Məhkəmə qərarları › İş №1(102)-266/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-266/2019

27.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-266/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 nümayəndəsi, Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində azyaşlı uşaqları olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, *************************** - də yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 özü, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 nümayəndəsi, Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.V.Tanrıverdiyev) Təqsirləndirilən şəxs - Аzərbаycаn Respublikаsı CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsa sən Təqsirləndirilən şəxs 03 fevral 2018-ci il tarixdən 05 fevral 2018-ci il tarixədək, yəni həbsdə qaldığı 2 gün müddət nəzərə alınaraq ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxslər və məhkum tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: Q.F.Məmmədov (sədrlik edən), R.K.Səfərov və Ə.İ.Qasımov) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfi ndən verilmiş apellyasiya şikayətləri tam, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmiş və məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ağırlaşdırılaraq ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 fevral 2018-ci il tarixdən 05 fevral 2018-ci il tarixədək həbsdə saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla, ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 27 sentyabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə 2016-cı ilin noyabr ayının ortalarında tanışı, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanda yerləşən «Mərkəzi Univermaq» Ticarət Mərkəzində qızıl-zinət əşylarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs1 Azərbaycan manatı ilə məzənnəsi 31.522,15 manat təşkil edən 18.500 ABŞ dolları dəyərində 430 qram çəkidə 999 əyarlı qızılı satıb 2-3 günə pulunu verəcəyinə inandırmaqla ələ keçirib zərər çəkmiş Zərərçəkmiş şəxs1 31.522,15 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə 2016-cı ilin noyabr ayının ortalarında tanışı, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanda yerləşən «Mərkəzi Univermaq» Ticarət Mərkəzində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs2 Azərbaycan manatı ilə məzənnəsi 20.787.58 manat təşkil edən 12.200 ABŞ dolları dəyərində 300 qram çəkidə 999 əyarlı qızılı satıb 2-3 günə pulunu verəcəyinə inandırmaqla ələ keçirib zərər çəkmiş Zərərçəkmiş şəxs2 20.787.58 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə 2016-cı ilin noyabr ayının ortalarında tanışı, Bakı şəhəri, ************* **************** ünvanda yerləşən «Mərkəzi Univermaq» Ticarət Mərkəzində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs3 Azərbaycan manatı ilə məzənnəsi 13.971,98 manat təşkil edən 8.200 ABŞ dolları dəyərində 200 qram çəkidə 999 əyarlı qızılı satıb 2-3 günə pulunu verəcəyinə inandırmaqla ələ keçirib zərər çəkmiş Zərərçəkmiş şəxs3 13.971.98 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 özü, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 nümayəndəsi, Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilməsi və məhkum Təqsirləndirilən şəxs təyin edil miş cəzanın ağırlaşdırılaraq təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan maksimum cəza təyin edilməsi xahiş olunur. Zərərçəkmiş şəxslər və onların nümayəndəsi qeyd edirlər ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həddindən artıq yüngül cəza təyin edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 3 nəfər şəxsə qarşı dələduzluq etsə də, əməlini səmimi etiraf edib peşman olduğunu bildirməmiş,vurduğu ziyanı ödəməmiş, zərərçəkmiş şəxslərlə barışıq etmək üçün cəhd göstərməmişdir. Belə olan təqdirdə, məhkəmələrin Təqsirləndirilən şəxs cəza təyini ilə əlaqədar qəbul etdiyi qərarlarla nəinki sosial ədalət bərpa olunmur, əksinə, sosial ədalət tam pozulur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları il ə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə, kassasiya şikayətlərinin təmin edilməsinə etiraz etməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya şikayətlərində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Məhkəmə kollegiyası apellyasi ya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmiş, həmçinin qərarda məhkuma təyin edilmiş cəzanı əsaslandırmamışdır. Belə ki, ədalət prinsipini özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarak terli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdı ran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülü r. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Hazırki işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsindən sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş maddi zərərin tam şəkildə aradan qaldırılmasına cəhd göstərməmiş, zərərçəkmiş şəxslərlə razılıq əldə etməmiş, vurulmuş zərər ödənilməmiş qalmışdır. Beləliklə, kassasiya şikayətlərinin dəlilləri ilə razılaşan və həmin şikayətlərin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malik dir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericiliyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, işin hallarına uyğun olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs haqqında Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar