Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2651/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 2023-cü il 27 sentyabr tarixli, 1(106)-534/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 1(099)-304/2023 nömrəli hökmü ilə (X4 (sədrlik edən və məruzəçi), Neymət Məmmədov və Cavid Səfərlidən ibarət tərkibdə) xx.xx.1974-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 5 (beş) gün çəkilmə miş cəzası qalmış, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla Lənkəran rayonu, Göyşaban kəndində yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 5 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına nisbətdə iki günü bir gün, yəni 2 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş 9 ( doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək və hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 29 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), İsmayıl Əh mədov və Elşad Əliyevdən ibarət tərkibdə) 2023-cü il 27 sentyabr tarixli, 1(106)-534/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Fərhad” adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Astara rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 310 ədədinin içərisində 10 ədəd həb, 01 ədədinin isə içərisində 09 ədəd həb olmaqla “Methadone 40” göstəriciləri olan konvolyutlarda üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumi sayı 3109 ədəd tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 124,36 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli dairəvi formalı həblər, 2659,88 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, 49,88 qram çəkidə narkotik vasitə tiryək, 246,18 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və 1238,04 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib “Fərhad” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Lənkəran rayonu ərazisində satışını həyata keçirmək üçün razılaşıb üzərində saxlamaqla yaşadığı Lənkə ran rayonu, Göyşaban kəndində yerləşən fərdi yaşayış evinə daşımış, bundan sonra əldə etdiyi həmin maddələrdən bir ədəd sellofan torbanın içərisində 70 ədəd “Methadone 40” göstəriciləri olan konvalyutlarda üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumi sayı 700 ədəd tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 28 qram təşkil edən qəhvəyi rəngli dairəvi formalı həbləri ayırıb satış üçün qablaşdıraraq idarə etdiyi “VAZ 2104” markalı **-BT-*** qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağının ayaqaltı hissəsində, qalan maddələri isə yaşadığı evin yataq otağında gizlətməkə saxlamış, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat əsasında həmin Xidmətin əməkdaşları tərəfindən 29 noyabr 2022-ci il tarixdə, saat 21:00-da keçiril miş əməliyyat-axtarış tədbiri zamanı Məhkum Lənkəran şəhəri, “Samovar” dairəsinin H.Əliyev prospekti ilə kəsişməsində yerləşən “Azərpoçt” şöbəsinin arxasında saxlanılaraq həmin tarixdə saat 21:06-dan etibarən idarə etdiyi “VAZ 2104” markalı **-BT-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa sol oturacağının ayaqaltı hissəsində bir ədəd sellofan torbanın içərisində qablaşdırılmış tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 28 qram təşkil edən hər birinin içərisində 10 ədəd həb olmaqla 70 ədəd “Methadone 40” göstəriciləri olan konvalyutlarda üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 700 ədəd külli miqdarda qəhvəyi rəngli dairəvi formalı həblər aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq qeyd edilən tarixdə saat 21:45-dən etibarən Məhkum yaşadığı Lənkəran şəhəri, Göyşaban kəndində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı yataq otağındakı plastmas qutunun və qapının arxa tərəfində yerləşən dolabın üst siyirtməsinin içərisindən üzəri yapışqan lentə bürünmüş halda olan bir ədəd bağlamada hər birinin içərisində 10 ədəd həb olmaqla 232 ədəd və ayrıca olaraq 08 ədəd hər birinin içərisində 10 ədəd həb olmaqla, 01 ədədinin isə içərisində 09 ədəd həb olmaqla üzərilərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumi sayı 2409 ədəd tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 96,36 qram təşkil edən və Məhkum idarə etdiyi avtomobildən aşkar edilmiş həblərlə xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən külli miqdarda qəhvəyi rəngli dairəvi formalı həblər, üç ədəd bağlamalarda ümumi təmiz çəkisi 2659,88 qr olan külli miqdarda kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd bükümdə 49,88 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üç ədəd bükümlərdə ümumi təmiz çəkisi 246,18 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bağlamalarda ümumi təmiz çəkisi 1238,04 qr olan külli miqdarda tərkiblərinə görə eyni olan çəkidə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin otaqdakı güzgülü masanın üst hissəsindən üzərilərində heroin, metamfetamin və tiryək izləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı yol verilmiş kobud prosessual pozuntular məhkəmə instansiyaları tərəfindən qanuni dəyərləndirilməmişdir. Məhkəmələr işin faktiki hallarını qanunvericiliyin tələblərinə uyğun araşdırmamış, tam, obyektiv, hərtərəfli qiymət verməmişlər. Sadəcə ittiham aktını əsas tutaraq müstəntiqi və onun tərtib etdiyi ittiham aktını müdafiə etmişlər. Məhkum bildirmişdir ki, onun əməli məhkəmə instansiyaları tərəfindən CM-in 234.4.1, və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmiş, işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə məhkəm lərin gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkum qeyd etmişdir ki, onun əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar mövcuddur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən onun əməlinin CM-in 234.4.1, və 234.4.3-cü maddələrindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyasına uyğun cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 27 sentyabr tarixli, 1(106)-534/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQ İ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə b ilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərar ının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tər əfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi eyni dəlilləri apelyasiya şikayətində də irəli sürmüş və onun dəlilləri cinayət işində olan sübutlarla birlikdə tam, hərtərəfli və obyektiv şəkildə yoxlanılaraq məhkəmə kollegiyası tərəfindən həmin dəlillərin əsassızlığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, Məhkum təqsiri cinayət işi üzrə toplanılmış mötəbər sübutların məcmusu ilə yoxlanılaraq düzgün qiymətləndirilmişdir. Məhkəmə kollegiyası həmin sübutları yenidən sadalamadan məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin gəldiyi n əticənin dəyişdirilməsi üçün heç bir hüquqi əsas tapa bilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya da münasibət bildirərək qeyd edir ki, məhkuma təyin edilmiş cəza törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də məhkumun şəxsiyyəti nəzərə alınmaqla təyin edilmişdir. Təyin edilmiş cəza həm növü, həm də həddi baxımından qanuni, əsaslı və ədalətli olmaqla məhkumun islah olunmasına kömək edəcək həddədir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı məhkumun kassasiya şi kayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 27 sentyabr tarixli, 1(106)-534/2024 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2651/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2651/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver