Məhkəmə qərarları › İş №1(102)-265/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-265/2021

15.02.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-265/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respu blikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Hacıyev Əfqan Niyətulla oğlu (sədrlik edən və məruzəçi), Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1974-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış Naxçıvan şəhəri, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 2-də yaşayan, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini tö rətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədilə qanunsuz olaraq 01 ədəd şəffaf sellofanda ayrıayrılıqda təmiz çəkiləri 2,064 qram, 2,113 qram, 2,000 qram, 2,092 qram və 1,844 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar təşkil edən 10,113 qram 05 ədəd bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli kustar üsulla hazırlanmış kimyəvi tərkibinə görə eyni tərkibli narkotik vasitə heroini əldə edib saxlamaqla xx xxx 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 93 ünvanının qarşısına daşımış və bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər N azirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin tarixdə, saat 18:10-da qeyd olunan ünvanda saxlanılaraq üstünə baxış keçirilərkən əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən özünün çıxarıb təqdim etdiyi əldə edib daşımaqla saxladığı 01 ədəd şəffaf sellofanda təmiz çəkisi külli miqdar təşkil edən 10,113 qram 05 ədəd bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli kustar üsulla hazırlanmış kimyəvi tərkibinə görə eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi İ.F.Əsədov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilmir, onun elan olunmuş ittiham üzrə cinayətin törədilməsində təqsiri yoxdur, çünki o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, belə vasitələri əldə etməmiş, üzərində saxlamamış və gəzdirməmişdir. Kassasiya şik ayətinin müəllifi həmçinin qeyd edir ki, iş üzrə şahidlər tərəfindən verilmiş ifadələr həqiqəti əks etditmir, onlar yalan danışırlar. Həmçinin Məhkum ilk məhkumluğunu, ailə vəziyyətini və müsbət xarakterizə olunduğunu nəzərə alaraq ona bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan görünür ki, o, həmin şikayətində faktiki olaraq barəsindəki ittiham hökmünün əsasının yolverilməz sübutlar təşkil etdiyini, belə sübutlar əsasında qanunsuz məhkum edildiyini, buna görə onun barəsindəki cinayət işinin icraatına CM-nin 234.4.3-cü maddəsi ilə bəraətverici əsaslarla xitam verilməli olmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqda tələbini CPM-nin 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələnd irmişdir. CPM-nin 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarından olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət Kollegiyası yenə də vurğulamağı lazım bilir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən iş ə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməs in). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edi lmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hə rəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolveril məzdir. CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericiliin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı ma ddəsinin tələblərinə əməl olunubolunmaması ilə bağlı bir sıra qərarlarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, həmin sübutlar qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhk əmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin, cinayətprosessual qanunvericiliyinin tələblərindən, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqelərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, işin faktiki hallarını yenidən müəyyə n edilməsi deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini, habelə iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında cinayət təqibinin və cinayət mühakimə icraatının prinsiplərinə, şərtlərinə və qaydalarına əməl olunub-olunmamasını yoxlamaq vəzifəsi düşür. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr onun barəsində yekun məhkəmə aktlarını qəbul edərkən yolverilməz sübutlara, yəni şahidlərin yalan ifadələrinə istinad etmiş və o, heç bir cinayət əməli törətmədiyi halda qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına əsaslanmaqda Məhkum bu dəlilinə cavab olaraq ilk növbədə vurğulayır edir ki, xx xxx 2018-ci il tari xdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil İdarəsinin Banditizm və digər Təhlükəli Cinayətlərlə Mübarizə şöbəsinin baş əməliyyat müvəkkili polis polkovnikleytenantı X12 raportuna əsasən, şöbəyə Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroinin əldə edilməsi, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi zəruri hesab edilərək bu haqda “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü hissəsinə və CPM-nin 445-ci maddəsinin tələblərinə uyğun olaraq xx xxx 2018-ci il tarixdə əməliyyat-axtarış tədbirlənin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, göstərilən qərar əsasında Məhkum Bakı şəhəri, Xətai rayon u, Babək prospekti, 93 saylı binanın həyətində saxlanılmış və orada hal şahidlərinin və müdafiəçinin iştirakı ilə ona üstündə dövriyyəsi qadağan edilən hər hansı bir əşyanın olub-olmaması barədə sual verildikdə o, cibindəki 5 bükümdə olan cəmisi 10,113 qram çəkidə narkotik vasitə olan heroini (narkotik vasitənin növü və çəkisi sonradan keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2018-ci il tarixli 13718 saylı rəyinə əsasən müəyyən edilmişdir) polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitəni isə Bakı şəhəri, Sabunçu rayon, Zabrat qəsəbəsinin ərazisində tapdığını bildirmişdir. Həm xx xxx 2018-ci il tarixdə verdiyi izahatında, həm də həmin tarixdə şübhəli şəxs, xx xxx 2018-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində hər dəfə müdafiəçinin iştirakı ilə dindirilərkən, Məhkum biri-birinə uyğun olan ifadələr verərək yenə də göstərmişdir ki, onun üstündə gəzdirdiyi və polis əməkdaşlarına təqdim etdiyi narkotik vasitəni o, Sabunçu rayonunun Zabrat qəsəbəsində tapmış, həmin vaxt tapdığı narkotik vasitəni polis orqanlarına təhvil vermək istəmiş, lakin sonradan bu barədə unutmuşdur. Eyni zamanda Məhkum göstərilən izahat və ifadələrində qeyd etmişdir ki, istər polis əməkdaşları tərəfindən saxlanılarkən, istərsə də onun üstünə baxış keçirilərkən ona qarşı fiziki və ya psixi zor tətbiq edilməmiş, o, hər hansı təzyiqə və ya işgəncələrə məruz qalmamış, törədilmiş cinayətlə bağlı əməliyyat-axtarış tədbirinin və istintaq hərəkətlərinin aparılması haqqında protokollarda əks etdirilənləri təsdiq edərək həmin protokollarla tanış olub onları şəxsən imzalamışdır. İş materialları ndan göründüyü kimi, cinayət təqibinin həm bu, həm də sonrakı mərhələlərində Məhkum həm şübhəli, həm də təqsirləndirilən şəxs kimi CPM-nin CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş hüquqları ona izah edilmiş və bu hüquqlardan tam şəkildə, heç bir məhdudiyyət qoyulmadan istifadə etməsi üçün lazımi şərait yaradılmışdır, ibtidai araşdırma orqanı tərəfindən Məhkum digər hüquqları ilə yanaşı onun müdafiə, o cümlədən özünün seçdiyi müdafiəçinin xidmətindən istifadə etmək hüququ da təmin edilərək xx xxxxxx 2018-ci il tarixdən başlayaraq onun hüquqlarının müdafiəsi 14 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən həyata keçirilmişdir. Cinayət təqibi orqanı və sonradan məhkəmələr tərəfindən müdafiəçi X-in da CPM-nin 92-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilərək onun vəsatətinə əs asən iş üzrə ilkin araşdırma zamanı toplanmış materiallar ona təqdim edilmiş, təqsirləndirilən şəxs Məhkum isə onun iştirakı ilə xx xxxxxx 2018-ci tarixdə təkrarən dindirilmişdir. Həmin tarixdə verdiyi ifadələrində Məhkum xx xxx 2018-ci il tarixdə polis əməkdaşları tərəfindən Babək prospekti, 93 saylı binanın həyətində deyil, orada yerləşən avtomobil təmiri sexində olarkən saxlanıldığını, bunu həmin sexdə işləyən X1, X2 və X3 adlı şəxslərin görməsini, bundan sonra polis əməkdaşlarının atomaşınında Baş Mütəşəkkil İdarəsinin Banditizm və digər Təhlükəli Cinayətlərlə Mübarizə İdarəsinə aparılarkən yolda adını bilmədiyi polis işçisinin onun cibinə narkotik vasitə qoymasını, özünün isə heç vaxt narkotik vasitə əldə etməməsini, daşımamasını və belə vasitələrin satışı ilə məşğul olmamasını bild irsə də, onun bu bəyanatı ilə əlaqədar təkrarən dindirilmiş əməliyyataxtarış tədbirinin həyata keçirilməsində (Məhkum saxlanılmasında və onun üzərinə baxış keçirilməsində) iştirak etmiş polis əməkdaşları Cəfərov Şahlar dadaş oğlu, X12 və hal şahidləri qismində dəvət olunmuş X9 və X15, hər birisi ayrı-ayrılıqda təqsirləndirilən şəxsin ilkin ifadələrinə uyğun ifadələr vermiş və Məhkum qarşı hər hansı qeyri qanuni hərəkətlərin edilmədiyini, o cümlədən kiminsə tərəfindən onun cibinə narkotik vasitələrin qoyulmadığını bildirmişlər. Göstərilən şəxslər həmin ifadələrini Məhkumlə üzləşdirmə zamanı da təkrar etmişlər. Eyni zamanda, Məhkum xx xxxxxx 2018-ci il tarixdə dindirilməsi zamanı irəli sürdüyü dəlillər üzrə “AutoClass” avtomobillərin təmiri sexinin işçiləri X10, X6 və X16 da şahid qismində d indirilmiş və onların hər birisi ayrı-ayrılıqda Məhkum polis əməkdaşları zamanı onun göstərilən sexdə olmasını inkar etmişlər. Göründüyü kimi, Məhkum barəsində aparılmış cinayət təqibinin ilkin mərhələsində toplanmış sübutların qanunsuz yolla əldə edilməsi öz təsdiqini tapmadığından işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tam haqlı olaraq bu sübutları – Məhkum 23 və xx xxx 2018-ci il tarixlərdə verdiyi ifadələrini, onun üzərində baxışın keçirilməsi və narkotik vasitələrin aşkar edilib götürülməsi haqqında xx xxx 2018-ci il tarixli protokolu, şahidlərin ifadələrini, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini onun elan olunmuş ittiham üzrə təqsirliliyinə dəlalət edən sübutlar kimi qəbul etmiş, təqsirləndirilən şəxsin sonradan, o cümlədə n məhkəmə iclasında verdiyi ifadələrini isə özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirib həmin ifadələri qəbul etdikləri yekun məhkəmə aktlarının əsası kimi qəbul etməkdən imtina etmişlər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə, iş materiallarına əsasən, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların topla nması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, məhkəmələr işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şək ildə təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulm uş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmal ı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmələrin sübut növü kimi qəbul etdikləri və hökmün və apellyasiya şikayətinə baxılmasına dair yekun qərarın əsasını təşkil edən Məhkum 23 və xx xxx 2018-ci il tarixlərində verdiyi ifadələrində onun qanunsuz əldə edib üstündə gəzdirldiyi narkotik vasitəni satmaq məqsədində olmaması barədə iddialarına gəldikdə, məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmələri kimi, bu iddiaları da aşağıdakı əsaslara görə əsassız sayır və hesab edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gəlmiş, bu nəticə isə Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əsasən, Məhkum üzərindən külli miqdarda narkotik vasitə – 10,113 qram çəkidə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüş və həmin narkotik vasitə naməlum şəraitdə ayrı-ayrılıqda 5 ədəd bükümlərdə qablaşdırılmışdır. Göstərilən narkotik vasitənin külli miqdarda olması Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə İ Siyahının 5-ci bəndi ilə müəyyən edilir. Həmin bəndə görə, çəkisi 2 qramdan yuxarı olan heroinin miqdarı külli miqdar hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.011-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9cu bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitən in çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum 23 və xx xxx 2018-ci il tarixlərində verdiyi ifadələrində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan gün onun üstündə aşkar edilərək götürülmüş narkotik vasitəni Zabrat qəsəbəsinin ərazisində tapmış, həmin narkotik vasitəni tullamaq istəmiş, lakin sonradan bu haqda unutmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli 1721 saylı rəyindən görünür ki, Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə kollegiyası şərh edilən qanunların tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini iş üzrə toplanmış sübutlarla birgə təh lil edərək belə nəticəyə gəlir ki, narkomaniya xəstəliyindən əzab çəkməyən və buna görə narkotik vasitələrin istifadəsinə ehtiyacı olmayan Məhkum külli miqlarda və xırda bükümlərdə olan narkotik vasitəni – 10,113 qram çəkidə heroini əldə etdikdən sonra dövriyyəsi qadağan olunmuş həmin vasitəni tullumaq fikrindən yayınmaqla bu vasitəni hər hansı şəkildə satmaq və ya istifadəsi üçün başqasına vermək niyyətində olmuş, lakin polis əməkdaşları tərəfindən saxlanıldığına görə məqsədinə nail ola bilməmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin eyni nəticəyə gəlmələrini əsaslı hesab edərək, Məhkum cinayət əməllərinin CM-nin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədilə və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və ü stündə daşıması kimi qiymətləndirməsini qanuni sayır. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran bütün hallar kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, məhkumun kassasiya şikayətində irəli sürülmüş dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun əməllərində cinayət tərkibinin olmaması kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, kassasiya şika yəti təmin edilməməli, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar