Məhkəmə qərarları › İş №1(102)-2654/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2654/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2654/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3, Məhkum – Məhkum iştirakları ilə, Saatlı Rayon Məhkəməsinin 8 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.1, 32.5,313 və 312-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 8 yanvar 2025-ci il tarixli 1(055)-4/2025 nömrəli (hakim: Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi) hökmü ilə xx.xx.1988-ci ildə Saatlı şəhərind ə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “X” publik hüquqi şəxsin İdarəetmə aparatının keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində işləyən, xxx-də qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 32.5,308.1, 32.5,313 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 32.5,308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2ci maddəsi tətbiq olunmaqla 1 il 6 ay müddətinə Həkim Məsləhət Komissiyalarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.2.1-ci maddəsin ə əsasən CM-in 32.5,313-cü maddəsi ilə cəza təyin edilməməsi, CM-in 312-1.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 il altı 6 müddətinə Həkim Məsləhət Komissiyalarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7000 min manat məbləğində cərimə cəzasının təyin edilməsi, CM-in 66.2, 66.4 və 68.2-ci maddələrinə əsasən, təyin edilmiş əsas cəzaları tam, əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 il 6 ay müddətinə Həkim Məsləhət Komissiyalarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması və 7000 min manat məbləğində cərimə cəzasının təyin edilməsi, təyin edilmiş 7000 min manat məbləğində cərimə cəzasının müstəqil icra olunması, təyin edilmiş cəza müddəti ərzində Məhkum üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəzaçəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “X” publik hüq uqi şəxs üzrə 1 mart 2021-ci il tarixli 572 nömrəli əmrlə xəstəxananın İdarəetmə aparatının keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən təkrarən, Şahid25 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girib Şahid31 “ağır eşitmə” xəstəliyi əsasında əlillik dərəcəsinin və əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün sonuncudan 2000 manat (22-ci epizod), Şahid9 “ağır eşitmə”, sonuncunun bacısı Şahid38 isə “leykoz” xəstəliyi əsasında əlillik dərəcəsinin və əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün, ümumilikdə 8000 manat (25-ci epizod) və X1 “ağır eşitmə” xəstəliyi əsasında əlillik dərəcəsinin və əlilliyə görə əmək pensiyasının təyin edilməsində köməklik göstərilməsi üçün Şahid7 3000 manat (27-ci epizod) pul alıb qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən və həqiqi təsir imkanlarından istifadə edərək təkrarən nüfuz alveri etməsinə dair epizodlar CM-in 312-1.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan xaric edilməsi, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının icrasının Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması müəyyən edilmiş, iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqsirləndirilən şəxs Məhkum qarşı qaldırdığı mülki iddia baxılmamış saxlanılmış və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hökmdən dövlət ittihamçısı Xəlilov Fərid Aqil oğlu tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş hüquqi şəxsin - mülki iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Xasməmmədov Elçin İsgəndər oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət məhkəmə tərkibində) 28 iyul 2025-ci il tarixli 1(106)-305/2025 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 8 yanvar 2025-ci il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfində n kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,308.1, 32.5,313 və 312-1.1-ci maddələri ilə ittiham elan olunmuşdur, ondan ötrü ki, o, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsin də köməkçi qismində iştirak etmiş, vəzifəli şəxsin informasiya resurslarına şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsində köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün şəxsən birbaşa yolla maddi neməti təkrarən istəməklə təkrarən almışdır (təkrarən nüfuz alveri etmişdir). KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qərarı ilə işin müəyyən edilmiş faktiki halları eləcə də, Məhkum əməlinin hüquqi tövsifi mübahisə doğurmasa da, cəza təyininə dai r hissədə məhkəmə kollegiyasının qərarı əsassız olduğuna görə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, CM-in 59.1.1-ci maddəsinin mənasına görə cinayətlərin törədilməsi bütün hallarda deyil, yalnız hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə baş verdikdə yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən, cinayət qanununun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alması, həmin halın hadisələrin qabaqcadan düşünülən, hazırlaşılan deyil, təsadüf nəticəsində ilk dəfə baş verməsi ilə bağlı olması və cinayəti törədən şəxsin fərdi-mənəvi əlamətlərinə, onun ictimai təhlükəliliyinə birbaşa təsir göstərməsi ilə əlaqə ləndirmişdir. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinin qəsd etdiyi ictimai münasibətlərdən, təqsirinin formasından, əməlin törədilmə forma və üsullarından, habelə ictimai təhlükəlilik dərəcəsindən görünür ki, o, bu cinayəti hadisələrin təsadüfi axarı zəminində törətməmiş, planlı şəkildə, birbaşa qəsdlə təkrarən törətmişdir. Beləliklə, məhkəmə kollegiyasının Məhkum əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alması tamamilə əsassız olmuşdur. Şəxsin xəstəlikdən əziyyət çəkməsini məhkəmələrin yüngülləşdirici hal qismində nəzərə almaları onların qanuni mövqeyi ilə bağlı olmamışdır. Belə ki, iş materiallarıdan görünür ki, bununla əlaqədar müdafiə tərəfindən təqdim edilmiş, hökm elan olunduğu günü alınmış sadəcə bir “Saatlı RMX " PHŞin 8 yanvar 2025-ci il tarixli məktuba istinad edən məhkəmə bu xəstəliyin həqiqətən mövcud olub-olmamasını araşdırmamış, əgər varsa, bu xəstəliyin xarakterini müəyyənləşdirməmiş, sadəcə arayışa istinadən xəstəliyin adını çəkməklə şəxsin barəsində məsuliyyəti yüngülləşdirici xarakterə malik olmasını qeyd etmişdir. Məhkəmə Məhkum hazırda Gəncə Dövlət Universitetində təhsil almasını da cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Halbuki, şəxsin təhsil alması ona təyin ediləcək cəzaya hər hansı təsir göstərmir, sadəcə şəxsiyyətini səciyyələndirən hallardan biridir. Göründüyü kimi, məhkəmələr sadəcə olaraq bu halı cəzanı yüngülləşdirən halların sayını artırmaq məqsədilə yekun qərarlarında qeyd etmişlər. Məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cə zanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Beləliklə hər iki instansiya məhkəmələrinin cəzanı yüngülləşdirən hallarla bağlı mövqeyi Məhkum özünün və törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hal kimi dəyərləndirməsi əsassız olmuş, cəzanı yüngülləşdirən hallar kimi hesab etdikləri halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini və bu təsirin kifayət qədər olmasını əsaslandırmamışlar. Odur ki, qeyd edilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçı) nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsi özü-özlüyündə inzibati icraatdan irəli gələn hüquq münasibətlərinə şamil olunmaqla yalnız 3 il üzrə əmək pensiyaçılarına təyin edilmiş pensiyanın tutulması ilə bağlı müddəaları tənzimləyir. Hazırkı mübahisə isə cinayət hüquq münasibətlərindən irəli gələn müddəaların pozulması ilə əlaqədar, yəni təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ehtiva olunan cinayət əməllərini törəd ərək qanunsuz əmək pensiyasının təyin edilməsinə nail olmasıdır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Sözügedən epizodda da mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün hər üç hal mövcuddur. “Məhkəmə hökmü haqqında haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2025-ci il qərarının mülki iddianın bax ılmamış saxlanılması hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini, kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək kassasiya şikayətinin təmin olunmasını xahiş edərək, kassasiya protestinə münasibətdə isə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2025-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət q anununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiy a protestində məhkumun əməlinin tövsifi mübahisələndirilməsə də, məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu, cəza təyininə dair cinayət qanunvericiliyinin müddəalarının pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Zərərçəkmiş (mülki iddiaçı) tərəfdən verilmiş kassasiya şikayətində isə məhkəmələrin iş üzrə mülki iddiaya aid hissədə gəldiyi nəticənin əsassız olduğu, həmin hissədə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkumun və zərərçəkmiş hüquqi şəxsi n (mülki iddiaçı) nümayəndəsinin məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərə istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törə dilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstər ilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümum iyyətlə cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət k əsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinay ət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İş materi allarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (himayəsində iki azyaşlı uşağının olması, ilk dəfə cinayət törətməsi, ailənin yeganə gəlir gətirən şəxsi olması, “insulindən asılı şəkərli diabet İİ tip ağır forma” diaqnozu ilə qeydiyyatda olması, hazırda Gəncə Dövlət Universitetində təhsil alması, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunması) və ağırlaşdıran (CM-in 312-1.1-ci maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədilməsi, CM-in 32.5,308.1 və 32.5,313-cü maddələrinə münasibətdə isə cinayətin təkrar törədilməsi) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Məhkum əvv əllər məhkum olunmamışdır. Həmçinin cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunur. O cümlədən, cinayət işinin materiallarında olan “Saatlı RMX” PHŞ-nin 08 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Məhkum xəstəxananın poliklinika şöbəsində “insulindən asılı şəkərli diabet İİ tip ağır forma” diaqnozu ilə qeydiyyatdadır. Qeyd olunanlarla yanaşı cinayət işinin materiallarında çıxarışdan və tələbə vəsiqəsinin surətindən görünür ki, Məhkum Gəncə Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təq sirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir”. Dövlət ittihamçısı CM-in 59.1.1-ci maddəsinin yalnız “hadisələrin təsadüfi axarı zəminində” törədilən cinayətlərə şamil oluna biləcəyini iddia edir. Lakin bu mövqe qanunun mətnindən və məhkəmə təcrübəsindən irəli gəlmir. CM-in 59.1.1-ci maddəsində yüngülləşdirici hal kimi göstərilən meyarlar cinayətin ilk dəfə törədilməsi və cinayətin böyük ictimai təhlükə törətməməsi və ya az ağır cinayət olmasıdır. Qanunverici maddədə “planlı” və ya “qəsdən” törədilmə hallarını istisna edən norma müəyyən etməmişdir. Əksinə, cinayət hüququnun mahiyyətinə görə az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərin əksəriyyəti qəsdən törədilir. Bu baxımdan, ittiham tərəfinin “birbaşa qəsd” arqumenti CM-in 59.1.1-ci maddəsinin tətbiqinə hüquqi mane ə təşkil etmir. Bundan əlavə Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur, ona aid edilən əməllər az ağır cinayətlər kateqoriyasına daxildir, iş materiallarında onun davamlı kriminal davranışa malik olduğunu göstərən heç bir fakt mövcud deyildir. Bu səbəbdən məhkəmələrin əvvəl məhkum olunmama faktını yüngülləşdirici hal kimi nəzərə almaları tam qanunidir və əsaslandırılmışdır. CM-in 59-cu maddəsi xəstəliyin yüngülləşdirici hal kimi nəzərə alınmasını mütləq tibbi ekspertiza ilə şərtləndirmir. Qanunvericilikdə bu hal mövcud müvafiq sübutlara əsasən qiymətləndirilmədən yaranan nəticə kimi çıxış edir. Müdafiə tərəfi tərəfindən təqdim edilmiş rəsmi tibb müəssisəsinin məktubu rəsmi sənəd statusuna malikdir, məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir, ittiham tərəfi tərəfindən isə on un saxtalaşdırıldığı və ya etibarsız olduğu sübuta yetirilməmişdir. Məhkəmənin bu sənədə istinad etməsi CM və CPM-in sübutların sərbəst qiymətləndirilməsi prinsipinə tam uyğundur. Dövlət ittihamçısının “xəstəliyin xarakteri araşdırılmayıb” arqumenti isə qanunda nəzərdə tutulmayan əlavə tələblərin irəli sürülməsidir. Dövlət ittihamçısı təhsilin cəzaya təsir göstərmədiyini iddia etsə də, bu mövqe cinayət hüququnun fərdiləşdirmə prinsipinə ziddir. Şəxsin ali təhsil müəssisəsində oxuması onun sosial inteqrasiyasını, gələcəkdə islah olunma perspektivini, cəmiyyət üçün faydalı şəxsə çevrilmə imkanlarını göstərir. Bu hallar CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş şəxsiyyətin səciyyələndirilməsi meyarları sırasına daxildir və məhkəmə tərəfindən yüngülləşdirici hal kimi qiymətləndirilə bilər. Qan un bu cür halların nəzərə alınmasını qadağan etmir. Yaşayış yeri üzrə müsbət xarakterizasiya şəxsin ailə və sosial mühitdə davranışını, onun ictimai təhlükəlilik dərəcəsinin aşağı olmasını, cinayət davranışının epizodik xarakter daşımasını göstərən mühüm sübutdur. Qanunvericilik məhkəmədən müsbət xarakterizasiya sənədində göstərilən hər bir detalın hökmün təsviri hissəsində ayrıca sadalanmasını tələb etmir. Əsas olan məhkəmənin bu halı daxili inamla qiymətləndirməsidir ki, bu da edilmişdir. CM-in 59-cu maddəsində peşmançılıq və ziyanın ödənilməsi mütləq yüngülləşdirici hal kimi müəyyən edilməmişdir. Bu hallar olduqda nəzərə alına bilər, lakin olmaması avtomatik olaraq ağırlaşdırıcı hal yaratmır və ziyanın ödənilməməsi faktı cəzanın sərtləşdirilməsi üçün qanuni əsas təşkil etmir. Məhkəmələr tərəfindən azadlıqdan məhrum etmə tətbiq edilməmiş, lakin real məhdudlaşdırıcı və maliyyə xarakterli cəzalar təyin olunmuşdur, əlavə cəza olaraq vəzifə tutma hüququndan məhrum etmə tətbiq edilmişdir. Təyin edilmiş cəzalar cinayətlərin xarakterinə, təqsirin roluna (köməkçilik), şəxsin şəxsiyyətinə və ictimai təhlükəlilik dərəcəsinə tam adekvatdır və CM-in 41-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə, islah və yeni cinayətlərin qarşısının alınmasına xidmət edir. Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza növü və ya müddəti ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəza növünün və ya müddətinin təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmiş dir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza müddətinin təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Zərərçəkmiş (mülki iddiaçı) tərəf kassasiya şikayətində iş üzrə Məhkum qarşı qaldırdığı mülki iddianın baxılmamış saxlanılmasını mübahisələndirmiş və kassasiya şikayətinin dəlillərini sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatı zamanı mülki iddialara baxılması ilə bağlı “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, “Mülki iddia cinayət əməli nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə zərər vurmuş şəxsə və ya onun əməlinə görə üzərinə maddi məsuliyyət qoyula biləcək şəxsə yönəlmiş tələbdir. Mülki iddia maddi məsuliyyətin realizə vasitəsidir. Mülki iddianın predmetini iddiaçının təqsirləndirilən şəxsə (mülki cavabdehə) qarşı ona vurulmuş maddi və qeyri-maddi ziyanın ödənilməsi ilə bağlı müraciətdir. Bu zaman cinayətin törədilməsi, maddi və qeyri-maddi ziyanın vurulması, eləcə də əməl ilə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulan maddi ziyan üzrə xərclərin ödənilməsi tələbinə dair mülki iddiaya baxarkən məhkəmələr vurulmuş ziyanın məbləğini mülki iddiaçı tərəfindən təqdim edilmiş sübutların məcmusuna (qəbzlər, arayışlar, müvafiq çıxarışlar və s.) əsasən müəyyən etməlidir. Zərərçəkmiş tərəf kassasiya şikayətində məhkəmənin mülki iddianı baxılmamış saxlamasını əsassız hesab etsə də, bu mövqe cinayət-prosessual qanunvericiliyin tələblərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin müvafiq normalarına əsasən, əgər mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı deyildirsə, mülki iddianın məbləği ittihamda göstərilən ziyanı aşırsa, mülki iddia üzrə ödənilməli olan məbləğin dəqiqləşdirilməsi üçün əlavə, geniş və mürəkkəb araşdırmalar tələb olunursa və bu da cinayət işinə baxılmasının əsassız şəkildə uzanmasına səbəb ola bilərsə, məhkəmə əsaslandırılmış qərarla mülki iddianı baxılmamış saxlamaq hüququna malikdir. Hazırkı iş üzrə məhkəmə bu səlahiyyəti formal deyil, faktiki əsaslara söykənərək həyata keçirmiş və qərarını hökmün təsviri-əsaslandırıcı hissəsində ətraflı motivləşdirmişdir. Məhkəmə araşdırması zamanı əsaslı şəkildə müəyyən edilmişdir ki, eyni epizodlar üzrə bir neçə müxtəlif cinayət işi mövcuddur, həmin işlərdə müxtəlif şə xslər eyni maddələr (CM-in 308.1 və 313-cü maddələri) ilə təqsirləndirilmiş, Məhkum münasibətdə yalnız köməkçilik rolu təsdiqini tapmışdır, bəzi epizodlar üzrə digər şəxs (X11) faktiki təqsirli hesab edilsə də, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Bu şəraitdə hansı təqsirləndirilən şəxsin əməli nəticəsində, hansı epizod üzrə, hansı həcmdə maddi ziyanın vurulduğunu müəyyən etmək obyektiv olaraq mümkün olmamışdır. Beləliklə, zərərin paylanması və fərdiləşdirilməsi məsələsi cinayət prosesi çərçivəsində deyil, yalnız mülki mühakimə qaydasında tam və hərtərəfli araşdırıla bilər. Hazırkı iş üzrə mülki iddianın araşdırılması üçün əlavə maliyyə sənədlərinin toplanması, müxtəlif cinayət işlərinin materiallarının qarşılıqlı müqayisəsi, ziyanın epizodlar və şəx slər üzrə bölüşdürülməsi, ehtimal olunan birgə məsuliyyət məsələlərinin həlli zəruri olardı ki, bu da cinayət işinin baxılmasını həddindən artıq uzadardı. Cinayət prosesi isə öz mahiyyətinə görə çevik, konsentrasiyalı və əsas diqqəti cinayət məsuliyyətinin müəyyən edilməsinə yönəlmiş prosesdirki, mülki hüquqi mübahisələrin dərin araşdırılması bu prosesin məqsədinə ziddir. Məhkəmə tərəfindən haqlı olaraq nəzərə alınmışdır ki, təqsirləndirilən şəxs – mülki cavabdeh Məhkum mülki iddianı birmənalı şəkildə qəbul etməmişdir, mülki iddia üzrə tərəflər arasında ciddi hüquqi mübahisə mövcuddur. Bu halda mülki iddianın cinayət prosesi çərçivəsində həlli tərəflərin prosessual hüquqlarının pozulmasına və səthi qərarın qəbuluna gətirib çıxara bilərdi. Mühüm məqam ondan ibarətdir ki, mülki iddianın baxı lmamış saxlanılması zərərçəkmiş tərəfin iddia hüququnu aradan qaldırmır, onun hüquqlarını məhdudlaşdırmır, əksinə, zərərin tam, dəqiq və obyektiv müəyyən edilməsi üçün mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək imkanını təmin edir. Məhkəmə bu hüququ zərərçəkmiş şəxsə açıq şəkildə izah etmişdir ki, bu da CPM-in tələblərinə tam uyğundur. Zərərçəkmiş tərəf mülki iddia tələbinin delikt məsuliyyətinə əsaslandığını və bunun üçün zəruri olan ünsürlərin mövcud olduğunu iddia etsə də, məhkəmə mübahisəni zərərin prinsip etibarilə mövcud olub-olmaması baxımından deyil, onun hansı konkret şəxs tərəfindən, hansı epizod üzrə, hansı həcmdə vurulduğunun cinayət prosesi çərçivəsində obyektiv şəkildə müəyyən edilməsinin mümkün olmaması prizmasından qiymətləndirmişdir. Delikt məsuliyyətinin mövcudluğ una dair ümumi hüquqi mülahizələr mülki iddianın məhz bu cinayət işində baxılmasının mümkünlüyünü sübut etmir və məhkəmənin gəldiyi nəticəni təkzib etmir. Zərərçəkmiş tərəfin iddiasının əksinə olaraq, birinci və apellyasiya instansiyası məhkəmələri mülki iddianı baxılmamış saxlayarkən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə istinad etməmiş, həmin normanı tətbiq predmeti kimi qəbul etməmişdir. Mülki iddianın baxılmamış saxlanılması cinayət-prosessual hüquq normalarına əsaslanmış və CPM-in müvafiq maddələrindən irəli gəlmişdir. Bu baxımdan kassasiya şikayətində həmin maddə ətrafında aparılan hüquqi mülahizələr mübahisənin predmeti ilə bağlı olmayıb, məhkəmə qərarının motivlərini təkzib etmir. Beləliklə, məhkəmənin mülki iddianı baxılmamış saxlaması, bu qərarı ətraflı və hüquqi cəhətdən əsaslandırması, zərərçəkmiş tərəfin mülki qaydada məhkəməyə müraciət hüququnu təmin etməsi qanunvericiliyin tələblərinə tam cavab verir. Zərərçəkmiş tərəfin kassasiya şikayətində irəli sürdüyü arqumentlər isə, faktiki hallarla təkzib olunur, cinayət-prosessual qanunvericiliyin düzgün tətbiq edilməməsinə əsaslanır, məhkəmənin diskresiya səlahiyyətlərinə müdaxilə xarakteri daşıyır. Bu səbəbdən kassasiya şikayəti əsassız hesab edilməli və təmin edilmədən saxlanılmalıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilm əməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş k assasiya protesti təmin edilməsin. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 8 yanvar 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.1, 32.5,313 və 312-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2025-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar