Məhkəmə qərarları › İş №1(102)-265/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-265/2020

18.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-265/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlunun iştirakları ilə Qazax Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilini b məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Hacıyev Şahin Şaiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Musayev Nemət Əlimusa oğlu) 08.09.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaz ax Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2014-cü ildən 09 fevral 2018-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının 9-cu tağımmın baş inspektoru vəzifəsində xidmət edərkən qabaqcadan əlbir olmuş bir qrup şəxsin Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin zərərinə olaraq, ölkə ərazisindən külli miqdarda xarici valyuta vəsaitlərini qanunsuz və gizli şəkildə müxtəlif ölkələrə çıxararaq, qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmaları faktı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla əlaqədar olaraq, 09 yanvar 2018-ci il tarixdə saat 22 radələrində həmin şəxslərin qaçaqmalçılıq yolu ilə Qaza x rayonu ərazisində yerləşən “Şıxlı” sərhəd-keçid məntəqəsindən Gürcüstana xarici valyuta keçirməyə hazırlaşdıqları barədə daxil olmuş məlumat əsasında onların cinayət başında yaxalanması məqsədilə Tovuz-Qazax avtomagistralı ilə əməliyyat tədbirin keçiriləcəyi sərhəd-keçid məntəqəsi istiqamətində hərəkət edən əməliyyat nömrəli “Audi A8” markalı avtomobili xidməti istifadəsində olan “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşın vasitəsi ilə Bakı-Qazax avtomagistralınm 477-ci kilometrində saxlatmış, daha sonra avtomobildə olan şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətində xidmət etmələri və əməliyyat tədbiri ilə bağlı təcili getməli olduqları barədə məlumat aldıqdan sonra avtomobilin hərəkətinə icazə vermişdir. Bundan sonra Məhkum əməliyyat nömrəli “Audi A8” markalı avtomobillə “ Şıxlı” sərhəd-keçid məntəqəsi istiqamətində hərəkət edən Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının orada əməliyyat tədbiri keçirəcəkləri qənaətinə gələrək, hakimiyyət nümayəndəsi, yəni Azərbaycan Respublikasının 21 iyul 2000-ci il tarixli “Dövlət qulluğu haqqında” Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət qulluğunun xüsusi növü hesab olunan daxili işlər orqanlarında xidmət edən polis əməkdaşı kimi “Polis haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli Qanunun 3-cü maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə əsasən cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək və həmin qanunun 13-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən hazırlanan cinayət və ya digər hüquqpozmaların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görmək vəz ifəsini üzərinə götürdüyü halda, vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək, qohumu X6 onun xahişi ilə qeyri-rəsmi işə götürən X5 şəxsi dostluq münasibətlərinə görə cinayət məsuliyyətindən yayındırmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə 09 yanvar 2018-ci il saat 21:16-da əməliyyat tədbiri zamanı saxlanılması planlaşdırılan X2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etməklə sonuncunu vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar ona məlum olmuş Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının “Şıxlı” sərhədkeçid məntəqəsi istiqamətində hərəkət etdiyi “Audi A8” markalı avtomobil barədə xəbərdar edərək ehtiyatlı, diqqətli və ayıq-sayıq olmağı tapşırmış və qısa müddətdən sonra “Şıxlı” sərhəd-keçid məntəqəsinin yanında yerləşən “Sınıq Körpü” avtovağzalına gedərək onunla görüşmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının 9-cu tağımının baş inspektoru vəzifəsində işləyən Məhkum Aqil Məmmədovu xəbərdar etməsi səbəbindən qabaqcadan əlbir olmuş bir qrup şəxsin qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması və cinayət başında yaxalanması məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilməsi planlaşdırılan əməliyyat tədbiri baş tutmamış, Dövlət Təhlükəsizliyi Xidmətinin qüvvə və vasitələri lüzumsuz sərf edilmiş, bu isə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbə b olmuşdur. Hökmdən məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən hakim Rzaquliyev Şamil Qəhrəman oğlu, hakimlər Muradov Rəhman Şaban oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 16 oktyabr 2019-cu il tarixli qərarı ilə Qazax Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan Məhkum müdafiəçisi Hacıyev Şahin Şaiq oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum ərizəsi daxil olmuş, ərizədə o, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmə k hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Qazax Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Hacıyev Şahin Şaiq oğlu tərəfindən verilmiş ka

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar