Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2647/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 fevral tarixli, 1(104)-158/2024 nömrəli apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 24 iyul tarixli, 1(100)-118/2020 nömrəli hökmü ilə (X4 (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Nural Əliyevdən ibarət tərkibdə), xx xxxxxx 1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci mad dəsi ilə təqsirli bilinib 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2020-ci il 24 iyul tarixli, 1(100)-118/2020 nömrəli hökmündən məhkum tərəfindən 2021-ci il 3 mart tarixində apellyasiya şikayəti və müddətinin bərpasına dair vəsatət verilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 15 mart tarixli qərarı ilə məhkumun vəsatəti rədd edilmişdir. Lakin məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 15 mart tarixli qərarından apellyasiya şikayəti vermək hüququndan istifadə etmək əvəzinə, 2023-cü il 4 sentyabr tarixində yenidən hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət vermiş və Gəncə Ağır Cinayətlər Məhkəməsi təkrar olaraq vəsatətə baxmış və 20 23-cü il 29 noyabr tarixli qərarla vəsatəti rədd etmişdir. Həmin qərardan məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 fevral tarixli, 1(104)-158/2024 nömrəli qərarı ilə (X3 (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 29 noyabr tarixli, 1(100)-118/2020 saylı qərarı ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 29 noyabr tarixli 1(100)-118/2020 nömrəli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilmişdir. İŞİN HALLARİ: Apellyasiya instans iyası məhkəməsi qeyd etmişdir ki, məhkum tərəfindən verilmiş vəsatətə təkrar baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, artıq bir dəfə məhkumun vəsatətinə baxıldığından, onun tərəfindən növbəti dəfə verilmiş vəsatət buna hüququ olmayan şəxs tərəfindən verilmiş hesab edilməli idi. CPM-in 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(100)-118/2020 saylı qərarı ləğv edilməli və məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul ed ilməsindən imtina olunması barədə qərar çıxarılmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(100)-118/2020 nömrəli qərarından apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddətin bərpasına dair ərizə ilə müraciət etsə də müraciəti təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti verərək qeyd olunan hökmdən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddətin bərpasını xahiş etsə də apellyasiya məhkəməsi müddəti bərpa etməmişdir. Məhkum kassasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 1(100)-118/2020 nömrəli qərarından apellyasiya şikayəti vermək üçün müəyyən edilmi ş müddətin bərpa edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 fevral tarixli, 1(104)-158/2024 nömrəli qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Dadaşov Mübariz Yusif oğlu barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 fevral tarixli, 1(104)-158/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı mə sələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməmlidir. Belə ki, mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə kollegiyası qəbul etdiyi qərarda mövqeyini Qanun normalarına və cinayət işinin materiallarına istinad etməklə ətraflı və qanunamüvafiq qaydada əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarda ifadə olunmuş mövqeyi ilə razılaşaraq qeyd etməyi vacib hesab edir ki, məhkumun barəsində olan cinayət işi üzrə çıxarılmış hökmdən yuxarı məhkəməyə müraciət etmək hüququ onun konstitus ion hüququdur, lakin bu hüququn reallaşdırılması üçün CPM dəqiq müddətlər müəyyən etmişdir. Lakin məhkum bu hüququndan qanunla müəyyən edilmiş müddət ərzində istifadə etməmiş, bu müddəti buraxmışdır. Müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmiş, lakin müddət üzrlü hesab edilərək bərpa edilməmişdir. Lakin məhkum həmin qərardan apellyasiya şikayəti verməmiş, həmin qərarla razılaşmışdır. Müəyyən müddət keçdikdən sonra yenidən eyni vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, lakin bu müraciəti etməkdə səlahiyyətsiz olmuşdur. Cünki şəxs eyni hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 13 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Dadaşov Mübariz Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Dadaşov Mübariz Yusif oğlu barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 fevral tarixli, 1(104)-158/2024 nömrəli qərarı məhkum Dadaşov Mübariz Yusif oğlunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2647/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2647/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver