Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2657/2024 17.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması, ona Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 1(016)-13/2023 nömrəli (hakim: Qasımov Babək Natiq oğlunun sədrliyi) hökmü ilə xx.xx.1974-cü ildə xxx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, xxx kəndində qeydiyyatda olmaqla yaşamış X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona CM-in 127.2.3-cü maddəsi ilə 3 (üç) il müdd ətinə azadlığın məhdudlaşdırılması növündə, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə, ona çəkilməsi üçün qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalında dərhal “həbs” edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı gündən, yəni 20 aprel 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin Məhkum da təqsirli bilinə rək məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs X5 müdafiəçisi Kazımov Ziya Məhərrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hаkimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Səmədov Xəqani Hacı oğlundan ibаrət məhkəmə tərkibində) 4 iyun 2024-cü il tarixli 1(107)-13/2024 nömrəli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü qismən, yəni X5 CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə yeni hökm çıxarılmış, CM-in 127.2.3-cü maddəsinə münasibətdə X5 əməlində cinayət tərkibi olmadığından CM-in 127.2.3-cü maddəsi ilə ona bəraət verilmiş, X5 əm əli CM-in 221.3-cü maddəsindən CM-in 221.2.1-ci maddəsinə tövsif olunmuş, X10 CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 20 aprel 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 10 ay 21 gün müddət, eyni zamanda xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu 2 ay 23 gün müddət 1 günə 2 gün hesabı ilə hesablanmaqla 2 il 2 ay 28 gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 9 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş, azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə X5 üzərinə elektron nəzarət v asitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan daimi yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, həmçinin Ağsu ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı, yəni axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya mə hkəməsinin gəldiyi nəticəyə görə X10 təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş və bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, 4 iyul 2022-ci il tarixdə saat təxminən 20 radələrində idarə etdiyi “VAZ 2106” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə oğlu Məhkum və gəlini Şahid1 ilə birlikdə Bakı-Şamaxı-Yevlax yolu ilə yaşadıqları Ağsu rayon x kəndi istiqamətində hərəkətdə olarkən, yolun Ağsu şəhərindən keçən hissəsində yerləşən "xxx x" MMC-nə məxsus istehsalat binası ilə üzbəüz, yolun qarşı tərəfində olan avtomobil ehtiyat hissələri mağazasının önündə tanışı ilə söhbət edən Zərərçəkmiş şəxs görüb, avtomobilini orada saxladıqdan sonra, oğlu Məhkum ilə birlikdə avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşıb, sonuncunun, guya gəlini Şahid1 ilə əvvəllər aralarında münasibətlər olmasını bəhanə edərək, bir qrup şəxs halında, heç bir əsaslı səbəb olmadan kənar şəxslərin çoxluq təşkil etdiyi yerdə, onların gözü qarşısında, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək Zərərçəkmiş şəxs nalayiq ifadəl ərlə söyüb təhqir edib üzərinə hücum çəkməklə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşması, ətrafda olan iaşə obyektlərində işləyən şəxslərin normal iş rejiminin pozulması ilə nəticələnən hərəkətlər edərkən, vahid niyyətlə çıxış edib hərəkətlərini bir-biri ilə zərərçəkmişin müqavimətini qırmaq məqsədi ilə uzlaşdırmaqla, zor tətbiq edərək, oğlu Məhkum yumruqları ilə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən başın sol gicgah nahiyəsinin qançırı, sağ alt çənə bucağının qançırı ilə müşayiət olunan xəsarətlərini yetirən zaman, o, əlindəki əsanı Zərərçəkmiş şəxs müqavimətini qırmaqdan ötrü silah qismində istifadə edərək, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla həmin əsa ilə Zərərçəkmiş şəxs sağ əlindən vuraraq sonuncuya sağ əlin 4-cü daraq sümüyünün sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə, xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş və bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə edərək xuliqanlıq etmişdir. Bununla da X10 CM-in 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 4 iyun 2024-cü il tarixli hökmü ilə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyun 2024-cü il tarixli hökmü əsassız olduğundan ləğv edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs X məhkəmə istintaqı zamanı özünün əsadan istifadə etdiyini lakin hadisə baş verən zaman özünün həmin əsa ilə Zərərçəkmiş şəxs vurmadığını, Zərərçəkmiş şəxs həmin əsanı onun əlindən almağa çalışdığı zaman oğlu Məhkum X-in əlini saxlamaq üçün onun barmaqlarını arxaya qatlayan zaman X xəsarət almasını göstərmişdir. Digər təqsirləndirilən şəxs Məhkum də eyni məzmunlu ifadə verərək özünün mübahisə zamanı Zərərçəkmiş şəxs atası X-in əlində olan əsanı almağa çalışarkən X-in əli ni əsadan ayırmaq üçün onun barmağını qatlamasını göstərmişdir. Məhkəmə kollegiyası iş üzrə məhkəmə baxışı zamanı təyin edilmiş ekspertiza rəylərini əsas götürərək digər sübutları və ifadələri həmin rəylə qarşılıqlı şəkildə qiymətləndirməyərək təqsirləndirilən şəxs X-in əməlində CM-in 127.2.3-cü maddənin tərkib əlamətləri olmadığı qənaətinə gələrək həmin maddə ilə barəsində bəraət hökmü çıxarmışdır. Lakin CPM-in 127.3-cü maddəsinin tələbinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırkı iş üzrə isə ekspert rəyinə üstün qiymət verilərək faktiki iş üzrə mövcud olan digər sübutlarla təsdiqinin tapmış faktiki hallarla birgə qiymətləndirilməmişdir. İşin şərh olunan hallarından göründüyü kimi Zərərçəkmiş şəxs almış olduğu digər xəsarətlərin də əksər hissəsi Məhkum ilə münaqişə zamanı yaranmış və bu xüsusatlara görə Məhkum CM-in 221.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Alınan xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər olmuşdur. Lakin zərərçəkmiş şəxsin sağ əlin 4-cü daraq sümüyünün sınığı xəsarətinin isə mövcudluğu ekspert rəyi ilə tam sübuta yetirilmiş və sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Bu xəsarətin Məhkum tərəfindən yetirilməsi ilə bağlı yekun nəticəyə gəlindikdə və digər şəxsə bəraət verildikdə avtomatik olaraq Məhkum əməlində CM-in 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin tərkib əlamətləri yaranmış olur. Beləliklə məhkəmə tərəfindən yekun hökm qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq X-ə CM-in 127.2.3-cü maddəsi ilə bəraət verilməklə yanaşı əməli CM-in 221.3-cü maddəsindən CM-in 221.2.1-ci maddəsinə tövsif olunması hissəsində düzgün nəticəyə gəlməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2024-cü il tarixli hökmünü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsi ndə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2024-cü il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində ka ssasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublik ası CM-in 221.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə tövsif edildiyi, o cümlədən CM-in 127.2.3cü maddəsi ilə ona əsassız olaraq bəraət verildiyi iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2024cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhz “xuliqanlıq” cinayətlərinin hüquqi tövsifinə dair aşağıdakı hüquq normalarına, həmin normaların izah və şərhləri nə əsaslanmaqla formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığ ın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarın 3-cü bəndində qeyd edilir ki,....... Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi v ə yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Həmçinin göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansi ya məhkəməsinin hökmündən görünür ki, məhkum X8 verilmiş xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurma və bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapması barədə nəticəyə gəlinmiş, lakin sonradan işə baxan apellyasiya məhkəməsi X5 qeyd olunan xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurma ilə bağlı əməlində cinayət tərkibinin olmaması qənaətinə gələrək, həmin hissədə ona bəraət vermiş, xuliqanlıq cinayətinə aid hissədə isə əməlin tövsifinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq onun əməlini CM-in 221.2.1-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cin ayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasını n) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqi liyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Baxılan iş üzrə yuxarıda qeyd edilən normaların tətbiqinə araşdırarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığı və bununla da əməlin hüquqi tövsifində səhvə yol verildiyi müəyyən olunur. Kassasiya məhkəmə kollegiyasının təqsirləndirilən şəxs X-in zərərçəkmişin xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurması və silah qismində istifadə olunan əşyadan istifadə edərək xuliqanlıq etməsi ilə bağlı birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların həqiqiliyinin şübhə doğurması barədə apellyasiya məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni sübutların tədqiqi və qiymətləndirilməsinə dair cinayət prosessual normaların tələblərinə uyğun nəticə hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, X1 az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməsi, xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması və silah qismində istifadə olunan əşyadan istifadə edərək xuliqanlıq etməsi ilə bağlı cinayət əməli sübuta yetirilməmişdir. Apellyasiya məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 9 aprel 2024-cü il tarixli (sənədlər əsasında) 221/MEŞ nömrəli ekspert rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş T22/24 saylı ekspertizası rəyində yazılanlara əsaslanaraq, iş materiallarındakı məlumatları və qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq o nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs qeyd olunan sağ əlin 4-cü daraq sümüyünün yerinidəyişməyən sınıq xəttinin çəp xarakterli və qapalı olmasını, digər daraqfalanqalarda sınığın olmamasını, dəri örtüyündə qançır, sıyrıq, yarakimi xasərətlərin aşkar edilməməsini, həmçinin sınığın əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, sağ əlin burularaq arxaya doğru qatla nması zəminində həmin sınığın əmələ gəlməsi daha inandırıcıdır. Zərərçəkmiş şəxs əllərini başı üzərinə tutması zamanı küt əşya ilə endirilmiş zərbə nəticəsində sol gicgah nahiyəsində qançırın yaranması mümkün deyildir. Bundan əlavə iş üzrə məhkəmə kollegiyası X-in əsa ilə zərərçəkmiş şəxsi vurmaması, zərərçəkmiş şəxsin mübahisə zamanı X X-in əlindəki əsasını əlindən alıb Məhkum vurmaq istəyəndə X-in barmağını qatlayıb əsanı onun əlindən alması, bu zaman X qışqıraraq barmağının sındığını bildirməsinə dair hər iki təqsirləndirilən şəxsin verdikləri eyni məzmunlu ifadələri də inandırıcı hesab etmişdir. Əvvəla məhkəmə kollegiyası nəzərdən qaçırmış ki, hər iki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təkrar-təkrar verdikləri ifadələrdə “Məhkum vurmaq istəyəndə X-in barmağını qatlayıb əsa nı onun əlindən alması nəticəsində barmağın sınmasına dair” hər hansı bir xüsusat qeyd etməmişlər. Belə ki, hər iki təqsirləndirilən şəxs 4 iyul 2022-ci il tarixdə, saat təxminən 20 radələrində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əlindəki əsa ilə vurmadığını və döymədiyini, həmin vaxt orada sadəcə olaraq oğlu Məhkum və Zərərçəkmiş şəxs aralamağa çalışdığını bildirmişdir. Cinayət işi üzrə toplanılmış materialları verilmiş ifadələri müqayisəli təhlil edən birinci instansiya məhkəməsi X5 Zərərçəkmiş şəxs əsa ilə vurmasını təkzib etməsini özünümüdafiə xarakteri kimi qiymətləndirmişdir. Bundan əlavə cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübə və X20 Hüquqi Şəxsi tərəfindən verilmi ş məhkəmə-tibbi ekspertizasının 5 iyul 2022-ci il tarixli 152 nömrəli (hadisədən dərhal sonra) alınmış ekspert rəyindən görünür ki, 1966cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində başın sol gicgah nahiyəsinin qançırı, sağ alt çənə bucağının qançırı, sağ əlin 4-cü daraq sümüyünün sınığı xəsarətləri varıdır. Xəsarətlərin törənmə müddəti 4 iyul 2022-ci il tarixə uyğun gəlir və küt əşya (əşyalar) təsirindən törənmişdir. Ağırlıq dərəcəsinə görə sol gicgah və sağ alt çənə nahiyəsinin qançırları hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. Sağ əlin 4-cü daraq sümüyünün sınığı xəsarəti isə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs ibtidai istintaq mərhələsindən məhkəmə baxışı dövrü də daxil olmaqla verdiyi ifadələrin hamısında özünün zərbələrdən qorunmaq üçün əlləri ilə başını tutan zaman X-in vurmuş olduğu əsas zərbəsindən sağ əlinin barmağında şiddətli ağrı hiss etdiyini bildirmişdir. Bundan başqa ibtidai istintaq dövründə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı da zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X-i ifşa edərək onun əlindəki əsa ilə zərərçəkmiş şəxsin baş nahiyəsində vurmaq istəməsini və bu zaman özünün əlləri ilə başını qorumaq istəyərkən əsanın barmağına dəyməsi nəticəsində xəsarət almasını bildirmişdir. Apellyasiya məhkəmə baxışında verdiyi ifadəsində də zərərçəkmiş şəxs əsanı tutmadığını bir daha təsdiq etmişdir. Müdafiə tərəfinin suallarını cavablandırarkən də Zərərçəkmiş şəxs bildirmişdir ki, “o əsa ilə vurulmağını görmüşdür”. Həmçinin, h əm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş bilavasitə hadisə yerində olmuş Şahid2 və X15 eyni məzmunlu ifadələrində bir mənalı şəkildə X-in hadisə baş verən zaman onların gözləri qarşısında əsa ilə Zərərçəkmiş şəxs əlindən vurduğunu bildirmişlər. Bundan əlavə kollegiya yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin almış olduğu xəsarətlə bağlı T22/2024 nömrəli və 221/MEŞ nömrəli ekspert rəylərini əsas götürüb təqsirləndirilən şəxs X-in əməlində CM-in 127.2.3-cü maddənin tərkib əlaməti olmaması qənaətinə gəlməsinə baxmayaraq həm X-in, həm də digər təqsirləndirilən şəxs X6 X-in ifadələrində Məhkum əsanı Zərərçəkmiş şəxs almaq istəyərkən onun barmağını qatlaması barədə ifadələrindəki epizodları nəzərdən qaçırmaqla yekunda Məhkum elan edilmiş it tihamla məhkəmə kollegiyasının gəlmiş olduğu nəticə arasında yaranmış ziddiyyətə önəm verməmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə qiymət verərək belə qənaətə gəlir ki, qeyd edilən sübutların tədqiqinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticə istinad olunan normativ normalara və cinayət prosessual qanunvericiliklə müəyyən olunmuş sübutların yoxlanılması, tam, hərtərəfli və obyektiv araşdırılması, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsinə dair qaydalara uyğun nəticə hesab edilə bilməz. İş materiallarında olan məlumatların kassasiya protestinin dəlilləri və yuxarıda qeyd olunan qanunvericilik normalarının AİHM-in təcrübəsinin və Plenum Qərarlarının izahları baxımında təhlili göstərir ki, apellyasiya məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalət li həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmuşdur. Göstərilənlərə əlavə olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilmə si hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Belə ki, kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunmuş, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış hökmündə göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddialara uyğun olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmuş; baxılan cinayət işi üzrə sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmamış; araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilməmiş və X5 əməlinin əsassız olaraq CM-in 2 21.3-cü maddəsindən CM-in 221.2.1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 127.2.3-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gəlməyən sübutların məcmusu ilə əsaslandırılmışdır. Kassasiyası məhkəmə kollegiyası əvvəllər qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqeyinə sadiq qalaraq, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə aşağıda qeyd edilənləri təkrarən apellyasiya məhkəmə kollegiyalarının nəzərinə çatdırmağı məqsədəmüvafiq hesab edir: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmu şdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyət lə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində apar ılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumun əməlinin tövsif edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dəlillərə qiymət verilmədən və bu barədə araşdırma aparılmadan, dövlət ittihamçısının kassasiya protestində göstərdiyi sübutların tədqiqi, iş üzrə müəyyən edilmiş faktiki halları mübahisələndirdiyi barədə dəlillərinə qiymət verilməsi qeyri-mümkündür. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müv afiq olaraq tədqiq etməməklə və məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməklə X5 barəsində hökm verməsini - CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestinin dəlillərini əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində göstərilmişdir ki, kassasiya instansiyası məhkəməsi məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədik də (416.1.2) və ya məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə (416.1.15) apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, yuxarıda təsvir edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, həmin hökm cinayət-prosessual normalara və Ali Məhkəmənin məhkəmə təcrübəsinə uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun hökmü kassasiya protestinə əsasən ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsind ə yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 iyun 2024-cü il tarixli hökmü kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2657/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2657/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver