Məhkəmə qərarları › İş №1(102)-265/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-265/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-265/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və zərərçəkmiş şəxsin nümayəndəsi Şahid iştirakları ilə, Bakı Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Bəxtiyar Məmmədov) 07 aprel 2022ci il tarixli, 1(011)-57/2022 nömrəli hökmü ilə 15 avqust 1998-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2v 17-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.5 və 66.2-ci maddələrinə əsasən hazırkı hökmlə ona təyin edilmiş cəza Tərtər Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 1(061)41/2021 nömrəli hökmü ilə təyin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edildikdən sonra çəkilməmiş qalan 6 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə nəzərə alınmaqla, 3 (üç) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Onun Azərbaycan Respublikası CM-in 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hissə üzrə cinayət təqibinə xitam verilmişdir. İşin halları: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum özgənin əmlakını talama məqsədi ilə 22 sentyabr 2021- ci il tarixdə, saat 05 radələrində ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gəldikdə, evə giriş qapısının açıq olmasından istifadə edərək, qapıdan keçməklə yaşayış sahəsinə qanunsuz daxil olub, ev sahiblərinin yatmış olduqlarını aşkar etdikdən sonra yaşayış sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 50 manat dəyərində 01 ədəd boz rəngli idman gödəkcəsini, 80 manat dəyərində 01 ədəd göy rəngli dəri materialdan olan gödəkcəni, 15 manat dəyərində 01 ədəd “Nokia” markalı, 1114 modelli mobil telefonu, 30 manat dəyərində 01 ədəd göy rəngli cins şalvarını, 100 manat dəyərində 01 ədəd “Honor” markalı, “JSN-L21" modelli mobil telefonu, 120 manat dəyərində 01 ədəd “Samsung" markalı, “SMA525F/DS” (Galaxy A52) modelli mobil telefonu, 40 manat dəyərində 01 ədəd “Samsung” markalı, A10 modelli mobil telefonu, 50 manat dəyərində 01 ədəd “Samsung" markalı, A20 modelli mobil telefonu, 60 manat dəyərində 01 ədəd “Samsung” markalı, A50 modelli mobil telefonu, 120 manat dəyərində 01 ədəd “Perrelet" markalı qol saatını, 60 manat dəyərində 01 ədəd “Carrera Tag Heuer” markalı qol saatını, 10 manat dəyərində 01 ədəd “Cartier” markalı qol saatını, 01 ədəd 200 manat dəyərində “Tayota Corolla” markalı avtomobilə aid açarı, Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə dəyəri 200 manat təşkil etm iş içərisində müxtəlif növ kosmetik əşyaları ilə birlikdə qara rəngli dəri materialdan olan çantanı və 01 ədəd 70 manat dəyərində boz rəngli dəri materialdan olan çantanı gizli olaraq talayıb sellofana yığdığı zaman Zərərçəkmiş şəxs2 əmlakın talan olunmasını aşkar edib, qışqıraraq talanmış olan əmlakının qaytarılmasından ötrü onu dayandırmaq istəməsinə baxmayaraq, Məhkum əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirib şəxsin gözü qarşısında hadisə yerindən qaçıb uzaqlaşmaqla, əmlakı açıq talama yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 935 (doqquz yüz otuz beş) manat, Zərərçəkmiş şəxs2 isə ümumilikdə 270 (iki yüz yetmiş) manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və mər uzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 16 iyun 2022-ci il tarixli, 1(103)-1052/2022 nömrəli, qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 aprel 2022-ci tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, o irəli sürülən ittiham üzrə cinayətin törədilməsində özünü tə qsirli bilməmiş, cinayətin onun tərəfindən törədilməsinə dair heç bir əsas olmamışdır. Eyni zamanda məkanın yerləşdiyi küçədə kameralar quraşdırılmış, lakin hadisənin baş verdiyi gecə üzrə məhkuma dair hər hansı bir qeydə rast gəlinməmişdir. Bundan başqa ittiham tərəfi oğurlandığı iddia edilən əşyaların üzərində onun əl izlərinin olduğunu sübuta yetirə bilməmiş, həmçinin hadisə zamanı həmin əşyaların evdən oğurlanmasını təsdiq edən video görüntülər, fotoşəkillər və ya hər hansı maddi sübut təsbit edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməs i yoxlanılır. Məhkum kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkum kassasiya şikayətinin digər dəlili onun hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmünün çıxarılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildi rir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə(42.1.4-cü mad.). Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş itti ham üzrə özünü tam təqsirli bilərək buna uyğun ifadə vermişdir. Onun Azərbaycan Respublikası CM-in 180.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmasını qeyd etmiş, bundan əlavə onun törətdiyi əməl iş üzrə digər s übutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum kassasiya şikayətini onun elan edilmiş ittihamda təqsirsiz olması, onun yaşayış sahəsinə qanunsuz daxil olmaqla soyğunçuluq əməli törətməməsi ilə əsaslandırmışdır. Bununla əlaqədar kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum kassasiya şikayətinin əsaslandırılması üçün qeyd etdiyi hallar iş materiallarındakı sübutlarda öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 180.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgü n tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 180.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qan uni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İş lər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Məhkum Bərdə Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 1500 manat cərimə cəzasına məhkum olunmuşdur. Goranboy Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli qərarı ilə cərimə cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 6 (altı) ay 18 ( on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndinə əsasən çəkilməmiş 01 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası bir il azaldılmış və üzərində qəti olaraq 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Tərtər Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 1(061)41/2021 nömrəli hökm ündən apellyasiya şikayəti verildiyindən icra edilməmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlindən peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alıb Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum e tmə cəzası təyin etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən işin halları və məhkumun şəxsiyyətini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsin ə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6-cı maddəsinə əsasən məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarı nın ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 180.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar