Məhkəmə qərarları › İş №1(102)-2653/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2653/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2653/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, X5 barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 25 iyun tarixli, 1(105)-448/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər N.Mirzəyev (sədrlik edən), E.Məmmədov və N.Hüseynlidən ibarət tərkibdə) 2025-ci il 2 may tarixli, 1(124)-59/2025 nömrəli hökmü ilə, 15 fevral 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət almışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə) 2025-ci il 25 iyun tarixli, 1(105)-448/2025 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən X9 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, X9 17 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına daxil olan külli miqdarda, yəni 4,181 qram çəkidə psixotrop maddə olan metamfetamin və xeyli miqdarda, yəni 26,90 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saat 21:30-da Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq idarənin inzibati binasına gətirilib həmin gün saat 22:30-dən 22:45-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan idman şalvarının sağ yan cibindən həmin 1 ə dəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,181 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1 ədəd polietilen bükülüdə təmiz çəkisi 26,90 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq E.Həsənliyə CM-in 234.1-1-ci maddəsi ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Apellyasiya məhk əmə kollegiyası yekun qərarında göstərmişdir ki, Erkin Həsənlinin xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Abşeron rayonu, Masazır kəndində 2-ci "Araz" marketin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilməsi və sonradan həmin tarixdə 22:30-dan saat 22:45-dək olan zaman kəsiyində onun üzərinə video çəkilişlə müdafiəçinin də iştirakı ilə şəxsi axtarışın keçirilməsi və iş üzrə maddi sübut qismində tanınan narkotik vasitənin, habelə psixotrop maddənin aşkar olunması göstərilsə də, məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin dindirilməsi və şahid ifadələri ilə, o cümlədən cinayət işinin materiallarında mövcud olan və məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətləri əsasında, habelə məhkəmənin öz təşəbbüsü ilə əldə olunan sübutların tədqiqi və qiymətləndiri lməsi nəticəsində cinayət işinin materiallarında öz əksini tapmış sözügedən məlumatların həqiqəti əks etdirmədiyi müəyyən olunmuş, dolayısı ilə də bu hal məhkəmə kollegiyasında həm Erkin Həsənlinin xx.xx.2024-cü il tarixdə saxlanılması, həm də ondan sonrakı dövrdə polis idarəsində üzərindən iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə və psixotrop maddənin aşkar olunması prosesinin etibarlığına dair şübhə yaratmışdır. İlk öncə o qeyd edilməlidir ki, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə qərarı əsasında polis əməkdaşlarına dair telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki, vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi Cinayət-Prosessual Məcəllənin 259.1-ci maddəsinə əsasən qanunsuz olmuşdur. Lakin birinci instansiya məhkəməsi belə xüsusat olm adığı halda şübhəli və ya təqsirləndirilən şəxs olmayan digər şəxslərin telefon məlumatlarını götürməklə qanunsuzluğa yol vermiş, apellyasiya məhkəmə də həmin qanunsuzluğu təkrarlamışdır. Məhkəmənin qeyd olunan qərarı cinayət - prosessual qanunvericiliyə uyğun olmadığından onun əsasında əldə edilmiş sübutlar heç bir halda mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, məhkəmə kollegiyası yekun qərarında göstərmişdir ki, ibtidai istintaq zamanı həmçinin X9 barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə polis əməkdaşı Şahid1 xx.xx.2024-cü il tarixli qərarının qanuniliyi yoxlanılmamışdır. Bildirilir ki, CPM-nin 445.2-ci maddəsinə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tu tulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı əsasında həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Göründüyü kimi, X9 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə polis əməkdaşı Şahid1 xx.xx.2024-cü il tarixli qərarının qanuniliyinin yoxlanılması cinayət prosessual qanunveric ilikdə nəzərdə tutulmamışdır. Beləliklə, şahid ifadələri və iş materiallarında olan sənədlərlə sübut olunur ki, təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmaqla üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və X5 barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 25 iyun tarixli, 1(105)448/2025 nömrəli qərarının ləğv edilməsini və işin yeni baxışa göndəri lməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müə yyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində təqsirləndiri lən şəxsə bəraət verilməsini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli m əhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda lazımınca əsaslandırılmalı və onda əksini tapmış nəticələr sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edil məsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, dövlət ittihamçısı kassasiya protestində əsasən aşağıdakı məsələlər barəsinə məhkəmələr tərəfindən pozuntulara yol verildiyini bildirmişdir: 1.Bəraət almış şəxsin məhkəməyədək icraat zamanı özünü təqsirli bilməsinin və etirafedici ifadə verməsinin məhkəmələr tərəfindən nəzərə alınmaması; 2.Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə qərarı ilə polis əməkdaşlarına dair telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsinin CPM-in 259.1-ci maddəsinə əsasən qanunsuz olması; 3.Məhkəmə qərarı olmadan keçirilən əməliyyat-axtarış tədbirin in həyata keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılmasının CPM-də nəzərdə tutulmaması ilə bağlı iddia. Məhkəmə kollegiyası kassasiya protestinin hər bir dəlilinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Birinci dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əgər təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə araşdırması zamanı vermiş olduğu iki ifadə arasında, hazırkı cinayət işində olduğu kimi, kəskin ziddiyyətlər olduqda, məhkəmənin üzərinə hər iki ifadənin bir-biri ilə müqayisə edilməsi, hansı ifadənin toplanmış digər sübutlarla dəstəklənməsi, üst-üstə düşüb-düşməməsini araşdırıb təhlil edərək, hansı ifadənin daha mötəbər olması ilə bağlı inandırıcı, obyektiv müşahidəçini qane edəcək səviyyədə bir qənaətə gəlməsi vəzifəsi yaranır. CPM-in 126.6-cı m addəsinə əsasən də təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Qanunun tələbinə görə yalnız təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsinə əsaslanmaqla şəxsi məhkum etmək olmaz. Bunun üçün həmin ifadədə əks olunan faktlar digər mötəbər sübutlarla dəstəklənməlidir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə vermiş olduğu ifadədə əks olunmuş faktların cinayət işi üzrə toplanmış digər sübutlarla təsdiq edilib-edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələtr tərəfindən müəyyən edilmiş işin hallarına görə E.Həsənli ittihamda göstərilən yerdə və vaxtda deyil, tamamilə başqa yerdə və vaxtda polislər tərəfindən tutulmuş dur. Bundan əlavə, irəli sürülmüş ittihama və E.Həsənlinin məhkəməyədək icraat dövründə vermiş olduğu etiraf ifadəsinə əsasən E.Həsənli piyada gedərkən “Araz” marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, E.Həsənli “Toyota-Prius” markalı avtomaşını idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və maşınla birlikdə polisə gətirilmişdır. Bu faktı təsdiq edən bir dəlil də ondan ibarətdir ki, polisdə saxlanılan həmin avtomaşın müstəntiq tərəfindən S.Quliyev adlı şəxsə təhvil verilmiş və bu fakt müstəntiq tərəfindən tərtib edilmiş müvafiq qəbzlə də təsdiq edilir. Əgər E.Həsənli polis əməkdaşları tərəfindən piyada hərəkət edərkən saxlanılmışdırsa, onun idarə etdiyi avtomaşın polisə hansı qaydada və hansı səbəbdə n gətirilmişdir? Bununla bağlı ittiham tərəfinin hər hansı bir mövqeyi yoxdur. Bundan əlavə, işdə olan və ittiham tərəfinin təqdim etdiyi sübutlara əsasən polis əməkdaşı Şahid2 tərəfindən E.Həsənli yaxalanmış və onun üzərinə baxış keçirilən zaman da həmin polis əməkdaşı iştirak etmişdir. Lakin məhkəmələr tərəfindən araşdırılmış başqa bir cinayət işi üzrə hökmdən görünür ki, hazırkı cinayət işi üzrə müəyyən edilmiş müddətlərdə, lakin başqa ərazidə həmin polis əməkdaşı başqa bir şübhəli şəxsi yaxalamışdır. E.Həsənli Masazır kəndi Ə.Vahid küçəsində xx.xx.2024-cü il tarixdə saat 21:30-da yaxalanmış, digər şübhəli şəxs isə Xırdalan şəhəri, H.Əliyev prospektində xx.xx.2024-cü il tarixdə saat 21:30-da eyni polis əməkdaşı tərəfindən yaxalanmışdır. Bu protokolların hamısı da ittiham orqanı tərəfind ən tərtib edilmiş və məhkəmələrə təqdim edilmişdir. Polis əməkdaşının eyni tarixdə və eyni saatda müxtəlif yerlərdə olub, müxtəlif şübhəliləri yaxalaması real olaraq mümkün olmadığından, bununla bağlı məhkəmələrin mövqeyi qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd edilən faktlar birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarlarında ətraflı şəkildə təsvir olunmuş və bəraət almış şəxsin ibtidai istintaq zamanı vermiş olduğu etiraf ifadəsinin deyil, açıq məhkəmə iclasında hakimlər qarşısında verdiyi ifadənin daha mötəbər və inandırıcı olması barədə nəticəyə gəlmələrinə əsas olmuşdur. Bütün bu qeyd edilənlər məhkəmələrin bəraət almış şəxsin məhkəməyədək icraat dövründə vermiş olduğu ifadənin deyil, açıq məhkəmə iclasında vermiş olduğu ifadənin daha mötəbər olması barədə gəldiyi nəticən in daha əsaslı və işin faktiki halların uyğun ifadə kimi qiymətlənditməkdə haqlı olduqlarını göstərir. Kassasiya protestinin ikinci dəlili müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə qərarı əsasında polis əməkdaşlarına dair telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsinin CPM-in 259.1-ci maddəsinə əsasən qanunsuz olması ilə bağlıdır. Danılmaz faktdır ki, polis orqanları cinayətkarlığın qarşısının alınmasında, ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdə, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək sahəsində, şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaqda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hal larda dövlət idarələrini və digər obyektləri mühafizə etmək, törədilmiş cinayətləri açmaq, cinayətkarları aşkara çıxarmaq və tutmaq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək sahəsində fəaliyyətləri ilə daima seçilmişlər. Polis əməkdaşlarının fəaliyyət istiqamətlərindən biri də əməliyyat-axtarış, təhqiqat və istintaq aparılması ilə bağlıdır və CPM-in Lİİ fəslində göstərilən hallarda bu fəaliyyət üzərində CPM-in tələblərinə uyğun olaraq məhkəmə nəzarəti həyata keçirilir. Bundan əlavə, müvafiq cinayət işlərinə baxılarkən ittiham və müdafiə tərəflərinin sübutları məhkəməyə təqdim edilir, müvafiq vəsatətlər verilir və qanunamüvafiq qaydada vəsatətlərə baxılır, bütün sübutlar tədqiq edilir, yoxlanılır, bir-biri ilə müqayisə edilir və qiymətləndirilir. Dövlət ittihamçısının kassasiya protes tində mübahisləndirdiyi məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəllənin 259.1-ci maddəsinə əsasən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki, vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi, bir qayda olaraq. məhkəmənin qərarı əsasında həyata keçirilir. Şübhəli və ya təqsirləndirilən şəxsin digər şəxslərə ötürdükləri məlumatlarda (yaxud təqsirləndirilən və ya şübhəli şəxsə ötürülən məlumatlarda) cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduqda müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı üzrə, məhkəmə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki va sitələrlə ötürülən məlumatın və ya başqa məlumatın ələ keçirilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə CPM-in 259-cu maddəsinin istintaq və məhkəmə təcrübəsində tətbiqi ilə bağlı kassasiya protestində məhkəmələrin mövqeyinin qanunsuz olması ilə bağlı dəlillər irəli sürüldüyündən, həmin maddənin müvafiq kontekstdə şərh edilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İV hissəsinə əsasən, hər kəsin telefon danışıqları və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiya da bu hüququn məhdudlaşdırılmasının iki məqsədlə mümkünlüyü vurğulanmışdır: 1.Cinayətin qarşısını almaq;

2. Həqiqəti üzə çıxarmaq. Hazırda mövcud olan məhkəmə təcrübəsinə görə müdafiə tərəfinin vəsatəti əsasında və ya məhkəmənin öz təşəbbüsü ilə konkret cinayət işinə məhkəmədə mahiyyəti üzrə baxılarkən həqiqətin üzə çıxarılması məqsədi ilə iş üzrə təqsirləndirilən şəxs qismində keçməyən digər şəxslərin də telefon danışıqları və digər rabitə vasitələri ilə ötürülən məlumatlar, eləcə də digər məlumatların (məsələn, əməliyyatçıların, polis əməkdaşlarının, müdafiəçilərin və s. anten məlumatlarının) ələ keçirilməsi ilə bağlı məhkəmə qərarları qəbul olunur və əldə edilən məlumatlar cinayət işlərinə baxılarkən sübut qismində istifadə olunur. Burada kolliziya yaradan məsələ, Konstitusiyanın 32-ci maddəsində yer alan “Şəxsi toxunlmazlıq hüququ” ilə, Konstitusiyanın 125-ci maddəsininin Vİİ hissəsində əks olunmuş “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” prinsipi arasında, bunlardan hansına üstünlük verilməsi məsələsidir. Burada nəzərə almaq lazımdır ki, Konstitusiyanın 32-ci maddəsi də bu maddədə əks olunmuş hüququn həqiqətin üzə çıxarılmasından ötrü məhdudiyyətə məruz qalmasının mümkünlüyünü müəyyən etmişdir. Sadalananlardan belə bir nəticə hasil olur ki, ədalət mühakiməsi həyata keçirilərkən həqiqətin üzə çıxarılması üçün əlaqəli şəxslərin şəxsi toxunulmazlıq hüququ məhkəmə qərarı əsasında məhdudiyyətlərə məruz qala bilər. Cinayət hüququ və xüsusilə, cinayət prosesi sahəsində əsas məqsədlərdən biri həqiqətin müəyyən edilməsidir. Buna çox vaxt obyektiv həqiqət p rinsipi deyilir. Obyektiv həqiqət iş üzrə hadisənin necə baş verdiyini, real faktları sübutlar əsasında düzgün və tam müəyyən etməkdir. Məhkəmə qərarı yalnız sübut edilmiş faktlara əsaslanmalıdır. Cinayət hüququnda həqiqətin müəyyən edilməsi çox vacibdir. O səbəbdən ki: --Günahsız şəxs cəzalanmamalıdır; --Təqsirli şəxs məsuliyyətdən kənarda qalmamalıdır; --Ədalət təmin olunmalıdır. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludur lar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlillə ri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. “Həqiqət” məfhumu əslində, ədalətlə çox sıx bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi – “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası məhkəmə hakimiyyəti qarşısında qoyulan konstitusion vəzifədir. Məhkəmə icraatının nail olmaq istədiyi məqsəddir. Məhkəmə qərarının ədalətliliyinin, qanuni və əsaslılığının təminatıdır. Eyni zamanda, CPM-in 259-cu maddəsinin mətnindən də görünür ki, həmin maddənin tətbiqi və şərhi məhz konstitsion prinsip olan həqiqət prinsipinin tələbləri qaydasında qiymətləndirilməli, bunun üçün zərurət yarandığı təqdirdə cinayət işinə mahiyyəti üzrə baxılarkən (təqsirlilik məsələsi həll edilərkən) təqsirləndirilən şəxsdən başqa, digər şəxslərin də şəxsi həyatına aid olan məlumatların (mesajlar, anten məlumatları) da yalnız həqiqətin üzə çıxarılması məqsədi ilə və yalnız məhkəmə qərarı əsasında ələ keçirilməsinin mümkünlüyü qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edilən məsələnin şəxsi toxunulmazlıq hüququnun təmin olunması ilə bağlılığını nəzərə alaraq məhkəmə qərarı ilə əldə edilmiş məlumatların yayılmasının yolverilməzliyi və bu hüququn təmin edilməsi üçün mümkün tədbirlərin görülməsinin zəruruliyini də vurğulamağı vacib hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 259.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, həmin maddə bir qayda olaraq gələcəyə yönəlmiş tədbirləri nəzərdə tutur, yəni məhkəməyədək icraat dövründə məhkəmə qərarı alınır və həmin qərar əsasında CPM-in 259.1-ci maddəsində nəzərdə tutulmuş s übyeklərin aparılan danışıqları və ötürdüyü məlumatlar ələ keçirilir. Məhkəmə istintaqının gedişində isə məhkəmələr sübutların toplanması zamanı həqiqətin aşkara çıxarılması və artıq keçmişdə baş vermiş hadisələrin aşkara çıxarılması məqsədi ilə ədalət mühakiməsini həyata keçirir. Yəni məhkəmənin, həqiqətin üzə çıxarılması məqsədi ilə digər şəxslərin də anten məlumatlarının götürülməsi barədə qərar qəbul etməsi və sonradan əldə olunmuş dəlillərdən sübutları qiymətləndirərkən istifadə etməsi Konstitusiyanın 32-ci maddəsinin və CPM-in 259-cu maddəsinin tələblərinə uyğun olaraq qanuni və əsaslıdır və bununla bağlı kassasiya protestinin dəlilləri əsassızdır. Kassasiya protestinin üçüncü dəlili məhkəmə qərarı olmadan keçirilən əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə qərarın qanun iliyinin yoxlanılmasının CPM-də nəzərdə tutulmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 445.2-ci maddəsində məhkəmə qərarı olmadan əməliyyat-axtarış fəaliyyəti həyata keçirildikdə, səlahiyyətli şəxsin qanunla müəyyən edilmiş müddət daxilində tədbirin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təqdim etmək vəzifəsi müəyyən eidlmişdir. CPM-in 137-ci maddəsinə əsasən isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununa uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinin mətnindən də görünür ki, məhkəmə bu nov qərarı məhkə mə nəzarətini həyata keçirərkən yoxlayır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. Məhkəmə nəzarəti məhkəməyədək icraat mərhələsində ibtidai araşdırma subyektlərinin fəaliyyətinin insan hüquq və azadlıqlarına qanunsuz müdaxiləsinin qarşısının alınmasına yönəlmişdir. Məhkəmə nəzarəti əməliyyat-axtarış fəaliyyəti subyektləri tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyi, əsaslılığı, mütənasibliyi, məqsədəmüvafiqliyi və təxirəsalınmazlığının yoxlanılması funksiyasını daşıyır. İ nsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi “Xudobin Rusiyaya qarşı” iş üzrə 26 oktyabr 2006-cı il tarixli qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Eyni hüquqi mövqe Avropa Məhkəməsinin “Klass və başqaları Almaniyaya qarşı” iş üzrə 6 sentyabr 1978-ci il, “Lüdi İsveçrəyə qarşı” iş üzrə 15 iyun 1992-ci il tarixli qərarlarında da ifadə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 12 fevral 2015-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə nəzərə alınmalıdır ki, məhkəmə nəzarətinin obyekti iki əsas elementdən ibarətdir: 1) konstitusiya hüquq və azadlıqlarının qorunması; 2) həmin hüquq və azadlıqların qorunması ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı. Bu elementlərə nəzarətin təminatı üçün məhkəmələrin kifayət qədər məhkəmə nəzarəti funksiyalarını həyata keçirmək səlahiyyətləri olmalıdır. Həmin qərarda Konstitusiya Məhkəməsi daha sonra göstərmişdir ki, əməliyyataxtarış tədbirlərinin məhkəmə nəzarəti altında aparılması isə sonda həmin tədbirin nəticələrinin cinayət-prosessua l qaydada sübut qismində istifadəsinə əsas verir. Beləliklə, məhkəmələr sübutların gələcək məhkəmə prosesində faydalı və obyektiv istifadəsini təmin etmək məqsədi ilə məhkəməyədək mərhələdə məhkəmə nəzarəti funksiyasının geniş və hərtərəfli aparılmasında səlahiyyətli olmalıdırlar. Qeyd edilən qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi aşağıdakı kimi ifadə edilmişdir: “Nəzərə alınmalıdır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Ö z növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər.” Qeyd edilənləri yekunlaşdıraraq Konstitusiya Məhkəməsi həmin qərarda aşağıdakı nəticəyə gəlmişdir:

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər.

2. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, dövlət ittihamçısının kassasiya protestində ifadə etdiyi mövqe Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə tam ziddiyyət təşkil edir. Azərbaycan Respublikası CPM -nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində müəyyən edilən qaydalara görə, haki mlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri i lə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəs aslandırıcı hissəsində göstərsin. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya protestində təsvir edilən, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində istinad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin protestin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillər müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırılmışdır. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni hal a və yeni əsasa da istinad etməmişdir. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən hal kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti ni şübhə altına almaq üçün əsas müəyyən edilmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-59/2025 nömrəli, 2025-ci il 2 may tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət almış X9 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 202 5-ci il 25 iyun tarixli, 1(105)-448/2025 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar