Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-265/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 130.1-ci maddəsi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-cü il tarixli hökmü ilə isə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum və onun müdafiəçisi Qədirov Qədir Nizam oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər Neymanov İslam Əkrəm oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Vüqar İkram oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1986-cı il tarixdə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Res publikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonunun Ovçubərə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, CM-nin 130.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 52-1-ci maddəsinə əsasən, Məhkum üzərinə Biləsuvar rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatland ırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Biləsuvar rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum zəruri müdafiə həddini aşmaqla vətəndaş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərərə vurmuşdur. Belə ki, Məhkum 18 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Biləsuvar rayonu, Ovçubərə kənd qəbiristanlığının yaxınlığında, adsız ara küçədə aralarında əvvəllər qərəzçilik münasibəti olan həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni sonuncunun ailə həyatı qurmaq adı ilə tərəfindən aldadıla raq yaşadıqları kənddə xoşagəlməz söz-söhbətlərin yaranmasına səbəb olmasını bildirməsi ilə bağlı aralarında ani yaranmış mübahisə zamanı sonuncu onu nalayiq ifadələrlə təhqir etməklə ona hücum edib əynində olan köynəyini əli ilə yaxa hissəsindən tutub cırdıqda onu daşla vurmaq istəmişdir. Bu an Məhkum özünü müdafiə etmək məqsədilə yerdən daş parçası götürərək Zərərçəkmiş şəxs tərəf atmışdır. Nəticədə Zərərçəkmiş şəxs sol baldır sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı ilə xəsarətlər yetirməklə qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmuşdur. Hökmdən dövlət ittihamçısı Musayev Emin Özbək oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruz əçi), Əhmədov İsmayıl Həmid oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 02 avqust 2023-cü il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-cü il tarixli hökmündən Məhkum kassasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmünün qüvvədə saxlanılmasını, məhkumun müdafiəçisi Q.N.Qədirov isə kassasi ya şikayəti verərək Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən, barəsində qəbul edilmiş məhkəmə aktlarına, iş üzrə toplanmış sübutlara istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, toplanmış sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, işə baxan apellyasiya instansiya məhkəməsi hadisənin baş vermə mexanizmini zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri ilə əsaslandırmışdır. Halbuki iş materiallarında olan sübutların heç biri zərərçəkmiş ş əxsin aldığı xəsarətin məhz onun tərəfindən atılan daşın dəyməsi nəticəsində əmələ gəlməsini ehtiva etmir. Şikayət müəllifi bildirmişdir ki, o özünü Zərərçəkmiş şəxs hücumundan qorumaq üçün sonuncuya daş atmış, lakin atdığı daşlar ona dəyməmişdir. Zərərçəkmiş şəxs ayağının zədələnməsinə səbəb olan daş parçasının onun tərəfindən atılan daş ilə əlaqəsinin olub-olmamasının yoxlanılması üçün məhkəmə-daktoloskopik ekspertizasının keçirilməsi zəruri olduğu halda belə ekspertiza keçirilməmişdir. Həmçinin iş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının rəyindən də göründüyü kimi, həmin rəydə zədənin daş parçasının təsirindən əmələ gəlməsi ehtimal edilsə də, belə daş parçasının onun tərəfindən istifadə edildiyi qeyd olunmamışdır. Həmin daş parçasının üstündə qan ləkəsinin olması göstəri lmişdir. Lakin iş materiallarında görünür ki, zərər çəkmiş şəxsin əynində hadisə vaxtı cins şalvar olmuşdur. Belə olduğu halda daş parçasının hansı sürətlə atılaraq ani anda şalvardan keçməklə qan çıxarması, daşın isə qana bulaşması ağlabatan deyil. İstintaq orqanı qeyd olunan halı da araşdırmamışdır. Kassasiya şikayətinin müəllifi həmçinin hesab edir ki, onun törətdiyi cinayət əməlində CM-nin 126.1-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilməmiş, həmin faktı təsdiq edən mötəbər və təkzibedilməz sübutlar toplanılmamış, işdəki sübutlar isə təqsirləndirilən şəxsin zərərinə şərh edilmiş və nəticədə ona həmin maddə ilə ədalətsiz cəza təyin olunmuşdur. Qeyd olunanlara əsaslanaraq Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində Azərbaycan Respublikas ı Konstitusiyasının 60-cı maddəsinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, cəza təyin etmənin qaydaları, əsasları, şərtləri və prinsipləri təsbit olunmuş CM-nin 8, 41, 58-ci maddələrinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına (hökmlərə) istinad edən müdafiəçi Q.N.Qədirov kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum törətdiyi cinayətlə bağlı onun hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununla da ədalətsizliyə yol v erilmişdir. İş materiallarında olan sübutlardan, o cümlədən Məhkum və Zərərçəkmiş şəxs ifadələrindən görünür ki, hüquqlarını müdafiə etdiyi şəxs Zərərçəkmiş şəxs ayaq nahiyyəsindən daşla zərbə vurmamış, ona ağır xəsarətlər yetirməmiş, əksinə sonuncu Məhkum həm əvvəllər, həm də hadisə günü dəfələrlə söyüb təhqir etmiş, hadisə vaxtı isə Məhkum hücum edərək onun köynəyini cırmış və 1-2 metr məsafədən ona daş atmışdır. Bu halları nəzərə almayan apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən işdə olan yüngülləşdirici halları da nəzərə almamaqda ədələtsizliyə yol vermiş, sonuncunun şəxsiyyətini səciyyələndirən halları formal olaraq nəzərə almış, bununla bağlı gəldiyi nəticəni isə kifayət qədər əsaslandırmamışdır. Odur ki, müdafiəçi Q.N.Qədirov qeyd olunanları nəzərə alaraq onun kas sasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətlərinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, müdafiəçi Q.N.Qədirov və Zərərçəkmiş şəxs isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə Məhkum, onun müdafiəçisi Q.N.Qədirovun və Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasə n, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinin məzmunlarından göründüyü kimi, Məhkum öz şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilmədiyini və əməlinin əsassız olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsini, müdafiəçi Q.N.Qədirov isə Məhkum CM-nin 126.1-ci maddəsi ilə ağır cəzanın təyin edildiyini iddia edərək kassasiya müraciətlərinin müəllifləri öz kassasiya tələblərini, yəni apellyasiya instansiya məhkəməsinin hökmünün dəyişdirilməli olması haqqında tələbləri CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, yaxud da məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi Q.N.Qədirovun şikay ətlərini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə, Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış hökmləri yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən ed ilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində m əhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin I və II hissələrində göstərilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azaflıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu tələb, yəni hər bir şəxsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə edilməli olması haqda tələb cinayətkar qəsdlərdən zərər çəkmiş şəxsl ərin də bütün hüquqlarının təmin edilməsini nəzərdə tutur və müvafiq orqanların, o cümlədən məhkəmələrin üzərlərinə hər hansı vətəndaşa qarşı törədilmiş cinayətlərin vaxtında aşkar edilməsi, təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, cinayət törətmələri sübuta yetirilmiş şəxslər haqqında bu əməllərin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, habelə onların şəxsiyyətlərinə uyğun cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilməsi və sair vəzifələri qoyur. Konstitusiyanın 63-cü maddəsinin tələbindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Ş əxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əs asən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Eyni zamanda bu konstitusiyon müddəa məhkəmənin özünün də həqiqətin müəyyən edilməsi məqsədilə zəruri olan sübutların əldə edilərək araşdırılması, məhkəmə iclaslarında mümkün olan müvafiq istintaq hərəkətlərinin aparılması, ekspertizaların təyin edilərək keçirilməsi və həmin sübutların da digər sübutlarla birgə mümkünlüyü, mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilməsi vəzifəsindən azad etmir. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifələrin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında isə məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərd ə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Müdafiəçi Q.N.Qədirovun da kassasiya şikayətində istinad etdiyi “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barəd ə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmama sı barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin c inayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinin tələb lərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəb ər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətl i həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməl in törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmə nin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlə dən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çü nki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşd ırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən p rosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna m üvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə çıxardığı 02 avqust 2023-cü il tarixli hökmdə ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticədən fərqli olaraq həmin hökmündə Məhkum insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən zərər çəkmiş şəxsin sağl amlığına ağır zərər vurma ilə nəticələnmiş əməli törətməsi barədə qənaətə gəlmiş və onun həmin əməlini CM-nin 126.1-ci maddəsinə tövsif etmişdir. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya müraciətlərində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması əməl lərini törətməsinə dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış, özü tərəfindən isə tədqiq edilmiş sübutlara əsasən müəyyən etdyi işin faktiki halları isə ondan ibarətdir ki, Məhkum 18 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Biləsuvar rayonu Ovçubǝrǝ kənd qəbiristanlığının yaxınlığında, adsız ara küçədə aralarında əvvəllər qərəzli münasibəti olan həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncu onu nalayiq ifadələrlə təhqir edərək əynində olan köynəyini əli ilə yaxa hissəsindən tu tub cırdığına görə yerdən daş parçası götürərək Zərərçəkmiş şəxsın üzərinə atıb həmin daş parçası ilə sol baldır nahiyəsinin aşağı hissəsindən bir dəfə vuraraq ona sol baldır sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli yerdəyişmiş sınığı ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmişin sağlamlığına ağır zərər vurmuşdur. Cinayət işinin materiallarına görə, Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də törətdiyi cinayətin halları barədə həmin ittihama uyğun ifadələr vermiş və onun törətdiyi əməl özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid4, Şahid3, Şahid1 ifadələri, məhkəmətibbi, məhkəmə-tibbi-bioloji, məhkəmə-trasoloji ekspertizalarının rəyləri ilə və digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə kollegiyası Məhkum Zərərçəkmiş şəxs əlinə daş götürərək nalayiq ifadələrlə onu təhqir edərək onun üzərinə doğru gəlməsi, ona çatmağa az qalmış həmin əlindəki daşlardan bir neçəsini ona doğru atması, daha sonra isə onun üzərinə gəlib əynində olan köynəyinin yaxa hissəsindən tutub cırması səbəbindən, özünü müdafiə etmək məqsədi ilə yerdən daş götürüb Zərərçəkmiş şəxs doğru atması, lakin atdığı daşın sonuncuya dəyməməsi barədə verdiyi ifadələrə münasibət bildirərək qeyd etməyi lazım bilir ki, bu ifadələrin əksini təsdiq edən sübutlara görə, Zərərçəkmiş şəxs baş vermiş münaqişə zamanı Məhkum köynəyinin yaxasını cırdıqdan sonra ondan aralanmış, sonuncunun üzərinə getməmiş, yəni sonuncuya hücum etməmiş və münaqişəni də davam etdirməmişdir. Həmin vaxt onların araların da 1-2 metr məsafə olmuş və Məhkum oradan uzaqlaşmaq imkanının olmasına baxmayaraq, bunu etməmiş, əksinə qisas almaq niyyəti ilə münaqişəni davam etdirib yerdən daş parçası götürərək həmin daş parçasını zərblə Zərərçəkmiş şəxs sol baldır nahiyəsi istiqamətində ataraq sonuncunun sağlamlığına ağır zərər vurmuş, məhz bundan sonra hadisə yerindən getmişdir. Bu halları həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs da təsdiq edərək göstərmişdir ki, o, Biləsuvar rayonunun Ovçubərə kəndində bacıları ilə birlikdə yaşayır. Məhkum qardaşı oğlu X18in qaynıdır. Məhkum əvvəllər kənddə onun barəsində xoşagəlməz sözlər danışdığı üçün onların münasibətləri normal olmamışdır. Lakin bundan əvvəl, 26 mart 2018-ci il tarixdə Məhkum onların evində usta kimi işləyərkən onların arasında sevgi münasibətləri yaranmış, ancaq Məhkum anası X və bacısı X19 onların ailə qurmalarına maneçilik törətmiş, o, özü isə onun haqqında kənddə xoşagəlməz şailələr yaydığına görə o, 2019-cu ilin iyul ayında Məhkum barəsində polis orqanlarına şikayət etmişdir. Bundan sonra, onların münasibətləri pisə doğru kəskinləşmiş və kənddə biri-biri ilə rastlaşarkən həmişə mübahisə etmişlər. 18 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Ovçubərə kənd məzarlığının yaxınınlığında o, Məhkumla növbəti dəfə rastlaşarkən sonuncuya yenə də kənddə onu biabır etdiyinə görə iradını bildirib bunun əvəzini çıxacağını vəd etmiş, onlar bu zəmində mübahisə etməyə başlamış və həmin mübahisə zamanı o, Məhkumnın köynəyinin yaxasından tutaraq onu cırmış, sonra isə ondan bir neçə metr aralanmış və ona bir dlaha hücum etməmişdir. Məhkum isə ona “indi sənin qıçını sındırım, sən də bax” deyib yerdən iri çaylaq daşını götürüb həmin daşı ona tərəf atmış və daş onun sol baldır nahiyəsinə dəymişdir. Buna o, yerdən götürdüyü xırda çaylaq daşlarını Məhkum tərəf atsa da həmin daşlar ona dəyməmişdir. Məhkum atdığı daş isə onun sol baldır nahiyyəsinə zərblə dəydiyinə görə o, ağrıdan qışqıraraq yerə yerə oturmuş, onun qışqırmasını görən Məhkum gəldiyi yolla geri qayıtmış, səsinə isə həmkəndlisi Şahid3, bacısı qızı Şahid4, Şahid1 və orada olan qonşular gəlmişlər. O, yerdə oturub qışqıran zaman Məhkum ona atdığı daşı yaxınlığında olduğunu görüb həmin daşı götürərək bacısı qızı Şahid4yə vermiş, daha sonra isə təcili tibbi yardım işçiləri hadisə yerinə gəlib onu Biləsuvar Mərkəzi r ayon Xəstəxanasına aparmışlar. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ilə Məhkum aralarında üzləşdirmənin keçirilməsi zamanı da zərərçəkmiş şəxs əvvəllki ifadələrində göstərdiyi xüsusatları sonuncunun üzünə qarşı deyərək 18 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Biləsuvar rayonu, Ovçubərə kənd qəbiristanlığının yaxınlığında onun daş parçası ilə sol ayaq nahiyəsindən vuraraq həmin nahiyyədə xəsarət yetirdiyini bir daha təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 341 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol baldır sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişmiş sınığı mövcuddur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 18 sentyabr 2022-ci il tarixə uyğun gəlir, qərarda göstərilən şəraitdə, yəni ağır çəkiyə, kütləyə malik daşın zərbə təsirindən törənə bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 30 yanvar 2023-cü il tarixli 341 nömrəli rəyində də əvvəlki rəydə ekspertlərin gəldikləri nəticələr bir daha təkrarlanmış və əlavə olaraq göstərilmişdir ki, Zərərçəkmiş şəxsin sol baldır nahiyyəsində aşkar edilmiş xəsarətin xarakteri və lokalizasiyası onun özü-özünə yetirməsinin inandırcı olmamasını göstərir. Məhkəmə kollegiyası hesab edir ki, 18 sentyabr 2022-ci il tarixdə Məhkumla Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişənin mexanizmi, işdə olan sübutlar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə ekspertiza rəyləri ona dəlalət edir ki, hadisə günü onların aralarında əvvəllər də olan qərəzli münasibətləri hadisə günü jaha da kəskinləşmiş və Məhkum Zərərçəkmiş şəxs söylədiyi təhqiramiz ifadələrə və heç də onun sağlamlığına ağır zərər vurulmasını labüd etməyən hərəkətə cavab olaraq ona qarşı intiqam hissi ilə sağlamlığına göstərilən zərəri vurmuşdur. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum törətdiyi əməlin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır və bu nəticə iş üzrə toplanmış, apellyasiya məhkəməsi tərəfindən qanuna müvafiq qaydada tədqiq edilərək qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunur və aşağıda şərh edilənlərə də tam uyğundur. Bu qənaətləri ilə bağlı məhkəmə kollegiyası təkrarən qeyd etməyi lazım bilir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövc ud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe yuxarıda istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı ilə yanaşı həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” həmin Məhkəmənin 20 may 2011-ci il tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərara görə, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həm in cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. İş üzrə qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərinin təhlili göstərir ki, həmin rəylərlə Zərərçəkmiş şəxs hansısa başqa şəraitdə, o cümlədən özü tərəfindən sol baldır nahiyyəsindən sağlamlığıa ağır zərər vurulması ilə nəticələnən xəsarətin yetirilməsi haqqında Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ziddiyyətli ifadələrinin hamısı və bununla bağlı məhkumun kassasiya şikayətinin dəlil ləri təkzib olunur və onun əməlinin hüquqi tövsifi barədə fərqli nəticəyə gələn məhkəmələr eyni zamanda tam haqlı olaraq bu ifadələrə tənqidi yanaşıb onları özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirmişlər. Bu baxımdan, işin faktiki hallarıı barədə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrini və ekspertlərin verdikləri rəylərdə gəldikləri nəticələri məhkəmə kollegiyası daha mötəbər, biribiri ilə uzlaşan və inandırıcı hesab edən məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, digər tərəfdən, ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, verilmiş rəylərin nəticələri isə üst-üstə düşür. Məhkə mə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, o cümlədən məhkəmə ekspertizasının rəylərinə əsaslanaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təqsirli bilindiyi cinayəti məhz ona elan olunmuş ittihamda göstərilmiş şəraitdə törətməsi barədə gəlinmiş nəticəni əsaslı hesab edir və eyni zamanda qeyd edir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsinə, bunun üçün isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə heç bir hüquqi əsas yoxdur. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, istər Məhkum, istərsə də zərərçəkmiş şəxsin və şahidlərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələri, onların dindirilmələri zamanı hüquqlarının pozulması da müəyyən edilməmiş, Zərərçəkmiş şəxs və iş üzrə şahid qismində dindirilmiş şahidlərin ifadələri isə iş üzrə araşdırılmış və həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin hökmündə təsvir edilmiş başqa sübutlara uyğun olmuşdur. Araşdırılmış sübutların fövqündə məhkəmə kollegiyası 18 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisənin zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrində təsvir etdiyi şəraitdə cərayan etməsini daha inandırıcı hesab edərək və həmin vaxt onların biri-birinə qarşı etdikləri hərəkətlərin məzmunundan çıxış edərək belə nəticəyə gəlir ki, münaqişə zamanı Məhkum heç də zəruri müdafiə vəziyyətində olmamış və onun faktiki olduğu vəziyyət ona qarşı edilən hərəkətlərə görə zərər çəkmiş şəxsə hadisə yerindən götürdüyü iri həcmli daşla zərbə vuraraq onun sağlamlığına hər hansı zərərin, o cümlədən ekspertiza rəylərində göstərildiyi kimi, ağır zərər vurulmasını labüd etməmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən yuxarıda təsvir olunanlarla yanaşı həmçinin onu da nəzərə alır ki, Məhkum xəsarətin yeririlməsində istifadə etdiyi daş parçasını Zərərçəkmiş şəxs üzərinə bir neçə metr məsafədən atmış, onun qəsdinə məruz qalmış şəxs isə əks cinsin nümayəndəsi olmaqla fiziki cəhətdən ondan zəif olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası öz qənaəti ilə, yəni məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərinin dəlillərinin əsassız olması ilə bağlı aşağıda göstərilənləri də qeyd etməyi zəruri bilir. Əvvəla, CM-nin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı b ir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur və, göründüyü kimi, bu cinayət yalnız qəsdən törədilən cinayətlər kateqoriyasına aid olmaqla həm birbaşa, həd də dolayı qəsdlə törədilə bilər. Qəsdin formaları təsbit edilmiş CM-nin 25.2 və 25.3-cü maddələrinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizli yinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs üzərinə bir neçə metr məsafədən iri həcmli daş çayı atarkən bu əməlinin nəticələrini arzu etməsə də, həmin əməlin ictimai təhlükəliliyini, onun bu və ya digər nəticəyə səbəb ola bilməsini dərk etmək iqtidarında olmuş, lakin buna bax mayaraq öz hərəkətini dayandırmamış, yəni onun edilməsindən imtina etməmişdir. Məhkumun bu hərəkəti zəruri müdafiə vəziyyətində etməsi barədə kassasiya müraciətlərinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası iş üzrə toplanmış və araşdırılmış sübutlara əsaslanaraq bu dəlillərlə razılaşmır və hesab edir ki, həmin dəlillər aşağıda təsvir olunanlara da uyğun deyil. Əvvəla məhkəmə kollegiyası kassasiya müraciətlərinin dəlillərinə cavab olaraq qeyd edir ki, Konstitusiyanın 31-ci maddəsinin II hissəsində təsbit edilmişdir ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın bu tələbinin mənasından belə nəticə hasil olur ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına və fiziki sağlamlığına hər hansı fiziki zorun tətbiq edilməsi belə zorun ictimai təhlükəlilik dərəcəsindən, yəni zorun inzibati xəta və ya cinayət kimi qiymətləndirilməsindən asılı olmayaraq qadağandır və bu kimi hallarda barəsində zor tətbiq edilmiş şəxsin öz həyatını və sağlamlığını bu və ya digər üsullardan üsullardan istifadə etməklə, o cümlədən qarşılıqlı zorakılıq əməli törətməklə müdafiə etmək hüququ yaranır. Belə hallarda isə həyatına və sağlamılığına edilmiş qəsddən özünü müdafiə edən şəxsin əməli cinayət kimi qiymətləndirilmir o şərtlə ki, sonuncu özünü müdafiə həddini aşmasın. Təsadüfi deyil ki, qanunverici cinayət qanunvericiliyində bu hüququn həyata keçirilməsi təsbit edilmiş xüsusi norma da nəzərdə tutmuşdur. Belə ki, CM-nin 36.1-ci ma ddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. CM-nin 36.2-ci maddəsinin tələblərindən isə görünür ki, peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. Göründüyü kimi, qanunun bu normasında həmçinin şəxsə qarşı edilmiş qəsdin ictimai təhlükəlilik dərəcəsi hər hansı şəkildə f ərqləndirilməmişdir. Bu isə o deməkdir ki, şəxs istənilən qəsddən özünü müdafiə etmək hüququna malikdir və bu hüququn həyata keçirilməsi zamanı əsas şərt ondan ibarərtdir ki, belə şəxsin tətbiq etdiyi müdafiə üsulları qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olsun. Çünki, CM-nin 36.3-cü maddəsinə görə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Bundan başqa, cinayət qanunvericiliyi qəsdə məruz qalan şəxsə həmçinin təhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət orqanlarına kömək üçün müraciət etmək imkanından asılı olmayaraq da zəruri müdafiədən istifadə etmək hüququ verir. Buna görə də hücuma və ya digər qəsdə məruz qalan şəxs təhlükəni başqa vas itələrlə aradan qaldırmaq imkanının olduğu halda da zəruri müdafə hüququndan istifadə edərək, qəsd edənə zərər vurmaq yolu ilə belə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanuna uyğun hesab edilir. Qəsd edənə zərər vurma yolu ilə ictimai-təhlükəli qəsdin qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır. Qanunun mənasına görə, yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: 1) qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri; 2) müdafiə hərəkətləri ilə bağlı zəruri müda fiənin hüqulilik şərtləri. Qəsdə aid olan şərtlər isə ondan ibarətdir ki: - əməl ictimai-təhlükəli olmaqla şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; - qəsd real olmalıdır, obyektiv olaraq baş verməlidir, qəsd müdafiə edənin yalnış təsəvvürü ilə uydurulmamalıdır; - qəsd mövcud olmalıdır. Kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır və bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır. Müdafiəyə aid olan şərtlər isə aşağıdakılardır: - müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlməlidir; - müdafiə zəruri müdafiə həddini aşmamalıdır; - müdafiə qəsd edənə zərər vurma yolu ilə həyat a keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, şəxsin zəruri müdafiə vəziyyətində olub-olmamsı, o cümlədən belə vəziyyətdə olaraq zəruri müdafiə həddini aşıb-aşmaması barədə nəticəyə gəlmək üçün yuxarıda göstərilən hər iki qrup şərtlərin olması müəyyən edilməlidir. Yalnız belə şərtlərin mövcudluğunda Məhkum ona istinad edilən əməllərin zəruri müdafiə vəziyyətində törətməsi və ya zəruri müdafiə həddini aşaraq törətməsi, kassasiya şikayətlərində irəli sürülmüş dəlillərə və tələbə müvafiq olaraq müzakirə predmeti ola bilər. Məhkəmə kollegiyası araşdırılmış sübutlarla müəyyən edilmiş işin faktiki hallarını təhlil edib belə qənaətə gəlir gəlir ki,18 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisənin cərayan etməsi zamanı yuxarıdakı təfsirdə əksini tapmış şərtlərin heç biri mövcud olmamış və bu vaxt hər hansı hücuma məruz qalmayan Məhkum özünü müdafiə vəziyyətində olmamış, və şüurlu şəkildə ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi itihamda əksini tapmış cinayət əməlini törətmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Məhkum əməlini CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif etməklə yanaşı onun həmin ittiham olunduğu əməli zəruri müdafiə vəziyyətində, yaxud zəruri müdafiə həddini aşmaqla törədilmiş cinayət kimi qiymətləndirməkdən imtina etmiş və eyni zamanda onun barəsində hər hansı əsasla bəraət hökmünün çıxarılmasını, əməllərinin isə CM-nin Xüsusi hissəsinin digər maddələri ilə tövsif edilməsini mümkün bilməmişdir. Ümumiyyətlə isə, məhkəmə kollegiyası kassasiya şikayətlərinə məhkəmə ba xışının yekunu olaraq belə qənaətə gəlir ki, həm məhkumun, həm də onun müdafiəçisinin öz kassasiya müraciətlərində göstərdikləri dəlilləri işdə olan sübutlarla təkzib olunur və buna görə onların bu dəlilləri məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Məhkum müdafiəçisi Q.N.Qədirovun hüquqlarını müdafiə etdiyi şəxsə ağır cəzanın təyin edilməsi ilə bağlı kassasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Onun təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu nəzərə ala n məhkəmə kollegiyası daha sonra vurğulayır ki, Məhkum cəza təyin edilməsi məsələsi həll olunarkən də cinayət qanunvericiliyinin aşağıda təsvir edilmiş normalarının tələblərinə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əməl edilmişdir. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və hə min şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-ni n 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məc əllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənil məsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad olunan CPM-nin 349.5-ci maddəsinin mənasına gör ə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Prosessual hüquq normalarının təlbələrindən göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yara nma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Bu tələblərə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət e dir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan R espublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Q ərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dər əcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM- nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaq ədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Cinayət işi üzrə kassasiya qaydasında mübahisələndirilən hökmdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin olunarkən CM-nin 59cu maddəsinə əsasən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzanı yüngülləşdir ən hallar kimi qiymətləndirilərək həm bu hallar, həm də iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi kifayət qədər nəzərə alınmış və ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddində qanuni və ədalətli cəza təyin olunmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsaslar görmür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, kassasiya icraatı mərhələsində məhkum olunmuş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun və ya məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olsun, yaxud da məhkəmənin cəzanı ağırlaşdıran hal kimi nəzərə aldığı hal CM-nin 61.1-ci maddəsində göstərilən hallara aid olmasın. Hazırki cinayət işinin materiallarından və müdafiəçi Q.N.Qədirovun kassasiya şikayətinin məzmunundan da göründüyü kimi, sonuncu Məhkum cəza təyini ilə bağlı nəzərə alına bilən, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, CM-nin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli olan və CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təs diq olunan heç bir hala istinad etməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, qanunvericiliyin tələblərinə əsasən şəxsə onun təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə və ya sanksiyada müəyyən ediləndən daha yüngül cəza yalnız iş üzrə törədilmiş cinayətin ictimai təhlükəliliyini azaldan və ya təqsirkarın ictimai təhlükəli şəxs olmasını aradan qaldıran və bunlarla bağlı müstəsna xarakter daşıyan hallar müəyyən edildikdə təyin edilə bilər. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar oldu qda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunvericilik qeyd olunan normalarda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar kimi aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zaman ı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə kömə kçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsin də CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əs aslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddi ndən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Hazırki işin materiallarından Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiqinə əsas verə bilən cəzanı yüngülləşdirən müstəsna halların müəyyən edilməsi görünmür. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında kassasiya müraciətləri ilə ehtiva olunan CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Belə olan halda, məhkəmə kollegiyası kassasi ya müraciətlərinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyib bütün yuxarıda göstərilən əsaslara görə hesab edir ki, Məhkum və müdafiəçisi Q.N.Qədirovun kassasiya şikayətləri təmin edilməməli və Məhkum CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-cü il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2023-ci il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-265/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-265/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver