğu kimi, “Chevrolet Niva” markalı avtomobilin öz hərəkət yolu ilə 50 km/saat sürətlə hərəkətdə olması, qarşıdan 70 km/saat sürətlə hərəkətdə olan “Mitsubishi Pajero” markalı avtomobilin 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı sol hərəkət zolağına çıxması, hərəkət üçün təhlükə yaratması, təhlükə yaranan anda avtomobillər arasında 10 metr məsafənin olması, yəni sürücü Zərərçəkmiş şəxs1 hərəkəti üçün təhlükə yaranan andan toqquşmaya kimi çox kiçik vaxtın keçməsi, belə vəziyyətdə sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki hesablamalar aparılmaqla tədqiq etməyə lüzum olmaması və qeyd olunan şəraitdə sürücü Zərərçəkmiş şəxs1 hərəkətləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu nun tələbləri ilə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, “Chevrolet Niva” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Odur ki, kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi üzrə təqsirliliyinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ifadəsi, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, o cümlədən təkrar “məhkəmə yolnəqliyyat hadisələri ekspertizası”nın rəyinə izah verilməsi məqsədilə dindirilmiş ekspert, kiçik ədliyyə müşaviri X6 ifadəsi, Azərbaycan R espublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 mart 2023-cü il tarixli 8/206 nömrəli ilkin “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli 8/2081 nömrəli təkrar “məhkəmə yolnəqliyyat hadisələri ekspertizası”nın rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir və həmçinin məhkəmələrin gəldiyi nəticələri kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edərək, kassasiya şikayətində göstərilmiş Məhkum hadisənin qarşısını almağa texniki imkanının olmaması barədə dəlillərini əsassız hesab edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı apellyasiya məhkəməsi əsaslı olaraq göstərilən ifadələri, protokolları və x üsusilə qeyd edilən ekspert rəylərini iş üzrə toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edərək hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi qənaətinə gəlmişdir. Odur ki, Məhkum “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə, həmçinin 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozmuşdur. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulmağı nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olunması ilə bağlı ittiham, məhkəməl ər tərəfindən işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutlara istinad qərarlarda əsaslandırılmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını di nləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.